Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə82/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   78   79   80   81   82   83   84   85   ...   91

əksinə olaraq və silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması 
haqda  1954-cü  ilin  Haaqa  konvensiyasının  qərarını  pozaraq,  bu 
məscidlər anbarlara və  yardımçı binalara çevrilmiş, dahi Azərbaycan 
şairi və mütəfəkkiri Molla Pənah Vaqifin məqbərəsi dağıdılmışdır. 
Hərbi  əməliyyatların  getdiyi  rayonlarda  Azərbaycanın 
mədəniyyəti və incəsənəti üçün böyük əhəmiyyətə malik olan teatrlar, 
mədəniyyət evləri, klublar, kitabxanalar, uşaq musiqi məktəbləri qarət 
edilmiş və dağıdılmışdır. Qarət edilmiş və yandırılmış 927 kitabxanada 
4,5  mln.  kitab  və  çox  qiymətli  əlyazmalar  məhv  edilmişdir. 
Mədəniyyət və incəsənət müəssəsələri, o cümlədən, 6 dövlət teatr və 
konsert  təşkilatı,  386  klub  idarəsi  və  85  musiqi  məktəbi  də  qarət 
edilmiş və dağıdılmışdır. Teatr rekvizit- lərinin, səhnə kostyumlarının, 
texniki  vəsaitlərin,  musiqi  alətlərinin,  dərs  vəsaitlərinin,  həmçinin 
avadanlıqların köçürülməsinə imkan verilməmişdir. 
Mövcud  məlumatlara  görə,  erməni  işğalçıları  tərəfindən  ələ 
keçirilmiş  qiymətli  muzey  sərvətləri  benəlxalq  hərraclarda  satılır  və 
onlara  çox  vaxt  erməni  mənşəyi  verilmişdir.  Bu  zaman  mədəni 
dəyərlərin  milli  və  coğrafi  mənsubiyyəti  dəyişdirilirdi.  Belə  ki, 
bəstəkar  Üzeyir  Hacıbəyov,  müğənni  Bülbül  və  şairə  Natəvan  kimi 
Azərbaycan  mədəniyyətinin  görkəmli  nümayəndələrinin  Şuşadan 
çıxarılrmş  heykəlləri  çox  böyük  çətinliklə  üçüncü  ölkənin  vasitəsilə 
satın alınmışdı. 
Azərbaycan hər vasitə ilə, dünya ictimaiyyətinin diqqətini tarixi 
və  mədəni  abidələrə  cəlb  etməyə  çalışır.  Bu  problemə  beynəlxalq 
əks-səda verilməsinin təşəbbüskarı olan Azərbaycan Milli Komitəsi bu 
istiqamətdə  məqsədyönlü  iş  aparır  ki,  bu  da  YUNESKO  və  onun 
strkuturlarına daxil edilməklə, həlli yollarının axtarılmasında müəyyən 
pozitiv  nəticələr  vermişdir.  Lakin  işğal  olunmuş  ərazilərdə  qalmış 
tarixi  və  mədəni  abidələrin  taleyi  indiyə  kimi  məlum  deyildir. 
Azərbaycan Milli  Komitəsi  İKOM muzeylərin, rəsm  qalareyalarmın, 
memarlıq  adibələrinin  siyahısını  tərtib  etmiş,  şəkillərini  yığnuş  və 
bunlara  əsasən  1994-cü  ildə  Azərbaycan  xalqının  mədəni  irsinin 
beynəlxalq müdafiəsi tələbi ilə YUNESKO və İKOM-a təqdim edilən 
müraciət  qəbul  olunmuşdur.  Bununla  əlaqədar,  1994-cü  ilin 
noyabrında Mərkəzi və Şərqi Avropa ölkələrinin inkişaf proqramının 
direktoru Alan 
251 


Xankok və Mədəniyyət mərkəzi və mədəni irsin mühafizəsinin məsul 
rəhbəri Toni Tottonun rəhbərliyi altında YUNESKO-nun mədəniyyət 
üzrə  sahələrararsı  xəttinin  missiyası  Bakıya  gəldi.  Onların 
Azərbaycana  gəlməkdə  məqsədi  mədəniyyət,  təhsil  və  memarlıq 
obyektlərinə dəymiş ziyanı müəyyən etməkdən ibarət idi. Azərbaycan 
muzeyləri və rəsm qalereyalarına dəymiş ziyan haqda missiya üzvləri 
məlumatlandırılmış, abidə və eksponatların sənədləri, şəkilləri onlara 
verilmişdi. 1995-ci ilin fevralında Azərbaycan Milli komitəsi İKOM 
YUNESKO-nun  işğal  olunmuş  ərazillərin  rəhbərlərinə  ünvanladığı 
qərarı aldı. Bu, hərbi münaqişə zamanı mədəni irsin mühafizəsi üzrə 
1954-cü  il  Haaqa  Konvensiyasının  qərarlarına  itaət  çağırışı  haqda 
qərar  idi.  Lakin  işğal  olunmuş  ərazilərin  hökumət  orqanları  bütün 
məsələlər üzrə qondarma Dağlıq Qarabağ Respublikasının xarici işlər 
nazirliyinə  müraciət  etməyi  YUNESKO-ya  məsləhət  gördülər.  Öz 
növbəsində,  1996-cı  ildə  Azərbaycan  Milli  Komitəsi  İKOM 
YUNESKO-nun işləri üzrə Ermənistan milli komissiyasının baş katibi 
Asaturyana  müraciət  edərək,  bu  məsələni  aydınlaşdırmağı  xahiş 
etmişdir. Amma bütün bu tədbirlər heç bir nəticə vermədi və məsələnin 
aydınlaşmasına şərait yaradılmadı. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  YUNESKO-nun  1995-ci  il 
«Silahlı  münaqişə  zamanı  mədəni  dəyərlərin  mühafizəsi  haqda 
konvensiyanın  həyata  keçirilməsi  haqda  məlumat»  məruzəsində 
Dağlıq  Qarabağ  ətrafındakı  münaqişə  çox  səthi  işıqlandırılmışdır. 
Halbuki, Azərbaycanın çoxsaylı müraciətlərindən sonra belə mötəbər 
beynəlxalq təşkilat işğal olunmuş zonada yerləşən Azərbaycan mədəni 
dəyərlərinə daha böyük diqqət yetirə bilərdi. 
Təəssüf ki, etiraf etmək lazım gəlir ki, mədəni irsin beynəlxalq 
mühafizəsinin  təmin  edilməsinin  vacibliyi  qeyd  olunan  Haaqa 
Konvensiyasının beynəlxalq ictimaiyyət tərəfindən daha fəal tədbirlər 
görmək üçün şərait yaradılmasına baxmayaraq, beynəlxalq təşkilatlar, 
o  cümlədən  də  YUNESKO,  işğal  olunmuş  zonalarda  qalan 
Azərbaycanın mədəni dəyərlərinin təhlükəsizliyinin təmin edilməsində 
lazımi  fəallıq  göstərmirlər.  Keçmiş  Yuqoslaviyanın  ərazisində  hərbi 
əməliyyatlar  zonasında  yerləşən  mədəni  və  tarixi  abidələrin  taleyi 
hamıya  məlumdur.  Xorvatiya,  Bosniya  və  Herseqovinanın  mədəni 
irsinin  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  YUNESKO-nun 
göstərdiyi texniki, maddi və 
252 


iqtisadi  kömək  Azərbaycana  münasibətdə  də  belə  olacağına  ümid 
etməyə  imkan  verir.  Bununla  bərabər,  mədəni  dəyərlərin  itkilərinin 
minimuma  endirilməsi  məqsədilə  özümüz  də  operativ  sürətdə  əsas 
tədbirlər görməliyik. 
Haaqa  konvensiyasını  qəbul  edən  Azərbaycan  bu  gün 
beynəlxalq sənədin mexanizmlərinin işləyəcəyinə ümid edirdi. Lakin, 
təcrübənin  göstərdiyi  kimi,  Azərbaycanın  ümidləri  hələ  ki,  həyata 
keçirilməmişdir. Bununla bərabər, qeyd edilən kovnensiya Qarabağın 
mədəni  və  tarixi  abidələrinin  taleyinə  aydınlıq  gətirmək  iqtidarında 
olan kifayət qədər sübutlara malikdir. Konvensiyanın 18-ci maddəsinin 
1-ci bəndində deyilir ki, «Konvensiya iki və ya bir neçə Yüksək sazişə 
gələn tərəflər arasında baş verə biləcək elan olunmuş müharibə və ya 
hər  hansı  digər  silahlı  münaqişə  zamanı,  hətta  müharibə  vəziyyəti 
onlardan  biri  və  ya  bir  neçəsi  tərəfindən  tanınmadığı  halda,  tətbiq 
ediləcəkdir». Bizim fıkrimizcə, bu konvensiyanı Dağlıq Qarabağdakı 
silahlı  münaqişənin  bilavasitə  iştirakçısı  olan,  Ermənistana  tətbiq 
etmək üçün bütün  əsaslar mövcuddur. Digər tərəfdən, işğal  olunmuş 
zonada  qalan  Azərbaycanın  mədəni  dəyərlərinə  görə  məsuliyyət  də 
Ermənistanın üzərinə düşür. Bu Ermənistan və Azərbaycanı münaqişə 
tərəfləri  kimi  tanıyan  və  erməni-azırbaycanlı  münaqişəsini  nizama 
salmaq  üçün  ATƏT  tərəfindən  qəbul  edilən  reqlamentə  də  zidd 
olmazdı. Belə halda, əgər Ermənistan beynəlxalq - tanınmış münaqişə 
tərəfıdirsə, onda Azərbaycan mədəni dəyərlərinin qorunub saxlanması 
üzrə konvensiyanın bütün müddəlarının ona da aid edilməsini tələb edə 
bilər. 
Onu da qeyd etmək vacibdir ki, konvensiyanın 19-cu maddəsi 
konvensiyanı  imzalamış  ölkələrdən  hər  hansı  birinin  ərazisindəki 
münaqişədə  iştirak  edən  tərəfləri,  mədəni  dəyərlərə  qayğı  ilə 
yanaşmağa  aid  olan  müddəaları  tətbiq  etməyə  çağırır.  Həm  də, 
YUNESKO münaqişə tərəflərinə öz xidmətlərini tətbiq edə bilər, lakin 
onların huquqi statusuna heç cür toxunmayacaqdır. Bizim fıkrimizcə, 
bu  konvensiya  işğal  olunmuş  zonada  qalan  Azərbaycan  dəyərlərinin 
üzə çıxarılması, mühafizəsi, lazım gələrsə restitusiyası prosesinə daha 
fəal qatılmaq üçün YUNESKOya geniş imkanlar verir. 
Bu  halda,  Haaqa  konvensiyasının  22-ci  maddəsini  də  tətbiq 
etmək olar. Bu maddəyə uyğun olaraq, münaqişə tərəflə 
253 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə