Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə21/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   64

 
 
 
 
62 
 M1 --- əsasən  nağd pullar (tədavüldə olanlar) tələb oluna-
nadək depozitlər (banklarada cari bank vəsaitləri); 
 M2  ---  tərkibinə  M1  daxildir  və  bir  qayda  olaraq  kom-
mersiya banklarinda olan müddçtli depozitlər və əmanətlər; 
 M3—bu  aqreqatın  tərkibi  bank  sisteminin  səviyyəsinin 
artımından  və  müxtəlif  ölkələrdə  maliyyə  bazarının  inkişafından 
asılıdır.  M2  aqreqatı  ilə  yanaşı  bura  böyük  məbləğdə  olan 
müddətli  depozitlər,  xüsusi  maliyyə-kredit  institutlarının 
əmanətləri,  iri  kommersiya  banklarının  depoziti  sertifikatları  və 
ya başqa pul aktivləri (olkəsindən asılı olaraq daxildir).  
 Daha geniş pul aqreqatları da tətbiq olunur. Milli pul vahi-
dinin zəruriliyini təmin etmək üçün ölkənin Mərkəzi Bankı xüsusi 
tədbirlər  həyata  keçirir.  Bu  da  mövcud  olan  iqtisadi  şəraitdə  pul 
kütləsinin zəruri quruluşunu saxlamaqa yönəldilmişdir.  
 Müxtəlif pul aqreqatları arasında nisbi tarazlığa o vaxt nail 
olunmuş  hesab  edilir  ki,  əgər  M2  və  M3  aqreqatlarının  artma 
tempi M1-in artma tempindən artıqdır.  
Hər  bir  ölkədə  pul  aqreqatları  beynəlxalq  standarta  uyğun 
müəyyən edilir.  
Əgər  əhalinin  nağdsız  hesablaşmalarının  inkişafı  lazımı 
səviyyədə olmazsa, bank xidmətləri, maliyyə bazarları və pul küt-
ləsinin  göstəricilərinin  başqa  səbəbləri  (respublikada  istifadə 
olunanlar)  oz  tərkibinə  görə  digər  ölkələrdən  fərqlənirsə,  onda 
Mərkəzi Bank tətbiq olunan pul aqreqatlarını dövri olaraq dəyişə 
bilər.  
M0  -(tədavüldə  olan    nağd pullar)  -  bura banknotlar və  qə-
piklər,  əhalidə  və  bank  olmayan  kredit-maliyyə  təşkilkatlarının 
kassalarında və iqtisadi subyektlərdə olan pullar aiddir.  
M1-bura  küçürülmə  depozitləri  və  M0,  kommersiya  və 
qeyri  kommersiya  təşkilatları,  bank  olmayan  maliyyə-kredit 
təşkilatlarının,  fərdi  sahibkarlar  və  fiziki  şəxslərin  cari  depoziti, 
tələb  olunanadək  əmanətlərdə  olan  pullar  və  digər  hesablarda  da 
olan qalıq vəsaitlər daxildir.  


 
 
 
 
63 
M2  –  (milli  ifadədə  olan  manat  pul  m  kütləsi)  bura  M1  və 
başqa  depozitlər  (müddətli  depozitlər),  kredit  təşkilatlarında 
manatla  açılmış  və  qiymətli  kağızlardakı  vəsaitlər  (səhmlərdən 
başqa),  kommersiya  və  qeyri  kommersiya  təşkilatlarında,  fərdi 
sahibkarlar və fiziki şəxslərdə, həmçinin rezidentlərdə olan pullar.  
M3 – (geniş pul kütləsi) M2 və köçürülmə pulları, müddətli 
depozitlər (xarici  valyuta  ilə), qiymətli  kağızlar  (səhmdən başqa) 
bank  olmayan  maliyyə-kredit  təşkilatlarının,  fərdi  sahibkarların 
və fiziki şəxslərin xarici valyutası daxildir.  
Ödəmə qabiliyyəti tələbini qiymətləndirmək üçün aktiv pul 
kütləsi  müəyyən  edilir.  Aktiv  pul  kütləsinə  manatla  tədavüldə 
olan    nağd  pul  və  milli  valyuta  ilə  tələb  olunanadək  depozitlər 
daxildirlər. Geniş aktiv pul kütləsini M1 aqreqatı ilə yanaşı, onun 
tərkibinə  xarici  valyuta  daxil  olan  tələbedilənədək  depozitlər 
daxildir.  
Pul aqreqatlarının əsasında iqtisadiyyatın kapitallaşdırılması 
dərəcəsini  təyin  etmək  olar,  bununla  da  milli  təsərrufatın  pul 
vəsaiti ilə təmin ediməsinin səviyyəsini öyrənmək olar. O ümumu 
daxili məhsulun pul kütləsinə nisbəti kimi hesablanır.  
Müasir  şəraitdə  iqtisadiyyatın  pula  təminatı  səviyyəsinə 
təkcə  pul  kütləsinin  həcmi  təsir  etmir,  həm  də  pul  vəsaitinin 
alıcılıq qabliyyəti də təsir edir. Bununla əlaqədar nominal və real 
pul  kütləsinin  inflyasiya  tempinə  uyğunlaşdırılması  üzrə 
uygunlaşdırma  edirlər  (kənarlaşmaları  düzəldirlər).  Ona  gorə  də 
real  pul  kütləsi  nominal  pul  kütləsindən  azdır.  Əgər  ölkədə 
infilyasiya  tempi  pul  kütləsinin  artım  tempini  üstələyərsə,  onda 
nominal  pul  kütləsinin  artmasına  baxmayaraq  real  pul  kütləsi 
azalır.  Qeyd  etdiyimiz  hər  iki  göstərici  bərabər  olarsa,  onda 
hesablaşma  və  ödənişlər  üçün  pul  vəsaitinin  çatışmamazlıgı 
yaranar.  
 Pul-kredit  siyasətini  müəyyən  edərkən  pul-kredit  siyasətini 
tənzimləyən  təşkilatlar  pul  bazası  göstəricisindən  istifadə  edirlər 
(Mərkəzi  Bankın  pullarından  istifadə  edirlər).  İnkişaf  etmiş  bir 
sıra  ölkələrdə  M0  istifadə  olunur.  M0  burada  pul  aqreqatı  kimi 


 
 
 
 
64 
deyil,  pul  kütləsinin  göstəricisini  hesablamaq  üçün  istifadə 
olunur.  
 Qızıl standartı şəraitində tədavüldə olan bütün pullar qızılla 
təmin  olunmuşdurlar  və  pul  bazası  mövcud  olan  qızıl 
ehtiyatlarının  həcminə  bərabərləşdirilirdi.  Hal  hazırda  tədavüldə 
qızıla xırdalanmayan  kredit  pullar  mövcuddur.  Elə  buna  görə  də 
bu anlayışın məzmunu dəyişilmişdir.  
Tədavüldə  olan  nağd  pulun  və  kommersiya  banklarının 
ümumi pul həcminin yekunu pul bazasıdır.  
Bütün bunlar Mərkəzi Bankda hesablanmişdir. Bu göstərici 
pul  bazası  adlanır, belə  ki, orada olan pul  vəsaitlərindən banklar 
istifadə edə bilərlər, digər tərəfdən tədavüldə əlavə pul kütləsinin 
yaranma  mənbəyi  olacaqdır.  Bununla  əlaqədar  qərb  iqtisadi 
ədəbiyyatında Mərkəzi Bankın bazasını təşkil edən vəsaitləri çox 
zaman etibarlı pul mənbəyi adlandırırlar. Pul bazası anlayışını və 
onun pul tədavülünün təşkilində rolunu izah etmək üçün Mərkəzi 
Bankın balansını nəzərdən keçirmək zəruridir.  
Tərkibində maddələr olan sadələşdirilmiş balans mövcuddur 
və nəzərdə tutulmuş sualları aydınlaşdırmaq üçün zəruridir.  
 
Cədvəl 1 
 Mərkəzi Bankın sadələşdirilmiş balansı 
 
 
Aktivlər 
Passivlər 
Kommersiya banklarının kreditləri 
Hökumətə verilən kreditlər 
Qızıl valyuta kreditləri 
Tədavüldə olan blanklar  
Kommersiya banklarının öhdəlik və ar-
tıq ehtiyatları  


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə