Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə15/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   64

 
 
 
 
44 
Cəlb  edilmiş  vəsaitlər  bank  ehtiyatlarının  quruluşunda 
üstün  yer  tutur.  Dünya  bank  təcrübəsində  bütün  cəlb  edilmiş 
vəsaitlər  depozitlərə  və  digər  cəlb  edilmiş  vəsaitlərə  bölünür. 
Kommersiya  banklarının  cəlb  edilmiş  vəsaitlərinin  əsas  hissəsini 
depozitlər təşkil edir.  
Qeyd etmək lazımdır ki, depozitlər yalnız Mərkəzi Bankın 
lisenziyasına  müvafiq  olaraq  bu  cür  əməliyyatları  həyata 
keçirməyə  hüququ  olan  banklar  tərəfindən  qəbul  edilə  bilər. 
Banklara  vətəndaşların  vəsaitlərinin  depozitə  cəlb  etmək  hüququ 
qeydiyyat  tarixindən  minimum  2  il  sonra  verilir.  Depozitlərə 
vəsaitlərin  cəlb  edilməsi  yazılı  şəkildə  və  iki  nüsxədə  (biri 
əmanətçiyə  verilir)  olmaqla  müqavilə  ilə  rəsmiləşdirilir.  Banklar 
əmanətlərin  qorunmasını  və  investorlar  qarşısındakı  öhdəliklərini 
vaxtında yerinə yetirməyi təmin edir.  
Digər  cəlb  edilmiş  vəsaitlər  banklar  tərəfindən  istiqraz 
şəklində  və  ya  özünün  borc  öhdəliklərinin  pul  bazarında  satışı 
yolu  ilə  əldə  edilən  ehtiyatlardan  ibarətdir.  Onlar  depozitlərdən 
bazarda müsabiqə əsasında əldə edilməsi ilə fərqlənir və əsasən iri 
banklar tərəfindən istifadə olunur.  
Müasir bank təcrübəsi çoxlu sayda depozitləri fərqləndirir. 
Bunlar aşağıdakılardır: 

 
tələb olunanadək depozitlər; 

 
müddətli depozitlər; 

 
əmanət yatırımları; 

 
qiymətli kağızlara yatırımlar.  
Depozitləri  həmçinin  müddətinə,  əmanətçilərin  növlərinə, 
vəsaitlərin  verilməsi  və  qaytarılması  şərtlərinə,  faizlərinə,  bankın 
aktiv əməliyyatları üzrə imtiyazların əldə edilməsi imkanlarına və 
s. görə də təsnifləşdirmək olar.  
2.  Aktiv  əməliyyatlar  vasitəsilə  banklar  onların  sərən-
camında  olan  ehtiyatları  gəlir  əldə  edilməsi  üçün  yerləşdirir. 
Bankın  aktiv  əməliyyatları müəssisələrin  və  təşkilatların istehsal, 
sosial,  investisiya  və  elmi  fəaliyyətlərinin  qısamüddətli  və 
uzunmüddətli  kreditləşdirilməsi,  əhaliyə  istehlak  ssudalarının 


 
 
 
 
45 
verilməsi,  qiymətli  kağızların  əldə  edilməsi,  lizinq,  faktorinq, 
innovasiya 
maliyyələşdirilməsi 
və 
kreditləşdirilməsi, 
müəssisələrin  təsərrüfat  fəaliyyətində  bank  vəsaitləri  ilə  işgüzar 
iştirak, digər banklara verilən ssudalardan ibarətdir.  
Bankın  aktiv  əməliyyatları  iqtisadi  məzmununa  görə 
aşağıdakılara bölünür: 

 
ssuda əməliyyatları; 

 
hesablaşma əməliyyatları; 

 
kassa əməliyyatları; 

 
investisiya və fond əməliyyatları; 

 
zəmanət əməliyyatları.  
Ssuda  əməliyyatları  borcalana  vəsaitlərin  müddətli, 
qaytarılma  və  ödənclik  şərtləri  əsasında  göstərilən  əməliyyat-
lardır.  Veksellərin  alınması  və  ya  veksellərin  zəmanət  olaraq 
qəbulu  ilə  əlaqədar  olan  ssuda  əməliyyatları  hesablaşma  (ssuda-
hesabat) əməliyyatlarından ibarətdir.  
«Banklar  və  bank  fəaliyyəti  haqqında»  Qanunda  nəzərə 
alınmışdır  ki,  kredit  təşkilatı  daşınan  və  daşınmaz  əmlak,  dövlət 
və  digər  qiymətli  kağızlar,  zəmanətlər  və  dövlət  qanunlarına 
müvafiq  digər  öhdəliklər  zəmanət  qoyulmaqla  kreditlər  təqdim 
edə bilər.  
Ssuda  əməliyyatlarının  növləri  kifayət  qədər  müxtəlifdir. 
Onlar aşağıdakı əlamətlərinə görə qruplara bölünür: 

 
Borcalanın növü; 

 
Təminat növü; 

 
Kreditləşdirmə müddəti; 

 
Təyinat (kreditləşdirmə obyektləri); 

 
Açılan hesabın növü; 

 
Vəsaitlərin verilmə qaydası; 

 
Ssudanın bağlanması metodu; 

 
Faizlərin hesablanması və bağlanması qaydası; 

 
Risk dərəcəsi; 

 
Rəsmiləşdirilən sənədlərin növü;  

 
Vəsaitlərin dövriyyə xarakteri və s.  


 
 
 
 
46 
Borc alanın növünə görə: 
●  hüquqi  şəxslərə  verilən  ssudalar:  kommersiya  təşki-
latlarına  (müəssisələrə,  təşkilatlara,  o  cümlədən  ban-
klara,  şirkətlərə,  firmalara),  qeyri-kommersiya  və 
hakimiyyət orqanlarına; 
● fiziki şəxslərə verilən ssudalar.  
Kreditorun növündən asılı olaraq ssudalar təsnifləşdirilir: 

 
Bank  ssudaları  (ayrı-ayrı  banklar  və  bank  konsorsiumları, 
birləşmələri tərəfindən təqdim  edilən, bunun  sayəsində  də 
konsorsial adlanan kreditlər yaranır); 

 
Qeyri-bank  kredit  təşkilatlarının  ssudası  (lombardların, 
kirayə  məntəqələrinin,  qarşılıqlı  yardım  kassalarının, 
kredit  kooperativlərinin,  tikinti  cəmiyyətlərinin,  təqaüd 
fondlarının və s. ); 

 
Müəssisə  və  təşkilatlar  tərəfindən  borc  alanlara  verilən 
ssudalar  (kommersiya  kreditləşdirilməsi  qaydasında  və 
ya  əhaliyə  ticarət  təşkilatları  tərəfindən  verilən  möhlətli 
ödəniş ssudaları).  
Təminat növü üzrə:  
1. təminatsız (blank),  
2.  təminatlı  ssudalar  (girov,  zəmanət,  zaminlik,  sığorta 
vasitəsilə) mövcuddur.  
 Bankın  təminat  tələb  etdiyi  əsas  səbəb  –  borcalanın 
ssudanı  vaxtında  və  tam  olaraq  qaytarmaq  qabiliyyətinin  və  ya 
istəyinin  olmaması  zamanı  ziyana  düşmək  riskindən  sığor-
talanmaqdan  ibarətdir.  Kreditin  təminatı,  onun  sığortalanması 
kreditin  ödənilməməsi  riskini  azaldır.  Bununla  yanaşı,  kredit 
işçisi  üçün  ssudanın  borcalanın  gəliri  hesabına  ödənilməsi  daha 
üstündür. Ssudanın təminatı girov, zəmanət, zaminlik, sığorta ola 
bilər. Onun kimi müxtəlif növ aktivlər çıxış edə bilər.  
Müştərinin  kifayət  qədər  təminatı  olmadığı  və  yüksək 
riskli  əməliyyatlar  üçün  ssuda  almaq  məqsədilə  müraciət  etdiyi 
halda  bank  kreditin  sığorta  təşkilatlarında  sığortalanması  zamanı 
onun  verilməsinin  məqsədəuyğunluğu  haqqında  məsələni 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə