Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə21/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   17   18   19   20   21   22   23   24   ...   91

Krım müharibəsini (1853-1836) göstərmək olar - həmin müharibənin 
gedişində Rusiya imperiyası, mahiyyət etibarı ilə beynəlxalq aləmdən 
təcrid  olundu,  onun  rəqibləri  (İngiltərə,  Fransa)  isə  nəinki  ona  hərbi 
zərbə  vurmağa,  həm  də  onu  uzun  müddətə  zəiflətməyə  nail  oldular. 
Başqa  bir  misal  kimi,  l990-cı  ildə  Küveytə  hücum  edərkən  İraqın 
beynəlxalq-siyasi  mühitin  vəziyyətini  düzgün  təhlil  etməməsini 
göstərmək olar. Həmin dövrdə aydın idi ki, SSRİ-nin kəskin surətdə 
zəifləməsi  və  «şərq  blokunun»  faktiki  süqutu  ilə  beynəlxalq 
münasibətlər sisteminin köklü şəkildə yenidən qurulması başlanır və 
Amerika  Birləşmiş  Ştatları  dünyada  yeni  qayda-qanunun  qoyulması 
roluna  əsas  namizəd  olan  potensial  hegemon  olur.  «Soyuq 
müharibədən»  sonra  ABŞ-ın  eventual  lider  və  dünyada  yeni 
qayda-qanunun yaradıcısı kimi reaksiyası da gözlənilən idi. Yaranmış 
vəziyyət  hərbi  əməliyyatların  həyata  keçirilməsi  üçün  ABŞ-a  əlavə 
imkanlar verirdi - bu əməliyyatlar həm ölkə daxilində, həm də bütün 
dünyada  beynəlxalq  ictimai  rəylə  dəstəklənirdi.  İraq  üçün  isə  bu 
vəziyyət  konteksti  həm  müharibənin  getdiyi  dövrdə,  həm  də  ondan 
çox-çox sonra daxili və xarici iqtisadi planda, eləcə də, qonşularla və 
potensial şəkildə dost dövlətlərə münasibətlərdə problemlər yaratdı. 
Münaqişələrin  səbəblərini  izah  edən  müxtəlif  nəzəri 
konstruksiyalar bu və ya digər şəkildə münaqişə iştirakçılarının bir- 
birini  dərk etməsi  problemini də ortaya çıxarır. Görünür, rəqiblərin 
bir-birini dərk etməsi, münaqişədəki maraqları və məqsədləri haqqında 
təsəvvürlərinin xarakteri iştirakçıların öz davranış növünü seçməsində, 
öz məqsədlərinə çatma vasitələrini təyin etməsində əhəmiyyətli, bəlkə 
də əsas rol oynayır. Təsəvvür edildiyi kimi, burada aşağıdakı amillərin 
təsiri də mövcuddur: 
» İştirakçıların eyniyyət.(oxşarlıq) dərəcəsi yəni, eyni obyektlər 
«sinfinə» mənsubluğu, məsələn, münaqişənin hər iki iştirakçısı dövlət 
ola bilər, amma belə bir vəziyyət də yarana bilər ki, iştirakçılardan biri 
dövlət,  ikincisi  isə  dövlətlər  qrupu  və  ya  beynəlxalq  orqan  olsun, 
yaxud  digər  halda,  münaqişənin  iştirakçıları  mütəşəkkil  sosial-siyasi 
qruplar  olsun).  Gördüyümüz  kimi,  bu  aspekt  yuxarıda  nəzərdən 
keçirilən münaqişə strukturunun problemi ilə bilavasitə əlaqəlidir. 
• Rəqiblər arasında mövcud olan coğrafi və digər əlaqənin 
63 


səviyyəsi  və  onların  məqsəd  və  maraqları  arasındakı  uzlaşmayan 
fərqlərin görünmə səviyyəsi; 
- İştirakçıların özünü eyniləşdirilməsi
• Rəqiblərin bir-birini keyfiyyət cəhətdən qiymətləndirməsi. 
Göstərilən  amillər  kompleksinin  rəqibin  dərk  edilməsinə  və 
münaqişədəki mümkün davranışına təsir göstərməsi özünü belə büruzə 
verir:  münaqişə  içtirakçıları  bir-birini  dərk  edərkən  ümumi  qəbul 
edilmiş  hər  hansı  universal  anlayışlardan  yox,  öz  biliklərindən  və 
dünyagörüşlərindən  çıxış  edirlər.  Müvafiq  olaraq,  onların  bir-birini 
dərk etməsi  oxşar olmamaqla bərabər, ümumiyyətlə, reallıqdan uzaq 
ola  bilər.  Təbii  ki,  rəqibin  konkret  praktik  hərəkətlərinin  və 
münaqişədəki davranış strategiyalarının motiv- ləşdirməsi ilə əlaqədar 
gözlənilənlər  heç  də  həmişə  dəqiq  və  düzgün  olmur.  Bundan  əlavə, 
burada açıq-aşkar subyektiv element - rəqib haqqında bilgilərə əlavə 
süni  rəmzlərin  və  onların  törəmə  xüsusiyyətlərinin  daxil  edilməsi 
elementi işə düşür. Bu, məsələn, elə bir halda adi hadisə hesab olunur 
ki, dövlətin cəmiyyətdə lazımı sosial kontest yaratması və münaqişədə 
qəti  addımların  atılmasının  labüdlüyünü  ideoloji  cəhətdən 
əsaslandırması zəruri olsun. 
Buna  bir  qayda  olaraq,  ictimai  şüurun  uzunmüddətli  ideoloji 
formalaşması,  yaxud  münaqişənin  kəskinləşməsindən  əvvəl  birbaşa 
təbliğat yolu ilə nail olunur. 
Münaqişədəki  rəqib  cəmiyyət  üçün  müəyyən  «şər  qüvvə» 
mücəssəməsinə  çevrilir  və  həmin  qüvvəyə  qarşı  bütün  mübarizə 
üsullarından,  o  cümlədən  zorakılıqdan  istifadə  olunmasına  bəraət 
qazandırılır.  Rəqibin  fövqəladə,  yaxud  qərəzli  şəkildə  «de- 
monizasiya» edilməsi hallarına beynəlxalq münasibətlər və xüsusilə də 
müharibələr tarixində kifayət qədər tez-tez rast gəlinir. Bunu XIX əsrin 
ortalarından  İkinci  dünya  müharibəsinin  sonla-  rmadək  olan  dövrdə 
Fransa  ilə  Almaniyanın  münaqişəsinə  münasibətdə  ictimai  şüurun 
formalaşmasının  timsalında  görmək  olar.  Məsələn,  1870-ci  il 
Fransa-Prussiya  müharibəsindən  qabaq  bir  çox  almanlar  fransızları 
«yalandan, özbaşınalıqdan, təkkəb- bürdən yoğrulmuş» tarixi düşmən, 
alman  dövlətlərinin  milli  birliyi  qarşısında  duran  əsas  maneə  hesab 
edirdilər.  Münaqişədə  rəqibin  «demonizasiya  olunmuş»  şəkildə  dərk 
edilməsinə  başqa  bir  misal  «soyuq  müharibə»  dövründə  SSRİ  ilə 
ABŞ-ın təbliğat 
64 


yolu ilə yaradılmış ictimai dərk stereotiplərindən irəli gəlir. Çox vaxt 
bu  münaqişə  onun  iştirakçıları  tərəfindən  təxminən  «dünya 
imperializminin»  istinadgahına  (ABŞ-a)  qarşı  «sülh  və  tərəqqi 
istehkamı» (SSRİ), yaxud əksinə, «şər imperiyasına» (SSRİ-yə) qarşı 
«qərb  sivilizasiyasının  müdafiəçisi»  (ABŞ)  kimi  ritorik  şəkildə  dərk 
edilərək təsvir olunurdu. 
Yeni  tarixin  misallarından  ən  parlağı  rəqiblərin  bir-birini  şəri 
xəyanətin, etik və mənəvi normaların inkar edilməsinin, zorakılığa və 
qarşısıalınmaz 
zülmə 
can 
atmağın 
təcəssümü 
kimi 
qiymətləndirməsidir.  Bu  məqam  ABŞ-İran,  ABŞ-traq,  İsrail-  Ərəb 
dövlətləri  və  ya  NATO-Yuqoslaviya kimi  münaqişəli cütlüklərdə öz 
əksini tapır. 
Münaqişə 
iştirakçılarının 
bir-birini 
maraqlarını 
və 
davranışlarım düzgün dərk etməməsinə heç də həmişə iştirakçıların öz 
daxilində mövcud olan və münaqişənin alovlanmasında maraqlı olan 
siyasi  dövlət  elitalarının  və  ya  hər  hansı  digər  qruplaşmaların 
məqsədyönlü  siyasəti  səbəb  olmur.  Amma  münaqişənin  dərk 
olunmasında özünü büruzə verən bu məqam son dərəcə zəruri ola bilər, 
çünki bir müddətdən sonra bir çox hallarda, ilk növbədə, münaqişənin 
və  bir  çox  hallarda  olduğu  kimi,  münaqişənin  aparılması  üçün 
vasitələrin  seçiminin  intensivliyinin  dəyişməsi  haqqında  mühüm 
qərarlar  qəbul  edilməsi  prosesi  məhz  həmin  məqamın  üzərində 
formalaşacaqdır. 
Nəhayət,  beynəlxalq-siyasi  qarşılıqlı  əlaqələrin  qiymətlən- 
dirilməsindəki ən zəruri mövqelərdən birinə - münaqişə funksiyaları 
probleminə nəzər salaq. Yuxanda qeyd olunduğu kimi, münaqişə bu və 
ya  digər  şəkildə  beynəlxalq  münasibətlər  mühitinin  keyfiyyət 
baxımından  dəyişilməsini  özündə  əks  etdirir.  Münaqişənin  əsas 
ümumi funksiyası ondan ibarətdir ki, o dəyişikliklər potensialını - həm 
iştirakçıların  özünün  həm  də  beynəlxalq  mühitinin  keyfiyyət 
baxımından  dəyişilməsini  özündə  əks  etdirir.  Münaqişənin  səciyyəsi 
və  onun  gedişi  həmin  potensialın  məhz  necə  realizə  olunacağını  və 
hansı  nəticələrə  gətirib  çıxaracağını  müəyyən  edir.  Münaqişənin  bir 
sıra özəl funksiyalarını da göstərmək olar: 
1.
 
Münaqişə  (və  ya  münaqişələr  seriyası)  beynəbcalq 
münasibətlərin sistemli modelini yarada və ya məhv edə bilər. Bu cür 
münaqişələr, bir qayda olaraq, «böyük» müharibələrdir. 
65 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə