Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə483/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   479   480   481   482   483   484   485   486   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1710

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

tərəfdən isə Sankt Peterburqda, Rusiyanın Qara Dəniz sahillərində və Qafqazda  maraqlarının olması 

təbii  hal  kimi  qəbul  edildi.  Krım  müharibəsi  zamanı  imperiyalar  arasında  gərginliyin  açıq  forması 

başladı. Müasirlərin “Böyük Oyun” adlandırdıqları rəqabətin əsas məqsədi Osmanlı imperiyası və Fars 

dövləti  üzərində  nəzarəti  ələ  keçirmək    idi.  Zaqafqaziya  da  Britaniyanın  əsas  marağında  olan 

ərazilərdən  biri  idi.  Əsrlərlə  Fars  və  Osmanlı  dövləti  tərəfindən  idarə  olunan  Qafqaz  regionu  XIX 

əsrdə Rusiya tərəfindən işğal edildi. Bu region təbii ehtiyatlarına görə əsrlər boyu məşhur olmuşdur. 

XIX  əsrin  sonlarında  Bakıda  neft  quyularında  ABŞ-dakından  daha  çox  neft  hasil  olunurdu.  Lakin 

tədricən  Bakı  dünya  neft  bazarında  mövqeyini  itirirdi.  Bunun  səbəbi  isə  köhnəlmiş  texnika,  vergi 

sistemi  və  inqilab  vaxtı  baş  verən  ixtişaşlar  idi.  Bununla  belə  Baki  dünyada  ən  zəngin  yeganə  neft 

sahəsi  idi  və  bütün    Rusiya  iqtisadiyyatı  üçün  qiymətsiz  idi.  I  Dünya  müharibəsi  başlamamışdan 

əvvəlki bir neçə il ərzində Bakıda çıxarılan  səkkiz milyon tondan çox neft Rusiya tərəfindən istehlak 

edildi  və  yalnız  15  %  neft  boru  vasitəsilə  Batuma,  ordan  da  Avropaya  və  Orta  Şərqə  ixrac  edildi. 

Rusiya  hökuməti  dövlət  monopoliyasını  ləğv  etdikdən  sonra    yerli  sahibkarlar  neft  sənayesində 

inkişafa  nail  oldular.  Ölkəyə  xarici  kapital  axını  başladı.  Bu  isə  neft  sənayesinə  nəzarətin  xarici 

qüvvələrin əlinə keçməsinə səbəb oldu. Belə ki, Britaniya Şimali Qafqazda  ən çox investisiyaları Bakı 

neftinə  qoymuşdu.  1914-cü  ildə  42.4  %  neft  Britaniya  şirkətləri  tərəfindən  saflaşdırılıb,  nəql 

edilmişdir.  Rusiya  İmperiyasındakı  toqquşmalar  da,  neft  yataqları  ilə  zəngin  olan  bu  əraziləri  əldə 

etmək  istəyən  dövlətlər  üçün  fürsət  yaratdı.  Həmin  dövrdə  müstəqilliyə  can  atan  Qafqaz  xalqları 

Tehranda  Britaniya  səfiri  ilə  görüşüb,  ondan  dəstək  istəmişdilər.  Əslində  Qafqazda  həm  də  Alman-

Osmanlı birliyinə qarşı müqavimət göstərən Britaniya yerli əhali arasından əsgər toplamaqda çətinlik 

çəkdi.  Beləki,  azərbaycanlı  əhali  türklərə,  gürcülər  isə  almanlara  rəğbət  bəsləyirdi.  1918-ci  ilin 

İyununda  türklər  artıq  əsas  hədəfləri  olan  Bakıya  yaxınlaşırdılar.  Britaniyalılar  Bakıya  çatmamış 

türkləri  dayandırmaq  qərarına  gəldilər.  Şəhərə  Bolşevik  mərkəzi  hökumətinin    hakimiyyəti  altında 

olan “Bakı İcması” nəzarət edirdi. Moskvadan verilən əmrlərə itaət göstərən və bolşeviklərin qəzəbli 

etirazına  baxmayan  İcmanın  sosial-inqilabi  və  daşnak  elementləri  Britaniya  ilə  əməkdaşlıq  etmək 

istəyirdi. Yeni yaranan “Mərkəzi Qafqaz diktatorluğu” hökuməti şəhəri müdafiə etməkçün Britaniya 

qoşunlarına açıq müraciət etdi. Denstervilin qoşunları 4 Avqust 1918-ci ildə Bakıya daxil oldu. Lakin, 

britaniyalılar Bakıda bir sıra çətinliklərlə üzləşdilər. Bununn əsas səbəbi isə onların əslində dəstəyi zəif 

olan siyasi qüvvələrə bel bağlaması idi. Yerli müsəlman əhali ilə Mərkəzi Qafqaz Diktataorluğunun 

münasibətləri,  eynilə  Bolşevik  hökuməti  kimi  yaxşı  deyildi.  Bolşeviklər  və  daşnaklar  Mart  ayında 

azərbaycanlılara  qarşı  kütləvi  qırğınlar  həyata  keçirmişdilər.  Bakıda  və  digər  regionlarda  törədilən 

qırğınların əsas məqsədi azərbaycanlıların mövqeyini zəiflədərək, dövlət yaratmasına mane olmaq idi. 

Azərbaycanlılar Osmanlı imperiyasına ümüd edirdi. General Denstervili də narahat edən əsas məsələ 

məhz  şəhərin  yerli  əhalisinin  türklərə  olan  rəğbəti  idi.  Həmçinin  Britaniya  ordusu  Bakıda  maliyyə 

çətinlikləri ilə də üzləşdi. Qeyd etmək lazımdır ki, həmin dövrdə Bakıda üç valyutadan istifadə edilirdi 

:  Çar  hökumətinə  məxsus  valyuta,  Fevral  inqilabının  şərəfinə  buraxılan  valyuta  və  Bakının  yerli 

valyutası.  Bütün  bunlar  Britaniyanın  şəhərdəki  vəziyyəti  nəzarətə  götürməsi  üçün  ciddi  problemlər 

yaradırdı. Orduda da vəziyyət ürəkaçan deyildi. Alman və Avstriya əsilli məhbuslar acından Bakının 

küçələrində  dolaşırdılar.  Orduda  döyüş  əhval-ruhiyyəsi  yox  idi.  Bütün  bunlara  baxmayaraq,  general 

Denstervil şəhərin istehkamlarını möhkəmləndirirdi. Avqustun 24-də Qafqaz İslam Ordusu şəhəri ələ 

keçirtmək  üçün  döyüşə  başladı.  Sentyabrın  1-də  Denstervil  Bağdaddan  Bakıya  bir  günlük  səfərə 

gəlmiş  Gen  Leüinlə  görüşündə  müdafiənin  mənasız  olduğunu  bildirdi  və  saat  4-də  Avropa  otelində 

diktatorluğun və komitələrin nümayəndələri ilə görüşdü. O, geri çəkilib , şəhəri tərk etməyi təklif etdi. 

O, həmçinin nümayəndələrə türklərlə danışığa girməyi də məsləhət gördü. Daha sonra Mərkəzi Qafqaz 

Diktatorluğunun  müharibə  naziri  Bagratuni  ilə  görüşən  Denstervil,  vəziyyətin  gərginliyini  onun  da 

nəzərinə  çatdırdı  və  şəhəri  tərk  etmək  istədiyi  bildirdi.  Bagratuni  bu  təklifə  narazı  olmasa  da,  hələ 

tələsməməyi məsləhət gördü. Vəziyyət isə çox gərgin idi. Belə ki, Nuri paşanın 32 silah və 15 minlik 

ordusuna qarşı Britaniyanın 1300 nəfərdən ibarət qoşunu var idi. Artıq ikinci türk həmləsindən sonra 

Britaniya qoşunları 1918-ci il, Sentyabrın 14-də Bakını tərk etdi. Lakin I Dünya Müharibəsində türk-

alman  mütəffiqliyinin  məğlubiyyətindən  sonra  türklər  Azərbaycanı  tərk  etməli  oldular.  Mudros 

barışığından  sonra  Britaniya  qoşunları  yenidən  Bakıya  gəldilər.  General  Tomson  Azərbaycan 

hökuməti  ilə  əməkdaşlıq  etmək  qərarına  gəldi.  Hətta  Qarabağ  və  Zəngəzur  məsələlərində  də  açıq 

şəkildə  Azərbaycanı  müdafiə  etdi.  Azərbaycanın  müstəqilliyi  üçün  təhlükə  olan  Denikin  ordusu 

Britaniya  komandirinin  güclü  müqaviməti  üzləşmişdi.  1919-cu  ildə  Paris  Konfransında,  Antantanın 

Ali Şurası Birləşmiş Krallığın təkidi ilə Azərbaycanın müstəqilliyini tanıdı.          



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   479   480   481   482   483   484   485   486   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə