Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə21/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   17   18   19   20   21   22   23   24   ...   74

 
84 
 
 
BÖYÜK VƏ İBRƏTLİ  
YARADICILIQ YOLU 
 
Mirzə İbrahimovdan danışmaq XX əsrdə, ictimai 
fikrimizin  bütün  sahələrindən  danışmaq  deməkdir. 
Yarım  əsrdən  artıq  bir  dövr  ərzində  yorulmaq 
bilmədən yazıb-yaradan, fitri bir istedadın, humanitar 
biliklərin  bütün  sahələrini  özündə  universal  və 
ahəngdar  şəkildə,  böyük  ecazkarlıqla  birləşdirən 
coşğun  bir  ilham  sahibinin,  fədakar,  zəhmətkeş  bir 
insanın  fəaliyyətinin  hansı  konturunu,  hansı  cəhətini 
ön  plana  çəkəsən  ki,  digərləri  barədə  təsəvvür 
yaratmaq  mümkün olsun. Ondan  bir dramaturq kimi, 
nasir  kimi,  şair  kimi,  jurnalist  kimi,  müdrik  teatr 
xadimi  kimi,  tənqidçi  kimi,  ədəbiyyatşünas  kimi, 
maarif  işçisi  kimi,  filosof  kimi,  tərcüməçi  kimi, 
nəhayət ictimai dövlət xadimi kimi və  s. və  i.a. bəhs 
etmək, əlbəttə, mümkündür. Lakin bir şey aydındır ki, 
bu  sadaladığımız  sahələrin  hər  birində  onu  biz  hər 
şeydən  əvvəl,  bir  humanist,  vətənpərvər,  yüksək 
intellektli  bir  qələm  sahibi  kimi  görürük.  O,  həmin 
sahələrin  hər  birinə  öz  işinin  ustası,  professional 
mütəxəssis kimi müvəffəq ola bilir. 
Mirzə İbrahimova bu gücü, bu inamı, bu bahadır 
qüvvəsini öz doğma xalqı, doğma diyarı - Odlar yurdu 
-  yaralanmış  qəlbim  kimi  -  qəlbi  viran  Azərbaycan 
bəxş etmişdir. 
Ədəbiyyat  tarixində  öz  xalqına,  vətəninə  arxa 
çevirən,  onun  mədəniyyətinə,  ədəbiyyatına  həqarətlə 


 
85 
baxan,  başqalarının  qarşısında  səcdə  edən  «sənət-
kar»ları  zaman  özü  həyat  dənizinin  sahillərinə  tulla-
mışdır. Belələri barədə S.Vurğun vaxtilə yaxşı demiş-
dir: 
 
Kosmopolit tənqidçilər ömrü boyu dandı məni,  
Dedi əsl sənətkarın nə yurdu var, nə vətəni.  
Dedi bütün yer üzüdür sənətkarın doğma yurdu,  
Bizim çoban şairi də saz üstündə şeir qurdu.  
Bəli, dedim, saz üstündə, fəqət onun mənasını,  
Vətənimin, millətimin qəhrəmanlıq dünyasını  
Simfoniyalar lisanilə öz evimdə ötmüşəm mən... 
 
Biz xalq şairi S.Vurğunun bu ittihamçı və atəşin 
misralarını təsadüfən xatırlatmadıq. Çünki bu gün 90 
illik yubileyini qeyd etdiyimiz sevimli xalq yazıçımız, 
Sosialist  Əməyi  Qəhrəmanı  Mirzə  İbrahimov  bədii 
fikir  sahəsinə  gəldiyi  illər  məhz  mürəkkəb  ədəbi  dö-
yüşlər dövrü idi. Elə bir dövr idi ki, hələ sənətkarlıq 
cəhətdən  püxtələşməmiş  gənc  ədəbi  qüvvələr  forma-
laşma,  kamilləşmə  prosesi  keçirirdi  və  onların  yad 
təsirlərə  qapılmaq  təhlükəsi  də  hələ  sovuşmamışdı. 
Həyatı, yaradıcılığı xarakteri, bir ədib üçün səciyyəvi 
olan  işi,  fəaliyyəti,  bütün  ömrü,  müasir  gəncliyimizə 
əvəzsiz  nümunə  ola  biləcək  Mirzə  İbrahimovun  öz 
bədii  konsepsiyası,  yaradıcılıq  kredosu  məhz  həmin 
illərdə yaranıb təkmilləşirdi. O zaman hələ gənc olan 
Mirzə İbrahimov 15- 16 yaşlarında həm fiziki, həm də 
zehni  əməklə  məşğul  olmağa  başlamışdı.  Məhz  yeni 
dövrün  tərbiyə  edib  ərsəyə  çatdırdığı  nadir 
istedadlardan biri kimi onun həyat yolunu xarakterizə 


 
86 
edən  akademik  Məmməd  Arif  yazmışdı:  «Mirzə 
İbrahimovda özünü dərketmə prosesi sürətlə getmişdi, 
istedadı  tez  aşkara  çıxmış  və  uğurlu  istiqamətdə 
inkişaf  etmişdir.  Balaxanı  neft  mədəni  tələbəsi  olan 
Mirzə  1930-cu  ildə  Azərbaycan  Proletar  Yazıçıları 
Cəmiyyətinə  üzv  seçilmiş,  iki  il  sonra  Təşkilat 
Komitəsinin  məsul  katibi  seçilmiş,  bir  il  sonra 
Naxçıvan MSSR MTS siyasi şöbəsinə qəzet redaktoru 
göndərilmişdi.  Bir  sözlə  (C.A.),  «həyat  Mirzə 
İbrahimovu  mübarizə  meydanının  ən  qızğın  yerinə 
atmışdı». Məlum olduğu üzrə dramaturq məhz həmin 
mübarizə  günlərinin  isti  təsirilə  özünün  məşhur 
«Həyat» pyesini yazır. Və çox təbiidir ki, ilk dramatik 
təcrübə  olan  bu  əsər  ədibin  bütün  dramaturgiyasının 
tacı, şah nəğməsi oldu. Bu, ondan irəli gəlir ki, yazıçı 
həyati  konflikt  və  münaqişələri,  habelə  fəci 
kolliziyaları  dərindən  və  düzgün  müşahidə  etmişdi. 
Bu da məlumdur ki, dramatik əsərlərdə əsas və aparı-
cı, tipik və ibrətli o ziddiyyətlərdir ki, onlar çox dərin, 
köklü, davamlı, barışmazdır. Vaxtilə D.Didro özünün 
«Dramatik  poeziya  haqqında»  adlı  əsərində  yazmış-
dır: «Həqiqi kontrast xarakterlərin, vəziyyətlərin, mə-
nafelərin kontrastıdır.
1
  
Bu  mənada  «Həyat»  o  zamanın  dramaturgiyası 
üçün  çox  uğurlu  bir  tapıntı  idi.  Bu  əsərdəki  bütün 
xarakterlər,  həyatın  özü,  dövr,  zaman  sanki  qüdrətli 
bir sənətkar əli ilə tutulub saxlanılmış, bir anlığa don-
durularaq,  onun  canlı  rəsmi  alınmışdır.  Bu  mülahizə-
                                                 
1
 Didro. Dramatik poeziya haqqında. Əsərləri, V cild, s.87 


 
87 
lər  əsərin,  demək  olar  ki,  bütün  surətlərinə  şamil 
oluna bilər. 
Akademik  M.Arif  yazmışdır  ki,  mən  «Həyat» 
pyesinin  ilk  tamaşasında  Abbasın  ölüm  səhnəsini 
yaxşı  xatırlayıram.  Bu  səhnə  dramatik  cəhətdən  çox 
təsirli  idi.  Artist  Rza  Əfqanlı  onun  fərəhlə,  inam  və 
ümidlə  dolu  olan  sözlərini  elə  uşaqcasına  bir 
sadəlövhlüklə,  elə  səmimiyyətlə  söyləyir,  tamaşaçıda 
elə nikbin bir əhval-ruhiyyə yaradırdı ki, günahsız bir 
gəncin qəfildən faciəli ölümü belə bu əhval-ruhiyyəni 
sarsıda bilmirdi. 
Yazıçı  M.Hüseyn  bu  münasibətlə  yazmışdır: 
«Burada  biz  müasirimizin  faciəli  ölümünü  göstərər-
kən  də  həyatımızın,  mübarizəmizin  perspektivini 
nəzərdən qaçıra bilmərik». 
Realizm  və  xəlqilik  hissi  çox  güclü  olan  ədib 
sonrakı  əsərlərində  də,  hətta  bir  o  qədər  yaxından 
görüb  tanış  olmadığı  bir  xalqın  həyatından  yazanda 
belə özünün sənətkar intuisiyası, sövq-təbii ilə həmin 
cəhətləri  duyub  müvafiq  şəkildə  əks  etdirə  bilir. 
Ədibin dramaturgiyasının tematik üfüqlərini genişlən-
dirən «Madrid» əsərində də biz bu xüsusiyyətləri gö-
rür  və  təqdir  edirik.  Buradakı  Lina,  Karlos,  Aida, 
Mustafa  və  digər  obrazların  realizmi  və  xəlqi  mahiy-
yəti fikrimizi sübut edə bilərlər. 
Böyük  Vətən  müharibəsinin  alovlu  illərində 
qələmə aldığı «Məhəbbət» sosial-məişət dramında da 
dramaturq  həmin  istiqaməti  davam  etdirdi.  O,  həmin 
əsərin  məzmun  və  mündəricəsini  ölkə  müdafiəsi, 
vətənpərvərlik,  düşmənə  qarşı  mübarizə  ideyaları  ilə 
zənginləşdirməklə  bərabər,  işin  başqa  bir  cəhətini  – 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə