Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə24/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   64

 
 
 
 
71 
Mərkəzi  Bankın  sadəlşdirilmiş  balansından  görünür  ki, 
“Banknotlar tədavüldə” maddəsinin böyüklüyünə Mərkəzi Bankın 
aktiv  əməliyyatlar  həcmindən  əlavə  pul  bazasının  quruluşu  da 
təsir  edir.  Kommersiya  banklarının  ehtiyatları  artıdıqca, 
banknotların emissiyası bu şəraitdə az olur.  
Beləliklə,  nağd  pulların  emissiya  kanalı  Mərkəzi  Bankın 
aktiv  əməliyyatlarına  aiddir. Bilavasitə  emissiya  Mərkəzi  Bankın 
passiv balansının artması nəticəsində baş verir  və emissiya  üçün 
banknotların  təmin  edilməsi  Mərkəzi  Bankın  aktivləridir. 
Beləliklə,  müasir  dövrdə  banknotların  buraxılışı  qızılla  təmin 
olunmamışdır,  onların  tədavülü  ölkə  əhalisinin  banknotların 
emitentinə etibarı ilə hesablanıb.  
Müasir pul emissiyası banknotların kredit xarakterli təminatı 
ilə  bağlıdır.  Kommersiya  bankları  kreditləşmə  nəticəsində 
emissiya  yerinə  yetirirsə,  onda  kommersiya  banklarının 
öhdəliklərindən  biri  banknotların  təmin  edilməsidir.  Hökumətin 
kreditləşməsi  nəticəsində  emissiya  baş  verir,  bu  emissiyanın 
təminatı  hökumətin  öhdəliyidir  (dövlət  qiymətli  kağızları). 
Emissiya  zamanı  bərabər  valyuta  əməliyyatı  keçirilərsə, 
emissiyanın  təminatı  xarici  valyuta  olur,  buna  isə  xarici  Mərkəzi 
Bankların öhdəliyi kimi baxmaq olar.  
Banknot  emissiyasının  təminatı  milli  pul  vahidinin  sabitli-
yinə  bilavasitə  təsir  edir,  ölkələrin  çoxunda  belə  təminat  qabi-
liyyəti və normaları qanunçuluq qaydası ilə təyin olunur. Hər bir 
ölkənin  öz  xüsusiyyəti  mövcuddur,  amma  bir  qayda  olaraq 
təminat  növündə  yalnız  tam,  etibarlı,  qısa  müddətli  öhdəliklər 
zəruridir.  
Nağd  pulların  emissiyası  Mərkəzi  Bank  tərəfindən  yerinə 
yetirilir. Bu o məqsədlə edilir ki, təsərrüfatçılıq subyektlərinin və 
əhalinin əlavə tədavül vəsati və ödəniş tələblərini yerinə yetirmək 
mümkün  olsun.  Kommersiya  banklarının  depozit  hesabında     
nağdsız pul vəsaitlərinin həcmi iqtisadi inkişaf nəticəsində artarsa
onda müştərilərin nağd pula tələbi də müvafiq surətdə artır.  


 
 
 
 
72 
Kommersiya  bankları  öz  müştərilərinə  əməliyyat  kassala-
rından  nağd  pul  verirlər,  bu  kassalarda  isə  müəyyən  həcmdə 
banknot  olur,  bu  da  hər  anda  nağd  pulun  əməliyyat  kassasına 
daxil olması ilə oradan verilən nağd pula bərabərdir.  
Əməliyyat  kassasında  olan  nağd  pul  kommersiya  bankının 
əməliyyatıdır və gəlir gətirmir, ona görə bank həmin pulu böyük 
banknot  ehtiyatında  saxlamaq  marağında  deyil  və  artıq  pulların 
geriyə,  Mərkəzi  Bankın  kassasına  qaytarırlar.  Əgər  kommersiya 
bankında  müştərilərin  tələbini  ödəmək  üçün  bankın  əməliyyat 
kassalarında  lazımi  miqdarda  nağd  pul  yoxdursa,  kommersiya 
bankı Mərkəzi Banka əlavə pul almaq üçün müraciət edir.  
Mərkəzi  Bank  kommersiya  bankına  öz  kassasından  bankın 
artıq ehtiyat həcmi dəyərində banknotlar verir. Mərkəzi Bank öz 
dövriyyə  kassasından  nağd  pulların  verilməsindən  əlavə  nağd 
pulların  qəbulu  əməliyyatını  yerinə  yetirir.  Əgər  dövriyyə 
kassasına  daxil  olmuş  pullar  kommersiya  banklarının  nağd  pula 
tələbatını  ödəmək  üçün  çatmırsa  və  yaxud  azlıq  edirsə,  onda 
Mərkəzi  Bank  lazım  olan  məbləği  öz  ehtiyatından  dövriyyə 
kassasına  köçürür.  Beləliklə,  tədavüldə  nağd  pulun  həcmi  artır, 
Mərkəzi Bankın nağd- pul emissiyası həyata keçirilir.  
  


 
 
 
 
73 
3.4 
 Nağdsız hesablaşmaların mahiyyəti 
 
 
 Nağdsız  emissiya  bankların  aktiv  əməliyyat  prosesini 
yerinə  yetirərkən  baş  verir.  Bu  zaman  dövrüyyədə  olan  nağdsız 
pul  kütləsinin  artımı  kommersiya  və  Mərkəzi  Bankın  aktiv 
əməliyyatları  zamanı  baş  verə  bilər.  Lakin  qeyd  etmək  lazımdır 
ki,  hal  hazırda  iqtisadçılar  arsasında  bank  sisteminin  nağdsız 
emissiyasında  Mərkəzi  Bankın  rolu  haqqında  vahid  fikir  yoxdur. 
Əsas mövqeləri aşağıdakı kimi yekunlaşdırmaq olar: 
 1)  Mərkəzi  Bank  əsasən  nağdsız  emissiyanı  yaradır  və 
kommersiya  bankları  ancaq  Mərkəzi  Bank  tərəfindən  yaradılan 
nağdsız  pulları  bölüşdürə  bilər.  Kommersiya  bankının  yeni 
depozitlər  yaratmaq  üzrə  fəaliyyəti  Mərkəzi  Bankda  olan 
korrespondent  (muxbir)  hesabında  olan  vəsaitlərə  görə  sərt 
məhdudlaşdırılır.  
 2) Nağdsız emissiyanı təkcə Mərkəzi Bank yerinə yetirmir, 
kommersiya bankları da öz aktiv əməlyyatları prosesində naqdsız 
pul  kütləsi  yaradırlar.  Əgər  öhdəliklərin  ehtiyat  norması  100% 
bərabər  olarsa,  onda  Mərkəzi  Bank  nağdsız  emissiya  üzrə 
inhisarçılıq əldə edə bilər. Mövcud olan depozitləri qismən təmin 
etmədən kommersiya bankları öz nağdsız pullarını yarada bilərlər 
və bunların həcmi ilkin kredit vəsaitlərindən artıqdır.  
 3) Bütün nağdsız emissiya kommersiya bankları  tərəfindən 
nağdsız pul vəsaitləri xüsusiyyətinə malikdir. Belə ki, onlar bank 
sistemi  qarşısında  öhdəçilik  götürürlər.  Kredit  verilməsi 
prosesində  Mərkəzi  Bank  pul  kütləsini  yaratmır  və  bir  bankın 
ehtiyatını müvəqqəti istifadə üçün başqa banklara və ya hökumət 
arasında bölüşdürür.  
 
Beləliklə,  Mərkəzi  Bankın    nağdsız  emİssiya  həcmini 
tənzimləməsi  və  ona  nəzarət  edə  bilməsi  haqqında  müxtəlif 
fikirlər  var.  Mərkəzi  Bankın  nə  dərəcədə  bu  və  ya  digər  pul 
kütləsinin  artmasına  nəzarət  edə  bilməsi  haqqında  mülahizələr 
mövcuddur.  


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə