Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   19   20   21   22   23   24   25   26   ...   133

 
46 
hüququn icazə verdiyini mənafenin tələb etdiyi ilə daim uyğunlaĢdırmağa çalıĢacağam ki, ədalət və fayda 
arasında heç bir ziddiyyət olmasın.   
 
Məndən soruĢa bilərlər: məgər mən hökmdar, yaxud qanunvericiyəm ki, siyasətdən yazıram? Əgər mən hökmdar, 
yaxud qanunverici olsaydım, nə etmək lazım gəldiyi barədə söhbətlərə vaxt itirməzdim — ya bunu edərdim, ya 
da susardım.   
 
Bir halda ki, azad Dövlətin vətəndaĢı və Suverenin üzvüyəm
1
, mənim səsimin ictimai iĢlərdə əhəmiyyəti nə qədər 
az olsa da, bu iĢlərin müzakirəsi zamanı səsvermə hüququm kifayətdir ki, bu iĢlərin mahiyyətini özüm üçün 
aydınlaĢdırmaq vəzifəsini öhdəmə götürüm və xoĢbəxtəm ki, hər dəfə idarəetmənin formaları haqqında 
mülahizələr yürüdərkən öz ölkəmin idarəetmə tərzini sevmək üçün yeni-yeni səbəblər tapıram.  
 
 
I fəsil.  BU KĠTABIN MÖVZUSU 
 
 
Ġnsan azad doğulur, lakin o hər yerdə buxovdadır.  Bəzisi özünü baĢqalarının hökmdarı zənn edir, lakin bu onun 
onlardan da artıq dərəcədə kölə olmağına mane olmur.  Bu dəyiĢiklik necə baĢ verir? Mən bunu bilmirəm.  Ona 
qanunilik verən nədir? DüĢünürəm ki, bax, bu məsələni həll edə bilərəm.   
 
Əgər mən yalnız onun hərəkətinin gücü və nəticələri məsələsini nəzərdən keçirmiĢ olsaydım, belə deyərdim: nə 
qədər ki, xalq itaət etməyə məcburdur və itaət edir, o, yaxĢı hərəkət eləyir, lakin boyunduruğu öz üzərindən 
atmaq imkanı qazanan kimi onu atırsa, o, əvvəlkindən də yaxĢı hərəkət eləyir; belə ki, azadlıq ondan hansı 
hüquqla oğurlanmıĢdırsa, elə həmin hüququn əsasında da azadlığı özünə qaytarmaqla göstərir ki, onun buna 
əsasları varmıĢ, ya da azadlığı ondan almaq üçün qətiyyən heç bir əsas olmadığını təsdiq etmiĢ olur.  Lakin 
ictimai vəziyyət bütün qalan hüquqlar üçün əsas rolunu oynayan müqəddəs hüquqdur.  Bu hüquq fəqət təbii 
xarakter daĢımır; deməli o, saziĢlərə əsaslanır.  AydınlaĢdırmaq lazımdır ki, bunlar necə saziĢlərdir.  Bunu 
etməzdən əvvəl mən indicə irəli sürdüyüm müddəaları əsaslandırmalıyam.  
 
 
II fəsil.  ĠLK CƏMĠYYƏTLƏR HAQQINDA 
 
 
Bütün cəmiyyətlərin ən qədimi və yeganə təbiisi ailədir.  Lakin axı ailədə də uĢaqlar  atalarına ona ehtiyacları 
olana qədər bağlıdırlar...   
 
Beləliklə,  əgər bilmək istəyirsinizsə ailə siyasi cəmiyyətlər üçün örnək, hökmdar — ata, xalq — övladlardır, 
bərabər və azad doğulmuĢların hamısı öz azadlıqlarını baĢqasına verirlərsə, bunu yalnız öz xeyirləri naminə 
edirlər...  
 
Qrotsi
2
 insanlar arasında hər cür hakimiyyətin idarə olunanların xeyrinə qurulduğunu inkar edir və nümunə 
qismində köləliyi göstərir...  Hobbs da bu fikirdədir.  Beləliklə, demə, insan nəsli mal-qara sürülərinə bölünüb və 
bu sürülərin hər birinin öz baĢçısı var ki, mal-qaranı bir məqsədlə — sonradan yemək üçün qoruyur...  Aristotel 
onların hamısından əvvəl deyirdi ki, insanlar təbiətcə heç də bərabər deyillər, onların bəziləri kölə, bəziləri isə 
ağa olmaq üçün doğulur.  Aristotel haqlı idi, lakin o, nəticəni səbəb kimi qəbul edirdi.  Köləlikdə doğulan hər kəs 
köləlik üçün doğulur; bundan düzgün heç nə ola bilməz.  BuxovlanmıĢ kölələr hər Ģeylərini itirirlər, hətta bu 
buxovlardan azad olmaq istəyini də; onlar köləliyi sevməyə baĢlayırlar.  
 
 
III fəsil.  GÜCLÜNÜN HÜQUQU HAQQINDA 
 
 
...Bir anlığa təsəvvür edək ki, ―güclünün hüququ‖ deyilən Ģey həqiqətən də mövcuddur...  Lakin bu necə 
hüquqdur ki, gücün təsiri kəsilən kimi yox olur? Əgər gücə əyilərək tabe olmaq lazımdırsa, o zaman vəzifə 
borcuna əməl edərək tabe olmaq zərurəti də yoxdur və əgər insan tabe olmağa məcbur edilmirsə, artıq bunu 
etməyə borclu deyildir.  
 
                                                           
1
Söhbät Cenevrä Respublìkasíndan vä onun tamhüquqlu vätändaåíndan gedìr
 
2
Hüqo Qrotsì (1583–1645) — holland alìmì, müasìr beynälxalq hüququn banìsì 


 
47 
Hakimiyyətə tabe olun.  Əgər bu, gücə tabe olmaq deməkdirsə yaxĢı moizədir, lakin gərəksizdir, mən də zəmanət 
verərəm ki, o heç vaxt pozulmayacaq.  Hər cür hakimiyyət Allah tərəfindən verilir, mən bunu qəbul edirəm; lakin 
hər cür xəstəlikləri də Allah verir, bəs həkim çağırmaq qadağandır?..  RazılaĢaq ki, güc heç bir hüquq yaratmır və 
insanlar yalnız qanuni hakimiyyətə tabe olmağa borcludurlar.  Beləcə, lap əvvəldə qoyduğum sual yenidən bizim 
qarĢımızda peyda olur.  
 
 
IV fəsil.  KÖLƏLĠK HAQQINDA 
 
 
Bir halda ki, insan özü kimilərin üzərində təbii hakimiyyətə malik deyil və bir halda ki, güc heç bir qanun 
yaratmır, deməli belə çıxır ki, insanlar arasındakı hər hansı qanuni hakimiyyətin əsası yalnız müqavilələr ola 
bilər...  
 
Deyə bilərlər ki, despot öz təbəələri üçün vətəndaĢ sülhünü təmin edir.  Tutaq ki, lap belədir, lakin əgər onun 
Ģöhrətpərəstliyi səbəbindən doğan müharibələr, onun sonsuz acgözlüyü, üsul-idarəsinin zülmü onları öz daxili 
çəkiĢmələrindən də artıq dərəcədə var-yoxdan çıxarırsa, bu halda həmin o vətəndaĢ sülhündən nə fayda? Əgər bu 
barıĢıq onların fəlakətlərindən birinə çevrilirsə, bu halda ondan nə fayda? Zindanlarda da dinc yaĢamaq olur, 
lakin bu kifayətdirmi ki, orada özünü yaxĢı hiss edəsən?  
 
Öz azadlığından imtina etmək öz insan ləyaqətindən, insan təbiətinin hüquqlarından, hətta onun vəzifələrindən üz 
döndərmək deməkdir.  Hər Ģeydən imtina edən üçün heç bir əvəz ola bilməz.  Bu cür imtina insan təbiəti ilə bir 
araya sığmır; insanı iradə azadlığından məhrum etmək onun hərəkətlərini hər cür əxlaqdan məhrum etmək 
deməkdir.  Nəhayət, bir tərəfdən hüdudsuz hakimiyyətin, digər tərəfdən hüdudsuz itaətin təmin edilməsi Ģərtilə 
razılaĢdırılan bu cür müqavilə faydasız və ziddiyyətlidir...  
 
Qrotsi və digərləri qul sahibliyi hüququnun mənĢəyini həm də müharibələrdə görürlər.  Onların fikrincə, qalibin 
məğlubu öldürmək hüququ olduğundan, ―məğlub olan  həyatını Ģəxsi azadlığı bahasına ala bilər‖ müqaviləsi hər 
iki tərəfə fayda gətirdiyindən ikiqat qanuni sayılmalıdır.  Lakin aydındır ki, məğlub olanları öldürmək hüququ 
adlanan Ģey heç bir halda müharibə vəziyyətindən doğmur.  Ən azı ona görə ki, lap əvvəldən asılı vəziyyətdə olan 
insanların öz aralarında elə bir ünsiyyətləri yoxdur ki, müharibə, yaxud sülh vəziyyəti yarana bilsin; bu insanlar 
əzəldən heç də bir-birinə fitri düĢmən deyillər...  
 
Hətta fərz etsək ki, hamını öldürmək kimi dəhĢətli bir hüquq həqiqətən mövcuddur, əminəm ki, müharibə zamanı 
qul olmuĢ Ģəxs, yaxud fəth edilmiĢ xalq öz hökmdarına məcbur edildiyi zaman boyunca itaət etməkdən baĢqa heç 
Ģey borclu deyildir...  
 
Kölə və hüquq anlayıĢları bir-birinə ziddir; bunlar bir-birini qarĢılıqlı surətdə istisna edir.  Belə bir fikir — ―Mən 
səninlə tam sənin hesabına və tam mənim xeyrimə müqavilə bağlayıram, mən bu müqaviləyə mənə lazım olana 
qədər əməl edəcəyəm və sən bu müqaviləyə mənə lazım olana qədər əməl edəcəksən‖ fikri insanın insana, yaxud  
insanın xalqa münasibətini nəzərdə tutmasından asılı olmayaraq həmiĢə hər cür mənadan məhrumdur.  
 
 
V fəsil.  HƏMĠġƏ BĠRĠNCĠ MÜQAVĠLƏYƏ DÖNMƏYĠN LAZIMLILIĞI HAQQINDA 
 
 
Əgər mən indiyə qədər rədd etdiklərimlə razılaĢsaydım belə, despotizmin tərəfdarları bundan çox az Ģey 
udardılar.  Kütləni özünə tabe etməklə cəmiyyəti idarə etmək arasında həmiĢə böyük fərq olacaqdır.  Əgər ayrı-
ayrı insanları bir-birinin ardınca bir nəfər əsarətə alırsa, mən onların miqdarından asılı olmayaraq burada xalqı və 
onun baĢçısını deyil, yalnız ağanı və qulu görürəm.   
 
Bilmək istəyirsinizsə, bu, birlik deyil, insan yığnağıdır; burada nə ümumi nemətlər var, nə də siyasi orqanizm.  
Bu cür insan hətta dünyanın yarısını əsarətə almıĢ olsa belə, vur-tut fiziki Ģəxs olacaq; onun digər insanların 
mənafeyindən ayrılmıĢ mənafeyi vur-tut Ģəxsi mənafe olacaq.  Əgər bu insan həlak olarsa, o zaman onun Dövləti 
də dağılacaqdır, necə ki, alovun yandırdığı palıd dağılıb külə çevrilir.  
 
 
VI fəsil.  ĠCTĠMAĠ MÜQAVĠLƏ HAQQINDA 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə