Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə16/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   12   13   14   15   16   17   18   19   ...   74

 
64 
lik səlahiyyəti» kitabının ön sözündə demişdir ki, bir-
dəfəlik normallaşmış doğmalar tənqidi, yoxsa rahat və 
ehtiraslı ədəbi axtarışlar tənqidi; - Asifin tənqid üsulu 
öz  pafosu ilə bizim  müasir tənqiddə  bu sonuncu  isti-
qamətin gücləndiyini təsdiq və ifadə edən nümunələr-
dir. 
Onu da qeyd edək ki, Asif Ata azad, sərbəst, fik-
rini  birbaşa,  müstəqil  söyləyən,  yarınmaz,  mərd,  heç 
kəsdən çəkinməyən bir filosof-tənqidçi idi. O deyirdi 
ki,  filosofluq  sevdasına  düşən  hər  kəs  öncə  özündə 
olan  qorxu  hissini  boğmalı,  öldürməlidir.  Qorxaq 
adamdan nə tənqidçi çıxar, nə də filosof. 
Diqqət  yetirsək  görərik  ki,  bu  sözlər  bizim  pro-
fessional tənqidimizin babası sayılan M.F.Axundovun 
dotələb,  üsyankar,  güzəştsiz  tənqidi  ilə  həmahəng 
səslənir. 
 
2002 
 


 
65 
 
 
ROMAN SƏNƏTİ HAQQINDA 
DÜŞÜNCƏLƏR 
 
Tale vermiş birisinə 
Başdan-başa bu dünyanı. 
O biri də axtarır ki, 
Bir qəbirlik yerim hanı?  
(T.Q.Şevçenko) 
 
Roman  bir  istilah  kimi  XII-XIII  əsrlərdə  forma-
laşmış,  kütləvi  şəkildə  işlənmişdir.  Əvvəllər  roman 
dillərində  yazılmış  əsərlərə  roman  deyərmişlər.  Bu 
dillər  –  italyan,  fransız,  ispan-əsas  etibarilə  Roma  - 
yəni latın mənşəli dillər olmuşdur. «Roman» sözü bu 
dillərin  ədəbi  hissəsini  əhatə  edirdi.  Latın  dilində 
(xalq dili) yazılanlar bununla fərqlənirdi. 
Romanın  tarixini  XII-XIII  əsrə  aid  etsələr  də, 
onun yaranması daha qədimdir, hətta Antik dövrə ge-
dib  çıxır.  Xüsusilə,  Antik  cəmiyyətin  tənəzzülü  döv-
ründə  də  roman  yaranmışdır.  Lonqun  «Dafiis  və 
Xloy» (e.ə.III əsr) Apuleyin «Qızıl eşşək» əsərləri bu-
na misal ola bilər. 
Lakin zaman keçdikcə, ictimai şərait dəyişdikcə, 
cəmiyyətin  inkişafı  ilə  bağlı  onun  ziddiyyətləri  daha 
da  kəskinləşdikcə,  müxtəlif  ölkələrdə  roman  da  öz 
forma və xarakterini dəyişdi: fəlsəfi r; məişət r; ailə r; 
ictimai-tarixi r; psixoloji r; avantür (macəra) r; sərgü-
zəşt r; detektiv r; istehsalat r; elmi- fantastik r; cənga-
vərlik  r;  yaranır.  Cəngavərlik  romanlarında  XIII-XV 


 
66 
əsr feodal münasibətləri idealizə edilərək cəngavərlə-
rin  qoçaqlığı,  sevgi  macərası,  habelə  aşağı  siniflərə 
mənfi  münasibəti  müsbət  hal  kimi  qələmə  alınır, 
tərənnüm  olunurdu. Yadelli işğalçılara  qarşı  xalq qə-
zəbinin, xalq hərəkatının, xalq vətənpərvərliyinin təs-
virini  verən  ilk  orta  əsr  romanlarından  fərqli  olaraq 
cəngavərlik  romanlarında  bir  cəngavərin  din  naminə, 
öz ordeni və ya sevgilisi üçün göstərdiyi qəhrəmanlıq-
lar  təsvir  olunur.  Məsələn,  «Parfiyalı»,  «Tristan  və 
İzolda belələrindəndir. 
Sonralar  orta  əsrlərdə  şəhərlərin  inkişafı ilə  əla-
qədar  olaraq  tacirlərin,  sövdəgarların,  sənətkarların, 
kəndli  və  nökərlərin  həyatından  bəhs  edən  romanlar 
meydana  çıxır.  Bu  ilk  zamanlar  kiçik  hekayələr  şək-
lində yazılırdısa, çox keçmədən burjua münasibətləri-
nin inkişafı ilə əlaqədar olaraq öz miqyasını genişlən-
dirir, böyük romana çevrilir. Bu forma çox mürəkkəb 
həyata və xarakterə malik həmin dövr adamlarının ge-
niş və hərtərəfli təsvirinə imkan yaratmış oldu. 
Romançılığın  inkişafında  yeni  mərhələ  Renes-
sans-İntibah epoxası ilə bağlıdır. F.Rablenin «Qarqan-
tüa  və  Pantaqrüel»  (1494-1553),  M.Servantesin  «La-
mançlı Don Kixot» əsərlərinin orta əsr janrları ilə bi-
lavasitə  əlaqəsinə  baxmayaraq,  yeni  burjua  münasi-
bətlərinin yaranması, əmələgəlmə dövrünü əks etdirir. 
Həm  orta  əsr  zehniyyətinə,  əxlaqına,  həm  də  burjua 
təkəbbürlüyünə  qarşı  yazılmış  bu  əsərlərdə  şəxsiyyət 
azadlığı, insan idrakının təntənəsi  məsələləri qoyulur. 
Əlbəttə, bunların təsviri fantastik nağılvari üslubunda 
verilsə də, məqsəd başqa idi. 


 
67 
  Xalq  arasından  çıxmış  çoban,  nökər  və  s.  haq-
qında  yaranan  romanlar XVII  əsrdə  daha  çox inkişaf 
edirdi. Bu əsərlər daha çox yoxsullaşmış aristokrat hə-
yatından alınırdı: «История жизни пройдох по име-
ни Дон Пабло пример бродяг и зеркало мошенни-
ков» 1926, Кеведо и Вильгели и т.д. 
Plutov  roman  (diribaş,  kələkbaz)  –nökər  və  ço-
banlar haqqında romanlar erkən maarifçilik romanları 
üçün  bir  növ  hazırlıq  kimi  qiymətləndirilə  bilər. 
D.Defonun «Polkovnik Cek» romanı (XVIII əsr) maa-
rifçilik  ruhundadır.  Romanın  klassik  forması  XVII 
əsrdən etibarən İngiltərədə yaranır. Bu zaman İngiltə-
rə artıq inkişaf' etmiş burjua ölkəsi idi. D.Defonun ro-
manları  XVIII  əsr  burjua  cəmiyyətində  insan  həyatı-
nın geniş lövhələrini əhatə edirdi («Robinzon Kruzo», 
«Moll Flenders»). 
Çox keçmədən C.Svift (1667-1745) başqa ingilis 
maarifçilərindən  fərqli  olaraq  kapitalistik  tərəqqinin 
ədalət və idrak qanunlarına uyğun gəlmədiyini, bu cə-
miyyətin  bir  sıra  ziddiyyətlərini  müşahidə  etməyə 
başlamışdı. Bu, xüsusən satirik roman olan «Qullive-
rin səyahəti» əsərində aydın şəkildə özünü göstərir. 
Fildinq isə burjuaziya cəmiyyətində müsbət qəh-
rəman  yaratmağa  cəhd  etdi.  («Jozef  Endrüs  və  onun 
dostu Abraam Adamsın tarixi») əsəri və s. İngilis  ya-
zıçısı  Riçardson  (1689-1761)  («Pamela»,  «Klarissa 
Qarlou») aşağı təbəqədən  olan adamların həyəcan və 
düşüncələrini verməyə çalışırdı. 
Maarifçilik dövründə  alman mütəfəkkiri V.Göte 
(1749-1832) bu qənaətə gəlir ki, şəxsi təşəbbüslər, ar-
zular  və  s.  hamısı  cəmiyyətin  mənafeyinə  tabe  tutul-


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə