Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə17/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   64

 
 
 
 
50 
dollarından artıq olan digər iri alışlardan ibarət ola bilər.  
Revolver  kreditlərdən  fərqli  olaraq  möhlətli  ödənişli 
ssudaların əksəriyyəti təminatlı kreditlərdir.  
Möhlətli  ödənişli  kreditlər  birbaşa  bank  krediti  formasını 
ala  bilər.  Birbaşa  bank  kreditinin  verilməsi  zamanı  bank  və 
borcalan  (ssuda  istifadəçisi)  arasında  kredit  müqaviləsi  bağlanır. 
Dolayı  bank  krediti  bank  və  müştəri  arasında  kredit 
münasibətlərində  vasitəçinin  olmasından  ibarətdir.  Adətən  belə 
vasitəçi rolunda pərakəndə satış müəssisələri çıxış edir. Belə olan 
halda kredit  müqaviləsi  müştəri  ilə  sonradan  bankdan kredit  alan 
mağaza arasında bağlanır. Bu növ kreditləşdirmə forması ABŞ-da 
geniş  yayılmışdır.  ABŞ-da  avtomobil  alınması  üçün  verilən 
ssudaların 60%-dən çoxu dolayı kreditdən ibarətdir.  
Birbaşa və dolayı bank kreditləşdirilməsi bir sıra üstün və 
mənfi  cəhətlərə  malikdir.  İlk  əvvəl,  birbaşa  bank  kre-
ditləşdirilməsini  dolayı  kreditləşdirilmədən  fərqləndirən  əsas 
cəhət  –  kreditləşdirmə  obyektini  dəqiq  qiymətləndirməyə  imkan 
verən,  ssudanın  verilməsinin  iqtisadi  cəhətdən  məqsədə-
uyğunluğunun aşkar edilməsinə, onun istifadəsinə, bağlanmasına 
fəal  nəzarətin  təşkil  edilməsindən  ibarət  olan  kredit  prosesinin 
təşkilinin  sadə  olmasıdır.  Bütün  bunlar  şübhəsiz  ki,  bank  və 
borcalan  arasında  kredit  münasibətlərinin  təşkilinə  öz  müsbət 
təsirini 
göstərir. 
Bankın 
mövqeyindən 
birbaşa 
bank 
kreditləşdirilməsi ilə əlaqədar olan neqativ faktorlara dolayı bank 
kreditləşdirilməsinə nisbətən daha yüksək risk səviyyəsi aid edilir.  
Respublikamızda  müasir  kreditləşdirilmə  təcrübəsi  bir 
qədər mürəkkəbdir. Bunun səbəblərinə aiddir: 
 a) ssudanın verilməsindən əvvəlki mərhələdə müştərilərin 
krediti  ödəmə  qabiliyyətinin  dərin  təhlilini  heç  də  bütün 
kommersiya bankları həyata keçirmir; 
b)  krediti  ödəmə  qabiliyyətinin  təhlil  metodikası  hər 
zaman təcrübə tələblərinə uyğun gəlmir; 
c)  ssuda  üzrə  təminatın  mövcudluğu  bir  çox  hallarda 
formal xarakter daşıyır.  


 
 
 
 
51 
Həmçinin ölkənin makroiqtisadi vəziyyəti (iqtisadi, siyasi, 
sosial  qeyri-sabitlik,  inflyasiya,  ödəmə  böhranı  və  s.  )  də  kredit 
prosesinin təşkilinə neqativ təsir göstərir.  
Dolayı bank kreditləşdirilməsi banka risklərin (kredit, faiz, 
valyuta,  bazar  və  s.  )  təsirini  azaltmağa  imkan  verir.  Məsələn, 
hüquqi şəxslərə (ticarət təşkilatlarına, müəəsisələrinə, firmalara və 
s.  )  verilən  ssudalar  yüksək  etibarlılıq  dərəcəsi  ilə  borc  alanın 
(hüquqi  şəxsin)  krediti  ödəmə  qabiliyyətini,  ssudanı  tam  və 
vaxtında  bağlamaq  imkanlarını  müəyyən  etməyə,  fəal  nəzarəti 
təşkil etməyə imkan verir.  
Müştəri üçün isə: 
 a)  ssudaya  tələbatın  yarandığı  an  (ticarət  təşkilatında 
uzunmüddətli  istifadə  məhsullarının  alınması  zamanı,  məsələn 
kredit kartı üzrə) onu əldə etməsi; 
 b)  ssuda  verilməsi  üçün  onun  banka  müraciət  etməsinə 
ehtiyac olmaması və s. əhəmiyyət kəsb edir.  
Göstərilən  təsnifat  şərti  xarakter  daşıyır,  belə  ki,  bank 
təcrübəsində  müəyyənləşdirilmiş  təsnifata  uyğun  «təmiz  halda» 
bu  və  ya  digər  ssuda  növünü  qeyd  etmək  qeyri-mümkündür. 
Bununla  yanaşı,  təqdim  edilmiş  təsnifat  ssudaların  müxtəlifliyini 
əks  etdirir,  lakin  bununla  bütün  təsnifat  meyarları  bitmiş  hesab 
olunmur.  
Bütün  kredit  əməliyyatları  müştərilərlə  bağlanmış  müqa-
vilələrə  müvafiq  olaraq  kommersiya  bankları  tərəfindən  həyata 
keçirilir. Ssudanın rəsmiləşdirilməsi üçün müştərilər banka kredit 
müqaviləsindən  başqa  müddətli  öhdəlik  (öhdəlik-tapşırıq),  girov 
və  ya  zəmanət  öhdəliyi  və  ssudanın  verilməsi  üçün  ərizə  təqdim 
edirlər.  
Borcalan  tərəfindən  kredit  müqaviləsi  üzrə  öhdəliklərə 
əməl olunmadıqda kommersiya bankı verilmiş müddətli ssudanın 
və  ona hesablanmış  faizlərin  ödənilməsini  tələb  etmək  hüqüquna 
malikdir.  Bundan  əlavə,  bank  qanunvericilikdə  nəzərdə  tutulmuş 
borcun  alınması  üzrə  bütün  tədbirləri  həyata  keçirməlidir.  Əldə 
edilmiş  kreditlərin  qaytarılması  üçün  borcalanların  ödəmə 


 
 
 
 
52 
qabiliyyətinin  olmadığı  təqdirdə  (müflis  olması)  kommersiya 
bankı bu barədə məsələ qaldırmaq ərizəsi ilə iqtisad məhkəməsinə 
müraciət etmək hüququna malikdir.  
Hesablaşma  əməliyyatları–  müştərilərin  hesablarına 
vəsaitlərin  köçürülməsi  və  silinməsi  (onların  kontragentlər 
qarşısında  öhdəliklərinin  ödənilməsi  üçün)  üzrə  əməliyyatlardan 
ibarətdir.  Kommersiya  bankları  hesablaşmaları  Mərkəzi  Bank 
tərəfindən  təsbit  edilmiş  qaydalar,  forma  və  standartlar  üzrə 
aparır, hər hansı növ hesablaşma əməliyyatının aparılması qaydası 
olmadıqda 
öz  aralarında  razılığa  gəlməklə,  beynəlxalq 
hesablaşmaların  aparılması  isə  beynəlxalq  bank  təcrübəsində 
qəbul edilmiş qayda və qanunlara uyğun həyata keçirilir.  
Kommersiya  bankları  müvafiq  ödəniş  sənədinin  əldə 
edilməsindən  sonrakı  əməliyyat  günündən  gec  olmayaraq 
müştərinin  vəsaitlərini  onun  hesabına  köçürməlidir.  Pul  vəsa-
itlərinin  müştərinin  hesabına  vaxtında  və  ya  düzgün  köçürül-
məməsi  və  ya  hesabdan  silinməməsi  zamanı  kredit  təşkilatı 
Mərkəzi  Banka  bu  vəsaitlərin  məbləğinə  və  Mərkəzi  Bankın 
rəsmi faiz dərəcəsinə müvafiq olaraq cərimə faizi ödəməlidir.  
Kassa  əməliyyatları  –  nağd  pul  vəsaitlərinin  qəbulu  və 
verilməsi  üzrə  əməliyyatlardır.  Kassa  əməliyyatlarını  daha  geniş 
olaraq  nağd  pul  vəsaitlərinin  hərəkəti,  eləcə  də  pul  vəsaitlərinin 
bankların  müxtəlif  aktiv  hesablarına  («kassa»  hesabı  və  digər 
banklarda müxbir hesabı da daxil olmaqla) və kommersiya bankı 
müştərilərinin  hesablarına  yerləşdirilməsi,  formalaşdırılması  və 
istifadəsi ilə əlaqədar olan əməliyyatlar kimi ifadə etmək olar.  
İnvestisiya  əməliyyatları  –  bank  tərəfindən  öz  vəsait-
lərinin  müştərək  maliyyə-təsərrüfat  və  kommersiya  məqsədlərilə 
qeyri-bank  strukturlarının  qiymətli  kağızları  və  paylarına 
yatırılması  əməliyyatlarıdır.  Kommersiya  bankının  investisiya 
əməliyyatlarının kredit əməliyyatlarından fərqi ondan ibarətdir ki, 
investisiya 
əməliyyatlarının  keçirilməsi  təşəbbüsü  bankın 
müştərisindən  deyil,  onun  özündən  asılıdır.  Bu  bankın  özünün 
investisiya fəaliyyətidir.  
Fond əməliyyatları – qiymətli kağızlarla aparılan əməliy-


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə