“ azərbaycan hava yollari ”



Yüklə 24,09 Kb.
tarix17.11.2017
ölçüsü24,09 Kb.
#10836

AZƏRBAYCAN HAVA YOLLARI ”

MİLLİ AVİASİYA AKADEMİYASI

Fakültə: İqtisadiyyat və hüquq

Kafedra: Hüquqşünaslıq

İxtisas: BİM

Qrup: 367a

Sərbəst iş



Mövzu: Beynəlxalq ticarət sisteminin idarəedici orqanı və ÜTT

Rəhbər:İmanov İsmayıl

Tələbə:Səfərov Məğrur

BAKI 2010

Beynəlxalq ticarət sisteminin idarəedici orqanı. Ümumdünya Ticarət Təşkilatı

Beynəlxalq ticarət faktiki olaraq milli iqtisadiyyatla müxtəlif ölkələrin mal bazarlarının qarşılıqlı əlaqə formasıdır. Ona görə də iqtisadi qarşılıqlı əlaqənin bu formasına obyektiv olaraq müvafiq hüquqi üst qurumlar lazımdır. Belə üst qurumlar beynəlxalq ticarət hüququ formasında qurulub. Olduqca zəruri olan belə bir sual meydana çıxır: beynəlxalq ticarətdəki mal kütlələrinin hərəkətinə hansı inistut xarakterli hüquqi faktorlar təsir edir?

Buna cavab kimi aşağıdakıları göstərmək olar:


  1. Milli iqtisadiyyatı qoruyan tarif və qeyri-tarif sərhədlərinin “yüksəkliyi”;

  2. Beynəlxalq ticarət “operatorlarının” hüquqi statusu;

  3. Hərəkətdə və yerdəyişmədə olan malların hüquqi vəziyyəti (bütün ölkələrdə, məsələn, silahlarla ticarət hüquqi şərtlər əsasında həyata keçirilir);

  4. Xarici ticarət tənzimlənmə məsələlərinə dövlətin qarışmasının dərəcəsi və ya keyfiyyəti.

Sözsüz bütün bu aspektlər beynəlxalq ticarət hüququ ilə tənzimlənməlidir. Beləliklə, beynəlxalq ticarət hüququ – beynəlxlaq bazar münasibətləri sferasını tənzimləyən beynəlxalq hüquq normaları sistemidir.

Beynəlxalq ticarət sistemində hüquqi rejimlər.

Beynəlxalq bazar – beynəlxalq ticarət sisteminin əsasını təşkil edir, başqa sözlə desək, onun əsas əlaqə sferasını, obyektiv əhatə dairəsini təşkil edir. Beynəlxalq ticarət sisteminin bir neçə komponentlərini ayırmaq olar:



  1. İnstitisiyon subyektiv xarakterli komponent – beynəlxalq ticarət sisteminin “fəaıiyyətli şəxslər”, keyfiyyətdə publik və xüsusi şəxslər çıxış edir: dövlət,beynəlxalq təşkilatlar , qeyri-hökumət təşkilatları, federasiya subyektləri, transmilli koorporasiyalar, müxtəlif ölkələrin hüquqi və fiziki şəxsləri və s.

  2. Tənzimləyici komponent – bu beynəlxalq normativ sisteminin o hissəsidir ki, hansılar ki, beynəlxalq ticarəti tənzimləyir: beynəlxalq hüquqi normalar, beynəlxalq təşkilatların daxili hüququ, dövlətin müvafiq daxili hüquq normaları və transmilli hüquq normaları;

  3. Funksional komponent – bu komponentə siyasi və tənzimlənmə hüququ aiddir;

  4. İdeoloji komponent – bunlara müxtəlif xarici siyasi xarakterli iqtisadi, daktilina və konsepsiyalar, beynəlxalq hüquqi təfəkkürlər və s. göstərmək olar.

Qeyd etmək lazımdır ki,hələ Cenevrədə 25 dövlətdən ibarət olan qrup Havana xartiyası üzərindən işlədikləri ərəfədə tarif güzəştləri haqqında çoxtərəfli danışıqlar aparmış və 30 oktyabr 1947-ci ildə Birinci Tarif Konfransının yekun aktını imzalamış və özündən Tarif və Ticarət Haqqında Baş Saziş tekstini daxil etmişdir. Bu sazişin üzv ölkələri Havana xartiyasının ümumi prinsiplərinə riayət etmələrini öhdəlik kimi öz üzərilərinə götürmüşlər. Qeyd edilməlidir ki, Ticarət və Tarif Haqqında Ümumi Sazişin müvəqqəti tətbiqetmə protokoluna müvafiq olaraq Tarif və Ticarət Haqqında Ümumi Sazişin əsasnaməsinin ikinci hissəsi maksimal səviyyədə tətbiq edilməli idi və həm də milli qanunvericiliklə əlaqələndirilmiş əsasda həyata keçirilməli idi. İlk vaxtlarda Tarif və Ticarət Haqqında Baş Sazişin sisteminə üzv olan ölkələrin daxili hüququna piaritet vəziyyət və hal baş vermirdi. Buna baxmayaraq 1948-ci il 1 yanvardan Ticarət və Tarif Haqqında Ümumi Sazişin müvəqqəti tətbiq edilməsi protokolu qüvvəyə mindi. Bu ildən sonra artıq beynəlxalq ticarət sisteminin sonrakı inkişafı əsasən Tarif və Ticarət Haqqında Sazişin birbaşa təsiri altında həyata keçirilirdi. Tarif və Ticarət Haqqında Ümumi Saziş çərçivəsində Uruqvay Raundunun çox tərəfli ticarət danışıqları (1986-cı ilin sentyabr ayından 1993-cü ilin dekabr ayına qədər) Ümumdünya Ticarət Təşkilatının (ÜTT) yaradılmasına gətirib çıxardı. Ümumdünya Ticarət Təşkilatının təsis edilməsi haqqında saziş Mərakeşdə 15 aprel 1994-cü ildə 104 dövlət tərəfindən imzalanmışdı. Ümumdünya Ticarət Təşkilatı öz fəaliyyətini isə 1 yanvar 1995-ci ildən başlayıb. Lakin, 1995 – 1996-cı illərdə Tarif və Ticarət Haqqında Ümumi Saziş və Ümumdünya Ticarət Təşkilatı paralel olaraq fəaliyyət göstərmişlər. Daha sonra Tarif və Ticarət Haqqında Ümumi Saziş ölkələri Ümumdünya Ticarət Təşkilatına daxil oldular və Tarif və Ticarət Haqqında Ümumi Saziş qəti olaraq Ümumdünya Ticarət Təşkilatının tərkibinə çevrildi. Ümumdünya Ticarət Təşkilatı qarşısında əsas vəzifə kimi sazişlərlə müəyyənləşdirilmiş yeni çoxsahəli ticarət sisteminin yerinə yetirilməsinə, tətbiqinə və hərəkətinə təkan vermək qoyulmuşdur (Maddə 3, bənd 1). Bu məqsədlər üçün Ümumdünya Ticarət Təşkilatı özünün rəhbər orqanları – Nazirlar Konferensiyası və Baş Şura vasitələri ilə qərarlar qəbul etmək hüququna malikdirlər. Ümumdünya Ticarət Təşkilatının nizamnaməsində xüsusi vəzifələr kimi dayaq funksiyalar önə çıxır. Bu funksiyalara aşağıdakıları misal göstərmək olar:

  1. Mübahisələrin həlli üzrə mexanizmlərin işlənməsini təmin etmək (maddə 3, bənd 3);

  2. Ticarət siyasətinin işıqlandırılması mexanizmləri ( maddə 3, bənd 4 ).

Mütləq halda qeyd edilməlidir ki, müasir beynəlxalq ticarət sistemi əsasında proteksionizmlə mübarizə taktikası və strategiyası durur. Beləki, 20-ci əsr əsasən də, 1929 – 1939-cu illər proteksionizm dalğalarında beynəlxalq bazarlarda malların hərəkətini məhdudlaşdıran üsullar inkişaf etməyə başladı. Bu üsullar aşağıdakılar idi:

Qadağan edici gömrük tarifləri; ticarətin əsasən dempinq və ekspert subsidiyalarının istifadəsi ilə inkişafına meyillik; kəmiyyət həddi qoyulması; “oynayan” valyuta kursları, hansılar ki, milli valyutanın devalivasiyasına rəqabət yaratmışdır; valyuta kurslarının çoxluğu; valyuta dəyişilməsi üzərində nəzarət; xarici kapitalın milliləşdirilməsi və ya dondurulması və s.



ÜTT beynəlxalq ticarət sisteminin idarəedici orqanı kimi.

Hər hansı bir qərarların qəbulu zamanı konsensus prinsiplərinə əsaslanan bir çox klassik beynəlxalq təşkilatlardan fərqli olraraq, Ümumdünya Ticarət Təşkilatında çoxsaylı əhəmiyyətli məsələlərüzrə qərarlar əsaslı surətdə o zaman qəbul edilmiş hesab edilir ki, əgər bu və ya digər halda ixtisaslı üstünlük mövcuddur. İxtisaslı üstünlük prinsipinin tətbiqi Ümumdünya Ticarət Təşkilatında tədbir və qərarların effektivliyinin təmin edilməsinin dövlətlər tərəfindən istəyi ilə izah edilir. Ümumdünya Ticarət Təşkilatı sisteminə daxil olan sazişlər beynəlxalq ticarətin praktiki əsasında bütün vacib və əsas aspektlərini tənzimləyir.

Ümumdünya Ticarət Təşkilatı çərçivəsində Xidmət Ticarəti üzrə Baş Saziş, İntellektual Mülkiyyət Hüququnun Qorunması Aspektlərinin Ticarəti üzrə Saziş, Geyim və Toxuculuq üzrə Saziş, Kənd Təsərrüfatı üzrə Saziş, Hökümət Alışları üzrə Saziş, Mülki Aviatexnika üzrə Saziş, İnvestisiya tədbirləri və ticarəti üzrə saziş və s. sazişlər fəaliyyət göstərir.

Hazırkı sazişlər Ümumdünya Ticarət Təşkilatına inteqrasiya edilmiş və onun üzvləri üçün məcburi xarakterə malikdir (Ümumdünya Ticarət Təşkilatının təsisi haqqında sazişin 2-ci maddəsinin 2-ci bəndi).

Ümumdünya Ticarət Təşkilatı paketi ilə bu və ya digər dövlət tərəfindən öhdəliklər götürməklə üzv ölkələri tərəfindən iki tərəfli müqavilələr də həmin sferanın qarşılıqlı əlaqələrinin tənzimlənməsi zərurəti aradan qalxır. Bu səbəbdən də bəzi müqavilələrin ümumi təsir dairəsi və fəaliyyəti qismən və ya tam dayandırılmışdır.

Əgər Tarif və Ticarət Haqqında Ümumi Saziş sisteminda Baş Sazişin normalarının əsas hissələri milli qanunvericiliyə maksimal uyğunlaşdırılması nəzərdə tutlmuşdursa, Ümumdünya Ticarət Təşkilatında isə əksinə, beynəlxalq hüquqi rejiminin möhkəmləndirilməsi baş verir və beynəlxalq hüquqi normalarının piratiteti təmin edilir. Eyni zamanda Ümumdünya Ticarət Təşkilatında ticarətin beynəlxalq hüquqi rejiminin, nəinki unifikasiyası gedir, həmçinin də hüquqi rejimlərin diferensasiyası prosesi də baş verir. Bir sıra sazişlərin buğlanması nəticəsində müxtəlif əmtəə bazarları üçün diferensiallaşdırılmış hüquqi rejimlərin bir növ leqallaşması baş vermişdir. Məsələn, Mülki Aviatexnika Ticarəti üzrə Sazişə müvafiq üzv ölkələr gömrük rüsumlarını, digər növ ödəmələri, həmçinin mülki aviatexnikanın iportunun azaldılmasını ləğv etmişdir.



Ümumdünya Ticarət Təşkilatı elə bir təşkilatdır ki, o öz fəaliyyəti çərçivəsində ərazi sferasına əhəmiyyət verir, əsasən də bilavasitə federativ qurluşlu ölkələrdə öz fəaliyyətinə daha çox əhəmiyyət verir. Həqiqətən də federativ qurluşlu dövlətlərlə bağlı söhbət beynəlxalq öhdəliklərin bağlanması və tətbiqi haqqında gedəndə müvafiq çətinliklər mövcud olur. Beləki, bu halda beynəlxalq hüququn müvafiq normaları və konstitusiya hüquqları toqquşa bilməzlər və ya bir-birinin üstünə düşə bilməzlər. Beləliklə bütövlükdə belə bir nəticəyə gəlmək olar ki, Beynəlxalq Ticarət Sisteminin mərkəzi nin tənzimləyici tutumu çox tərəfli, universal Ümumdünya Ticarət Təşkilatı olur və bu təşkilat bir növ “Dünya Ticarət Nazirliyinə” çevrilir. Ümumdünya Ticarət Təşkilatının hüquq normaları böyük dəqiqliyə və hüquqi qüvvəyə malikdir. Bilavasitə bu hal ticarətdə qoruyucu tədbirlərə və ya investisiya tədbirlərinin ticarət aspektlərinə və əsasən intellektual mülkiyyət hüququnun qorunmasına aid olduqda baş verir.
Yüklə 24,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə