Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə22/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   18   19   20   21   22   23   24   25   ...   91

2.
 
Beynəlxalq-siyasi 
münaqişə 
dövlətlərin 
(blokların, 
ittifaqların,  inteqrasiya  strukturlarının  və  s.)  hərbi-siyasi  və  digər 
birliklərinin yaranmasına və birləşməsinə şərait yaradır. 
3.
 
Münaqişə 
beynəlxalq 
münasibətlərin 
regional 
alt 
sistemlərinin  formalaşmasına  və  regionlarda  dövlətlər  arasındakı 
münasibətləri  tənzimləyən  iyerarxiya  strukturlarının  yaranmasına 
gətirib çıxara bilər. 
4.
 
Münaqişə  öz  inkişaf  prosesində  onun  uzunmüddətli 
«özünübərpasına»  kömək  edən  iştirakçıların  yeni,  əlavə  dəyər  və 
məqsəd  motivlərini  yarada  bilər.  Münaqişənin  inkişafı,  həmçinin, 
davranış  strategiyaları  ilə  bərabər,  münaqişəli  hərəkətlər  üçün  yeni 
vasitələrin yaranması ilə nəticələnə bilər. 
Bununla  əlaqədar  olaraq,  qeyd  etmək  lazımdır  ki,  münaqişə 
transformasiya  oluna,  yəni  öz  inkişafı  boyunca  «münaqişəli 
obyektlər»,  dövlətlərarası  ziddiyyətlərin  mərkəzində  dayanan 
məsələlər  toplusunu  və  iyerarxiyasını  dəyişə  bilər.  SSRİ  ilə  ABŞ 
arasındakı  qlobal  münaqişə  1945-ci  ildən  sonra  bir  neçə  inkişaf 
mərhələsi  keçmişdir.  Kəskin  Karib  böhranı  rəqiblərin  baş-başa 
toqquşmasında  arzuolunan  siyasi  nəticələrə  nail  olmağın  qeyri- 
mümkünlüyünün  dərk  olunmasına  gətirib  çıxardı.  İlk  növbədə, 
«münaqişəli obyektlərin» seçimindəki intensivliyin və dəyişikliklərin 
azaldılması hesabına münaqişənin məlum transformasiyası baş verdi. 
Bu  zaman  Sovet  İttifaqı  ilə  ABŞ-m  dövlət  ma-  raqlarmdakı 
münaqişələr qətiyyən bitib-tükənməsə də, hərbi toqquşma ehtimalı az 
olan  qarşılıqlı  təsirə  çevrildi.  Başqa  sözlə,  bu  münaqişədə  rəqiblərin 
güc  yolu  ilə  hər  hansı  hərəkətlərə  məcbur  edilməsi  «münaqişəli 
obyektlərin» iyerarxiyasının üst hissəsindən yığışdırıldı. 
5.
 
Münaqişənin  daxil  təbiəti  (onun  iştirakçılarının  əsas 
keyfiyyət  xüsusiyyətləri)  -  güc  səviyyəsini,  cəmiyyətdəki  sosial- 
iqtisadi və siyasi münasibətləri dəyişə bilər. 
6.
 
Münaqişə  tez-tez  inteqrativ  funksiyanı  yerinə  yetirir  -  yəni 
iştirakçı  dövlətlərin  daxilində  sosiumun  (cəmiyyətin,  onun  siyasi 
strukturlarının)  vəhdətinə,  onların  daxili  resurslarının  səfərbər 
edilməsinə  şərait  yaradır.  Bir  qayda  olaraq,  bu  funksiyanın  yerinə 
yetirilməsi 
beynəlxalq-siyasi 
münaqişədə 
iştirakçı- 
lığın 
əsaslandırılmasına  və  ona  bəraət  qazandırılmasma  xidmət  edən 
müvafiq («səfərbəredici») ideologiyanın yaradılması və 
66 


yayılması ilə müşayiət olunur. 
7.
 
İnteqrativ funksiyanın əks tərəfi differensiasiya funksiyasıdır. 
O özünü elə şəkildə büruzə verir ki, məsələn, sosiumun hər hansı bir 
hissəsi  beynəlxalq-siyasi  münaqişəni  zəruri  və  ya  qaçılmaz  bir 
münaqişə kimi dərk etməkdən imtina edir, bu münaqişəyə münasibət 
xətti ilə özünü cəmiyyətin digər hissəsindən ayırır. 
Beynəlxalq  mühitdə  differensiasiya  özünü  belə  bir  amildə  də 
büruzə verə bilər ki, münaqişə cəmiyyətdə beynəlxalq münasibətlərin 
digər subyektlərinin «biz və onlar» xətti ilə dərk olunmasına, dünyanın 
«dostlara» və «düşmənlərə» bölünməsinə şərait yaradır ki, bu da çox 
vaxt rəqiblərin adı çəkilən «demo- nizasiyası» ilə müşayiət olunur. 
8.
 
Beynəlxalq-siyasi  münaqişə  bir  və  ya  daha  çox  iştirakçının 
beynəlxalq  statusunun  (eləcə  də  bu  cür  statusla  əlaqəli  olan  nüfuz 
anlayışının) dəyişilməsinə gətirib çıxara bilər. Məsələn, 1901-1902-ci 
illərdə Yaponiyanın Çindəki qiyamın yatırılmasında iştirak etməsi və 
daha sonra 1904-1905-ci illər rus-yapon müharibəsində qələbə çalması 
«gündoğar  ölkəni»  iri  dövlətlər  sırasına  çıxardı  və  Avropa  da  bunu 
tanıdı. 
Böhran  münaqişənin  xüsusi  fazası  kimi.  Beynəlxalq-siyasi 
böhranların baş verməsi probleminə xüsusi diqqət yetirmək lazımdır, 
çünki  böhranı  təkcə  münaqişənin  fazası  yox,  həm  də  onun 
«mikrokosmosu»  hesab  etmək  olar  ki,  burada  da  münaqişəli 
münasibətlərin qanunauyğunluqları özünü daha aydın şəkildə büruzə 
verə bilər. 
Dünya  siyasətşünaslıq  elmində  vahid  «böhran  nəzəriyyəsi» 
mövcüd deyil və bir çox alimlər hər hansı beynəlxalq böhranı unikal 
fenomen hesab etməyə meyl edirlər və düşünürlər ki, bu fenomen üşün 
heç bir ümumi qanun və universal sxem mövcud deyil. Bununla belə, 
bizim  nəzərimizdəki  münaqişə  anlayışı  kontekstində  böhran  kimi 
nəzərdən  keçirdiyimiz  amilə  müəyyən  izahlar  vermək  və  böhranlı 
vəziyyətlərin öyrənilməsinə mümkün yanaşmanı göstərmək olar. 
Böhran münaqişənin elə bir subfazasıdır ki, bu subfaza bir və ya 
bir  neçə  iştirakçı  tərəfindən  münaqişəli  addımların  intensivliyinin 
kəskin surətdə artması ilə səciyyələnir və münaqişənin daha yüksək və 
təhlükəli fazaya keçid potensialını ehtiva edir. 
67 


Böhranı  münaqişəli  münasibətlərin  «qeyri-normal»  inkişafı  kimi 
anlamaq düzgün deyil: bu, iştirakçılardan birinin  və  ya bir neçəsinin 
hər hansı məqsədlərə tezliklə çatmaq cəhdinin tamamilə qanunauyğun 
nəticəsi  ola  bilər.  Müvafiq  olaraq,  böhran  zamanı  münaqişəli 
münasibətlərin tam həcminin dinamizmi kəskin surətdə artır. Böhran 
münaqişənin  bir  fazası  kim  həm  «sülh»  həm  də  «müharibə» 
elementlərini  ehtiva  edir.  «Sülh»  fazasında  olduğu  kimi,  burada  da 
diplomatik üsul və vasitələrdən istifadə olunur, amma diplomatiyanın 
məzmunu, tamamilə, olur və məcburi səciyyə daşıyır. Müvafiq olaraq, 
«böhranlı diplomatiyada» sözlərin, tərəflərin təklif etdikləri qərarların 
«qiyməti, eləcə də mübahisəli məsələlər üzrə diplomatik müzakirələrin 
nəticələrinin  «ehtimalları»  nəzərə  çarpacaq  dərəcədə  artır.  Böhranda 
«müharibə»  elementləri  də  aşkardır:  tərəflər,  bir  qayda  olaraq,  söz 
tətbiq  edilməsi  təhlükəsi,  hərbi  qüvvələrin  manipulyasiya  edilməsi 
şəklində  zəruri  hesab  etdikləri  amillərin  müdafiə  olunmasında,  zor 
tətbiq edilməsi şəklində icbari davranış formalarından istifadə edirlər. 
Böhranın bütün iştirakçıları üçün onların zəruri hesab etdikləri amillər 
müdafiə olunmasında zor tətbiq edilməsi ilə qeyri-zorakı vasitələrdən 
istifadə olunması arasında gərgin seçim problemi durur. Buna görə də, 
böhrana  cəlb  olunan  bütün  dövlətlər  üçün  əsas  problem  öz 
maraqlarının qorunub saxlanması və müdafiəsi, eləcə də müharibə ilə 
əlaqədar olan ciddi itkilərdən yaxa qurtarmaqdan ibarətdir. 
Müasir  elmdə  münaqişənin  yeknəsəq  tipologiyasının  mövcud 
olmamasına  baxmayaraq,  bir  çox  alimlər  böhranı  bir  fenomen  kimi 
beynəlxalq  münasibətlərin  inkişafındakı  digər  məqamlardan 
fərqləndirməkdə həmrəylik nümayiş etdirirlər. 
Ədəbiyyat: 
1.
 
Holsti  K.  Peace  and  the  War  Armed  Conflikt  and 
International Order. N.Y., 1991. 
2.
 
James P. Crisis and War. Montreat, 1988. 
3.
 
Эфендиев  О.Ф.  Вооруженные  конфликты  и  военные 
преступления на Центральном Кавказе: международно-правовой 
аспект. Баку, 2006. 
68 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə