Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə23/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   64

 
 
 
 
68 
olsun. Beləliklə, emissiyadan fərqli olaraq tədavülə pul buraxılışı 
həmişə pul kütləsinin artımına gətirib çıxartmır.  
Tədavülə  əlavə  daxil  olunmuş  pul  vəsaiti  növündən  asılı 
olaraq nağd və nağdsız pul emissiyalarına bölünür.  
 Nağd  pul  emissiyası  pul  vahidlərinin  əlavə  olaraq tədavülə 
buraxılma yolu ilə yerinə yetrilir (banklar və şirkətlər). 
Nağdsız  pul  emissiyası  banklarda  bank  hesablarının  vəsait 
həcminin  artması  zamanı  banklalrada  aktiv  əməliyyatların 
aparılması nəticəsində baş verir.  
Nağdsız  pul  emissiyası    nağd  emissiyaya  nisbətən  ilkindir. 
Bank  müştəriyə  müqavilə  əsasında  o  zaman    nağd  pul  verir  ki, 
müştərinin  bank  hesabında  pul  vəsaiti  olsun.  Eyni  zamanda 
verilən  məbləğə  görə  müştərinin  hesabından  nağdsız  vəsaitin 
silinməsi  baş  verir.  Bankın  kassasından    nağd  pulun  verilmə 
həcminin  artırılması  üçün  əvvəlcə  bank  hesablarındakı  qalıqlar 
artmalıdır ki, bu da nağdsız emissiya səbəb olur.  
Nağd  və  nağdsız  pulların  bir  vahid  təbiəti  var  və  onlar 
qarşılıqlı bağlıdırlar. Bu zaman onlar bir formadan başqa formaya 
keçirlər.  Nağd  pullar      nağdsız  pula  o  zaman  çevrilir  ki,  onlar 
bank  kassalarına  daxil  olur  və  iqtisadi  subyektlərin  hesablarına 
köçürülür.  
Bank  müştəriləri  oz  hesablarından  pul  vəsaitlərinin  bir 
hissəsini çıxarırlar və onları  nağd formada pula çevirirlər.  
Nağd  və  nağdsız  pulların  vahid  təbiəti  emissiya  prosesinin 
birləşməsi zamanı qarşılıqlı əlaqə yaranır. Belə ki, müasir şəraitdə 
nağd və nağdsız emissiya kredit xüsusiyyətini daşıyır. Yəni əlavə 
ödəmə  vasitələri  formalarından  asılı  olmayaraq  kredit 
əməliyyatlar əsasında tədavülə daxil olur.  
Bu,  aşağıdakı  formada  baş  verir.  Bankların  əsas  funksiyası 
sərbəst  pul  vəsaitlərini  səfərbər  etməkdir.  Banklar  qaytarılma 
əsasında  pulları  yerləşdirməklə  əmanətləri  səfərbər  edir.  Eyni 
zamanda  banklar  istehsalla  məşqul  olan  subyektlərə,  əhali  və 
dövlətə  ssudalar  verirlər  və  onlar  da  kreditorlar  olurlar.  Bunun 
nəticəsində  depozitlərin  multiplikasiyası  baş  verir  və  iqtisadi 


 
 
 
 
69 
agentlərin  hesablaşma  vəsaitlərinin  ümumi  həcmi  artır.  Onlar  da 
kreditə  alınmış  əlavə  vasitələri  öz  ödənişlərini  ödəmək  üçün 
istifadə  edirlər.  Belə  ki,  bankların  borc  alanlara  qarşı  tələbləri 
ödəniş  vasitələrinə  çevrilirlər,  yəni  tədavülə  çevrilən  əlavə  pul 
vəsaitləri daxil olur.  
 
3. 3 Banklarda nağd pul emissiyası 
 
 Ölkənin  ərazisində  nağd  pul  emissiyası  üzrə  inhisarçı 
hüququ  əsasən  hökumətin  Mərkəzi  Bankı  yerinə  yetirir.  Hal-
hazırda  nağd  emissiya  əsasən  tədavülə  buraxılmış  banknotlar 
formasında  yerinə  yetirilir,  bunlar  isə  pul  nişanlarıdır,  dövlət 
tərəfindən emissiyalaşdırılır və qanunla rəsmi surətdə hesablaşma 
və ödəmə vəsaiti kimi tanınır. Bir neçə ölkələrdə Mərkəzi Banklar 
tərəfindən  emissiya  edilən  sikkələrə  də  inhisar  qoyulub,  amma 
dünya  təcrübəsində  onların  buraxılışı ilə  əsasən  Maliyyə  Nazirliyi 
məşğul  olur  (xəzinədarlıq).  Mərkəzi  Bank  o  sikkələri  onların 
dəyərində satın alır və banknotlarla yanaşı tədavülə buraxır.  
Müasir  pulların  nominal  qiyməti  onların  istehsal  maya 
dəyərindən dəfələrlə yüksəkdir. Pulların emissiyası imkan yaradır 
ki,  emissiya  gəliri  almaq  mümkün  olsun.  Bu  da  banknotun 
(sikkənin)  nominal  qiymətinin,  onun  istehsalına  çəkilən  məsrəflə 
və tədavülə buraxılma fərqləri deməkdir. Aydındır ki, nominallar 
böyük olduqda, banknotun emissiya gəliri də getdikcə artacaqdır. 
O  da  pul  bazasının  artımının  dövlət  büdcəsinin  ümumi  daxili 
məhsuluna və ya gəlirinə münasibəti kimi hesablanır. Bu emissiya 
gəliri tam dövlət mədaxilinə köçürülür.  
Mərkəzi  Bankdakı  nağd  pul  emissiyası  pulların  hazır-
lanmasının texniki prosesi ilə üst-üstə düşmür. Yeni çap olunmuş 
banknotların Mərkəzi Bankın anbarına daxil olması iqtisadiyyatda 
nağd  pul  kütləsini  artırmır.  Banknot  emissiyası  Mərkəzi  Bankda 
müəyyən əməliyyatlar posesində aparılır.  
 Nağd  pul  emissiyası  ─  iqtisadi  agentlərin  əlavə  tələblərini 
ödəmək  üçün  Mərkəzi  Bank  tərəfindən  tədavülə  buraxılmış nağd 


 
 
 
 
70 
pul  nişanlarıdır.  Bu,  bütövlükdə  ölkədə  nağd  pul  verilməsinin 
banklara daxil olan puldan artıq olmasının nəticəsidir.  
Mərkəzi  Bankın  sadələşdirilmiş  balansından  görünür  ki, 
banknot  emissiyası  Mərkəzi  Bankın  passiv  əməliyyatıdır. 
”Banknotlar  tədavüldə”  balansının  passiv  maddəsinin  artımı 
Mərkəzi Bankda aktiv əməliyyatların aparılması zamanı baş verir. 
Beləliklə,  iqtisadiyyata  daxil  olan  nağd  pulların  əsas  mənbələri 
aşağıdakılardır: 
● Mərkəzi Bankın kommersiya banklarını kreditləşdirməsi; 
● Mərkəzi Bankın dövlət qiymətli kağızlarının alınması; 
● Mərkəzi Bankın xarici valyutanı və qızılı alması.  
 Qeyd  etmək  lazımdır  ki,  tədavüldə  olan  banknotların 
həcmi,  ancaq  Mərkəzi  Bankın  cari  daxili  və  xarici  aktivlərinin 
artması zamanı baş verir.  
Mərkəzi  Bankın  kommersiya  banklarına  və  hökumətə 
verilmiş kreditlərnin məbləğinin artması emissiyaya təsir edir. Bu 
vəsaitlər Mərkəzi Bankın hesabında saxlanılır və burada yaranmış 
fərq  Mərkəzi  Bankın  kommersiya  banklarına  və  hökumətə 
kreditlərin  verilməsi  zamanı  nəzərə  alınır.  Mərkəzi  Bankda  eyni 
zamanda  bu  məbləğ  qədər  kommersiya  banklarının  hesablarında 
vəsait  həcmi  artarsa,  o  zaman  “Banknotlar  tədavüldə”  balansı 
maddəsinin artımı bu mənbələr hesabına baş verməyəcəkdir.  
Mərkəzi  Bankın  real  xarici  aktivi  xarici  valyutanın  alış  və 
satış  saldosu  deməkdir.  Bu  Mərkəzi  Bankın  xarici  valyutanı 
alması  zamanı  əldə  olunan  məbləğə  (  xarici  valyuta  satışı 
əməliyyatı zamanı əldə olunmuş vəsait məbləğini çıxmaq şərti ilə) 
bərabərdir.  
Emissiya hesabına Mərkəzi Bankın əldə etdiyi xarici valyuta 
təcrübədə  əsasən  geniş  bir  amil  kimi  qəbul  edilməlidir.  Xarici 
aktivlər  ölkənin  xarici  hesablaşma  və  ödəmələrini  yerinə 
yetirilməsi  üçün  zəruridir.  Bu  həm  də  Mərkəzi  Bank  tərəfindən 
milli  valyutanın  alıcılıq  qabiliyyətinin  və  dəyişmə  məzənnəsinin 
sabit saxlanılması üçün ehtiyatdır.  


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə