Xülasə Məqalədə iqtisadi artım və institutlar arasında nəzəri və empirik əlaqə araşdırılmışdır. Nəzəri baxımdan institutların iqtisadi artıma təsiri iki istiqamət üzrə təhlil edilmişdir. Formal institutlar, yəni



Yüklə 102,84 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü102,84 Kb.
#7955
növüXülasə


 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

İ



nstitutlar və iqtisadi artım:

 

 



qlobal faktlar

 

 



 

 

 



 

Elman Rüstəmov

 



 

Xülasə 

Məqalədə  iqtisadi  artım  və  institutlar  arasında  nəzəri  və  empirik  əlaqə  araşdırılmışdır.  Nəzəri 

baxımdan  institutların  iqtisadi  artıma  təsiri  iki  istiqamət  üzrə  təhlil  edilmişdir.  Formal  institutlar,  yəni 

cəmiyyət   üzvlərinin   qarşılıqlı   əlaqələrini   tənzimləyən   yazılı   və   leqal   qaydalar   iqtisadi   agentlərin 

investisiya  maraqlarını  dəstəkləyir  və  bu  yolla  iqtisadi  artıma  müsbət  təsir  edir.  Lakin,  cəmiyyət  üzvləri 

arasında  olan  inam,  etimad  və  tolerantlıq  kimi  qeyri-formal  institutlar   həm  formal  institutların  tətbiqini 

asanlaşdırır, həm də tranzaksiya xərclərini azaltmış olur. 

Empirik  tədqiqatlar da institutların  iqtisadi  artıma təsirini  sübut  edir.  Məqalədə  həm  formal,  həm 

də  qeyri-formal  institutların  iqtisadi  artıma  təsiri  ilə  bağlı  empirik  araşdırmaların  nəticələri  təhlil 

edilmişdir.  Bundan  əlavə, dünya  ölkələri üzrə  iqtisadi artım  və  institutların keyfiyyəti  arasındakı  əlaqəni 

ölçmək üçün müxtəlif göstəricilər vasitəsilə korrelyasiyalara baxılmışdır. 

 

 

Abstract 



The  paper  investigates  the  theoretical  and  empirical  relationship  between  economic  growth  and 

institutions.  Two  aspects  of  institutional  impact  on  the  economic  growth  were  analyzed.  Formal 

institutions  comprising  written  and  legal  rules  which  govern  the  interaction  among  society  members 

creates  incentives  of  economic  agents  to  invest  thus  influencing  economic  growth  positively.  However, 

informal  institutions  such  as  trust  and  tolerance  facilitate  the  implementation  of  formal  institutions  and 

reduce transaction costs as well. 

Empirical  evidence  also  supports  the  positive  relationship  between  economic  growth  and 

institutions. The paper analyses the empirical research on the relationship  between economic growth and 

both  formal  and  informal  institutions.  Moreover  using  cross  country  correlations  the  paper  reviews  the 

relationships between economic growth and different measures of institutional quality. 

 

 

Açar sözlər: iqtisadi artım, institutlar, formal institutlar, sosial kapital 



Key words: economic growth, institutions, formal institutions, social capital 


10 

 

Mündəricat

 

Giriş ................................................................................................................................................... 11 

 

1.  İnstitutların iqtisadi artımda rolu: nəzəri yanaşmalar ........................................................... 12 

 

1.1. 

Formal institutların iqtisadi artımda rolu............................................................................. 12 

 

1.2. 



Qeyri-formal institutların iqtisadi artımda rolu ................................................................... 13 

 

2.  İnstitutların ölçülməsi və empirik müşahidələr ..................................................................... 15 

 

3. Nəticə ............................................................................................................................................. 17 

 

Ə



dəbiyyat .......................................................................................................................................... 17 


11 

 

Giriş

 

Ölkələr  arasında  gəlir  fərqləri  və  onun  yaranma  səbəblərinin  müəyyən  edilməsi  bu  gün  də  öz 



aktuallığını  saxlamaqdadır.  Məlum  olduğu  kimi,  ənənəvi  neoklassik  iqtisadi  artım  modelində  ölkələr 

arasında  gəlir  fərqi  ya  yığım  səviyyəsi  (Solou),  ya  da  ümumi  faktor  məhsuldarlığı  kimi  ekzogen 

parametrlərə  görə  yaranır. Endogen  artım  modelinə görə isə ölkələr üzrə gəlir  fərqi  innovasiyaya  ayrılan 

resurslardan  və  inkişaf  strategiyasından  asılıdır  (Romer  1990).  Lakin,  innovasiyaya  ayrılan  vəsaitin 

həcmindəki  fərqin  özü  də  fundamental  sual  kimi  daima  tədqiqatçıları  düşündürmüşdür.  Nort  və  Tomas 

(1973)  belə  hesab  edirlər  ki:  “innovasiya,  təhsil,  kapital  akkumulyasiyası  və  s.  amillər  iqtisadi  artımın 

səbəbi yox, elə özüdür”. 

Müasir  institusional  iqtisadçılar  hesab  edirlər ki,  eyni  nəzəri  məzmuna  malik  iqtisadi  siyasətlərin 

verdiyi  müxtəlif  nəticələr  hər  bir  ölkənin  tarixi-mədəni  xüsusiyyətlərindən,  o  cümlədən  ənənələrindən 

asılıdır. Bu xüsusiyyətlər məşhur iqtisadçı Anqus Medisson tərəfindən mükəmməl şəkildə izah olunur. O, 

coxsaylı ölkələrin   yüzilliklər ərzində keçdikləri   inkişaf  yollarını öyrənərkən  belə qənaətə gəlir ki, məhz 

iqtisadi institutlar inkişafın dinamikasını və trayektoriyasını təyin edən fundamental amildir. 

Məsələn,  1950-2006-cı  illərdə  Afrika  ölkələri  orta  hesabla  adambaşına  milli  gəliri  cəmi  2  dəfə 

artıra  bilmişdilərsə,  Çin  13.5  dəfəlik  artıma  nail  olmuşdur.  Halbuki,  başlanğıcda  sonuncunun  gəlir 

səviyyəsi  birincidən  aşağı  idi.  Ümumiyyətlə,  1960-cı  ildən  sonra  101  ölkədən  cəmi  13-ü  orta  gəlir 

qrupundan  yuxarı  gəlir  qrupuna  keçməyə  nail  olmuşdur.  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatının 

tədqiqatlarına görə son 2 dekadada 26 orta gəlirli ölkədən yalnız 12-si yüksək gəlir qrupuna keçmişdir. 

Asiya  İnkişaf  Bankının  (AİB)  son  araşdırmalarına  görə  hazırda  dünyada  52  orta  gəlir  qrupunda 

olan ölkənin 35-i  “orta gəlir tələsi”ndədir. Tələdə  olmayan 17 ölkənin 9-u  yuxarı orta gəlir qrupunda, 8-i 

isə  aşağı  orta  gəlir  qrupunda  yer  almışdır.  1950-ci  ildən  sonra orta gəlir  qrupundan  yuxarı  gəlir  qrupuna 

keçən ölkələr arasında adambaşına milli gəlirin ən  yüksək  illik artımı Cənubi  Koreyada (6.5%), ən aşağı 

artım isə Argentinada (1.2%) qeydə alınmışdır. Nəticədə gəlir qrupları üzrə keçid üçün Cənubi Koreyaya 

7 il, Argentinaya isə 40 il tələb olunmuşdur.  AİB-ə görə orta gəlir tələsindən qurtulmaq üçün adambaşına 

milli məhsulun illik artımı 3.5%-dən yuxarı olmalıdır. 

 

İqtisadi  institutların  keyfiyyəti  və  dəyişən  şəraitə  adaptivliyi  iqtisadi  artım  dinamikasında  olan 



fərqləri  izah  edən  başlıca  amillərdən  biridir.  Bununla  belə,  Anqus  Medisson  hesab  edir  ki,  ən  məhdud 

institusional  mühitdə  belə  dinamik  artım  və  inkişaf  mümkündür.  Qeyd  edək  ki,  tarixdə  aşağı  gəlirli 

qrupdan  orta  gəlirli  qrupa  adlamış  ilk  ölkə  Hollandiyadır  –  keçid  üçün  bu  ölkəyə  255  il  vaxt  sərf 

olunmuşdur  (1700-1955).  Yuxarı  gəlirli  ölkə  qrupuna  keçid  üçün  isə  bu  dövlətə  cəmi  15  il  vaxt  lazım 

olmuşdur (1970). 

Dünya praktikasında “inkişafsız iqtisadi artım” hallarına da rast gəlinmişdir. Son illər qeyd olunan 

kontekstdə  inkişaf  trayektoriyalarının  izahı  və  inkişaf  mərhələləri  arasında  keçidin  orqanik  analizi 

istiqamətində   yeni   konseptual   baxışlar   formalaşmaqdadır.   Bir   sıra   tədqiqatlar   göstərir   ki,   iqtisadi 

sistemlər  arasında  radikal  deyil,  kreativ  təkamül  keçidi  daha  çox  uğur  gətirir.  Bazar  institutlarının 

transformasiyası  o  zaman  uğurlu  olur  ki,  institusional  islahatlara  tələb  mikro  səviyyədə  yaranır  və  bu 

tələbə uyğun olaraq makro səviyyədə strateji qərarlar qəbul edilir. 

Orta gəlir qrupundan  yuxarı gəlir qrupuna keçən  ölkələrin  inkişafında açıq  və  liberal  iqtisadiyyat, 

əlverişli investisiya mühiti, habelə   makroiqtisadi sabitlik strateji rol oynamışdır. Qanunun aliliyi, dövlət 

idarəetməsinin   keyfiyyəti,   insan   kapitalı   və   keyfiyyətli   institutlar   inkişaf   şəratini   təyin   edən   əsas 




12 

 

determinantlar  olmuşdur.  Bu  mənada  dünya  təcrübəsində  ortodoksal   və  Cənubi  Şərqi  Asiya  reseptləri 



kimi iqtisadi islahat çərçivələri tədqiqatçılar üçün çox maraqlı mövzulardır. 

Ortodoksal  inkişaf resepti  institutların olduğu kimi  “köçürülməsi”  yanaşmasıdır. Bu resepti tətbiq 

edən  Latın  Amerikası  ölkələri  70-ci  illərin  sonu  və  80-ci  illərin  əvvəllərində  iqtisadi  artıma  nail  olsalar 

da,  80-ci  illərin  ortasından  başlayaraq  “itirilmiş  dekada”ya  daxil  oldular.  Bu  uğursuzluğun  səbəbləri 

ondan  ibarət  idi  ki,  islahatlar  ölkənin  sosial-mədəni  kapitalını  nəzərə  almırdı,  “quru  qaydalar”ın  diskret 

yanaşmalar  üzərində  həddən  artıq  dominantlığı  mövcud  idi.  Şərqi  Asiya  resepti  isə  yerli  şəraitə  uyğun 

institusional  dizaynın  yaradılması  və  həyata  keçirilməsini  nəzərdə  tuturdu. Bir  çox  tədqiqatçılar  Cənubi- 

Şərqi Asiyada əldə olunmuş iqtisadi uğurların əsasında məhz bu amilin dayandığını göstərirlər. 

Məqalədə  institutlar  və  iqtisadi  artım  arasında  əlaqəyə  dair  nəzəri  yanaşmalar  təhlil  ediləcək, 

sonda isə əsas nəticələr veriləcəkdir. 

 

1.   İ

nstituların iqtisadi artımda rolu: nəzəri yanaşmalar

 

İqtisadi  inkişafın  fundamental  amillərindən  olan  institutlar  dövlət,  bazar  və  cəmiyyət 



münasibətlərində  “oyun”  qaydalarını  ifadə  edir.  Eyni  zamanda  bu  qaydalar  iqtisadiyyatda  “inam”ı 

formalaşdırır.  “Keyfiyyətli”  institutlar  i)  cəmiyyətin  bütün  üzvlərinin  iqtisadi  imkanlardan  bərabər 

faydalanmasını  təmin  edir;  ii)  resursların  ədalətli  bölgüsünə  imkan  verir  və  iii)  iqtisadi  agentlərin 

hüquqlarını qoruyur. 

İqtisadi ədəbiyyatda institutlar a) formallıq dərəcəsinə görə b) ierarxik quruluş və c) sferalar üzrə 

müxtəlif  qruplara  bölünürlər.  D.Norta  görə  institutlar  yazılı  qaydada  olan  formal  və  cəmiyyətin  tarixi, 

etnik, coğrafi, mədəni xüsusiyyətlərinin formalaşdırdığı qeyri - formal institutlardan ibarətdir. 

Uilliamson  institutları  ierarxik  quruluş  üzrə təsnifləşdirmişdir.  Belə  ki,  bu  yanaşmaya  görə sosial 

struktur  və  tarixi  ənənələr  əsasında  yaranan  qeyri-formal  institutlar  cəmiyyətin  ierarxik  strukturunun 

bazisini  təşkil  edir.  Bundan  sonrakı  mərhələdə dayanan  institutlar  isə  oyun  qaydalarını  müəyyən  edir  və 

oyunun gedişini tənzimləyir. Buraya mülkiyyət hüquqlarının qorunması, məhkəmə sistemi, biznes mühit, 

həmçinin özəl sektorun inkişafını təmin edən institutlar aiddir. 

Boules  (1998),  Bek  (2000)  kimi  iqtisadçılar  isə  institutların  sferalar  üzrə  bölgüsünü  (iqtisadi, 

siyasi, qanunvericilik və sosial) təklif edirlər. 

 

Bütövlükdə isə, aparılmış tədqiqatları ümumiləşdirməklə belə qənaətə gəlmək olar ki, institutların 



hansı  struktur  üzrə  qruplaşdırılmasından  asılı  olmayaraq  onları  D.Nortun  təklif  etdiyi  kimi  iki  böyük 

hissədə qruplaşdırmaq olar: formal və qeyri-formal institutlar. 

 

 

1.1.   Formal institutların iqtisadi artımda rolu



 

 

Formal  institutlar  insanlar  arasında  qarşılıqlı  əlaqələrin  çərçivəsini  müəyyən  edir.  İnstitutlar 



iqtisadi  agentlərin  maraqlarına  və  qərarlarına  təsir  etdiyindən  iqtisadi  inkişaf  baxımından  mühüm 

əhəmiyyət kəsb edir. Belə ki, mülkiyyət hüquqlarının zəif qorunması iqtisadi agentlərin fiziki və ya insan 

kapitalına  investisiya  qoymaq  stimulunu  azaldır.  Lakin,  formal  institutlar  yalnız  iqtisadi  agentlərin 

maraqlarını  formalaşdırmır.  Onlar  eyni  zamanda  iqtisadiyyatda  yaradılan  dəyərin  gələcək  dövr  üçün 

bölgüsünü də müəyyən edir. 



13 

 

Konstitusiya   və   qanunun   aliliyi   iqtisadi   inkişafın   dayanıqlığını   dəstəkləyir.   Güclü   formal 



institutlar  eyni  zamanda  renta  axtarışını  əhəmiyyətli  azaldır  və  nəticədə  vəsaitlərin  effektiv  istifadəsinə 

şərait  yaranır  (Hall,  Jones  1990).  İnstitutların  zəif  olduğu  ölkələr  iqtisadi  artım  tempinin  aşağı  və 

əhəmiyyətli volatil olması kimi xüsusiyyətlərə malikdir (Johnson, Robinson and Thaicharoen, 2003). 

Ümumilikdə,   bazar   iqtisadiyyatının   effektiv   fəaliyyəti   üçün   aşağıdakı   institutların   effektiv 

fəaliyyəti vacibdir: 

 

  Bazarları və rəqabət şəraitini tənzimləyən institutlar; 



  Mülkiyyət hüquqlarını qoruyan institutlar və ədalətli məhkəmə sistemi; 

  Makroiqtisadi sabitliyi təmin edən institutlar; 

  Vətəndaş cəmiyyəti institutları və ictimai hesabatlıq. 

 

D.Rodrik  formal  institutları  4  qrupa bölür:  bazar  yaradan,  bazar tənzimləyən,  bazar sabitləşdirən, 



bazar legitimləşdirən. 

     


Bazarların  formalaşmasını  və  sağlam  fəaliyyətini  təmin  edən  institutlar.  Effektiv  siyasi  güc, 

müstəqil məhkəmə sistemi və s. belə institutlara aiddir; 

     

Bazarların uğursuzluqlarını tənzimləyən institutlar. Məsələn, telekomunikasiya, nəqliyyat, su və 

meşə resurslarını, maliyyə xidmətlərini tənzimləyən agentliklər buraya daxildir; 

     

Makroiqtisadi  və  maliyyə  sabitliyini  təmin  edən  institutlar.  Mərkəzi  banklar  və  fiskal  orqanlar 

aşağı inflyasiya və büdcə dayanıqlığı vasitəsilə bazarın sabitləşməsi təmin edirlər; 

     

Bazarı  legitimləşdirən  institutlar.  Bu  institutlar  bazar  subyektlərini  neqativ  şoklardan  və  mənfi 

bazar  effektlərindən  qorumağa  imkan  verir.  Belə  institutlara  pensiya  sistemləri,  işsizlikdən 

müdafiə və digər sosial fondlar aiddir. 

 

 



1.2.   Qeyri-formal institutların iqtisadi artımda rolu

 

Formal  institutların  formalaşmadığı  və  ya  tam  fəaliyyət  göstərmədiyi  şəraitdə  qeyri-formal 



institutların  iqtisadi  artıma  təsiri  artır.  Bu  institutlar  ölkənin  dini,  etnik  mənşəyindən  irəli  gələn 

mədəniyyət, inam, sədaqətlilik, elmə  meyillilik, sağlamlıq  və  s. kimi amilləri özundə ehtiva edir. Qeyri - 

formal  institutlara  cəmiyyətdə  fərdlərin  fəaliyyəti  və  imkanları  ilə  təyin  olunan  sosial  normalar  daxildir 

(Williamson 2010). Belə sosial normalar ölkənin inkişafını sürətləndirə və ya zəiflədə bilər. 

Əksər  iqtisadi  ədəbiyyatlarda  qeyri-formal  institutlar  sosial  kapital  kimi  də  xarakterizə  olunur. 

Sosial kapital cəmiyyətin inam, sosial norma və şəbəkələr kimi xüsusiyyətlərini əks etdirir və cəmiyyətin 

effektivliyinə  təsir  edir  (Putnam,  Leonardi,  Nanetti  1993).  Sosial  kapitalın  aşağıdakı  ümumi  elementləri 

göstərilir (Durlauf, Fafchamps, 2005): 

Sosial kapital qrup üzvləri üçün pozitiv xarici effektlər yaradır; 

Bu pozitiv xarici effektlər inam, ümumi normalar və dəyərlər hesabına yaranır. 

Məlumdur  ki,  qrup  yaratmaq  bacarığı  ideyalar  ətrafında  birləşmək  marağı,  qarşılıqlı  etibar  və 

inam  hesabına  genişlənə  bilər.  Formal  institutların  məhdud  olduğu  cəmiyyətlərdə  oxşar  ictimai  maraqlar 

ətrafında qeyri-formal institutlaşma iqtisadi artım və idarəetmənin səmərəliyinə müsbət təsir göstərir. 

Eyni  zamanda  sosial  kapital  şərti  olaraq  insanları  bir-birinə  bağlayan  elementə  və  insanlar 

arasında körpü  yaradan elementə bölünür (Woolcock 2000). Birinci tip sosial kapitala qrupun  mənfəətini 

cəmiyyətin  zərəri  hesabına  artıranlar  aiddir  və  bu  tip  qrupları  Olson  (1982)  “maraq”  qrupları  adlandırır. 




14 

 

İkinci  tip  sosial  kapitala  isə  cəmiyyətin  ümumi  rifahının  artırılması  ilə  nəticələnən  və  insanlar  arasında 



əməkdaşlığı təşviq edən norma  və dəyərlər aiddir. Bu baxımdan iqtisadi artıma pozitiv təsiri baxımından 

sosial   kapital   dedikdə   bu   məqalədə   məhz   insanlar   arasında   “körpü”   yaradan   dəyərlər   nəzərdə 

tutulacaqdır. 

Sosial  kapitalın  formalaşması  haqqında  müxtəlif  fikirlər  mövcuddur.  Müəlliflərdən  biri  (Coleman, 

1988)  hesab  edir  ki,  sosial  kapital  formalarının  əksəriyyəti  kiminsə  iradəsindən  asılı  olmadan  yaranır  və 

ya  dağılır.  Belə  sosial  kapital  tipində  “yaxşılığın  qarşılığı”  gözlənilmir,  münasibətlər  ortaq  dəyər  və 

etibara  əsaslanır.  Onun  fikrincə,  inam  hissinin  dərin  olduğu  qrup  digərindən  çox  uğura  imza  atır.  O, 

klassik  iqtisadi  nəzəriyyədəki  “görünməz  əl”  prinsipi  ilə  sosial  kapitalı  eyniləşdirir.  Digər  tədqiqatçılar 

qrupu  isə  hesab  edir  ki,  sosial  kapitalın  yaranmasında  dövlətin  də  müəyyən  öhdəlikləri  olmalıdır. 

Fukuyama  (2005) dövlətin  əsas  alətinin  təhsil  olduğunu  vurğulayır.  Onun  fikrincə,  təhsilin  inkişafı  həm 

insan kapitalının, həm sosial kapitalın və ümumilikdə, bütün etik dəyərlərin inkişafının açarıdır. 

Sosial kapital adətən aşağıdakılar əsasında qiymətləndirilir: 

 

  Formal   və  qeyri-formal   strukturlara   üzvlük.   Belə   strukturlara   üzvlük   zəruri   partnyorların 



axtarılmasını xeyli asanlaşdırır (Durlauf, Ferchamps, 2005). Putnam (1993) qeyd edir ki, İtaliyada 

yerli  idarəetmə  orqanlarına  muxtariyyət  verilməsi  nəticəsində  olkənin  şimal  və  cənubi  əyalətləri 

fərqli  inkişaf  səviyyələrinə  malik  olmuşdur.  Lakin,  şimali  İtaliya  daha  çox  sosial  kapitala  malik 

idi.  Belə  ki,  müxəlif  formal  və  qeyri-formal  qruplara  və  klublara  üzvlük  orada  daha  geniş 

yayılmışdı; 

 

  İnam sosial kapitalın digər elementi kimi inkişaf baxımından mühüm əhəmiyyətə malikdir. Arrou 



(1974)  qeyd  edir  ki,  iqtisadi  agentlər  arasında  minimal  inam  səviyyəsi  olmasa,  heç  bir  iqtisadi 

tranzaksiya  baş  verməz.  İnam  tranzaksiya  xərclərini  (kontraktın  yerinə  yetirilməsinə  monitorinq, 

cəzalandırma ilə bağlı xərclər) azaldaraq iqtisadi əməliyyatları asanlaşdırır; 

 

  Tolerantlıq   (ətrafdakılara hörmət)   dövlət  institutlarının effektivliyini  artırmaqla  iqtisadi  inkişafa 



müsbət  təsir  edir.  Belə  ki,  tolerantlığın  yüksək  olması:  i)  qanunlara  riayət  olunma  səviyyəsini 

artırır;  ii)  renta  əldə  etmək  meylini  azaldır;    iii)  əhalinin  iqtisadi  artımda  iştirak  səviyyəsi  artır 

(Tabellini, 2008). 

Sosial   kapital   digər   kapital   növləri   kimi   uzunmüddətli   aktivlərə   malikdir.   O,   informasiya 

axınlarına  çıxışın  artması,  həmrəylik,  kollektiv  daxili  əlaqələrin  gücləndirilməsi  vasitəsilə  faydalılığı 

artıra  bilər.  Sosial  kapital  tətbiq  oluna  biləndir  (Coleman,  1988)  və  müxtəlif  məqsədlər  üçün  istifadə 

oluna  bilir.  Məsələn,  dostluq  münasibətləri  informasiya  axını  və  məsləhətlər  formasında  müşahidə 

olunur.  Bəzi  hallarda  sosial  kapital  hesabına  fərdlər  və  ya  qruplar  arasında  maliyyə  problemləri  həll 

olunur, yaxud tranzaksiya xərcləri azalmaqla iqtisadi səmərəlilik artırıla bilir (Lazerson, 1995). 

Qeyd  edək  ki,  fiziki  və  insan  kapitalı  kimi,  amma,  maliyyə  kapitalının  əksinə  olaraq  sosial 

kapitalın  dəstəyə  ehtiyacı  var.  Sosial  əlaqələr  mütəmadi  yenilənməlidir  ki,  effektivliyini  itirilməsin. 

Lakin,  bu  yenilənmə  fiziki  kapitaldakı  amortizasiya  formasında  deyil,  insan  kapitalındakı  biliyin  daim 

artırılmasına oxşar  meyarlarla  həyata  keçirilməlidir.  Sosial  kapital  ictimai  məhsuldur, kimlərsə  ayrılıqda 

ondan faydalanmamalıdırlar (Coleman, 1988). 

Təcrübə göstərir ki,   sosial kapitalın  yaranması kimi onun dağılıb itməsi də çox uzun zaman tələb 

edir.  İkinci  dünya  müharibəsindən  sonra  Almaniyanın  bütün  fiziki  kapitalının  dağılmasına  baxmayaraq, 




15 

 

Q



anunun

 a

li



li

y



müharidən  sonra  ilk  15-20  il  ərzində  yüksək  iqtisadi  artıma  nail  olunmasının  səbəbi  kimi  güclü  sosial 

kapital göstərilir. 

Sosial  kapital  və  iqtisadi  artım  arasında  əlaqə  çoxlu  sayda  empirik  tədqiqatlar  vasitəsilə 

araşdırılmışdır.  Məsələn,  Putnam  (Putnam,  1995)  təsdiq  edir  ki,  Amerikada sosial  kapitalın  əsas  təsirləri 

işsizliyin  azalması,  cinayət  işlərinin  sayının  aşağı  düşməsi,  hökumətin  effektivliyi  kimi  məsələlərdə 

özünü göstərir. Putnam sosial kapital və iqtisadi artım arasında əlaqəni müsbət qiymətləndirir. 

Whiteley   (2000)   bu   əlaqəyə   neoklassik   artım   modeli   çərçivəsində   baxmışdır.   34   ölkə   üçün 

qurulmuş  modelin  nəticəsinə görə sosial  kapital  iqtisadi  artıma  müsbət təsir  edir  və  müəyyən  edilmişdir 

ki,  qeyri-formal  institutların  əhatə  dairəsinin  geniş  olduğu  cəmiyyətlərdə      texnoloji  dəyişikliklərin 

yayılması üçün sağlam mühit olur. 

Knack  və  Keefer  (Keefer,  1997)  iqtisadi  artım  ilə  inam,  vətəndaş  birliyi  arasındakı  münasibətləri 

araşdırmışdır.  Tədqiqatçılar  əsaslandırmışlar  ki,  inam  və  vətəndaş  əməkdaşlığının  yüksək  olduğu 

cəmiyyətlərdə gəlir bərabərliyi, qanunların aliliyi təmin olunur. 

 

 

2.   İ



nstitutların ölçülməsi və empirik müşahidələr

 

 



Makroiqtisadi  dəyişənlərdən  fərqli  olaraq,  institutların  inkişaf  səviyyəsinin  ölçülməsi  üzrə 

universal  metodologiya  mövcud  deyildir.  Lakin,  Dünya  Bankının  apardığı  araşdırmalarda  institusional 

inkişafın  5  göstərici  üzrə  qiymətləndirilməsinə  rast  gəlinir:  ı)  korrupsiyaya  nəzarət;  ıı)  qanunun  aliliyi; 

ııı)  dövlətin  effektivliyi;  ıv)  tənzimləmənin  keyfiyyəti  və  v)  hesabatlılıq.  Bu  göstəricilər  [-2.5,  2.5] 

intervalında dəyişir. 

 

Bu  interval  institusional  keyfiyyət  baxımından  aşağı  gəlirli  və  yüksək  gəlirli  ölkələr  arasında 



böyük  fərqin  mövcud  olmasını  göstərir.  Belə  ki,  qanunun  aliliyi  göstəricisi  ən  aşağı  göstəriciyə  malik 

olan  Əfqanıstanda  (-2.01)  adambaşına  ÜDM-in  həcmi  analoji  göstərici  üzrə  ən  yüksək  paya  malik  olan 

Norveçdən   (1.96)   dəfələrlə   aşağıdır.   Dünya   üzrə   aparılan   tədqiqatlar   göstərir   ki,   qanunun   aliliyi 

indeksinin 1 vahid artımı iqtisadi artımı 0.8% bəndi artırır (Qrafik 1). 

 

 

 



2,50 

2,00 


1,50 

1,00 


0,50 

0,00 


-0,50 

-1,00 


-1,50 

-2,00 


-2,50 

Qrafik 1. Qanunun aliliyi və adambaşına ÜDM 

 

 

 



 

 

 



 

 

 



 

Adambaşına düşən ÜDM 

 

 

 



 

 



20000 

40000 


60000 

80000 


100000 

 

Mənbə: Dünya Bankı 




16 

 

İna



m

(c

əm



re

sponde



tl

ər

d



ə

 

pa



y

ı,

%



D

ö



v



ef

fe

k



ti

v

li



y

Eyni  zamanda  bürokratiyanın  keyfiyyəti  göstəricisinin  1  vahid  yaxşılaşması  iqtisadi  artıma 0.6% 



bəndi,  mülkiyyət  hüquqlarının  qorunması  indeksinin

1  


1  vahid  artımı  isə    iqtisadi  artıma  1.1%  bəndi 

artırıcı təsir edir (Qrafik 2). 

 

 

2,5 



 

 



1,5 

 



 

0,5 


 

 



-0,5 

 

-1 



 

-1,5 


 

-2 


 

-2,5 


 

Qrafik 2. Dövlət effektivliyi və adambaşına ÜDM 

 

 

 



 

 

 



 

 

 



 

 



20000 

40000 


60000 

80000 


100000 

Adambaşına düşən ÜDM 

 

Mənbə: Dünya Bankı 

 

Sosial  kapitalı  ölçmək  üçün  istifadə  edilən  göstəricilərən  biri  ölkələr  üzrə  inam  səviyyəsidir.  Bu 



göstərici  ölkələr  üzrə  insanlara  verilən  “Siz  insanlara  etibar  edirsinizmi”  sualına  müsbət  cavab  verən 

respondentlərin   ümumidə   payı   kimi   hesablanır.   Aparılan   tədqiqatlara   görə   inam   göstəricisi   ilə 

adambaşına ÜDM arasında pozitiv əlaqə mövcud olsa da, bu əlaqə kifayət qədər dağınıqdır (Qrafik 3). 

 

80% 



 

70% 


 

60% 


 

50% 


 

40% 


 

30% 


 

20% 


 

10% 


 

0% 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Türkiyə 



 

Qrafik 3. İnam və adambaşına ÜDM 

İsveç 

 

Norveç 



20 000 


40 000 

60 000 


80 000 

100 000 


Adambaşına düşən ÜDM 

 

 



 

Mənbə: World Values Survey və Dünya Bankı 

 

 



 

 

 



 

 

 



ən yaxşı 10 olmaqla [ 0-10] intervalında qiymtləndirilir. 




17 

 

3.   Nəticə

 

Beləliklə,  aparılan  təhlillər  onu  göstərir  ki,  institutlar  və  iqtisadi  artımın  arasında  sıx  əlaqə  vardır  və 



bu  əlaqə  elmi  ədəbiyyatda  həm  nəzəri,  həm  də  empirik  cəhətdən  sübuta  yetirilmişdir.  İnstitutlar  iqtisadi 

mühitin  keyfiyyətini  formalaşdırır,  iqtisadi  inkişafın  “inklüzivlik”  səviyyəsinə  və  iqtisadi  artımın 

dayanıqlığına təsir edir. 

Dünya  ölkələri  arasında  gəlir  səviyyələrinin  fərqləri  baxımından  məsələyə  yanaşsaq,  aşağı  gəlirli 

ölkələr üçün  əsas  prioritetin  məhz  institutların   keyfiyyətinin  artırılması  olması  şübhə doğurmur.  Formal 

institutlar ilə yanaşı qeyri-formal institutlar da iqtisadi artıma və inkişafa təsir edən strateji amildir. Sosial 

kapitalın iqtisadi inkişafda pozitiv təsirinin artmasında təhsilin əvəzsiz rolu vardır. 

 

 



Ə

dəbiyyat

 

1.   Arrow. (1974). The Limits of Organization. New York: W.W. Norton. 



 

2.   Bowles.  (1998).  Endogenous  Preferences:  The  Cultural  Consequences  of  Markets  and  Other 

Economic Institutions. The Journal of Economic Literature , 75-111. 

 

3.   Durlauf, (2005). Handbook of Economic Growth. Elsevier. 



 

4.   North,  (1973).  The  Rise  of  the  Western  World:  A  New  Economic  History.  Cambridge  UK: 



Cambridge University Press. 

 

5.   Romer, (1990). Endogenous technical change. Journal of political economy , 1002-1037. 



 

6.   Putnam,  (1993).   Making  Democracy  Work:   Civic   Traditions   in   Modern   Italy.   Princeton: 



Princeton University Press. 

 

7.   Coleman,  (1988).  Social  Capital  in  the  Creation  of   Human  Capital.  The  American   Journal  of 



Sociology, pp.S95-S120. 

 

8.   Fukuyama, 1995, Trust: the Social Virtues and the Creation of Prosperity./New York: Free Press 



 

9.   Rodrik, (2002). The primacy of institutions. NBER Working Paper 

 

10. Tabellini, (2008). Institutions and culture. Journal of European Economic Assocation , No. 6 (2– 



3). P. 255–294. 

 

11. Putnam, (1995). Bowling Alone: America's Declining Social Capital. Journal of Democracy, 6(1): 



65-78 

 

12. Whiteley, (2000). Economic Growth and Social Capital. /Political Studies.48:443-466 



 

13. Keefer,  (1997).  Does  Social  Capital  Have  an  Economic  Payoff?  A  Cross  Country  Investigation. 



The Quarterly Journal of Economics, Vol.112, No.4, pp.1251-1288. 

 

14. Woolcock,  (2000).  Social  capital:  Implications  for  development  theory,  research  and  policy. 



World Bank Research Observer , No. 15. P. 225–250. 

Yüklə 102,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə