Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə14/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   10   11   12   13   14   15   16   17   ...   91

3.5.
 
Münaqişənin inkişaf mərhələləri 
Tərəflərin  açıq  qarşıdurmasının  başlanması  münaqişəli 
davranışın  nəticəsidir,  münaqişəli  davranış  dedikdə  mübahisəli 
obyektin 
tutulması, 
saxlanılması, 
yaxud 
opponentin 
öz 
məqsədlərindən  imtina  etməyə,  yaxud  onların  dəyişdirilməsinə 
məcbur  edilməsi  məqsədilə  əks  tərəfə  yönəlmiş  hərəkətləri  başa 
düşülür,  Konfliktoloqlar  münaqişəli  davranışın  bir  neçə  formasını 
fərqləndirir: 
1.
 
aktiv-münaqişəli davranış (çağırış); 
2.
 
passiv-münaqişəli davranış (çağırışa cavab); 
3.
 
münaqişəli - güzəştli davranış; 
4.
 
güzəştli davranış. 
Tərəflərin münaqişə yönəlişindən və davranış formasından asılı 
olaraq,  münaqişə  inkişaf  məntiqi  kəsb  edir.  İnkişaf  edən  münaqişə 
dərinləşmə  və  genişlənmə  üçün  əlavə  səbəblər  yaratmaq  meylinə 
malikdir.  Hər  bir  yeni  «qurban»  münaqişənin  kəskinləşməsi  üçün 
«dəlil»  rolunu  oynayır.  «Ona  heç  kim  mane  olmur,  o,  öz-özünü 
qidalandırmağa  başlayır,  gələcək  inkişaf  üçün  yeni-yeni  əsaslar 
doğurur». 
Buna  görə də hər bir münaqişə müəyyən dərəcədə  yeganədir. 
Münaqişənin ikinci inkişaf mərhələsində üç əsas dövrü ayırmaq olar: 
1.
 
Münaqişənin 
latent 
vəziyyətdən 
tərəflərin 
açıq 
qarşıdurmasına  keçməsi.  Mübarizə  hələ  məhdud  ehtiyatlarla  aparılır 
və lokal xarakter daşıyır. İlk qüvvə sınağı baş verir. Bu dövrdə hələ 
açıq mübarizəni dayandırmaq və münaqişəni başqa yollarla həll etmək 
üçün real imkanlar mövcuddur. 
2.
 
Qarşıdurmanın daha da kəskinləşməsi. Öz məqsədlərinə nail 
olmaq  və  rəqibin  hərəkətlərini  əngəlləmək  üçün  tərəflərin  yeni 
ehtiyatları daxil edilir. Kompromisə nail olmaq üçün demək olar ki, 
bütün  imkanlar  itirilmişdir.  Münaqişə  daha  da  idarəo-  lunmaz  və 
gözlənilməz xarakter kəsb edir. 
3.
 
Münaqişə öz apogeyinə çatır və bütün mümkün qüvvələr və 
vasitələr tətbiq olunmaqla total müharibə forması kəsb edir. Bu dövrdə 
münaqişə  tərəfləri  sanki  münaqişənin  həqiqi  səbəb  və  məqsədlərini 
unudurlar.  Rəqibə  maksimum  zərbə  vurmaq  qarşıdurmanın  başlıca 
məqsədinə çevrilir. 
42 


Tarazlaşdırılmış  qarşıdurma.  Tərəflər  bir-birinə  qarşı 
durmaqda  davam  edirlər,  lakin  mübarizənin  intensivliyi  aşağı  düşür. 
Tərəflər  dərk  edirlər  ki,  münaqişənin  güc  metodları  ilə  davam 
etdirilməsi  nəticə  vermir,  lakin  razılıq  əldə  olunması  üzrə  hərəkətlər 
hələ həyata keçirilmir. 
Münaqişənin  başa  çatması  münaqişəli  qarşıdurmadan 
problemin  həllinin  axtarışına  və  hər  hansı  səbəbdən  münaqişənin 
bitirilməsinə keçiddən ibarətdir. Münaqişənin başa çatdırılmasının əsas 
formaları:  həll,  tənzimlənmə,  sönmə,  aradan  qaldırılma,  yaxud  başqa 
münaqişəyə keçmə. 
Münaqişədən sonrakı dövr. İki mərhələdən ibarətdir: 
-
 
opponentlərin münasibətlərinin qismən normallaşması; 
-
 
onların münasibətlərinin tam normallaşması. 
Münasibətlərin qismən normallaşması münaqişədə mövcud 
olan mənfi emosiyaların hələ aradan qalxmadığı şəraitdə baş verir. Bu 
mərhələ  öz  mövqeyinin  qiymətləndirilməsi  ilə  xarakterizə  olunur. 
Özünüqiymətləndirmədə, iddia səviyyələrində, tərəfdaşa münasibətdə 
düzəliş aparılır. Özünün münaqişədək! hərəkətlərinə görə təqsir hissi 
kəskinləşir.  Bir-birinə  münasibətdə  mənfi  yönə-  lişlər  münasibətləri 
dərhal  normallaşdırmağa  imkan  vermir.  Münasibətlərin  tam 
normallaşdırılması  tərəflər  gələcək  konstruktiv  qarşılıqlı  fəaliyyətin 
vacibliyini  dərk  etdikdə  yaranır.  Buna  mənfi  yönəlişlərin  aradan 
qaldırılması, birgə fəaliyyətdə səmərəli iştirak, etimadın qərarlaşması 
təkan verir. Nəzərdən keçirilən mərhələlər və dövrlər müxtəlif müddətə 
malik  ola  bilər:  bir  neçə  andan  (məsələn,  şagirdlərin  tənəffüsdəki 
münaqişəsi) 
onilliklərə 
qədər 
(Amerikadakı 
İspaniya 
müstəmləkələrinin müstəqillik uğrunda 1810-1826-cı illər müharibəsi, 
yaxud  1959-1973-cü  illər  Vyetnam  müharibəsi).  Bəzi  mərhələlər 
olmaya da bilər, məsələn, insidentdən sonra tərəflərin biri güzəştə gedir 
və  münaqişə  başa  çatır.  Münaqişədə  tərəflərin  diferensiasiyası  ilə 
xarakterizə  olunan  zaman  kəsimini  fərqləndirmək  olar.  Münaqişə 
yüksələn xətlə inkişaf edir, tərəflər arasında fikir ayrılıqları güclənir. 
Cəb- hələşmə sonrakı kəskinləşmə mənasını itirənə qədər davam edir. 
Bu andan etibarən inteqrasiya prosesi başlanır. İştirakçılar hər iki tərəf 
üçün məqbul razılaşmaya can atmağa başlayırlar. 
Münaqişənin dövrlərə və mərhələlərə bölünməsi onu mürəkkəb 
dinamikaya malik təzahür kimi nəzərdən keçirməyə im 
43 


kan  verir.  Ayrı-ayrı  strategiyalar  və  taktikalar  münaqişənin  cərəyan 
etdiyi  müxtəlif  zaman  kəsimlərində  fərqli  mənaya  malik  olurlar. 
Münaqişə çox vaxt rəqibin imkanlarının və öz ehtiyatlarının «tədqiqi» 
anlarını ehtiva edir, bu zaman birbaşa cəbhələş- mə mövcud olmur. 
Ədəbiyyat: 
1.
 
Конфликтология // гюд.ред.В.П.Ратникова. M., 2005. 
2.
 
Конфликтология // под. Ред.А.C.Кармина. 
Санкт-Петербург, 1999. 
3.
 
Козырев Г.И. Введение в конфликтологию. М., 1999. 
4.
 
Дмитриев А.В. Конфликтология. М., 2000. 
5.
 
Анцупов А.Я., Шипилов А.И. Конфликтология. М.. 2002
.
 
6.
 
Здравомыслов А.Г. Социология конфликта. М., 1995. 
7.
 
Диксон Ч. Конфликт. СПб., 1997. 
8.
 
Основы конфликтологии И под ред. В.Н.Кудрявцева. 
M.  ,1997. 
9.
 
Əliyev G. Dayızadə Н. Konfliktologivaya giriş. Bakı, Təbib, 
1998. 
10.
 
Вебер M. Избранные произведения. M., 1990. 
11.
 
Ле Бон Г. Психология народов и масс. СПб., 1995, с.163- 
164. 
12.
 
Simmel G. Conflict. N.Y., 1955. 
13.
 
Darcndorf R. Class and Class Conflict in Industrial Society. 
N.  Y., 1959. 
44 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə