Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə23/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   19   20   21   22   23   24   25   26   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 41 
 
istifadə etmək məqsədəuyğundur. Bu məqsədlə is-
tifadə edilən üzvi gübrələr kimi quş və mal peyini,  
torf, şəhər zibili, sapropel və s. materiallar effektiv 
ola bilər  [5].  
Süni azota nisbətən təbii azotun miqdarını artır-
maq  ekoloji  cəhətdən  daha  faydalıdır.  Uzun  illər 
ərzində aparılan tədqiqatların nəticəsində müəyyən 
edilmişdir  ki,  torpaqların  münbitliyini  artırmaq 
üçün başlıca aqrotexniki tədbirlərdən biri də pax-
lalı bitkilərdən olan yoncanın əkilməsi və növbəli 
əkin sisteminin tətbiqidir. Belə ki, 1 hektar yonca 
əkini suvarma şəraitində 2-3 il ərzində torpağın 0-
60 sm qatında 15-20 t/ha humus və 0,9-1,4 tona ya-
xın azot toplamaq qabiliyyətinə malikdir [3]. 
Ekosistemi  (o  cümlədən  torpağı)  çirkləndirən 
antropogen mənşəli toksikantlar  arasında dioksin-
lər çox təhlükəli hesab olunur. Mikroskopik göbə-
ləklərin istehsal etdiyi mikrotoksinlər və zəhərlərlə 
torpağın çirklənməsi ekosistem üçün ciddi təhlükə 
hesab olunur. Mikrotoksinlər yem bitkilərini, həm-
çinin heyvanları və insanın müxtəli orqanlarını zə-
dələyə bilir.  
Bitklərin  tərkibində  mikroelementlərin  miqda-
rını öyrənmək məqsədilə Şirvan düzü aqrolandşaft-
larından götürülmüş müxtəlif  bitki növləri mufel 
sobasında yandırılaraq kül halına salınmış və spek-
tral analizlər nəticəsində onların mikroelement tər-
kibi müəyyən edilmişdir. Alınan nəticələr əsasında 
müxtəlif mikroelementlər üçün  bioloji udulma əm-
salları (BUƏ) hesablanmış, sonra isə onların azal-
ma  sıraları  düzəldilmişdir.  Bitkilərin  kül  tərkibi 
haqqında  spektral  analizlərin  nəticələri  və  BUƏ-
nin azalma sıraları 2-ci cədvəldə verilmişdir 
Aqrolandşaftlardakı istər mədəni, istərsə də ya-
banı bitkilərin tərkibində mikroelementlərin ümu-
mi miqdarı və bioloji udulma əmsallarının  (BUƏ) 
təhlili burada müəyyən bitki konsentratorlarının aş-
kar edilməsi ilə nəticələnmişdir. Müəyyən edilmiş-
dir ki, ərazi aqrolandşaftları üçün daha çox səciy-
yəvi olan yonca, çəltik, buğda, arpa, biyan, yerkö-
kü, tərəvəz və s. bu kimi bitkilər daha geniş ərazi-
lərdə yayılmışdır. 2-ci cədvəldən göründüyü kimi, 
Qaradeyin  kəndi yaxınlığındakı sahədə becərilmiş 
yonca  bitkisi  tərkibindəki  Y  və  Sr-un    BUƏ-nin 
yüksək olması ilə səciyyələnir.  
Mühitdə  kükürd,  azot  və  karbon  oksidlərinin 
böyük konsentrasiyası yarananda bu, nəfəs yolları-
nın  iltihabına,  ağciyər  xəstəliklərinə  və  bronxial 
asmaya səbəb olur. Ona görə də əkinçiliyin kimya-
laşdırlması  gübrələmə  sistemlərinin  keyfiyyəti  və 
həmçinin ətraf mühitin (hava, su, torpaq), qida və 
yem  bitkilərinin toksiki birləşmələr və ağır metal-
larla çirklənməsi üzərində daimi nəzarətin olmasını 
tələb edir [1]. 
Kimyəvi meliorasiyanın əsasını mühit reaksiya-
sını dəyişmək yolu ilə ağır metalları mənimsənilə 
bilməyən  vəziyyətə  keçirmək  təşkil  edir.  Əhəng 
mineral  gübrələrlə  birlikdə  verildikdə  yüksək  ef-
fekt əldə edilir, belə ki, mineral gübrələr ağır me-
talların  izafiliyinin  mənfi  təsirini  kompensasiya 
edir,  əhəngləmə  isə  metalların  az  mütəhərrik  bir-
ləşmələrinin  (karbonatlar,  fosfatlar,  hidroksidlər) 
əmələgəlməsinə və nəticədə bu metalların bitkidə 
miqdarının  xeyli azalmasına səbəb olur. Əhəngdən 
istifadə zamanı Şirvan düzündəki torpaqlarda pH-
ın midarının yüksək (8-9) olduğunu nəzərə almaq 
lazımdır. 
Detoksikasiya prosesində üzvi gübrələrə xüsusi 
yer ayrılır, zəif həllolma qabiliyyətinə malik olan 
üzvi-mineral birləşmələrin əmələgəlməsi ağır me-
talların mütəhərrikliyini azaldır. Ağır metalların fi-
totoksikliyini azaltmaq üçün təbii seolitlərdən isti-
fadə  etmək  olar.  Bunlar  yaxşı  sorbentlər  olmaqla 
yanaşı, həm də qida elementlərinin mənbəyi, həm-
çinin torpağın strukturunu yaxşılaşdıran maddələr-
dir. Torpağın ağır metallarla çirklənmə təhlükəsini 
azaltmaq üçün aqronomiya vasitələrindən (kənd tə-
sərrüfatı bitkilərinin seçilməsi və s.) istifadə edilir. 
Belə ki, ağır metallara qarşı toksiklik təsirə davam-
lılıq dərəcəsinə görə azalma sırası ilə bitkiləri aşa-
ğıdakı kimi yerləşdirmək (düzmək) olar: otlar – ta-
xılkimilər - kartof - şəkər çuğunduru. Eyni miqdar-
da qurğuşun olan torpaqda (1000mq/kq) kartof və 
pomidorda bu element az toplanır, yerkökü və turp-
da isə onun miqdarı  dəfələrlə  çox akkumulyasiya 
olunur. 
Cədvəl 2 
Şirvan düzü aqrolandşaftlarındakı bitkilərin tərkibində mikroelmentlərin ümumi miqdarı və 
bioloji udulma əmsalı (BUƏ), K-1, Ağdaş rayonu, Qaradeyin kəndi 
 
Bitkilər 
Atom №-si 
Mikro-
elementlər 
Mikroelementlərin %-lə miqdarı 
(Kb) BUƏ 
Külün tərkibində 
Torpaqda 
Yonca 
26 
Fe 
0,0268 
0,3729 
0,1 
37 
Rb 
0,00036 
0,0016 
0,1 
38 
Sr 
0,00064 
0,0041 
0,2 
39 

0,0005 
0,0005 
1,0 
40 
Zr 
0,0006 
0,0040 
0,03 
BUƏ-nın azalma sırası: 
????????????
??????,?????? 
>
??????
??????,?????? 
>
????????????
??????,?????? 
=
????????????
??????,?????? 
>
????????????
??????,????????????
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
42                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Kompleks qranulaşdırılmış (dənəvarı) gübrənin 
tərkibi N:P:K=64:0:15 YVK-ı torpaqda olan nitrat-
ların miqdarına nəzarət edir, bu, 76,8 mq/kq – müt-
ləq quru çəkini keçməməlidir. Maye halında kom-
pleks  gübrənin  tərkibi  N:P:K  =  10:34:0  əlavə  ilə 
0,6% manqan torpaqda mütəhərrik fosfatın miqda-
rına nəzarət edir,  bu, 27,2 mq/kq mütləq quru çə-
kini keçməməlidir [5]. 
Nəticə. Şirvan düzündə  apardığımız  tədqiqat-
ların  nəticələri göstərir ki, makroionlardan hidro-
karbonatlı-xlorlu-kalsiumlu (HCO
3
-Cl-Ca), sulfat-
lı-maqneziumlu-kalsiumlu  (SO
4
-Mq  -Ca),  xlorlu-
natriumlu-kalsiumlu  (Cl-Na-Ca),  xlorlu-hidrokar-
bonatlı-kalsiumlu (Cl-HCO
3
-Ca), sulfatlı-kalsium-
lu-natriumlu  (SO
4
  -Ca  -Na)  birləşmələr  ərazinin 
aqrolandşaftları üçün daha  səciyyəvidir. Tədqiqat 
ərazisi  üzrə  izafi  mikroelementlər  Cd,  B,  İn,  Sb, 
Zn,Tb,  As,  Mn,  Pb,V,  Co,  Sr,  çatışmayan  mik-
rolementlər isə Mo,Ti,Y, Zr, Rb,Cr,Ba, Ni, Sr, Fe-
dir. Müəyyən edilmişdir ki, tədqiqat ərazisində ya-
yılan ağır metallardan kadmium Cd, As, Zn, Pb I 
dərəcəli; B, Co, Cu, Ni, Cr II dərəcəli; Ba, V, M, Sr  
III dərəcəli toksiki elementlərdir.  
Tədqiqatlar göstərir ki, aqrolandşaftlar altındakı 
torpaqların tərkibində izafiliyi  ilə seçilən Cd, Pb, 
B, Tb, V və s. mikroelementlər KK-nın çox olma-
sına baxmayaraq, bitkilər tərəfindən zəif  mənim-
sənilir,  bu  da  bitkilərin  spesifik  xüsusiyyətləri  və 
torpaqdakı pH-ın miqdarı  ilə əlaqədardır. Belə ki, 
bitkilər də, digər canlı varlıqlar kimi, bu toksikant-
ları “xoşlamır”.  
Nəhayət, sonda qeyd edək ki, aqrolandşaftların 
kimyalaşdırılması, qida və yem bitkilərinin toksiki 
birləşmələrdən,  konserogen  maddələrdə,  ağır  me-
tallardan  mühafizə  edilməsi  və  aqrolandşaftların 
təbii mühitinin sağlamlaşdırılması coğrafiyaçı təd-
qiqatçılarla  yanaşı,  həm  də  geoloqların,  bioloqla-
rın, ekoloqların və digər mütəxəsislərin daim diq-
qət mərkəzində olmalıdır. 
 
ƏDƏBİYYAT 
1. 
Abbasov V.M., Əliyeva R.Ə., Səlimova N.Ə., 
Abbasov M.M., Abbasov Ə.İ., Əsgərov , Abbasov Ş.M.  
“Ekoloji  kimya”    Bakı,  «Bakı»  nəşriyyatı,  2003-cü  il, 
208 s. 
2. 
Azərbaycan  Respublikasının  "Milli  Atlas"ı  , 
Bakı, 2014 .səh. 281-282.s.  
3. 
Babayev  M.P.,  İsayeva  F.H.,  Cəfərova  S.F. 
“Suvarılan torpaqların münbitliyinin bərpası və qorunub 
saxlanılması”. BAKI - «ELM» - 2010 , s-59.  
4. 
İsmayılov M.C. “Kür Araz ovalığı landşaftla-
rının ekologiyası”. Azərbaycan Coğrafiya Cəmiyyətinin 
əsərləri  Bakı, 2003, s.65-70. 
5. 
Məmmədov Q.Ş., Xəlilov M.Y., Məmmədova 
S.Z.  “Aqroekologiya”,  Bakı,  Elm  –  2010,  s  207-209, 
256-258, 356-360. 
6. 
Nağıyev  P.Y.,  İsmətova  X.R.  və  b.  “Kosmik 
təsvirlərin təhlili əsasında Kür-Araz düzənliyində kənd 
təsərrüfatı  sahələrinin  öyrənilməsi”.  Azərbaycan  Milli 
Aerokosmik Agentliyi, 2006,  №3-4,  IX cild. 
7. 
Salmanov  M.A.,  İsmayılov  N.M.,  Cəfərov 
Ə.M. “Praktiki aqrobioekologiya”. BAKI – Elm -2013, 
(286 s) s.61-63, s.66-67. 
8. 
Şəkuri  Bəhruz.    “Azərbaycan  torpaqlarının 
geokimyəvi  xüsusiyyətləri”. Bakı, Elm, 2011, s 18-24, 
158-160. 
9. 
Перельман А.И. Геохимия. Москва, 1989. 
 
ВОЗДЕЙСТВИЕ ГЕОХИМИЧЕСКИХ 
УСЛОВИЙ АГРОЛАНДШАФТОВ НА 
ЗДОРОВЬЕ ЧЕЛОВЕКА И СПОСОБЫ ИХ 
УЛУЧШЕНИЯ 
Г.И.Рустамов, А.Н.Исаев 
В  результате  проведенных  в  агроландшафтах 
Ширванской  равнины  научно-исследовательских 
работ  с  2012  по  2015  гг.  изучены  закономерности 
миграции  и  концентрации  макро-  и  микроэлемен-
тов,  распространенных  на  этом  участке.  В  статье 
рассматриваются геохимические особенности агро-
ландшафтов,  влияние  имеющихся  геохимических 
условий  на  состояние  и  здоровье  живых  существ 
этих агроландшафтов – растений, животных и в осо-
бенности  людей,  а  также  ареалы  распространения 
заболеваний,  характерных  для  исследуемой  терри-
тории, на основе которых выдвинуты предложения 
рекомендательного  характера.  Впервые  составлена 
«Геохимическая  карта  агроландшафтов  Ширван-
ской  равнины»  среднего  масштаба,  с  использова-
нием  компьютерной  программы  Географической 
Информационной Системы (ArcGIS). 
 
THE IMPACT OF AGRICULTURAL 
LANDSCAPES GEOCHEMICAL CONDITIONS 
ON HUMAN HEALTH AND WAYS TO 
IMPROVE THEM 
G.I.Rustamov, A.N.Isayev 
As a result of the research, conducted in the agricul-
tural landscapes of the Shirvan Plain from 2012 to 2015, 
the  laws  of  migration  and  concentration  of  macroe-
lements and microelements spread in this territory were 
studied. In the article, the geochemical features of agro-
landscapes and the impact of the existing geochemical 
conditions on the health of living creatures available in 
these agricultural landscapes – plants, animals, and es-
pecially  humans,  as  well  as  the  areals  of  spread  of  di-
seases characteristic for the territory were investigated, 
based of which the recommendations are proposed. For 
the first time,  "Geochemical map of agrolandscapes of 
the  Shirvan  Plain"  of  medium  scale  was  compiled 
through  the  use  of  Geographic  Information  Systems 
(ArcGIS). 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə