Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə13/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   64

 
 
 
 
38 
kommersiya  bankının  vəsaitləri  kifayət  qədər  olmadıqda  kredit 
əldə  olunması  üçün  Mərkəzi  Banka  onun  müəyyən  etdiyi  şərtlər 
əsasında müraciət edə bilər.  
Qanunvericiliyə  müvafiq  olaraq  müqavilə  bağlayarkən 
kredit  təşkilatı  fiziki  və  ya  hüquqi  şəxsin  tələbinə  əsasən  öz 
maliyyə  hesabatı  haqqında  məlumatı,  mühasibat  balansı,  o 
cümlədən  keçən  il  üçün  auditor  qərarı  və  cari  il  üçün  aylıq  mü-
hasibat  balanslarını  təqdim  etməlidir.  Məlumatın  verilməsi 
qaydasının pozulması və  ya qeyri-düzgün məlumatın verilməsilə 
müştəri və investorlarda yanlış fikir yaratmaq cəhdinə görə kredit 
təşkilatı qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyır.  
Beləliklə, bir çox kommersiya bankları müasir şəraitdə öz 
müştərilərinə (həm fiziki, həm də hüquqi şəxslərə) geniş həcmdə 
əməliyyat  və  xidmətlər  təklif  edir.  Universal  növlü  kommersiya 
bankları əhalinin, təsərrüfat təşkilatlarının, firma və şirkətlərin pul 
vəsaitlərinin  cəlb  edilməsi,  kredit  ehtiyatlarının  yerləşdirilməsi,  pul 
hesablarının təşkili və idarə edilməsi üzrə funksiyaları həyata keçirir, 
müştərilərə müxtəlif bank əməliyyatları və xidmətləri göstərir.  
 


 
 
 
 
39 
2. 2. Bankların aktiv və passiv əməliyyatları, onların 
növləri və iqtisadi məzmunu 
 
Bazar  iqtisadiyyatı  şəraitində  kommersiya  bankının  bütün 
əməliyyatlarını şərti olaraq üç əsas qrupa bölmək olar: 

 
passiv əməliyyatlar; 

 
aktiv əməliyyatlar; 

 
aktiv-passiv əməliyyatlar. 
Azərbaycanın 
bank 
təcrübəsində 
də 
kommersiya 
banklarının əməliyyatları adətən üç qrupa bölünür.  
1.  Passiv  əməliyyatlar  –  vəsaitlərin  banka  cəlb  edilməsi, 
bankda  ehtiyatların  yaradılması  üzrə  əməliyyatlardir.  Passiv 
əməliyyatların bank üçün əhəmiyyəti çox böyükdür.  
Bazar  iqtisadiyyatı  şəraitində  bank  passivlərinin  for-
malaşması  prosesi,  onların  maksimum  qruplaşdırılması  və 
bununla əlaqədar olaraq kommersiya bankının ehtiyat potensialını 
yaradan  pul  vəsaitləri  xüsusi  əhəmiyyət  kəsb  edir.  Aydındır  ki, 
bankın  sabit  ehtiyat  bazası  ona  ssuda  və  digər  aktiv  əməliyyatlar 
həyata  keçirməyə  imkan  verir.  Bu  səbəbdən  hər  bir  kommersiya 
bankı öz ehtiyatlarını artırmağa cəhd göstərir.  
Bankın passiv əməliyyatlarına aiddir: 
1.
 
hüquqi  və  fiziki  şəxslərin  hesablaşma  və  cari  hesab-
larına vəsaitlərin cəlb edilməsi; 
2.
 
vətəndaşlara,  müəssisə  və  təşkilatlara  müddətli  hesab 
açılması; 
3.
 
qiymətli kağızların buraxılması;  
4.
 
digər banklardan əldə edilmiş istiqrazlar və s.  
Vəsaitlərin  cəlb  edilməsi  ilə  bağlı  olan  bütün  passiv  bank 
əməliyyatları  iqtisadi  məzmunundan  asılı  olaraq  aşağıdakılara 
bölünür: 

 
Depozit  (banklararası  kreditlərin  alınması  da  daxil 
olmaqla); 

 
Emissiya  (payların  və  ya  qiymətli  kağızların  yerləş-
dirilməsi).  
Bankın  ehtiyatları  istiqraz  üzrə  vəsaitlərdən  və  bankın 


 
 
 
 
40 
xüsusi  kapitalından  ibarətdir.  Bankın  xüsusi  kapitalı  banka  mü-
vəqqəti cəlb edilmiş istiqraz vəsaitlərindən fərqli olaraq bilavasitə 
banka  aid  olan  vəsaitlərdir.  Bankın  xüsusi  kapitalı  digər 
müəssisələrin  kapitalından  onunla  fərqlənir  ki,  bankların  xüsusi 
kapitalı  bütün  kapitalın  10%-ni  təşkil  etdiyi  halda, müəssisələrdə 
bu  rəqəm  40-50%-ə  yaxın  olur.  Bankın  xüsusi  kapitalı  bir  neçə 
həyati əhəmiyyətli funksiyanı yerinə yetirir.  
Müdafiə funksiyası.  
 Bank  aktivlərinin  əhəmiyyətli  hissəsi  (təxminən  88%) 
müştərilər  tərəfindən  maliyyələşdirilir.  Bu  səbəbdən  bankın 
səhmdar  kapitalının  və  onlarla  eyniləşdirilən  vəsaitlərin  əsas 
funksiyası  müştərilərin  maraqlarının  müdafiəsindən  ibarətdir. 
Xüsusi kapitalın müdafiə funksiyası bankın ləğv edilməsi zamanı 
müştərilərə  kompensasiyaların  ödənilməsi  imkanı  deməkdir. 
Xüsusi  kapital  gözlənilməz  xərclərin  yaranması  təhlükəsinə 
baxmayaraq bankın fəaliyyət  göstərməsinə imkan verən ehtiyatın 
yaradılması  yolu  ilə  bankın  ödəmə  qabiliyyətinin  qorunmasına 
şərait  yaradır.  Nəzərə  almaq  lazımdır  ki,  bankda  bu  səbəbdən 
yaranmış ziyanın əksər hissəsi bankın hesabına deyil, cari aktivlər 
hesabına  ödənilir.  Əksər  firmalardan  fərqli  olaraq  bankın  ödəmə 
qabiliyyəti  xüsusi  kapitalın  bir  hissəsi  ilə  təmin  edilir.  Səhmdar 
kapitalına  toxunulmayan  müddətdə,  yəni,  aktivlərin  dəyəri  ilə 
öhdəliklərin məbləği bərabər olan zaman bank ödəmə qabiliyyətli 
hesab  edilir.  Lakin  bu  növ  yanaşma  tərzi  hər  zaman  mövcud 
olmamışdır.  
Bank  kapitalının  müdafiə  funksiyasının  məzmunu  bu  gün 
xüsusilə  aktualdır.  Belə  ki,  respublikamızda  depozitlərin 
sığortalanmasının  səmərəli  sistemi  hələ  ki,  formalaşmamışdır, 
digər  tərəfdən  isə  qeyri-sabit  iqtisadi  vəziyyət,  bank  sektorunda 
kəskin  rəqabət,  uyğun  məlumat  bazasının  olmadığına  görə 
aqressiv 
bank 
siyasətinin 
həyata 
keçirilməsi, 
peşəkar 
mütəxəssislərin  azlığı  və  digər  neqativ  amillər  müflisləşməyə  və 
müştərilərin vəsaitlərinin itirilməsinə gətirib çıxarır. Bu səbəbdən 
ölkəmiz üçün xüsusi  kapitalın mövcudluğu bankın etibarlılığının 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə