Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə17/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   13   14   15   16   17   18   19   20   ...   91

yan,  yaxud  dork  edilməyən  münasibət  uyğunsuzluğu  -  tərəflərin 
münaqişəli  əlaqəsi  kimi  təzahür  edir,  iştirakçılar  tərəfindən  əyani 
surətdə  dərk  olunur  və  burada  münasibətləri  göstərilən  struktur 
kəsikləri  -  məkan,  zaman,  motivlər,  məqsədlər,  onlara  nail  olma 
üsulları və s. mövcud olmağa başlayır. 
Latent qapalı fazadan daha aşkar fazaya keçid  «məcbur- edici 
davranış»  adlanan  amilin  tətbiqinin  başlaması  ilə  müəyyən  olunur. 
«Məcburedici  davranış»  anlayışı  diplomatik  və  digər  təzyiqdən 
istifadə olunmasını, iqtisadi münasibətlərin pozulmasını, sanksiyaların 
tətbiqini,  hərbi  qüvvələrin  manipulyasiyasını  və  onun  tətbiqi 
təhlükəsini,  eləcə  də  digər  bu  kimi  amilləri  nəzərdə  tutur,  amma  bu 
amillər mütəşəkkil silahlı zorakılıq deyil. 
B  fazası  müddətində  kütləvi  və  mütəşəkkil  şəkildə  silahlı 
zorakılığın  tətbiqinin  astanasından  qabaq  iştirakçıların  biri  və  ya 
hamısı  tərəfindən  məcburedici  davranışın  tətbiq  olunması  şəklində 
münaqişənin  inkişafı  baş  verir.  Bu  astananı  bizim  böhran 
adlandıracağımız və aşağıda ona əsas diqqət yetirəcəyimiz B fazasının 
hissəsindən  sonra  yerləşdirmək  olar.  Böhran,  sayı  birdən  çox  olan 
iştirakçı  tərəfindən  münaqişəli  qarşılıqlı  əlaqənin  intensivliyinin 
yüksəlməsi ilə səciyyələnir. Beləliklə, böhran münaqişənin sub-fazası 
kimi,  ən  yüksək  intensivliyə  malik  və  tamamilə  «xalis»,  açıq  olan 
münaqişəyə keçid potensialını, yəni müharibəni ehtiva edir. 
Münaqişənin  intensivliyi  nöqteyi-nəzərində  onun  iştirakçıları 
olan  dövlətlərin  hərbi  toqquşmasını  təsvir  etsək,  onda  müharibə 
münaqişənin  «ali  forması»  olur  və  bu  formada  silahlı  zorakılığın 
mütəşəkkil  və  kütləvi  qaydada  tətbiqi  məcburedici  davranışa  malik 
olur.  Bununla  belə,  münaqişənin  böhrandan  hərbi  əməliyyatlara 
keçməsi  məcburi  deyil,  intensivlik  şkala  üzrə  yuxanda  göstərilən 
münaqişənin  hipotetik  inkişafı  iştirakçıların  latent  ziddiyyətlər 
vəziyyətindən  zorakılığın  tətbiqi  astanasına  keçməsi  deyil.  Tarixi 
misallar  sü  büt  edir  ki,  münaqişə  qeyri-xətti  inkişaf  xüsusiyyətinə 
malikdir, ən yüksək fazadan ən aşağı fazaya, yəni kəskin böhrandan 
nisbətən  aşağı  intensivliyə  malik  B  fazasının  başlanğıc  hissəsinə, 
bəzən  isə  A  latent  fazasına  qayıda  bilər.  Münaqişənin  intensivliyi 
problemi  və  bu  parametrin  zaman  xüsusiyyətlərlə  əlaqələri 
tətqiqatçıların  diqqətini  çoxdan  bəri  özünə  cəlb  etmişdir.  Herman 
Kann tərəfindən təqdim olunmuş mü 
51 


naqişənin  intensivliyi  şkalası  daha  çox  xatırlanır.  Kannın  təsnifatına 
əsasən  münaqişəni  9  əsas  mərhələyə  bölmək  olar  və  bu  mərhələlərə 
məcburedici  davranışın  istifadə  olunan  forma  və  üsullarının 
genişləndirilməsi  və  intensivliyi  səviyyəsinin  artırılması  üzrə  44 
mümkün  eskalasiya  pilləsi  daxildir.  Qeyd  etmək  lazımdır  ki,  Kann 
tərəfindən  təklif  edilən  «eskalasiya  nərdivanı»  1960-ci  illərin 
astanasında  dəbdə  olan  «strateji  tədqiqatların»  bəhrələrindən  biri  idi. 
Onun  yaradılmasının  çıxış  nöqtəsi  nüvə  dövlətlərinin  birbaşa 
toqquşmasının  mümkün  «ssenarisini»  təsvir  etmək  arzusundan  ibarət 
idi - ilk növbədə ABŞ və SSRİ nəzərdə tutulurdu. 
Kannın  sxemi  «maraqların  üst-üstə  düşməməsi»  mərhələsi  ilə 
başlanır  və  «ənənəvi  böhran»  mərhələsindən  keçir  -  buraya 
«mövqelərin  möhkəmləndirilməsi»,  «gücün  nümayiş  etdirilməsi», 
«rəqibə  həmlə»  «əhəmiyyətli  hərbi  konfrontasiya»  daxildir.  Daha 
sonra,  Kannın  fikrincə,  münaqişənin  «nüvədənqabaqki  astanasında» 
iştirakçılar  arasındakı  münasibətlər  diplomatik  münasibətlərin 
pozulmasını,  müharibənin  elan  olunmasını,  «nüvə  ultimatumunun» 
verilməsini, təhlükəli zonanın blokadasını və əhalinin 20%-nin həmin 
zonadan  təhliyyə  edilməsinə  başlanmasını  nəzərdə  tutan  «intensiv 
böhran» rejimində istifadə oluna bilər. 
Kann hesab edirdi ki, münaqişənin inkişafının növbəti mərhələsi 
iştirakçı  tərəflərdən  biri  tərəfindən  nüvə  zərbələrinin  endirilməsi  və 
düşmənin «əks tədbirlərini» və artıq 70% əhalinin təhJiyyəsini nəzərdə 
tutan  «yerli  nüvə  müharibəsinin  elan  edilməsi  (21-25-ci  pillələr) 
olmalıdır.  Daha  sonra,  bu  nəzəriyyəçinin  fikrincə,  tərəflər  bir-birinin 
ərazisinə,  hərbi  obyektlərinə,  əhalisinə  və  maddi  resurslarına  hücum 
etməklə «müharibənin mərkəzi astanasından» keçirlər. Bu zaman hər 
iki tərəf əhalinin əksər hissəsini təhliyyə etməyə çalışır və «ramedici» 
zərbələr endirməklə düşmənin ərazisindəki şəhərlərin və digər maddi 
obyektlərin məqsədyönlü şəkildə dağıdılmasına başlayırlar. 
Kann  öz  sxeminin  yekun  mərhələsini  (pillə  39-44)  «şəhərlərə 
qarşı  müharibələrdə»  kütləvi  qırğın  silahlarının  digər  növlərindən 
istifadə edilməsində və hərbi əməliyyatların «spazmatik», yəni demək 
olar ki, mənasız şəkildə davam etdirilməsində görürdü. 
Göründüyü  kimi,  Kann  tərəfindən  təklif  olunan  «eskalasiya 
nərdivam» münaqişənin primitiv xətti inkişafın halından 
52 


(üzə  çıxmış  dövlətlərarası  zidiyyətlərdən  düşməni  məhv  etmək 
məqsədi ilə kəllə-kəlləyə gəlməyədək) irəli gəlir. 
§3. Münaqişənin yaranmasının və eskalasiyasının səbəbləri 
istənilən  sxem  kimi,  «Kann  şkalası»  da  münaqişənin 
yaranmasının və eskalasiyasının səbəblərini heç də adekvat şəkildə əks 
etdirmir. Bizi maraqlandıran hadisənin analizi üçün zəruri olan bir çox 
zəruri  parametrləri  şkalada  öz  əksini  tapmamışdır.  Bununla  əlaqədar 
olaraq, münaqişənin öyrənilməsi zamanı istifadə olunan bir neçə əsas 
anlayışları  ayırmaq  lazımdır.  Bu  sırada  birinci  yeri  münaqişənin 
strukturu  anlayışı,  yəni  onun  iştirakçının  sayı  və  onların  əsas 
xüsusiyyətləri  tutur.  Bazasında  bizi  maraqlandıran  hadisənin  əsas 
mövcudluq  qanunauyğunluqlarının  nəzərdən  keçirildiyi  münaqişə 
strukturunun  ən  sadə  növü  «diadik  münaqişədir»  -  burada  yalnız 
«diada», yəni iki iştirakçı münaqişəli əlaqəyə girir. Bu cür münaqişələr 
tarixdə  nadir  hadisə  olmasa  da,  onlar  beynəlxalq  münasibətlərin 
sistemli  modellərinin  əvəzlənməsinə  səbəb  olan  ən  əhəmiyyətli  və 
məşhur  münaqişələr  sırasında  çoxluq  təşkil  etmir.  Kəskin 
beynəlxalq-siyasi münaqişələrin və əsasən, tez-gec «böyük» (məsələn, 
qitə miqyaslı) müharibələrə çevrilən münaqişələrin iştirakçılarının sayı 
bir qayda olaraq daha çox idi. Eyni zamanda, nəzəri quruluşların daha 
asan  şərh  olunması  üçün  məhz  münaqişədə  iki  iştirakçının 
münasibətlərindən istifadə etmək yerinə düşər ki, bu da aşağıda məhz 
belə olacaq. 
İştirakçıların keyfiyyət xüsusiyyətlərinə gəldikdə isə, bu və  ya 
digər münaqişənin analizi zamanı aşağıdakıları ayırmaq daha zəruridir: 
-
 
münaqişəli  əməliyyatların  həyata  keçirilməsi  üçün  potensial 
şəklində  səfərbər  edilən  güc  səviyyəsinə  görə  uyğunluq  (yəni,  ilk 
növbədə  iştirakçıların  beynəlxalq-siyasi  iyerarxiyanın  hansı  sinfinə 
(böyük dövlət regional hegemon) mənsub olması, müasirlik üçün-nüvə 
ölkəsi olub-olmaması və s.); 
-
 
iqtisadi,  siyasi  və  sosial-mədəni  inkişaf  səviyyəsinə  görə 
müqayisə; 
-
 
beynəlxalq siyasi əlaqələrdə iştirak etmə ənənəsi və tarixi 
53 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə