Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə20/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   16   17   18   19   20   21   22   23   ...   74

 
80 
həm  məzmun,  həm  də  forma  mənasında  bütün  kom-
ponentlərinin daxili vəhdətidir. 
Qədim  yunan  filosofları,  estetləri  bu  məsələyə 
xüsusi diqqət yetirmişlər. Məsələn, bunu Pifaqorçular 
«uyğun  gəlməyənin  uyğunluğu»  adlandırır.  Heraklit 
isə ona «əksliklərin vəhdəti» kimi baxmış, onların da-
xili vəhdətini izləmişdir. 
Antik dövrün ən böyük filosofu - «hər şeyi əhatə 
edən zəka» Aristotel harmoniyanı gözəlliyin əsas əla-
mətlərindən  saymışdır.  Azərbaycan  alimlərindən 
M.F.Axundov, F.B.Köçərli, Seyid Hüseyn, N.Nərima-
nov da bu məsələyə öz nəzəri-tənqidi əsərlərində çox 
geniş yer vermişlər. Bütün bunların fikir və mülahizə-
ləri  bir  nöqtədə  –  harmoniyanın  mənbəyinin  müəy-
yənləşdirilməsində  birləşirlər  ki,  bu  da  həmin 
məfhumun  bilavasitə  həyatın  özündə  axtarılmasıdır. 
Çernışevski  də  bu  fikirdə  olmuşdur:  Əgər  gözəllik 
həyatsa  -  (N.Q.Çernışevski)  deməli,  harmoniya  da 
həyatdan gəlməlidir. 
Buna  həm  öz  milli,  doğma  ədəbiyyatımızdan, 
həm  də  dünya  ədəbiyyatından  çoxlu  misallar  gətirə 
bilərik.  Ümumiyyətlə,  romanda  kamillik,  forma  və 
mənanın  vəhdəti,  sintezi  varsa,  orada  harmoniya  da 
vardır, harada həyat var, orada poeziya da vardır. 
Romanda  xarakteristika  və  xarakterin  xırda 
detallar  hesabına  rəsmi  məsələsi  də  tipiklik,  şəraitin 
və  surətin  tipikliyi,  milli  və  yerli  kolorit  məsələsi  ilə 
yaxından bağlı problemdir. 
Deməli,  həyatın  kamil  poetik  ifadəsi  bədiiliyin, 
sənətin  mükəmməllik  meyarıdır.  Burada  ən  prozaik 
predmet  belə  yeni  şəkildə  sözün  ecazkar  qüvvəsi  ilə, 


 
81 
tamam  yeni  şəkildə,  bədiilik  və  gözəlliyin  qanunları 
ilə  şərtləndirilir.  Məsələn,  Dostoyevskinin  «Cinayət 
və cəza» əsərində adi terminlər, anlamlar, məfhumlar 
belə  yeni  məna  və  funksional  çalarlar  kəsb  edir.  Bu 
terminlərin  hüquqi  mənaları  yox,  onların  bədii 
emosional,  bədii-hissi  dərki,  izahı  ön  plana  çəkilir. 
Dostoyevskinin  özü  də  deyir  ki,  bədiilik  ədibin, 
yazıçının  yaxşı  yazmaq  bacarığıdır.  Dobrolyubov 
göstərir  ki,  bizim  üçün  o  mühüm  deyildir  ki,  müəllif 
demək istəmişdir, o mühümdür ki, o necə demişdir
həm  də  qəsdən  deyil,  həyat  faktlarının  sadəcə  olaraq 
düzgün əks etdirilməsinin nəticəsi kimi demişdir. 
Ümumiyyətlə  isə  bədiiliyin  dörd  vacib  şərti 
bunlardır:  sənətin  inkişaf  tarixi:  sənətin,  xalqın  tarixi 
təcrübəsinin,  psixi  həyat  tərzinin,  ənənələrinin, 
spesifikasının, milli xüsusiyyətlərinin əks etdirilməsi; 
sənətkarın  dünyagörüşü,  yaradıcılıq  metodu,  bədii 
xəyalı, təfəkkür tərzi və s. 
Əvvəlcə,  sənətkarın  seçdiyi  növ  və  janrdan  da 
çox  şey  asılıdır.  Roman,  epopeya,  epos  sözlərinin 
mahiyyyətində  bir  monumentallıqla  (latınca-  abidə, 
heykəl,  əzəmət)  da  qarşılaşırıq.  Monumentallıq 
anlayışında  böyüklük,  ənginlik,  vüqar  və  əzəmət, 
ideyaların  vüsət  və  miqyası,  əhatə  dairəsi,  forma 
bütövlüyü,  məna-məzmun  ciddiliyi,  demək  olar  ki, 
tamamilə  ehtiva  oluna  bilər.  Bütün  bunlar  isə  öz 
növbəsində bədii təsvir vasitələrinin bədii imkanlarını 
genişləndirmiş  olur.  Ona  görə  də  roman  sahəsində 
dilogiyalar,  trilogiyalar,  tetralogiyalar  və  s.  yarana 
bilir. M.S.Ordubadinin «Dumanlı Təbriz», «Qılınc və 
qələm»,  S.Rəhimovun  «Şamo»,  «Saçlı»,  «Ağbulaq 


 
82 
dağlarında»,  «Ana  abidəsi»,  M.Hüseynin  «Səhər», 
«Abşeron»,  «Qara  daşlar»,  «Yeraltı  çaylar  dənizə 
axır»,  M.İbrahimovun  «Pərvanə»,  İ.Şıxlının  «Dəli 
Kür», «Ölən dünyam» və s.buna misal gətirmək olar. 
Lakin  bu  və  ya  digər  çoxcildli  romanlar 
silsiləsində  də  əndazə  və  simmetriyanı  gözləmək 
gərəkdir. 
Ümumiyyətlə, bədii əsərin poetikasında, xüsusilə 
bədii  təsvir  vasitələri  sırasında  mövzu-temanın  (ital.- 
əsas fikir) - əsərdə qoyulan əsas materialların, məsələ 
və  problemlərin  məcmusu,  toplusu  kimi  çox  böyük 
əhəmiyyəti vardır, bəlkə də bədii yaradıcılığın mühüm 
bir momentidir. Çünki mövzu və ideya əsərdə bir-biri-
ni  tamamlayaraq  onun  novatorluq  və  ənənə  prinsip-
lərini  müəyyən  edir  və  bütövlükdə  sənətin  bütün 
növlərində  iştirak  edir.  Novatorluq  və  ənənə  də  çox 
mürəkkəb və ziqzaqlı anlayışdır. 
Bəzilərinin  dediyi  kimi,  novatorluq  ənənəni  in-
kar  etmir,  əksinə  onun  ən  yaxşı  xüsusiyyətlərindən 
istifadə edərək yeni, təzə, orijinal məzmunun daha ka-
mil və təsirli,  yenilikçilik ruhunda həyata keçirilməsi 
deməkdir;  çoxları  bunu  yalnız  formal  cəhətlərə,  dil 
sahəsinə aid edirlər. Məsələn, guya Rəsul Rzanın no-
vatorluğu  yalnız onun «şeir», «kəlmə», «ifadə»  yara-
dıcılığına şamil edilməlidir. 
Bədii təsvir vasitələri silsiləsində onun mahiyyət 
və  təsvirində  hər  bir  nəzəri  və  praktiki  anlayışın  da 
müəyyən  yeri  və  əhəmiyyəti  vardır.  Məsələn, 
arimitivizmin  (ibtidai)  müasir  mənası  mənfi  olsa  da, 
onun da müəyyən məna və poetik funksiyaları vardır. 
Belə  ki,  primitivizmin  əsas  mənası  latınca  ilkin,  ən 


 
83 
qədim,  ən  birinci  deməkdir.  XIX-XX  əsrin  böyük 
rəssamları  Oraqon, Pikasso,  Leje, Pivere  bundan  çox 
faydalanmışlar.  Deməli,  primitivlik,  sadəlik,  təbiilik, 
aydınlıq  sənətdə  arzu  olunan  bir  keyfiyyətdir.  Başqa 
sözlə desək, sənət əgər insana həyatı dərk etmək üçün 
bir  şey  verirsə,  bu  məqbul  keyfiyyətdir.  Çernışevski-
nin dediyi kimi, bütün bu şərti əməllər boz və mənasız 
məqsədlə  olub  qalmaq  istəmirsə,  insana  qulluq 
etməlidir. Bu o deməkdir ki, sənət yalnız zövq vermir, 
əyləndirmir,  o,  eyni  zamanda  insanlara  həyatı  idrak 
vasitəsi  olmalıdır.  Sənət  həyatı  öyrətmirsə,  beləliklə 
də,  insanın  ağlını,  ruhunu,  düşüncəsini  hərəkətə 
gətirmirsə, deməli, onda nə isə çatışmır. 
2002 
 
 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə