Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə13/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   9   10   11   12   13   14   15   16   ...   91

3.4.
 
Münaqişənin dinamikası 
Hər  bir  sosial  təzahür  kimi,  münaqişə  zaman  çərçivəsində 
cərəyan edən proses kimi nəzərdən keçirilə bilər. Münaqişə müəyyən 
dövrlərə və mərhələlərə malikdir, onların gedişində münaqişə yaranır, 
inkişaf  edir  və  başa  çatır.  Münaqişənin  dinamikası  daxili 
mexanizmlərin  və  xarici  amillərin  təsiri  altında  münaqişənin 
inkişafının, dəyişməsinin gedişini təmsil edir. 
Münaqişənin inkişaf mərhələlərini nəzərdən keçirməzdən əvvəl 
onun  vaxt  sərhədlərini  -  başlanğıcını  və  sonunu  müə
3
^ən  etmək 
zəruridir.  Bu,  onun  «münaqişəyəbənzər»  təzahürlərdən  fərqlərinin 
anlaşılması  və  münaqişəyə  idarəedici  təsirin  məqsədyönlü 
strategiyalarının işlənib hazırlanması üçün vacibdir. 
Münaqişənin  başlanması.  Tərəflərin  ilk  qarşıdurma  aktları 
şəklində  təsbit  oluna  bilər.  Münaqişənin  başlannuş  hesab  olunması 
üçün üç şərtin üst-üstə düşməsi tələb olunur: 
-
 
birinci  iştirakçı  şüurlu  və  fəal  şəkildə  digər  iştirakçının 
zərərinə fəaliyyət göstərir (fəaliyyət dedikdə həm fiziki hərəkətlər, həm 
də informasiya ötürülməsi başa düşülür); 
-
 
ikinci iştirakçı (rəqib) həmin hərəkətlərin onun mənafelərinə 
qarşı yönəldiyini dərk edir; 
-
 
bununla  əlaqədar  rəqib  birinci  iştirakçıya  qarşı  cavab 
hərəkətlərini həyata keçirir. 
Qarşılıqlı  fəaliyyətdə  olan  tərəflərin  biri  təcavüzkar  hərəkətlər 
törətdikdə, ikinci tərəf isə passiv mövqe tutduqda münaqişə baş vermir. 
Tərəflərin biri münaqişəli qarşılıqlı fəaliyyət barədə düşündükdə, yəni 
davranış hərəkətləri deyil, fikri hərəkətlər həyata keçirdikdə münaqişə 
mövcud olmur. 
Münaqişənin sonu. Müxtəlif forma və nəticələrə malik ola bilər. 
Lakin istənilən halda söhbət bir-birinə qarşı yönəlmiş hərəkətlərin başa 
çatmasından  gedir.  Münaqişənin  dinamikasında  aşağıdakı  dövr  və 
mərhələləri fərqləndirmək olar
-
 
Latent dövr (münaqişə ərəfəsi). Aşağıdakı mərhələləri ehtiva 
edir; 
problemli 
vəziyyətin 
yaranması; 
qarşılıqlı 
fəaliyyət 
subyektlərinin  obyektiv  problemli  vəziyyəti  dərk  etməsi;  tərəflərin 
obyektiv  problemli  vəziyyəti  qeyri-münaqişə  üsulları  ilə  həll  etmək 
cəhdləri; münaqişəqabağı vəziyyətin yaranması. 
-
 
Obyektiv problemli vəziyyətin yaranması. Yalançı müna 
39 


qişənin yarandığı halları hesaba almasaq, adətən, münaqişə obyektiv 
problemli  vəziyyətlə  şərtlənir.  Belə  vəziyyətin  mahiyyəti  subyektlər 
(onların  məqsədləri,  motivləri,  hərəkətləri,  niyyətləri  və  s.)  arasında 
ziddiyyətin  yaranmasından  ibarətdir.  Ziddiyyət  hələ  dərk 
olunmadığından  və  münaqişə  hərəkətləri  mövcud  olmadığından,  bu, 
problemli  vəziyyət  adlandırılu*.  O,  əsasən,  obyektiv  səbəblərin 
təsirinin nəticəsi kimi çıxış edir. 
Hər gün istehsalatda, biznesdə, məişətdə, ailədə və həyatın digər 
sahələrində bir çox problemli vəziyyətlər uzun müddət üzə çıxmadan 
mövcud  olur.  İnsanların  fəaliyyətində  yaranan  obyektiv  problemli 
vəziyyətlər potensial münaqişənin  yaranması imkanı doğurur, həmin 
imkan subyektiv amillərlə vəhdətdə reallığa çevrilir. Belə çevrilmənin 
şərtlərindən birini obyektiv problemli vəziyyətin dərki təşkil edir. 
-
 
Obyektiv  problemli  vəziyyətin  dərki.  Reallığın  problemli 
vəziyyət kimi qavranılması, ziddiyyətin həlli üçün hansısa hərəkətləri 
həyata keçirmək zərurətinin başa düşülməsi bu mərhələnin mənasını 
təşkil  edir.  Mənafelərin  reallaşdırılması  yolunda  maneələrin 
mövcudluğu  problemli  vəziyyətin  subyektiv,  təhrif  olunmuş  şəkildə 
qavranılmasma  təkan  verir.  Qavramanın  sub-  yektivliyi  yalnız 
psixikanın  təbiəti  ilə  deyil,  həm  də  ünsiyyət  iştirakçılarının  sosial 
fərqləri  ilə  şərtlənir.  Buraya  dəyərlər,  sosial  yönəlişlər,  ideallar  və 
mənafelər aid edilir. Dərketmənin fərdiliyi həm də qarşılıqlı fəaliyyət 
iştirakçılarının  biliklərində,  tələbatlarında,  digər  xüsusiyyətlərində 
mövcud olan fərqlərlə şərtlənir. Vəziyyət nə qədər mürəkkəbdirsə və 
nə  qədər  sürətlə  inkişaf  edirsə,  opponentlər  tərəfindən  onun  təhrif 
olunması ehtimalı bir o qədər yüksəkdir. 
-
 
Tərəflərin  obyektiv  problemli  vəziyyəti  qeyri-münaqişə 
üsulları ilə həll etmək cəhdləri. Vəziyyətin ziddiyyətliliyinin dərki heç 
də  həmişə  avtomatik  surətdə  tərəflərin  münaqişəli  qarşıdurmasını 
doğurmur.  Çox  vaxt  onların  hər  ikisi,  yaxud  biri  problemi 
qeyri-münaqişə  üsulları  (inandırma,  izahetmə,  xahiş,  əks  tərəfi 
məlumatlandırma)  ilə  həll  etməyə  cəhd  göstərir.  Bəzən  qarşılıqlı 
fəaliyyətin  iştirakçısı  problemli  vəziyyətin  münaqişəyə  çevrilməsini 
istəməyib  güzəştə  gedir.  İstənilən  halda  bu  mərhələdə  tərəflər  öz 
mənafelərini əsaslandırır və mövqelərini təsbit edirlər. 
~ Münaqişəqabağı vəziyyətin yaranması. Vəziyyətin müna- 
40 


qişəliliyi  qarşılıqlı  fəaliyyət  tərəflərindən  birinin  təhlükəsizliyi  üçün 
təhdid kimi qavranılır. Hansısa mühüm ictimai mənafelər üçün təhlükə 
yarandıqda da vəziyyət münaqişəqabağı vəziyyət kimi dərk oluna bilər. 
Özü  də  opponentin  hərəkətləri  (problemli  vəziyyətdəki  kimi) 
potensial təhlükə kimi  deyil, birbaşa təhlükə kimi  nəzərdən keçirilir. 
Məhz  bilavasitə  təhlükənin  dərki  vəziyyətin  münaqişəyə  doğru 
inkişafına  təkan  verir,  münaqişəli  davranışın  «buraxılış  mexanizmi» 
kimi çıxış edir. 
- Açıq dövr. Çox vaxt onu münaqişəli qarşılıqlı fəaliyyət, yaxud 
bilavasitə münaqişə adlandırırlar. O, aşağıdakıları ehtiva edir: insident, 
münaqişənin kəskinləşməsi, tarazlaşdırılmış qarşıdurma, münaqişənin 
başa çatması. 
İnsident  tərəflərin  ilk  toqquşması,  qüvvələr  sınağı,  gücün 
köməyi ilə problemi öz xeyrinə həll etmək cəhdidir. Tərəflərdən birinin 
istifadə  etdiyi  ehtiyatlar  qüvvələr  nisbətinin  öz  xeyrinə  dəyişilməsi 
üçün kifayət etdikdə münaqişə insidentlə məhdudlaşa bilər. Çox vaxt 
münaqişə münaqişəli hadisələr, insidentlər zənciri kimi inkişaf edir. 
Qarşılıqlı münaqişəli hərəkətlər münaqişənin ilkin strukturunun 
şəklim  dəyişərək,  onu  mürəkkəbləşdirərək,  sonrakı  hərəkətlər  üçün 
yeni stimullar gətirməyə qadirdir. Bu prosesi aşağıdakı kimi təsəvvür 
etmək  olar:  danışıqlardan  mübarizəyə  keçid  -  mübarizə  emosiyaları 
kəskinləşdirir - emosiyalar qavrama səhvlərini artırır - bu, mübarizənin 
intensivləşməsinə  aparıb  çıxarır  -  və  s.  Belə  proses  «münaqişənin 
kəskinləşməsi» adını almışdır. 
Kəskinləşmə  opponentlərin  mübarizəsinin  kəskin  surətdə 
intensivləşməsindən  ibarətdir.  Bu  mərhələ  vacib  olduğundan,  o, 
sonrakı  paraqrafda  daha  ətraflı  surətdə  nəzərdən  keçirilmişdir. 
Münaqişənin kəskinləşməsi dedikdə münaqişənin zaman çərçivəsində 
tərəqqisi,  qarşıdurmanın  kəskinləşməsi  başa  düşülür,  bu  zaman 
opponentlərin  bir-birinə  qarşı  sonrakı  dağıdıcı  təsirləri  intensivlik 
baxımından əvvəlkiləri üstələyir. 
Münaqişənin  kəskinləşməsi  onun  insidentdən  başlanan  və 
mübarizənin  zəifləməsi,  münaqişənin  başa  çatmasına  keçidlə  bitən 
hissəsini təmsil edir. 
41 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə