Azərbaycan məktəbi



Yüklə 52,55 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü52,55 Kb.
#32562


“Azərbaycan məktəbi”.-2015.-№ 1.-S.64-68. 

 

QƏRBİ AZƏRBAYCAN ŞİVƏLƏRİNDƏ QƏDİM SÖZLƏR 

 

İbrahim Bayramov, 



filologiya üzrə elmlər doktoru, professor 

 

Açar sözlər: Qərbi Аzərbaycan, şivə, qədim sözlər. 



Ключевые слова: Западный Азербайджан, наречие, древние слова. 

Key words: Western Azerbaijan, dialect, ancient words. 

 

Azərbaycan  təhsilinin,  Azərbaycan  dilinin  tarixinin,  inkişaf  yolunun  öyrənilməsi  zamanı  Qərbi 



Azərbaycan  ərazisi  yaddan  çıxarılmamalıdır.  Çünki  Qərbi  Azərbaycan  bütöv  Azərbaycanın  bir  tərkib  hissəsi 

olmuşdur. 

İndi Ermənistan adlanan Qərbi Azərbaycan şivələrinin öyrənilməsi XX əsrin 60-cı illərinə təsadüf edir. 

Qərbi Azərbaycanın Çəmbərək, Karvansaray, Basarkeçər, Böyük Qarakilsə, Dağ Borçalısı (Calaloğlu, 

Kalinino),  Barana,  Ağbaba,  Quqark  rayonunun  Azərbaycan  şivələri  qərb  ləhcələrinin,  Dərələyəz,  İrəvan, 

Zəngibasar,  Qarakilsə  (Sisyan),  Meğri,  Qafan  гауоnunun  Azərbaycan  şivələri  isə  cənub  qrupu  ləhcələrinin 

xüsusiyyətlərini özündə əks etdirir. 

Qərbi  Azərbaycan  şivələrinin  leksikası  zənginliyi,  qədimliyi  ilə  seçilir  və  diqqəti  cəlb  edir.  Bu 

şivələrdə tarixin qədim qatları ilə səsləşən sözlər dilimizin tarixi üçün əhəmiyyət daşıyır. 

Qərbi Azərbaycan şivələrində Orxon-Yenisey abidələri, “Kitabi-Dədə Qorqud” dastanı, M. Kaşğarinin 

“Divani-lüğət-it-türk” əsəri ilə səsləşən kifayət qədər sözlər qorunub saxlanmışdır. 

Ağız  sözü  Çəmbərək,  Karvansaray  şivələrində  “yenicə  doğmuş  inək,  camış  və  qoyunun  ilk  südü” 

mənasında  işlənir.  Ağız  Şəki,  Zaqatala,  Qax  şivələrində  “qaramalın  doğandan  sonra  ilk  südü”,  Ağdaş,  Qax, 

Zərdab  və  Şəki  şivələrində  həm  də  “yeni  doğan  qaramalın  ilk  südündən  bişirilən  yemək”  (pendir  kimi  olur) 

mənalarını ifadə edir. 

Ağız  sözü  M.  Kaşğarinin  “Divani-lüğət-it-türk”  əsərində  ağuc  fonetik  formasında  işlənmişdir  və 

lüğətdə göstərilir ki, ağuc “ağız südü”, “inək və ya qoyun doğandan sonra sağılan ilk süd” mənasını bildirir. 

Anarı sözünə  “o  tərəf”  mənasında  Ağbaba  şivəsində  anari,  Çəmbərək  şivəsində anarı,  anqarı  fonetik 

formalarında rast gəlinir. 

Anarı  Gəncə,  Qazax,  Şəmkir, Tovuz  şivələrində “o tərəf,  о  yan”, “o  biri tərəf’,  “kənar”  mənalarında 

anarı formasında işlənir. Anarı “Kitabi-Dədə Qorqud” dastanında “o tərəf’ mənasında işlənmişdir. 

Arı sözü Qərbi Azərbaycanın Çəmbərək, Dərələyəz, Kalinino şivələrində “təmiz, saf, pak” mənasını 

bildirir.  Arı  sözünün  Qazax,  Quba,  Füzuli,  Ağdam,  Şahbuz,  Şəmkir,  Tovuz  şivələrində  də  eyni  mənada 

işləndiyinə  rast  gəlinir.  Bu  söz  Bakı,  Xaçmaz  şivələrində  ari  fonetik  formasında  işlənir.  Arı  sözünə  “Kitabi-

Dədə Qorqud” dastanında “təmiz” mənasında həm an, həm də aru fonetik formalarında rast gəlinir. 

Qədim  leksik  vahid  kimi  arı 

[səh.64-65]

  M.  Kaşğarinin  “Divani-lüğət-it-türk”  əsərində  eyni  mənada 

arığ formasında işlənmişdir. 

Arı  Qərbi  Аzərbaycan  Ağbaba,  Qarakilsə  (Sisyan),  Çəmbərək,  eləcə  də  Azərbaycanın  Qazax,  Şəki 

şivələrində  “təmizləmək”  mənasında  işlənən  arıtdamax,  müasir  Azərbaycan  ədəbi  dilində  işlənən  arıqlamaq 

sözündə də arı öz izini qoruyub saxlamışdır. 

Qərbi  Аzərbaycan  şivələrində  işlənən  qədim  sözlərdən  bir  də  aş  sözüdür.  Aş  Qərbi  Azərbaycanın 

Çəmbərək, Zəngibasar şivələrində “plov”, Basarkeçər şivəsində plovla yanaşı “əriştə” mənasını bildirir. 

Aş  “Kitabi-Dədə  Qorqud”  dastanında  “хörəк”,  “yemək”,  “bişmiş”,  M.  Kaşğarinin  “Divani-lüğət-it-

türk” əsərində “yemək”, “aş” mənasında işlənmişdir. 

Qərbi  Azərbaycanın  Çəmbərək,  Vedibasar,  Zəngibasar  şivələrində  bağır  sözü  “bağır,  qucaq,  sinə, 

ürək” mənalarını bildirir. Bu sözə “ürək, qəlb” mənasında Quba, Şəki, Ağdam, Cəlilabad, Füzuli şivələrində rast 

gəlinir. 

Bağır “Kitabi-Dədə Qorqud” dastanında “ürək, qəlb” mənasında işlənmişdir. 




Qərbi  Azərbaycanın  Meğri  şivəsində  “boyummax”  sözü  işlənir  və  bu  söz  “varlanmaq”  mənasını 

bildirir.  Bu  sözə  Meğri  şivəsində  həm  də  “boyınmaq”  formasında  rast  gəlinir.  “Kitabi-Dədə  Qorqud”da 

“dövlətlənməк”, “zəngin olmaq” mənasında bayımaq sözü işlənir. 

Bozdamaq sözü Qərbi Аzərbaycanın Qarakilsə (Sisyan) şivəsində “oxşaya-oxşaya ağlamaq” mənasını 

bildirir.  Bozdamax  Gəncə,  Şəmkir  şivələrində  “ucadan  oxumaq  və  ya  çalmaq”,  Füzuli,  İmişli,  Mingəçevir 

şivələrində, Qax şivəsində “oxşaya-oxşaya” ağlamaq mənasını bildirir. 

“Oxşaya-oxşaya axlamaq” mənasında işlənən bozdamax “Kitabi-Dədə Qorqud” dastanında “uca səslə 

ağlamaq” mənasında bozlamaq formasında işlənmişdir. 

Qərbi Azərbaycanın Çəmbərək, Kalinino rayon şivələrində işlənən ertə “tezdən” mənasını bildirir. 

Ertə  qədim  türk  dilində  “səhər  tezdən”  mənasında  işlənmişdir.  M.  Kaşğarinin  “Divani-lüğət-it-türk” 

əsərində ertə elə ertə kimi tərcümə edilmişdir. 

Qərbi  Azərbaycanın  Çəmbərək  şivəsində  küz  sözü  “payız”  mənasını  bildirir.  Bu  söz  eyni  mənada 

Ordubad, İmişli, Qax, Borçalı şivələrində işlənir. 

M. Kaşğarinin “Divani-lüğət-it-türk” əsərində küz “payız fəsli”, “son bahar” mənasında işlənmişdir. 

Qərbi Аzərbaycan Qafan şivəsində örən sözü işlənir ki, “əkilməmiş sahə, yer” mənasını bildirir. Örənə 

Qarakilsə (Sisyan) şivəsində “çox otarılmaq nəticəsində otu qurtarmış, otsuzlaşmış yer” mənasını ifadə edir. Bu 

sözə eyni mənada, yəni Qarakilsə (Sisyan) şivəsində ifadə etdiyi mənada Cəbrayıl, İmişli, Zəngilan şivələrində 

rast gəlinir. Bununla yanaşı, Qərbi Аzərbaycanın Ağbaba, Kalinino şivələrində “xam torpaq” mənasında örənə, 

Çəmbərək, Karvansaray şivələrində “otu qurtarmaq, otsuzlaşmaq”  mənasında  örənməх sözü işlənir ki, hər iki 

sözün kökündə örən sözü dayanır. 

Qərbi Azərbaycanın Ağbaba, Hamamlı, Vedi, Zəngibasar şivələrində öynə “dəfə, bir dəfə, bir oturun”, 

Çəmbərək şivəsində “günorta yeməyi”, Dərələyəz şivəsində vaxt, mal-qaranın sağıldığı vaxt, heyvanlara ot-ələf 

verilən vaxt mənalarını bildirir. 

Öynə Qazax, Beyləqan, Cəbrayıl, Göyçay, Şərur, Borçalı şivələrində “dəfə”, Gəncə, Qazax, Gədəbəy, 

Lənkəran, Oğuz, Salyan, Tovuz,  Ucar, Zərdab, Borçalı şivələrində “günorta yeməyi vaxtı” mənalarını bildirir. 

M. Kaşğarinin “Divani-lüğət-it-türk” əsərində “günorta vaxtı” mənasında öylə sözü işlənmişdir. 

Qərbi  Аzərbaycanın  Basarkeçər,  Çəmbərək,  Kalinino  şivələrində  “daş  atmaq 

[səh.65-66]

  üçün 

meşindən hazırlanan qoşa uzunqollu silah” mənasında rast gəlinir. 



Sapand “Kitabi-Dədə Qorqud” dastanında sapan formasında, “daş atmaq üçün qədim silah” mənasında 

işlənir. 

Qərbi  Azərbaycanın  Basarkeçər,  Çəmbərək,  Hamamlı  şivələrində  işlənən  sayri  “xəstə”  mənasını 

bildirir. Sayrı sözünə eyni mənada İmişli, Borçalı şivələrində rast gəlinir. 

Bu söz “Kitabi-Dədə Qorqud” dastanında sayrı, sayru formasında “xəstə” mənasında işlənmişdir. 

Qərbi  Аzərbaycanın  İrəvan,  Üçkilsə,  Vedi,  Zəngibasar  şivələrində  sazdıx  sözü  “qamışlıq”  mənasını 

bildirir.  Sazdıx  sözünün  kökü  saz  sözü  ilə  bağlıdır  və  saz  qədim  Azərbaycan  dilində  “qamışlıq”  mənasını 

bildirmişdir. 

Qərbi Azərbaycanın Dərələyəz şivəsində tuş “yuxu” mənasını bildirir. 

Bu  söz  “yuxu”  mənasında  “Kitabi-Dədə  Qorqud”da,  Şah  İsmayıl  Xətainin  əsərində  düş  formasında 

işlənmişdir. 

Aydır: Bilürmisin, qarındaşım 

Qaragünə düşim nə göründi? 

Qərbi Azərbaycanın Zəngibasar şivəsində işlənən yaxınkeş “ət qızartmaq üçün qab” mənasını bildirir. 

Yaxnıkeş  sözünün  birinci  komponenti  olan  yaxnı  qədim  türk  dilində  “ətdən  hazırlanan  xörək” 

mənasında işlənən yəxni sözünün fonetik variantıdır. 

Qərbi  Azərbaycanın  Çəmbərək,  Karvansaray,  Vedi,  Zəngibasar  şivələrində  “sifariş  göndərmək”, 

“xəbər  göndərmək”  mənasında  ismarramax  sözünə  rast  gəlinir.  İsmarramax  ismarlamaq  sözünün  dialekt 

variantıdır.  “Kitabi-Dədə  Qorqud”  dastanında  ismarlamaq  elə  ismarlamaq  formasında  işlənmişdir:  Oğlanı 

həkimlərə ismarlayub Dərsə xandan saqladılar. 

İsmarlamaq  Azərbaycan  dilinin  qərb  ləhcəsinə  daxil  olan  Qazax,  Gədəbəy,  Tovuz  şivələrində  də 

“sifariş, xəbər göndərmək” mənasını bildirir. 

İsmarlamaq  və  eyni  kökdən  olan  ismarıc  XX  əsrin  sonlarında  müasir  ədəbi  dilimizi  şivə  sözü  kimi 

zənginləşdirmişdir. 




Qərbi  Azərbaycanın  Çəmbərək  şivəsində  səyirtmək  “atı  çapmaq,  atı  sürətlə  qaçırtmaq”  mənasını 

bildirir. Bu sözə “Kitabi-Dədə Qorqud” dastanında eyni mənada səgirtmək formasında rast gəlinir. 

Qərbi  Аzərbaycanın  Çəmbərək,  Dərələyəz,  Vedi,  Zəngibasar  şivələrində  ağıl  yaylaqda  qoyunların 

“saxlandığı yer”, “hər tərəfi hasarlanmış yer” mənalarını bildirir. 

Ağıl sözü “Kitabi-Dədə Qorqud”da eyni mənada işlənilmişdir. 

Ağıl  Balakən,  Biləsuvar,  Cəbrayıl,  Beyləqan  şivələrində  “yayda  mal-qara  saxlamaq  üçün  ətrafı 

hasarlanmış üstü açıq yer”, Şirvan şivəsində “qışlaqda qoyunlar üçün qamışdan tikilən yer”, Şəki şivəsində isə 

“tövlə” mənasını bildirir. 

Qərbi  Аzərbaycanın  Çəmbərək,  İrəvan,  Qarakilsə  (Sisyan)  şivələrində  “çörəyi  çeynəmək”,  “çörəyi 

yavan уеməк”, Vedi, Zəngibasar şivələrində “iştahsız уеməк” mənalarını bildirir. 

Gəvələmək  sözünə  “Kitabi-Dədə  Qorqud”  dastanında  gəvəzləmək  fonetik  formasında  rast  gəlinir: 

Gəldin ol kim soldıran soydır, sapandaca yerindən uru turar, əlin-yüzin yumadan toquz bazlamac ilən bir küvlək 

yoğurd  gəvəzlər.  Bu  cümlə  müasir  Аzərbaycan  dilinə  uyğunlaşdırılarkən  gəvəzləmək  gəvələmək  formasında 

verilmişdir. 

Qərbi Azərbaycanın Çəmbərək, Kalinino şivələrində suç sözü “günah” mənasını bildirir. Suç “Kitabi-

Dədə Qorqud” dastanında eyni mənada işlənmişdir: Dərsə xan aydır: “...Bənim suçum nə oldı kim, qara otağa 

qondurdı?” - dedi. 

Bu söz Аzərbaycanın Cəbrayıl, Gədəbəy, Qax, Tovuz, Zaqatala şivələrində “təqsir, günah” mənasında 

işlənir. 

[səh.66-67]

 

Qərbi  Аzərbaycanın  Çəmbərək  şivəsində  “yoğun  kəndir”  mənasında  sijim  sözü  var.  Sijim  sicim 



sözünün dialekt variantıdır. “Kitabi-Dədə Qorqud” dastanında sicim sözünə rast gəlinir. 

Qarğamaq  sözünə  Qərbi  Аzərbaycanın  Çəmbərək  şivəsində  rast  gəlinir  və  “nifrin  tökmək,  bəddua 

etmək” mənasını bildirir. Qarğamaq eyni mənada “Kitabi-Dədə Qorqud” dastanında işlənmişdir: 

Qaçar keyiklərinə qarğamağıl, 

Qazlıq tağınıg günahı yoqdır. 

Arslanla qaplanına qarğamağıl, 

Qazlıq tağınıg suçı yoqdır. 

Qarğarsaq, babama qarğa, 

Bu suç, bu günah babamdandır, - dedi. 

Müasir Аzərbaycan ədəbi dilində işlənən qarğış elə qarğamaq sözü ilə eyni-köklü sözdür. 

Аzərbaycanın Çəmbərək şivəsində ağırramax formasında “əzizlənmək, hörmətlə qarşılamaq” mənasını 

bildirir.  Ağırlamaq  İraq-türkmən  ləhcəsində  “hörmət  göstərmək”  mənasında  özünü  göstərir.  “Kitabi-Dədə 

Qorqud” dastanında ağırlamaq sözü “əzizlənmək” mənasında işlənmişdir: Uç gün təmam ağırladı. 

V.V.  Radlovun  lüğətində  ağırlamaq  sözünün  4  mənada  işləndiyi  verilir.  4-cü  mənada  ağırlamaq 

sözünün “hörmət etmək” mənasında işləndiyi göstərilir. 

Qərbi  Аzərbaycanın  Çəmbərək  şivələrinə  daxil  olan  Toxluca  şivəsində  bəniz  “üz,  sifət”  mənasnıı 

bildirir. Bəniz “Kitabi-Dədə Qorqud”da eyni mənada işlənmişdir. 

Çözələmək  sözü  Qərbi  Аzərbaycanın  Çəmbərək,  Meğri,  Vedi,  Zəngibasar  şivələrində  “ipi  açmaq” 

mənasında işlənir. Çözələmək sözünün kökündə çözmək sözü dayanır. Məhz “Kitabi-Dədə Qorqud” dastanında, 

Şah İsmayıl əsərində çözmək “açmaq” mənasında işlənmişdir: Qazana bu söz xoş gəldi. Atından endi, çobanıg 

əllərin çözdi (KDQ, s.46). 

Dedim ki, əya, səba, indi; 

Asudə otur çözüb kəməndi (Ş.İ. Xətai). 

Çözmək sözünün qədim türk dilində də “açmaq” mənasında işləndiyinə rast gəlirik. 

Dişarı sözü Qərbi Аzərbaycanın Çəmbərəк və Kalinino şivələrində “bayır, çöl” mənasını bildirir. 

“Kitabi-Dədə Qorqud” dastanında tışarı, tarşa formasında da işlənmişdir. 

V.V.  Radlovun  lüğətində  türk  dilində  həm  tışkarı,  həm  də  dışarı  sözünün  işləndiyi  göstərilir  və 

müxtəlif fonetik formalarda işlənən dışarı “кənar”, “çöl”, “bayır” mənalarını bildirir. 

Eşik  sözü  Qərbi  Аzərbaycanın  Ağbaba,  Böyük  Qarakilsə,  Calaloğlu,  Çəmbərəк,  Kəvər,  Vedi, 

Zəngibasar  şivələrində  “həyət,  bayır”,  “qapı-baca”  mənalarını  bildirir.  Eşik  eyni  mənada  “Kitabi-Dədə 

Qorqud”da işlənmişdir. 

Eşik Naxçivan, Oğuz, Tovuz, Zaqatala şivələrində “həyət” mənasında işlənir. 




V.V. Radlovun lüğətində eşik həm əşik, həm də eşik formasında verilmişdir və “həyat”, “evin kənar 

tərəfı” mənasında işləndiyi göstərilir. 

Göy sözü Qərbi Аzərbaycanın Çəmbərəк və Kalinino şivələrində “kürəkən” mənasını bildirir. 

Göy  sözü  İraq-türkmən  ləhcəsində  də  “kürəkən”  mənasında  işlənir.  Göy//küəy  -  “kürəkən”,  “yeznə” 

mənası bildirən bu söz, demək olar ki, şivələrimizin əksəriyyətində işlənən qohumluq terminidir. 

“Kitabi-Dədə Qorqud” dastanında göygü formasında “kürəkən” mənasında işlənilmişdir. 

Örkən  sözü  Qərbi  Аzərbaycanın  Çəmbərək  şivəsində  “kəndir”,  Dərələyəz  şivəsində  “ulağın,  atın, 

qatırın  palanını  bərkitmək  üçün  ipdən  hazırlanan  kəndir”  mənasını  bildirir.  Örkən  “Kitabi-Dədə  Qorqud” 

dastanında orğan fonetik forma- 

[səh.67-68]

 sında işlənmişdir. 

V.V. Radlovda orğan sözünün “qalın kəndir” (Толстая веревка) mənasında işləndiyi göstərilir. 

Qərbi  Azərbaycanın  Çəmbərək  şivəsində  öymək  sözünə  rast  gəlinir  və  bu söz  “tərifləmək”  mənasını 

bildirir. Öyməк “Kitabi-Dədə Qorqud” dastanında ögmək formasında “tərifləmək” mənasında işlənmişdir. 

Yağı sözünə Qərbi Azərbaycanın Çəmbərək şivəsində rast gəlinir və “düşmən” mənasını bildirir. Yağı 

eyni mənada “Kitabi-Dədə Qorqud”da işlənmişdir: Qazanın bəgləri baqdılar, gördilər kim, yağı gəlür. 

Yağı Orxon-Yenisey abidələrində həm “düşmən”, həm də “düşmən olmaq” mənalarında işlənmişdir. 

Onu  da  qeyd  edək  ki,  Orxon-Yenisey  abidələrində  yağı  sözünə həm  də  yağıt//yagıdi fonetik  formalarında rast 

gəlinir. 

Yağı sözünün V.V. Radlovun lüğətində “düşmən”, “müharibə” mənasında işləndiyi göstərilir. 

Qərbi  Azərbaycanın  Çəmbərək,  Dərəbyəz  şivələrində  yazı  “çöl”,  “düzənlik”  mənalarında  işlənir.  Bu 

sözə  eyni  mənada  Ağdam,  Cəbrayıl,  Qazax,  Laçın, Oğuz,  Ordubad,  Şahbuz,  Tərtər,  Zəngilan  şivələrində rast 

gəlinir. Yazı “çöllük” mənasında “Kitabi-Dədə Qorqud” dastanında işlənmişdir. 

Orxon-Yenisey abidələrində yazı “çöl”, “səhra” mənasında işlənmişdir. 

Yuxarıdakılardan  göründüyü  kimi,  Azərbaycan  dilində  işlənən  dialektlər  qədim  bir  tarixə  malikdir. 

Azərbaycan dilinin lüğət fondu və lüğət tərkibinə daxil olan qədim sözlər dilimizin zənginliyini göstərir. Bədii 

əsərlərdə, yaxud şifahi nitqdə bu sözlərin işlənməsini nəzərə alaraq, Azərbaycan dili və ədəbiyyat müəllimləri 

onların  izahını  verməli,  şagirdlərin  diqqətini  dialekt  sözləri  ilə  ədəbi-bədii  sözlərin  bir-birindən 

fərqləndirilməsinə cəlb etməlidir. 

 

Rəyçi: prof. N. Abdullayev 

 

İstifadə edilmiş ədəbiyyat 

1.

 



Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: Şərq-Qərb, 2007. 

2.

 



Bayramov İ. Qərbi Azərbaycan şivələrinin leksikası. Bakı: Elm və təhsil, 2011. 

3.

 



Əhmədov B. Azərbaycan dilinin qısa etimoloji lüğəti. Bakı: Mütərcim, 1999. 

4.

 



Kitabi-Dədə Qorqud (tərtib edənlər: F. Zeynalov, S. Əlizadə). Bakı: Yazıçı, 1988. 

5.

 



Mahmud Kaşğari. Divani-lüğət-it- türk (tərcümə edən: R. Əskər), I c., Bakı: Ozan, 2006. 

6.

 



Древнетюркский словарь. Ленинград, 1969. 

7.

 



Радлов В. Опыт словаря тюркский наречий, т. I, ч. 1-2, СПб, 1893. 

 

И. Байрамов 



Древние слова в западно-азербайджанских говорах 

Резюме 

В  статье  анализируются  в  сравнительно  историческом  аспекте  древние  слова  (ağız,  aqarı,  an,  aş,  bağır, 

boyummaq,  bozdamaq,  ertə,  küz,  örən,  öynə,  sapand,  sayrı,  sazdıx,  tuş,  yaxnıkeş,  ismarlamaq,  döşürmək  и  др.) 

орфография фонетика, дедукция, индукция. 

 

I. Bayramov 

Ancient words in the western Azerbaijan dialects 

Summary 

In  the  article  ancient  words  used  in  the  Western  Azerbaijan  dialects  (ağız,  agan,  an,  aş,  bağır,  boyummaq, 

bozdamaq, ertə, küz, örən, öynə, sapand, sayrı, sazdıx, tuş, yaxnıkeş, ismarlamaq, döşürmək and so on) are investigated in 

the historical - comparative aspect. 



 

Yüklə 52,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə