Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə20/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   64

 
 
 
 
59 
bankın  nizamnamə  kapitalının  gəlirlilik  göstəricisi  əsasında 
yaranır və bankın nizamnamə kapitalının (NK) həcmi səviyyəsinə 
təsirini  göstərir.  Bankın  müştərilərinin  tərkibi  bank  riskinin  və 
onun  səviyyəsinin  hesablanması  metodunu  müəyyən  edir.  Kiçik 
borcalan  iri  borcalana  nisbətən  təsadüfi  bazar  iqtisadiyyatından 
daha  böyük  asılılığa malikdir. Eyni  zamanda  bir  borcalana və  ya 
bir  qrup  borcalana  verilən  iri  kreditlər  adətən  bankın  müflisləş-
məsinə  səbəb  olur.  Bu  səbəbdən  iri  kreditlərin  verilməsi  riskinin 
tənzimlənməsi 
metodlarından 
biri 
onun 
həcminin 
məh-
dudlaşdırılmasından ibarətdir.  
Kredit riskinin səviyyəsi həmçinin ona zəmanət verilməsi, 
sığortalanması  və  digər  tənzimlənmə  metodlarından  da  asılıdır. 
Kredit siyasətini formalaşdırarkən kommersiya bankı depozitlərin 
səviyyəsinin  dəyişməsi  kateqoriyasının  xüsusiyyətini  nəzərə 
almalıdır.  
Kreditin  risk  səviyyəsinin  azaldılması  üçün  banklar  de-
pozitlərdən  asılılıq  əmsalının  hesablanması  metodunu  işləyib 
hazırlamalıdır.  Bundan  əlavə,  bank  balansının  dəyərliliyinin, 
reytinq  qiymətləndirilməsinin,  Mərkəzi  bank  tərəfindən  iqtisadi 
normativlərinin  yerinə  yetirilməsinin  qiymətləndirilməsində 
müxtəlif  vasitə  və  metodlardan  istifadə  etmək  də  mühüm 
əhəmiyyət  kəsb  edir.  Depozitlərin  formalaşması  və  kredit 
əməliyyatlarının  keçirilməsi  zamanı  yaranan  faiz  riskinin  də 
nəzərə alınması mühümdür.  
Bankın  kredit  siyasətinin  formalaşması  zamanı  ümumilik-
də  ölkə  iqtisadiyyatının  inkişaf  səviyyəsini,  onun  pul-kredit 
münasibətlərini və həmin bankın fəaliyyəti və ya onun müştəriləri 
ilə bağlı olmayan xarici riskləri də nəzərə almaq lazımdır. Bu risk 
qrupuna  siyasi  risklər  (müharibələr,  inqilab,  milliləşdirmə, 
ölkədən  kənarda  ödənişlərin  aparılmasının  qadağan  edilməsi, 
borcların  konsolidasiyası,  məhdudiyyət  qoyulması  nəticəsində 
yaranan itkilər), təbii fəlakətlə bağlı  risklər, zəlzələ,  yanğın  və  s. 
aid edilə bilər.  


 
 
 
 
60 
FƏSIL 3. BANKDA NAĞD VƏ NAĞDSIZ 
HESABLAŞMALAR 
 
3. 1. Banklarda pul kütləsinin idarə edilməsi 
 
Müasir pul sistemində pul öz funksiyasıni səmərəli yerine 
yetirir  və  iqtisadiyyatın  tələbinə  uyğun  olaraq  optimal  tədavül 
olunur.  
 Pulların təklifi və tədavülə buraxılmasının tənzimlənməsi 
bir  sıra  ölkələrdə  Mərkəzi  Bank  tərəfindən  həyata  keçirilir.  Bunun 
üçün hər bir ölkənin Mərkəzi Bankında miqdar ölçülərindən istifadə 
etmək zəruridir. Belə ölçülər pul kütləsi göstəricilərindəndir.  
 İqtisadiyyatda pul kütləsi dedikdə tədavüldə olan  nağd və 
nağdsız  formada  bütün  pul  vəsaitlərinin  məcmuyu  başa  düşülür. 
Pul  kütləsinin  həcminə  bir  sıra  amillər  təsir  edir.  İqtisadiyyatın 
artım  tempi  və  daxili  istehsal,  gəlirin  həcmi,  maliyyə  bazarının, 
kredit  və  bank  sisteminin  quruluşu  və  artma  səviyyəsi,    nağd  və 
nağdsız  pul  tədavülünün  nisbəti,  dövlətin  müaliyyə,  valyuta  və 
pul  kredit  siyasəti,  pul  tədavülünün  sürəti,  ölkənin  tədiyyə 
balansının  vəziyyəti,  tədavüldə  olan  pul  kütləsinin  həcminin 
yekunu  və  unun  quruluşunun  təyin  edilməsi  kifayət  dərəcədə 
mürəkkəb  məsələdir.  Ona  gorə  ki,  tədavül  şəraitində  olan 
xırdalanmayan kredit pulları, müxtəlif növdə maliyyə aktivləri bu 
və ya digər dərəcədə müxtəlif pul funksiyasını yerinə yetirə bilər. 
Təcrübədə pul kütləsinin yekun dəyisməsinin manitorinq məqsədi 
üçün  pul  aqreqatlarının  xüsusi  göstəricilərindən  istifadə  edirlər. 
Bu pul kütləsinin həcmi və qurulusunun göstəriciləridir. Bu təkcə 
pul  kütləsinin  həcminə  verilən  keyfiyyət  qiyməti  deyil,  həm  də 
onun  keyfiyyət  xüsusiyyətidir, bu da öz  nöbəsində,  ölkənin  aktiv 
iqtisadi  vəziyyətinə  təsirin  dərəcəsini  aşkar  edir.  Beynəlxalq 
standarta  uyğun  olaraq  pul  kütləsinin  müxtəlif  göstəricilərini 
aşkar  etmək  üçün  likvidlikdən  istifadə  edirlər.  Likvidlik  məsa-
riflərin  dərəcəsi,  müxtəlif  formalı  əmanətlərin  konversiyası 


 
 
 
 
61 
sürətinin  pula,  ödənişlərə  çevrilməsi  kimi  başa  düsülməlidir.  Pul 
aqreqatlarinın hesablama prinsipi aşağıdakılardır:  
a) Hər sonrakı pul aqreqatı əvəlkini birləşdirir; 
b)  Hər  növbəti  pul  aqreqatı  özundən  əvvəlkindən  az 
likvid  maliyyə  aktivi  daxil  edir.  (pul  aqreqatı  artdıqca 
unun likvidliyi azalır). 
Bununla  əlaqədar  olaraq  pul  kütləsini  təyin  edərkən  tez-tez  bu 
anlayışdan istifadə olunur.  
“Pul” sözü qısa mənasında” və pul sözu geniş mənada.  
“Pul” sözü qısa mənasında pul kütləsinin ən çox likvid kom-
ponentidir.  Əsasən  onlara  nağd  pulları  və  tələbolunanadək  de-
pozitləri  (əmanətləri)  aid  edirlər.  Müddətli  əmanətlərdən  fərqli 
olaraq tələb olunanadək depozitlərdən hər vaxt məhdudiyyətsiz və 
cəriməsiz  tam  məbləğlə  hesablaşma  və  ödənişlər  üçün  istifadə 
etmək  olar.  Yüksək  likvidlik  zamanı  ölkənin  iqtisadi  aktivliyinin 
səviyyəsi  və  həcmi  arasında  sıx  qarşılıqlı  əlaqə  dinamikası 
mövcüddur.  
 “Pul”  sözünün  geniş  mənasında    nağd  və  tələb  olunana 
qədər depozidlərlə yanaşı potensial pullar da daxildir. Bura müd-
dətli depozitlər, əmanətlər, qiymətli kağızar daxildirlər.  
 “Pul”  sözünün  geniş  mənada  həcminin  təyin  edilməsinin 
zəruriliyi  və  onun  tənzimlənməsi  maliyyə  bazarının  artımı  ilə 
əlaqədardır.  Bu  daha  çox  yeni  maliyyə  alətlərinin  sayının  mey-
dana  gəlməsi  (məsələn,  müxtəlif  növ  sənaye  qiymətli  kağızları), 
onların  qarşıllıqlı  əvəzolunması  ilə  bağlıdır.  Bununla  əlaqədar 
olaraq təcrübədə ölkədəki iqtisadi prosesə geniş pul aqreqatlarının 
təsiri nəzərə çarpmır.  
 Tətbiq  olunan  pul  aqreqatlarının  miqdarı  və  tərkibi  ölkələr 
üzrə  seçilir.  Bu  da  milli  iqtisadiyyatın  xüsusiyyəti  ilə  bağlıdır. 
İqdisadiyyatın  inkişaf  səviyyəsi,  maliyyə  bazarları  və  kredit 
sistemləri  pul  tədavülünün  təşkilolunma  xüsusiyyətləri  və  başqa 
amillərlə  bağlıdır.  Müxtəlif  ölkələrdə  çox  zaman  aşağıdakı  əsas 
aqreqatlardan istifadə olunur: 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə