Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə18/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   14   15   16   17   18   19   20   21   ...   74

 
72 
olan bütün xüsusiyyətlərdən başqa, prozaik həyat ha-
disələri ideallaşdırılır. Burada allahlar yoxdur, heybət-
li, əfsanəvi qəhrəmanlar iştirak etmir. Roman həm ta-
rixi,  həm  də  müasir  vəziyyəti  alıb  özündə  əks  etdirə 
bilər. 
Romanın  bədii  bir  əsər  olmaq  etibarilə  vəzifəsi, 
gündəlik həyatdan və tarixi hadisələrdən təsadüfi hal-
ları  ayırmaq,  onların  mahiyyətlərinin  dərinliyinə, 
məğzinə  –  yaradıcı  ideyasına  vaqif  olmaq,  zahiri  və 
dağınıq hadisələri ruh və şüurun qan damarına çevir-
məkdir». 
Ümumiyyətlə,  roman  haqqında  yazanlar  bir 
məqamda yekdildirlər: roman üçün xalq həyatının özü 
material  verməlidir.  Bu  da  böyük  məsələlərdən, 
hadisələrdən  alınır.  Əgər  ikinci  Homer  gəlsə  idi, 
Troya müharibəsindən əzəmətli bir şey tapa bilməzdi. 
Və onun yazdığı əsər əhəmiyyətsiz bir şey olacaqdı. 
«Roman  üçün  isə,  həyat  insandan  ibarətdir  və 
insan  qəlbinin,  insan  ruhunun  mistikası,  insan  taleyi, 
onun  xalq  həyatına  olan  bütün  münasibətləri  roman 
üçün  zəngin  mövzudur.  «Roman  üçün  qadın  olması 
kifayətdir, qəhrəmansız da keçinmək olar». 
Roman  tarixi  faktların  daxili  tərəfin,  necə 
deyərlər, astarını açıb bizə göstərir. Bizi onun evdəki 
məişətinin, ailə  sirlərinin şahidi edir, onu bizə  yalnız 
rəsmi  tarixi  libasda  deyil,  həm  də  xalatda,  kolpakda 
göstərir. 
Mənzum  romana  gəldikdə,  hələlik  Puşkinin 
məşhur kəlamını xatırlatmaq kifayətdir: «Adi romanla 
mənzum roman arasında yerlə göy qədər fərq vardır». 
Əlbəttə,  roman  haqqında  bütün  dünya  miqyasında 


 
73 
yaranan  ədəbi-nəzəri  fikrin  özündə  də  şəffaf  yol, 
istiqamət yoxdur. 
Bəzi nəzəriyyəçilər belə hesab edirlər ki, roman 
yalnız  XV  əsrdən  etibarən  epik  növün  iri  təhkiyə 
janrına çevrilir. Romanın tədqiqatçıları bəzən romanın 
inkişafını 3 mərhələyə ayırırlar: antik mərhələ; Troya 
haqqında  romanlar;  Aleksandr  haqqında  romanlar; 
tərcümələr, nəzirələr. 
Roman forma baxımından, üslubi cəhətdən, təh-
kiyə formasından da asılı olaraq bir neçə növə ayrılır-
dı:  geniş  və  iri  formatlı  alleqorik  romanlar:  Tülkü 
haqqında  roman;  Gül  haqqında  roman;  Amadis  haq-
qında roman və s. Fantastik üslub və təhkiyəli roman-
lar. Məsələn, «Min bir gecə» tipli romanlar və s. Belə 
romanlara  (Contes  Arabas)  və  ya  fransızların  dediyi 
kimi, Qontellər meydana çıxırlar. İngiliscə roman mə-
nasını verən Çotapse, alman dilində işlənilən Der Ro-
man XVIII əsrdə rus dilinə də daxil olmuşdur. 
Antik  dövrdə  romanda  həyat  elə  də  psixoloji, 
fərdi hissi şəkildə verilmirdi, daha çox ümumi səpgidə 
bəzən,  hətta  mücərrəd  formada  da  öz  əksini  tapırdı. 
Onu  da  qeyd  edək  ki,  burada  romanın  doğuluşu 
dramaturgiya  ilə  şərtlənirdi.  Bu  barədə  monumental 
monoqrafik  tədqiqatlar  vardır.  Məsələn,  Evripidin 
«Yelena» tragediyası və  yunan romanının təşəkkülü» 
adlı monoqrafiya məhz bu problemə həsr olunmuşdur. 
Deməli,  roman  elə  əhatəli,  elə  tutumlu  bədii  bir 
formadır  ki,  onda  lirika  da,  epika  da,  dramatik 
situasiyalar da bir məcrada uyuşa bilərlər. Yəni roman 
insan  həyatının,  yaxud  cəmiyyət  həyatının  bütöv, 
ətraflı, zaman etibarilə uzun bir dövrünü, mərhələsini 


 
74 
əks  etdirməyə  qadir  bir  ədəbi  formadır.  Bu  elə  bir 
janrdır  ki,  dünyanın  bütün  xalqlarının  buna  ehtiyacı 
vardır. Təsadüfi deyildir ki, bizim böyük ziyalılarımız 
M.F.Axundov,  F.B.Köçərli,  Seyid  Hüseyn,  Y.V.Çə-
mənzəminli  onun  zərurətindən  tez-tez  danışmışlar. 
Çünki  romanın  məzmun  və  mahiyyəti,  ideyası,  məq-
sədi  müasir  cəmiyyətin  bədii  təhlilindən  ibarətdir. 
Məhz  roman  müasir  cəmiyyətin  görünməz  əsaslarını 
açıb  göstərir.  Müasir  romanın  vəzifəsi  həyatı  bütün 
çılpaq həqiqətləri ilə təsvir etməkdir. Ona görə cəmiy-
yət  romanı  öz  güzgüsü  hesab  edir  və  onun  vasitəsilə 
öz-özü ilə tanış olur, özünü, öz mahiyyətini, xüsusiy-
yətlərini şüurlu surətdə dərk etmək kimi bir iş görür. 
Balzakın  da  məşhur  fikri  məlumdur:  Fransa  cə-
miyyəti bir tarixçi olmalıdır, o isə (Balzak – C.A.) ona 
katiblik  etməlidir.  Onun  şah  əsəri  olan  «Bəşərin  ko-
mediyası»  insan  həyatında  baş  verən  hadisələrin  heç 
birindən  yan keçmir. Fransanın bütün əyalətlərini nə-
zərdən  qaçırmamalı,  ictimai  münasibətlərin  tarixini, 
insan qəlbinin tarixini verməlidir. 
Vaxtilə  slavyan  dilli  xalqların  ədəbiyyatlarında 
bədii  təhkiyənin  olmaması  ucundan  bu  xalqlarda  ro-
man  bir  janr  kimi  az-çox  XVIII  əsrdən  etibarən  inki-
şaf  etməyə  başlayır.  Onlarda  bir  qayda  olaraq  bu 
janrlar  həcmcə  müəyyənləşdirilir:  roman,  povest,  he-
kayə, novella və ya oçerk. Bir sıra Avropa ölkələrində 
roman  –  tarixi,  «həyatın  tarixi»  adlandırılmışdır.  Mə-
sələn,  Almaniya,  İspaniya,  İngiltərə  və  b.  ölkələrdə 
bunlara müvafiq olaraq mifoloji, sehrli, fantastik, sər-
güzəşt,  macəra  təhkiyəli  nağıl  və  s.  epitetlər 


 
75 
yarışdırılır  və  bunlar  aparıcı  rola  malik  olaraq 
müəyyən bir üsluba çevrilirlər. 
Diqqət  edin,  Servantesin  «Don  Kixot»  əsərinin 
uğurları  nədə  idi?  Gülməli  olsa  da,  bu  tipli  əsərlərdə 
müsbət qəhrəmanlar yaratmağa cəhd edilir və onlarda 
müsbət  ideal  ön  plana  çəkilir.  Sonralar  XVI-XVII 
əsrlərdə klassisizm güclənməyə başlarkən Bualo «Ro-
manın  qəhrəmanları»  əsərində  romanı,  romanı  yara-
danları  lağa  qoyur,  onu  uzun,  zəhlətökən,  lüzumsuz 
bir iş hesab edir. 
Roman  təhkiyəsinin  ilk  kamilliyi  şübhəsiz,  Bal-
zak,  Mopassan,  Stendal  və  başqalarında  müşahidə 
olunmuşdur. O ki qaldı məktublar, qeydlər, gündəlik-
lər  kimi  təhkiyə  formalarına,  bunlar  XVIII-XIX  əsr-
lərdə daha çox inkişaf etmişdir. Bunlar da çox maraqlı 
ədəbi priyomlar idi. Onların əsas qüsuru isə onda idi 
ki,  belə  əsərlərdə  sentimentalizm,  subyektivizm, 
empirissionizm kimi təmayüllər güclü olurdu. 
XIX  əsrin  II  yarısından  roman  sənətinin  inkişa-
fında  yeni mərhələ müəllif təhkiyəsinin obyektiv, so-
yuqqanlı,  təmkinli  bir  tərzdə  aparılması  sayılırdı.  Ar-
tıq  burada  mübahisələr,  yarışmalar,  məktublar,  qeyd-
lər,  gündəliklər,  macəra  və  sərgüzəştlər  meydana  çı-
xırdı. Bunun əvəzində  romanlarda  kəskin dramatizm, 
bəzən də lirizm, epik təmkin və müdriklik, hadisələrə, 
xarakterlərə  tendensiyasız  münasibət  üstünlük  təşkil 
edir və ya tamamilə böyük bir əsərin kamil ifadə vasi-
təsinə çevrilirdi. Balzak, Flober, Tekkerey və başqala-
rının  təhkiyəsi  məhz  bu  ruhda,  bu  istiqamətdə  idi. 
Bunlarla  bərabər  Dikkens,  Stendal,  yenə  də  yuxarıda 
adlarını  çəkdiyimiz  digər  ədiblər  öz  əsərlərində  lirik 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə