Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə19/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   15   16   17   18   19   20   21   22   ...   74

 
76 
başlanğıcla  epik,  fəlsəfi-psixoloji  komponentləri  mə-
harətlə birləşdirirdilər. 
XIX  əsrdən  başlayaraq  romanda  «Şüur  axını» 
əsas olur. Marsell Prust, Coys və b. qəhrəmanları cə-
miyyətin  bir  üzvü,  onun  hissəciyi  kimi  təsvir  edərək 
öz xilasını məhz bunda görürdülər. Sonralar  romanın 
cürətli  inkişafı  iki  əsas  üslubu  şərtləndirir:  romantik 
və  realist  üslublar.  Bayronun  «Don  Juan»,  Viktor 
Hüqonun  «Səfillər»  və  digər  əsərləri  bu  ruhda  idi. 
Onlar  göstərirdilər  ki,  dünyada  xeyirlə  şər  əlbəyaxa 
vuruşur, ona  görə  də bu savaşdan qalib çıxmaq üçün 
nəhəng  qəhrəmanlara,  azman  şəxsiyyətlərə,  müstəsna 
igidlərə, ehtiraslı xarakterlərə müraciət edərək onların 
obrazlarını, surətlərini yaratmaq lazımdır. Əlbəttə, bu-
rada daha çox, müstəsnalıq, fövqəladəlik, qeyri-adilik 
anlamları əsas alınırdı və beləliklə də daha çox pafos, 
ehtiraslar,  zahiri  romantik  xüsusiyyətlər  baş  alıb  ge-
dir, insanın daxili aləmi, iç dünyası, psixologiyası diq-
qətdən  kənarda  qalırdı.  Halbuki  insanın  fərdi  həyatı-
nın, onun daxili hiss və həyəcanlarının, ehtiraslarının, 
iç dünyasının həmin şəxsin özünə xas, məxsus keyfiy-
yətlərinin ətraf mühitlə sintetik şəkildə əks etdirilməsi 
məhz romana, eposa xas olmalıdır. Romanda xüsusilə 
ümumi, konkret və mücərrəd, zahirlə iç bir vəhdət ha-
lında  götürülməlidir.  Milli,  xəlqi  dəyərlərin  ümumi 
kulminasiya  və  zirvəsi  roman  üçün  əsas  və  aparıcı 
amillərdəndir. Romanda «mən» ətraf mühitə qarşı qo-
yulur, konflikt və ya münaqişə xətti də buradan başla-
yır.  Bu  mənada  kəskin  ziddiyyətlər,  barışmaz  əkslik-
lər üzərində qurulan konflikt romanın əsas inkişaf və 
dinamizm  yayı,  sterjeni  rolunu  oynayır.  Deməli,  ro-


 
77 
man tematik cəhətdən nə qədər fərqli olsa da, məhəb-
bət,  sosial-siyasi,  etik-fəlsəfi,  fantastik,  tarixi  və  s. 
həcmi,  süjet  və  fabulanın  dramatiklik  dərəcəsi,  bədii 
quruluş və kompozisiya prinsipləri, təhkiyə və nəqlet-
mə xüsusiyyətlərinə görə də dominant- eynilik, oxşar-
lıq təşkil edir. 
Romanda  struktur,  tendensiya  iki  əsas  xətt  üzrə 
şaxələnir  («Don  Kixot»da  olduğu  kimi).  Digəri  isə, 
açıq-aşkar, hər cür ədəbi fəndlərdən uzaq, lakin müx-
təlif  qəhrəmanların,  detalların,  sosial  şəraitin  təfər-
rüatlı təsviri; qapalı strukturda (fransız ədibi De Jato-
getin  «Prinsessa  Klevskaya»)  bir  şəxsin  həyatı,  hətta 
vahid  bir  konfliktin,  bir  situasiyanın  təsviri  dayanır, 
lakin bunlar konsentrik (iç–içə) şəkildə olur, ona görə 
də belələrinə psixoloji roman da deyirlər. Bu mənada 
müxtəlif  dövrlərin  romanları  belə  xülasə  edilə  bilər: 
antik  romanlarda  hadisəvi  dinamika,  əhvalat,  danışı-
lan bir məzmun daxili aləmi, psixologiyanı  üstələyir. 
Orta əsrlərin romanlarında isə cəngavərlik, amal, əqi-
də, məhəbbət və namus yolunda ideal mübarizəyə qo-
şulmaq, yaxşılıq etmək əsas götürülür. 
Renessans  dövründə  isə  romanlar  əvvəlcə  heka-
yə və novellalar şəklində meydana çıxırdı («Dekame-
ron»),  sonlara  bunlar  romanlaşmağa  doğru  gedirdi. 
Sonralar  poetik  əsərlərdə  təzahür  edən  qəhrəmanlıq 
motivləri  romanlaşmış  poemalar  şəklini  alır.  Hətta 
Şekspirin  əsərlərinə  də  diqqətlə  yanaşılsa,  romanın 
dramlaşdırıldığının  şahidi  ola  bilərik.  Bu  da 
məlumdur  ki,  L.N.Tolstoy  roman  sənətində  ilk  dəfə 
«ruhun dialektikasını» yaratmışdır. 


 
78 
F.Dostoyevskidə  isə  qəhrəmanın  öz  aləmi  ilə 
onun dünya, kainat barəsində düşüncələri birləşdirildi. 
Bir qəlbin, bir ürəyin tarixi xalqın, cəmiyyətin tarixinə 
çevrildi. O zaman bir qəlbin polifoniyası, hər kəsin öz 
«həqiqəti»  yarandı. İnsanın bu  yoldakı  maneələri dəf 
etmək  üçün  iradə  ruhunun  gərgincəsinə  səfərbər  və 
nümayiş etdirilməsidir. Ona görə də patetiklik sənətin 
bütün  növlərində  qəhrəmanilik-qeroika  və  fəciliyin 
aşkara  çıxmasıdır.  Bunun  tipik  nümunələrini  istər 
ədəbi, istərsə də incəsənət əsərlərində müşahidə etmək 
olar.  Pafos  məsələsini  də  buraya  daxil  etmək  müm-
kündür.  Çünki  pafosda  da  hiss,  ehtiras  mövcuddur. 
Bunların hər birində də insanın təbiətin bir hissəsi ol-
mağı  ilə  əlaqədar  üzvi-sintetik  əlaqə,  qırılmaz  vəhdət 
vardır.  Çünki  təbiətin  və  ya  peyzajın  təsviri  heç  də 
gəlişi gözəl bir vasitə, priyom deyildir. Bu, xarakterin, 
şəxsiyyətin,  hadisələrin  cərəyan  etdiyi  mühitin, 
məkanın  canlandırılması  ilə  dialektik  bir  gəlişdir. 
Təbiət  və  ya  peyzaj,  demək  olar  ki,  bütün  bədii 
əsərlərin  əsas  elementidir,  hətta  elə  hallar  da  olur  ki, 
əsər  yalnız  təbiətə  həsr  olunur:  təbiət  baş  qəhrəmana 
çevrilir. Məsələn, Levitan, Ayvazovski - rəssamlıqda, 
Qoqol, Turgenev, Fet, Səməd Vurğun, Divanbəyoğlu, 
İsmayıl Şıxlı - bədii ədəbiyyatda; Çaykovskinin «İlin 
fəsilləri»,  Musorqskinin  «Keçəl  dağda  gecə»  və  s.– 
musiqidə.  Bunlarda  plastikliyi  -  plastikanı  da  qeyd 
etmək  mümkündür.  Plastika  -  yunan  sözüdür  rəvan, 
çevik, ifadəlilik - hərəkətin gözəlliyi, hərəkətin, jestin 
ahəngdarlığıdır.  Plastika  daha  çox  incəsənətə  xasdır. 
Rəssamlıqda, cizgi və xətlərin ahəngdarlığı da əsasdır. 


 
79 
Bədii  ədəbiyyatda  plastika  obrazı  əhatə  edən  mühit, 
şərait və ya mənzərənin ifadəliliyi deməkdir. 
Roman  sənətində  bəzi  ədəbi  priyom,  bədii 
vasitələr də böyük rol oynayır. Bunlardan biri Şərtilik 
məsələsidir.  Şərtilik  həyatın  özü  yox,  onun  obrazlı 
inikası  olan  sənətdə  və  ədəbiyyatda  əsas  və  başlıca 
amillərdən  biridir.  Məsələn,  təsviri  sənətdə  əsərlər  2 
ölçülü olur, kətanın səthi üzərində yerləşir. Həyatdakı 
predmet və hadisələr isə əsasən üç ölçülüdür: en, uzun 
və həcm. Ona görə də sənət və ədəbiyyatda şərtilikdən 
istifadə  etməmək  istər-istəməz  naturalizmə  aparır. 
Başqa sözlə, şərtlilik, metaforiklik həyat hadisələrinin 
daha  dolğun,  daha  obrazlı  ifadəsinə  imkan  yaradır. 
Sənət və  ədəbiyyat öz  ifadə  və  bədii boya  çalarlarını 
«Həyatın öz formalarını» bir qədər də geniş və əhatəli 
şəkildə təcəssüm etdirmək üçün - şişirtmə, fantastika, 
simvol,  yuxu,  xəyal,  kölgə,  işıq  effektləri,  dini-
mifoloji və digərlərindən faydalanır. Vaxtilə Belinski 
yazırdı  ki,  Hamletin  atasının  kölgəsi  vasitəsilə  faciə-
dən xəbər tutması priyomu neçə əsrdir ki, özünü doğ-
ruldur.  Burada  əsas  məsələ  Hamletin  kral  Klavdinin 
cinayətindən  necə  xəbər  tutmasında  deyil,  nədən  xə-
bər tutmasındadır. Deməli, şərtilik zərurətdən doğduq-
da,  hətta  realist  sənətin  də  təbiətinə,  qanunlarına, 
prinsiplərinə  zidd  deyildi.  Lakin  bu  estet-  dekadent 
şəkildə  olanda  xalis  dekorativ  ünsür  kimi  tətbiq  olu-
nur  və  istər-  istəməz  formalizmə,  məzmunsuzluğa, 
sxematizmə aparır. 
Sənət  və  ədəbiyyatın  bütün  sahələrində  olduğu 
kimi  romançılıqda  da  harmoniya-ahəngdarlıq  deyilən 
çox önəmli bir kateqoriya vardır ki, bu da bədii əsərin 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə