Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə17/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   13   14   15   16   17   18   19   20   ...   74

 
68 
malı və cəmiyyət elə ədalətlə  yenidən qurulmalıdı ki, 
burada  şəxsi  və  cəmiyyəti  şeylər  birləşsin.  («Vilhelm 
Mayesterin  təhsil  illəri»).  Maarifçilik  romanının  de-
mokratik  istiqaməti  öz  dərin  əksini  sentimentalizmdə 
tapdı; L.Sternin  (1713-1768)  «Tristram  Şendi» roma-
nı,  J.J.Russonun  (1712-1778)  «Yeni  Eloiza»  əsəri 
(Qəhrəman aristokrat - meşşan Sen Püredir). 
Fransa  burjua  inqilabından  sonra  (XVIII  əsr) 
əməkçi xalqın inqilaba optimistik baxışlarının, azadlıq 
illüziyalarının axırı çatdı, XIX əsr romanında ən çətin 
həll  oluna  bilən  məsələlərdən  biri  müsbət  qəhrəman 
problemi  oldu.  Bu  zaman  Almaniyadakı  romantik 
məktəbin  nümayəndələri  fransız  burjuaziyasına  qarşı 
feodal-patriarxallığı  idealizəli  şəkildə  təbliğ  etməyə 
başladı.  Demək  olar  ki,  Almaniyadakı  realist  məişət 
romanını subyektiv fantastika sıxışdırıb çıxardı. 
Novalisin  «Henrix  fon  Ofterdingen»,  L.Tikin 
«Frans  fon  Şternball»  əsərləri,  Fransada  isə  roman-
tizm  sosial  xarakterdədir.  Bu  tipli  əsərlərdə  mövcud 
quruluş tənqid edilir və heç nə idealizə olunmur. 
Viktor  Hüqonun  «Dəniz  zəhmətkeşləri»,  «Səfil-
lər», J.Sandın «Cənab Antuanın günahı», «Oras»ı belə 
əsərlərdəndir. 
İngiltərədə  Bayronun  (1788-1824)  «Çayld  Ha-
rold» və «Don Juan» adlı mənzum romanlarında xalq 
azadlıq və vətənpərvərliyin daşıyıcısı kimi göstərilir. 
Valter  Skottun  (1771-1832)  tarixi  romanlarında 
isə cəmiyyətdə şəxsiyyət və siniflərin vəziyyətinə tari-
xi-nöqteyi-nəzərdən  baxılır.  Bunlar  tarixi  kateqoriya 
kimi  alınaraq  təhlil  edılir  («Ayvenqo»  və  «Puritan-
lar»). 


 
69 
Roman  özünün  ən  yüksək  zirvəsinə  XIX  əsrdə 
çatır. Artıq bu zaman tənqidi realistlər meydana çıxır. 
Stendalın «Qırmızı və qara», Balzakın «Bəşəri kome-
diya»,  Tekkereyin  «Şöhrət  yarmarkası»,  Dikkensin 
«Dombi və oğlu» və s. əsərlər dərin ictimai problem-
lərlə doludur. Bu dövrün ədəbi və ictimai hadisələrin-
dən  bəhs  edən  Marks  və  Engels  göstərirlər  ki,  bu 
dövrdə mövcud quruluşun əbədiliyi haqqındakı illüzi-
yalara  artıq  inanan  yox  idi,  bütün  ehkamlar,  inam  və 
etiqadlar bir-birinin ardınca sarsılırdı. Ona görə də hə-
min  yazıçıların romanlarında burjua həyatı bütün çıl-
paqlığı ilə verilirdi. Bu yazıçılar qüvvətli realistlər idi-
lər. 
Balzak  deyirdi  ki,  mən  fransız  cəmiyyətinin 
katibiyəm  və  öz  tariximi  yazıram.  Rusca  desək,  «Он 
назвал  себя  секретарем  французского  общества, 
пишущего свою историю». 
Marks, Engels bu yazıçılardan ağızdolusu da-nı-
şırdılar. Lakin bu yazıçılar cəmiyyəti dəyişdirmək mə-
sələlərini görə bilmirdilər. 
Burjua məsələlərinin təhlili ilə daha çox məşğul 
olan  roman  çox  keçmədən  tənəzzül  etməyə  başlayır. 
Bu  vaxt  romançılıqda  naturalizm  qalib  gəlir.  Natu-
ralistlər deyirdilər ki, zahiri məsələlərin təsviri ilə zid-
diyyətləri açmaq mümkün deyil, daxili mahiyyəti çıl-
paqlığı ilə vermək lazımdır. 
Naturalist  romanlarda  sosioloji  məsələlər  tədri-
cən filoloji problemlərlə əvəz olundu ki, bu da həmin 
cəmiyyətin kəsiri idi. 
Emil Zolyanın bir sıra əsərlərində bunu  görmək 
olar.  Naturalizm  Flober  və  Mopassan  kimi  böyük 


 
70 
realistlərin əsərlərinə də yol tapmışdı: «Madam Bova-
ri», «Əziz dost» və b. 
Sonralar  bir  sıra  yazıçılar  qəsdən,  yaxud  bilmə-
dən  həyatı  təhrif  edir,  əsassız  idealizəyə  qapılırdılar. 
Ona görə də bunların əsərində cəmiyyətdən, həyatdan, 
insanlardan  təcrid  edilmiş  fərdin  subyektiv  aləmi  ön 
plana keçirdi. Çox zaman isə romanda aparıcı məsələ 
kimi  fərdin  psixoloji,  daha  çox  patoloji  həyəcanları 
təsvir olunurdu. 
Daha  sonralar  bu  məsələləri  daha da  dərinləşdi-
rən bir sıra  yazıçıların əsərlərində insan aləminin ha-
disələrlə  əlaqəli  təsviri  daxili  monoloqa  çevrildi 
(Coys, Prust və b.). 
Lakin bu zaman  Qərbin böyük humanist  yazıçı-
ları  öz  əsərlərində  tənqidi  realizm  ənənələrini  davam 
və  inkişaf  etdirməyə  başladılar.  R.Rollan  (1866-
1944),  A.Frans  (1844-1924),  A.Barbüs  (1873-1935) 
Fransada,  Tomas,  Mann,  Henri  Mann  Almaniyada, 
Drayzer, Cek London Amerikada və s. 
XIX əsrdə realist romanın çiçəklənmə dövrü Ru-
siyada  başlayır.  Bu  zaman  Puşkinin  «Yevgeni 
Onegin»,  Lermontovun  «Zəmanəmizin  qəhrəmanı» 
əsərləri meydana çıxır. Bu əsərlərdə dvoryan inqilab-
çılığı  dövrünün  əsas  ziddiyyətləri,  dvoryan  təbəqə-
sindən  olan  qabaqcıl  şəxsiyyətlərin  tragediyası  göstə-
rilmişdir. 
  XIX əsrin yarısından, 40-60-cı illərdə Rusiyada 
«Rudin»,  «Atalar  və  oğullar»,  «Oblomov»,  «Uçu-
rum», «Kimdir müqəssir», «Nə etməli?» əsərləri mey-
dana  çıxır.  Bu  əsərlər  sonra  dünya  romançılığında 
qüvvətli realist cərəyan-istiqamət kimi məşhur olub. 


 
71 
Bunlarda  qabaqcıl  ictimai  fikri  cəlb  edən  prob-
lemlər qaldırılır. Saltıkov-Şedrin isə satirik roman ya-
ratdı: «Bir şəhərin tarixi», «Müasir idilliya», «Qolov-
lyov cənabları» və b. 
Sonralar  Tolstoyun  romanlarında  Rusiya  həyatı, 
Rusiya tarixi, onun bütöv dövrləri, bütün ziddiyyətləri 
ilə təsvir olundu. 
  Dostoyevskinin  «Cinayət  və  cəza»,  «İdiot», 
«Karamazov  qardaşları»,  «Təhqir  olunmuşlar  və 
alçaldılmışlar» əsərlərində şəxsiyyətin qiyamı, cəmiy-
yətdə fərdin şüurunda yaranan təzad və çılğınlıq təsvir 
olunurdu. 
Proletariatın tarix arenasına gəlməsi ilə əlaqədar 
olaraq  inqilabı  şüurlu  surətdə  yaradan  insanı,  cəmiy-
yəti kökündən inqilabi şəkildə dəyişmək istəyən ada-
mı - proletariatı romanın mərkəzi siqlətinə çevirdi. Bu 
insan  indi  hər  şeyə  qadir;  öz  hüququnu  dərk  etmiş 
qəhrəmandır.  Beləsini  Qorki  «Ana»  əsərində  vermiş-
dir. Bu əsər bütün dünya ədəbi tarixində sosialist rea-
lizmi  romanının  başlanğıcını  qoydu.  Roman  inqilabi 
hərəkatın bilavasitə təsiri, Kommunist Partiyasının tə-
siri altında yaranmışdır. İndi həmin romana münasibət 
tamam başqa cürədir. 
Roman haqqında nəzəri fikrə gəlincə, bir çox sə-
nətkarlarla  yanaşı, Belinskinin, M.F.Axundovun epos 
və romana dair dedikləri çox maraqlıdır. Məsələn, Be-
linski  yazır:  «Epos  xalqın  yenicə  oyanmış  şüurunun 
ədəbiyyat aləmində ilk yetişmiş meyvəsidir. Epopeya 
xalqın  körpəlik  vaxtı  yarandı».  Böyük  tənqidçi  epos-
dan  romana  keçidi  belə  göstərir:  «Bizim  zamanın 
epopeyası  romandır».  Romanda  epopeya  növünə  aid 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə