Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə2/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   2   3   4   5   6   7   8   9   ...   74

 

mişdir. Buna görə də Çapayev əsərdə yalnız Ural par-
tizanlarının başçısı, qəhrəmanı kimi yox, o dövrün bü-
tün qəhrəmanlarının nümayəndəsi kimi verilmişdir. 
C.Cabbarlının «Sevil» əsərini də buna misal gös-
tərmək olar. Bu əsərdə məzlum, çadra altında, həm şə-
riət,  həm  adət,  həm  ər  zülmü  məngənəsində  məhv 
olan, sonra azadlığa çıxan, xoşbəxtliyə çatan bir Azər-
baycan  qadını  təsvir  olunur.  Sevil,  yazıçı  tərəfindən 
elə  həqiqi,  elə  ümumiləşdirilmiş  bir  surət  kimi  veril-
mişdir ki, onun simasında oxucu və tamaşaçı azadlığa 
çıxan  bütün  Azərbaycan  qadınlığının  simvolunu  gö-
rür. 
Sənətkar  təsvir  etdiyi  tipik  surətlər  vasitəsi  ilə 
ictimai  hadisələri,  ictimai  sinifləri,  qrupları  göstərir, 
fikirlərə, zehinlərə, hisslərə təsir edir. Oxucunu həyati 
mübarizəyə silahlandırır, onun bilik, məlumat dairəsi-
ni  genişləndirir,  hadisələri  daha  dərindən  öyrənməsi-
nə, qavramasına kömək edir. Bəzən oxucu elmdən, ta-
rixdən  çox  yaxşı  tanış  olduğu  bir  məsələ,  bir  hadisə 
haqqında  da  bədii  əsər  oxuyur.  Bu  onun  üçün  «ar-
tıq»dırmı?  Əlbəttə,  yox.  Əksinə,  əsər  həqiqi  bədii 
əsərdirsə,  o  bizdə  olan  təsəvvür  və  bilikləri  daha  da 
möhkəmləndirir, əyaniləşdirir və təkmilləşdirir. Möv-
zusunu, materialını eyni mənbədən, həyatdan alan hər 
bir  incəsənət  əsəri  (ədəbiyyat,
 
rəsm,  musiqi,  kino, 
rəqs...)  öz  xüsusi  vasitələri  ilə  (söz,  rəng,  səs,  hərə-
kət...)  surət  yaradaraq, varlığın, ictimai həyat hadisə-
lərinin  bədii  mənzərələrini  verir.  Bunların  hamısı  isə 
bizim  idrakımızın  kamilləşməsinə,  təsəvvürlərimizin 
zənginləşməsinə, bilik və zövqümüzün yüksəlməsinə, 
həyatda  daha  da  mübariz  olmağımıza  kömək  edir. 


 

Sənətkarın,  yazıçının  ictimai  varlığı  əks  etdirməsi 
passiv bir proses deyildir. Yazıçı həyata və hadisələrə 
fəal,  yaradıcı,  mübariz  bir  münasibət  bəsləyir.  O, 
zahirən hadisə haqqında öz fikrini açıq «deməsə» də, 
müstəqil  söz  ilə  ifadə  etməsə  də,  biz  əsərdə  onun 
məsələyə  münasibətini  görə  bilərik  və  görməliyik. 
Hətta  onun  bu  və  ya  digər  mövzuya  müraciət 
etməsinin  özündə,  qoyduğu  məsələnin  təsvirində 
yazıçının ideya cəbhəsi hiss olunur. 
Azərbaycanın  böyük  inqilabçı  satirik  şairi  Sabir 
şeirlərinin  birində  zahirən  allaha  müraciət  edərək 
deyir: 
 
İş rəncbərin, güc öküzün, yer özününkü, 
Bəyzadələri, xanları neylərdin, ilahi? 
 
Aydındır ki, burada «xilqətdən» söhbət getsə də, 
əsil məqsəd sinif mübarizəsidir. Bəy, xan, mülkədarın 
müftəxorluğu, istismarı, rəncbər əməyinin mənimsən-
məsidir.  Şairin  məqsədi rəncbərləri, kəndliləri qəflət-
dən  ayıltmaq,  onlarda  sinfi,  siyasi  şüur  oyatmaqdır. 
Böyük demokrat yazıçı C. Məmmədquluzadə «Dana-
baş kəndinin əhvalatları» əsərində zahirən bir kəndli-
nin  —  Məmmədhəsən  əminin  başına  gələn  macəranı 
təsvir  edir,  onun  ziyarətə  getmək  niyyətinin  baş  tut-
madığını, eşşəyinin itdiyini göstərir. Bu ancaq süjetin 
zahiri  cəhətidir.  Əsil  mətləb,  yazıçının  əsil  məqsədi 
isə keçmiş feodal-patriarxal Azərbaycanda zəhmətkeş 
kəndlilərin ağır  zülm  və  əsarətdə  yaşamasını, onların 
ağır həyatını göstərməkdir. Ədib zalım Xudayar bəyi 
məzlum kəndli Məmmədhəsən əmi ilə müqayisə edir, 


 

mülkədarların,  məmurların  kəndlilərə  elədiyi  zülmü 
bütün təfsilatı ilə açıb danışır. Biz bu povesti oxuya-
raq inqilabdan əvvəlki Azərbaycan kəndinin dəhşətli, 
fəlakətli mənzərələrini görür, dərk edirik. 
Bədii əsərin  təsiri bununla qurtarmır. Bizim  xu-
dayar bəylərə, qazılara, onlara hakimiyyət verən quru-
luşa  dərin  nifrətimiz  alovlanır.  Bundan  başqa  bu  əsər 
bizə  deyir  ki,  dünyada  belə  dəhşətli  səhnələr  hələ  də 
vardır:  amerikan-ingilis  imperialistlərinin  əsarəti  altı-
na  düşən  Türkiyə,  İran  kimi  ölkələrdə  indi  də  bu 
zülm, ədalətsizlik, haqsızlıq hökm sürməkdədir. 
Yazıçı kəndi, bu kənddə yaşayan bir neçə nəfəri 
real  təsvir  etməklə  bizə  bir  ictimai  aləm,  ictimai 
hadisələr haqqında, bütün bir dövr haqqında təsəvvür 
vermiş olur.  
Yazıçı  mülkədarların,  bəylərin  ünvanına  açıq 
etiraz  etməsə  də,  müsbət  qəhrəmanları  tərifləyib, 
mənfi  tipləri  pisləməsə  də,  biz  əsərdə  çəkilən  real 
həyati  mənzərənin  özündən  nəticə  çıxarır,  bəy  zül-
münün vəhşiliyini aşkar görür, buna qarşı nifrət bəslə-
yirik. Bədii əsərdə həyat müasir, qabaqcıl ictimai ide-
yalar  cəbhəsindən  təsvir  edilib,  ictimai  münasibətlər 
düzgün  göstərilərsə,  yazıçının  əlavə  izaha,  publisist 
hökmlər verməyə ehtiyacı qalmaz. 
Ədəbiyyat və incəsənətin başqa idrak vasitələrin-
dən spesifikliyi,  yaxud özünəməxsusluğu, hər şeydən 
əvvəl,  həyatı,  varlığı  bədii  lövhələr,  obrazlar  vasitəsi 
ilə  əks  etdirməsindədir.  Sənətin  digər  növlərindən 
fərqli  olaraq  bədii  ədəbiyyatda  obraz  və  obrazlılıq 
sözlərlə  ifadə  olunur,  sözlərlə  yaranır.  Söz  sənətində 


 

obrazlılıq deyəndə biz, fikrin daha təsirli, daha aydın 
və konkret, gözəl və ifadəli deyilişini nəzərdə tuturuq. 
 
Cırır köynəyini bürküdən aran... 
Bakının dərdi var, Bakı xəstədir. (S. Vurğun) 
 
Bu misraların hər biri öz-özlüyündə bədii obraz-
dır. Bunlarda müəyyən bir fikir son dərəcə dolğun və 
poetik tərzdə ifadə olunmuşdur. Bu, obraz anlayışının 
qismən  dar  məna  ifadə  edən  şəklidir.  Çünki  burada 
obrazlılığın  yalnız  dilə  aid  olan  cəhətləri  əhatə  olun-
muşdur.  Adi  danışıq  zamanı  belə,  biz  tez-tez  bu  cür 
obrazlı  ifadələr,  cümlələr  işlədirik.  Məsələn,  «Qələm 
ilə dolanıram». Lakin obrazın bir geniş mənası da var-
dır ki, bu zaman o təkcə dilə, sözə aid cəhətləri deyil, 
ədəbi yaradıcılığın bütün sahələrini əhatə edə bilər. 
Bu  mənada  obraz  təxəyyülün  köməyi  ilə  yara-
nan,  müəyyən  estetik  əhəmiyyətə  malik  olan,  insan 
həyatının  konkret,  eyni  zamanda  ümumiləşdirilmiş 
lövhəsidir. 
Bədii  obraz  ədəbiyyatın  əsas  məsələlərindəndir. 
O, bədii  yaradıcılığın mahiyyətini, onun spesifikasını 
göstərən meyardır.  
Məntiqi təfəkkürdə olduğu kimi bədii təfəkkürdə 
də həyat həqiqətləri bir sıra xüsusiyyətlərdən təmizlə-
nərək,  təcrid  edilərək  təsəvvürə  gətirilir  və  yalnız  bu 
yolla həmin real varlığı aydın və hərtərəfli dərk etmək 
mümkün olur. 
Belinski demişdir ki, «Yazıçı bədii təfəkkür pro-
sesində bir filosofa çevrilir». O, həyatda gördüyü, rast 
gəldiyi, çox zaman yaxın təmas və münasibətdə oldu-


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə