Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə12/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   8   9   10   11   12   13   14   15   ...   91

2.
 
Şaquli  ox  tərəfdaşın  mənafelərini  nəzərə  almadan  yalnız  öz 
mənafeyini təmin etmək niyyətini ifadə edir. Bu ox üzrə nöqtə nə qədər 
yüksəkdə  yerləşmişdirsə,  o,  öz  mənafelərinin  maksimum  təmin 
edilməsi  niyyətində  bir  o  qədər  yüksək  əzmkarlığa  uyğun  gəlir.  Bu 
davranış xəttini rəqabət strategiyası adlandıraq. 
Rəqabət  zəruri  nəticəyə  nail  olmağa  imkan  verir,  inkişafı 
stimullaşdırır,  tərəqqiyə  təkan  verir.  Bir  sıra  vəziyyətlərdə  rəqabətin 
mövcudluğu onların hərəkətverici qüvvəsinə və mahiyyətinə çevrilir, 
məsələn,  idman  yarışları,  incəsənət  yarışmaları,  bir  sıra  işədüzəlmə 
halları, müsabiqə üzrə tədris müəssisəsinə qəbul və s. 
Eyni zamanda, rəqabət bütün gücün sərfini tələb edir ki, bu da 
gücün  tükənməsinə,  xəstəliyə  gətirib  çıxara  bilər.  Bir  qayda  olaraq, 
rəqabət  insanlar  arasında  münasibətləri  pozur,  özü  də  bu,  yalnız 
bilavasitə  rəqiblərə  aid  olmur.  Çox  vaxt  insanın  şəxsi  münasibətlərə 
qüvvəsi çatmır. Qüvvələr nisbəti dəyişdikdə keçmiş məğlublar əvvəlki 
qalibi  «məhv  etməyə»  çalışacaqdır.  Rəqabət  vicdansız  və  amansız 
metodların  tətbiqinə  qədər  nəyin  bahasına  olursa-olsun  qalib  gəlmək 
istəyi doğurur. 
Danışıqların  güclü  mövqeyə  malik  bacanqh  iştirakçıları 
opponentlərinə qarşı güzəşt göstərməyə meylli olurlar. Digər tərəfdən, 
gücə malik insanlar öz imkanlarını şişirtməyə meylli olur və tərəfdaşın 
mövqeyinin  gücünün  dəyişməsinə  kifayət  qədər  sürətlə  reaksiya 
vermirlər. Çox vaxt rəqabət avtomatik surətdə, ətraflı düşünülmədən, 
sadəcə əlverişsiz təsirə emosional reaksiya kimi seçilir. 
3.
 
Opponentə  güzəştə  meylin  artması  istiqamətinə  yönəlmiş 
üfüqi  ox  opponentin  tələbləri  qarşısında  təslim  olmağa  qədər  ona 
uyğunlaşma strategiyasını nümayiş etdirir. X nöqtəsinin koordinatları 
nə qədər bö}dik rəqəmlə ifadə olunursa, tərəfdaşın tələblərinə güzəştə 
getmək meyli bir o qədər güclü şəkildə təzahür edir. 
Güzəştlər xoş məramı nümayiş etdirə və opponent üçün müsbət 
davranış modeli kimi çıxış edə bilər. Çox vaxt güzəşt gərgin vəziyyətdə 
dönüş  anı  olaraq,  onun  gedişatmı  yaxşılığa  doğru  dəyişə  bilər.  Bu 
strategiya daha əlverişli məqama qədər ehtiyatları qoruyub saxlamağa 
imkan  verir.  Qüvvələr  nisbəti  əks  tərəfin  xeyrinə  dəyişdikdə  təslim 
olmaq ən yaxşı çıxış yoluna çevrilə bilər. Bəzən biz opponentin haqlı 
olduğunu etiraf etdiyimiz üçün 
36 


güzəştə gedirik. 
Lakin  güzəşt  pis  nəticə  də  verə  bilər.  O,  opponent  tərəfindən 
zəifliyin təzahürü kimi qiymətləndirilə və onun təzyiq və tələblərinin 
sərtləşməsinə  gətirib  çıxara  bilər.  Biz  opponent  tərəfindən  cavab 
güzəştləri  gözləyərkən  yamla  bilərik.  Son  nəticədə  güzəştə  getməklə 
biz nəticə əldə etməyə və öz mənafelərimizi təmin etməyə bilərik. 
4.
 
Oxlar arasındakı məkanın mərkəzi hissəsində çoxlu mümkün 
kompromiss nöqtələri yerləşir. Hər bir tərəfin mənafelərinin yanbayan 
təmin  olunmasını  ideal  kompromiss  hesab  etmək  olar.  Bəzən 
kompromiss  problemin  həllinin  yeganə  mümkün  və  ən  yaxşı  dinc 
variantına çevrilir. Hər bir tərəf müharibəni davam etdirərək hər şeyi 
itirməyin  əvəzinə  onu  qane  edən  nəsə  qazanır.  Lakin  çox  vaxt 
kompromiss yalnız müvəqqəti çıxış yoludur, çünki tərəflərin heç biri 
öz  mənafelərini  tam  təmin  edə  bilmir  və  münaqişə  üçün  əsas  qalır. 
Kompromis hər iki tərəf üçün bərabər olmadıqda, bir tərəfin digərinə 
nisbətən  daha  çox  güzəştə  getməsi  halında  isə  münaqişənin  yenidən 
başlanması riski daha yüksək olur. 
5.
 
Nəhayət, münaqişəli vəziyyətdə daha bir davranış strategiyası 
eyni vaxtda yüksək rəqəmlə ifadə olunan X və Y koordinat nöqtələri ilə 
ifadə olunur. 
Bu, əməkdaşlıq strategiyasıdır. O, həm öz mənafelərinin, həm 
də tərəfdaşın  mənafelərinin  maksimum  mümkün olduğu qədər təmin 
edilməsinə nail olmaq istəyi ilə fərqlənir. Çox vaxt adamlar bu variantı 
arzuolunan,  lakin  konkret  münaqişə  vəziyyətində  qeyri-real  hesab 
edirlər.  Lakin  bir  çox  hallarda  vəziyyət  yalnız  ona  görə  çıxılmaz 
görünür ki, opponentlərin hər biri digərinin tələbləri ilə ziddiyyət təşkil 
edən  tələblər  irəli  sürür  və  öz  mənafelərini  təmin  etməyin  başqa 
variantını axtarmır. Kompromisdən fərqli olaraq, əməkdaşlıq üçün öz 
mövqelərinin  müdafiəsindən  mənafelərinə  uzlaşdırılmasının  və 
ümumiliyinin aşkara çıxdığı daha dərin səviyyəyə keçid zəruridir. 
Əməkdaşlıq  problemin  həllinin  möhkəmliyi,  onun  gedişində 
münasibətlərin tərəfdaşlıq xarakteri ilə cəlbedicidir. Bu, münaqişədən 
çıxmağın  yeganə  üsuludur  ki,  eyni  zamanda  istənilən  nəticəyə  nail 
olmağa və tərəfdaşlar arasında münasibətləri pozmamağa imkan verir. 
Uğurlu əməkdaşlıq münasibətlərin 
37 


yaxşılaşmasına  və  gələcəkdə  qarşılıqlı  fəaliyyəti  davam  etdirmək 
istəyinə təkan verir
«Əməkdaşlıq»  sözünün  özü  «əmək»  kökündəndir.  Bu, 
əməkdaşlığın həyata keçirilməsi üçün intellektual, emosional və digər 
səylərin tətbiqinə olan real zərurəti əks etdirir. Çox vaxt bu strategiya 
həm də onun uğurla həyata keçirilməsi üçün vaxt tələb edir. 
Eyni zamanda, əməkdaşlıq həmişə mümkün olmur. Onun üçün 
problemi  birgə,  bütün  tərəflərin  həqiqi  mənafeləri  nəzərə  alınmaqla 
həll etməyə qarşılıqlı istək zəruridir. 
Yuxarıda sadalanan strategiyaların heç birini birmənalı şəkildə 
«yaxşı», yaxud «pis» adlandırmaq olmaz. Onların hər biri optimal ola 
və  münaqişənin  yarandığı  və  inkişaf  etdiyi  konkret  şəraitdən  asılı 
olaraq  ən  yaxşı  nəticəni  təmin  edə  bilər.  Eyni  zamanda,  məhz 
əməkdaşlıq  insanlar  arxısında  konstruktiv  uzunmüddətli  qarşılıqlı 
fəaliyyət haqqında təsəvvürlərə daha çox uyğundur. 
Bütün münaqişə tərəflərinin mənafelərinin təmin  edilməsi ona 
gətirib  çıxarır  ki,  bu  münaqişə  üçün  zəmin  aradan  qalxır  və 
münaqişədən  sonra  vəziyyətin  mürəkkəbləşməsi  riski  minimuma 
endirilir. 
Münaqişəli  davranış  münaqişə  iştirakçılarının  əks  istiqamətli 
hərəkətlərindən  ibarətdir.  Bu  hərəkətlərlə  opponentlərin  fikri, 
emosional və iradəvi sahələrində xarici təsirdən gizli proseslər realizə 
olunur.  Hər  bir  tərəfin  mənafelərinin  realizəsinə  yönəlmiş  qarşılıqlı 
reaksiyaların 
əvəzlənməsi 
və 
opponentin 
mənafelərinin 
məhdudlaşdırılması münaqişənin görünən sosial reallığını təşkil edir. 
Opponentlərin  hərəkətləri  daha  çox  bir-birinə  təsir  göstərdiyindən, 
digər tərəfin əv\'əlki hərəkətlərindən irəli gəldiyindən, yəni bir-birini 
qarşılıqlı  surətdə  şərtləndirdiyindən,  istənilən  münaqişədə  onlar 
qarşılıqlı fəaliyyət xarakteri kəsb edir. 
Münaqişəli  davranış  öz  prinsiplərinə,  strategiyalarına 
(üsullarına)  və  taktikalarına  (fəndlərinə)  malikdir.  Münaqişəli 
qarşıdurmanın əsas prinsipləri sırasında qüvvələrin cəmləşdiril- məsi, 
qüvvələrin  əlaqələndirilməsi,  rəqibin  mövqeyindəki  ən  zəif  nöqtəyə 
zərbə endirilməsi, gücə və vaxta qənaət və s. fərqləndirilir. 
38 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə