Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə15/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   11   12   13   14   15   16   17   18   ...   74

 
60 
 
 
ASİF ATA FİLOSOF TƏNQİDÇİ KİMİ 
 
Qədim  yunan  filosofu Platon, Aristotel və  digər 
filosof  tənqidçilərdən  sonra  da  bir  çox,  ədəbi  tənqidi 
fəlsəfə  ilə  birləşdirən,  ədəbi-bədii  təhlildə  fəlsəfəyə 
üstünlük  verən,  analitik  erudisiyası  ilə  seçilən 
tənqidçilər yaşayıb-yaratmışdır. 
Gerçəkliyin dərki olan ədəbi tənqid sənət əsərini 
dövrə, zamana münasibətdə alıb təhlil edirsə, sənət və 
ədəbiyyat  faktını  dərindən  mənalandıra  bilirsə,  bu, 
fəlsəfi tənqidə aparan yoldur. Dünya miqyasında ədə-
bi-estetik  görüşlərində  daha  çox  fəlsəfəyə  əsaslanan 
tənqidçilər nəsli yetişmiş və onların adları hamıya mə-
lumdur. Bu mənada Asif Ata sənəti bizim ədəbi-bədii 
tənqiddə hadisə olmuşdur. Onun tənqidi məhz fəlsəfi-
bədii tənqid idi. 
Asif Ata öz tənqidinin mahiyyəti haqda yazmış-
dır: «Mənim əsas məqsədim o oldu ki, ədəbiyyatı va-
sitəyə  çevirmək,  ədəbiyyat  vasitəsilə  dünyanın,  hə-
yatın  böyük  fəlsəfi  problemini  həll  eləmək...  Yəni, 
əgər filosoflar, yəni adi filosoflar öz fikirlərini təsdiq 
etmək  üçün  həyata  müraciət  eləyirlərsə,  burada  sən 
həyatdan  artıq  olana  –  ədəbiyyata  müraciət  eləyirsən 
və burada filosofluq üçün təzə fikirlər açılır...»
1

A.Atanın  dövri  mətbuat  səhifələrində  imzası 
görünən  kimi  onun  özünün  oxucu  auditoriyası  da 
                                                 
1
 Asif Ata. Ədəbiyyat – əbədiyyət sözü ilə həmahəngdir. «Yol» qəzeti, 
7 may 1993 


 
61 
yaranmağa  başladı.  Xatırlayıram  ki,  stereotipdən 
uzaq, dərin, düşündürücü məqalələri necə də əldən-ələ 
gəzir,  hamı  tərəfindən  sevilə-sevilə  oxunurdu.  Hətta 
70-ci illərdə ərəb ölkələrində və digər yerlərdə işləyən 
azərbaycanlı  ziyalılar  Bakının  müvafiq kitabxanaları-
na və müxtəlif şəxslərə müraciət edərək həmin yazıla-
rı necə həsrətlə, həvəslə əldə etməyə çalışırdılar. Çün-
ki,  onun  tənqidi  quru,  sxematik,  bədii  əsərin  «elmi 
dilə  tərcüməsi»  deyildi.  Bədii  əsərdə  ifadə  olunmuş 
problemin həqiqi filosof-tənqidçi gözü ilə şərhi, anali-
tik təhlili idi. Bu tənqid həm də lirik, emosional, fəlsə-
fi ruhda olduğundan onun özü də pafos, şeiriyyət ya-
radırdı  və  bu  işdə  heç  də  yazıçıdan  az  rol  oynamırdı. 
Onun tənqidində də idrakla hissiyyatın, ağılla emosi-
yanın  sağlam  məntiqlə  romantik,  ehtiraslı  harmonik 
qurulmuş  bir  vəhdətini  görürük.  A.Ata  orta,  miyan 
ədəbiyyatı əsla bəyənmirdi, hər şeyin əslini və əlasını 
axtarırdı.  O,  böyük  sənət  uğrunda  çarpışır,  xırda, 
zövqsüz  yazılardan  kənar  dururdu.  Tənqidçi-filosof 
bədii  materiala  söykənərək,  onu bir bəhanə  kimi ala-
raq, öz orijinal, cazibədar, düşündürücü fikir və müla-
hizələrini  müvafiq  model  və  fəlsəfi  biçimdə,  estetik 
kateqoriyalar vasitəsilə söyləməyi bacarırdı. Biz onun 
klassik  və  müasir  ədəbiyyatımızın,  incəsənətimizin, 
musiqimizin  təhlilinə  qlobal  dünya  kontekstində  ya-
naşdığının şahidiyik. 
A.Atanın  tənqidi  əsərlərində  bir  qayda  olaraq, 
həmişə özünün  ideya-estetik sanbalı, ədəbi-bədii təh-
lilin  intellektuallığı,  estetik  fikrin  yüksək  pafosu  ilə 
seçilən,  son  dərəcə  vacib  problemləri  qaldırılır  və 


 
62 
onların  bənzərsiz  təhlili  verilir,  böyük  elmi-nəzəri 
ümumiləşdirilmələr aparılır. 
Asif Atanın tənqidində, bədii əsərə, onun əks et-
dirdiyi həyat materialına arifanə bir baxış, dərinə get-
mək meyli mövcud idi. Xalq şairi Cabir Novruz onun 
mahiyyətini düzgün dərk edərək  yazırdı ki, onun tən-
qidinin məziyyətlərindən biri ondadır ki, məqalələrin-
də dəst-xətt özünəməxsusluğu, manera  yeniliyi, pole-
mika  mədəniyyəti  var.  O,  bir  tənqidçi  kimi  oxucunu 
həm düşündürür, həm də həyəcanlandırır. Asifdə oxu-
cunu inandırmaq, təsiri altına salmaq, özünə həmfikir 
etmək bacarığı var. Onda sanki şeirlə, poeziya ilə qar-
şılaşırsan. Onda təhlil ilə şairanəlik vəhdətdədir. Tən-
qidçilərdən biri çox doğru olaraq yazır ki, «Bizdə bəzi 
ehtiraslı  tənqidi  subyektiv,  cılız,  rasional  tənqidi  ob-
yektiv sayırlar. Əslində isə ehtiraslı tənqidetmə  – bü-
tün varlığı ilə sevmək, yanmaq, qəlpələnmək demək-
dir. Soyuq tənqid –ölü tənqiddir. Ehtiraslı tənqid qəm-
dir,  sevincdir,  heyrətdir,  həsrətdir,  hiddətdir,  vəcd-
dir».
1
 
Asif Atanın tənqidinin dərinliyi, fəlsəfiliyi sadə-
cə olaraq onun məqalə və resenziyalarının ötəri sada-
lanmasından,  adların  məzmunundan  da  dərhal  görü-
nür: 
«Yerdəkilərin göy həsrəti», «Gerçəkliyi ötmək», 
«Haray  inamı»,  «Xəyal  gerçəkliyi»,  «Füzuliliyimiz-
Aşiqliyimiz»,  «Tilsim»,  «Çənlibel»,  «Ölməmək  dər-
                                                 
1
 Bəkirov Z. İnam və zəka narahatlığı. «Azərbaycan müəllimi», 7 
noyabr 1977 


 
63 
di», «Komediya faciəsi», «Qəhrəmanlıq ülviyyəti» və 
s. və i.a. 
A.Atanın tənqidi məqalələri bir sıra bədii hadisə-
ləri  ümumiləşdirmə  yolu  ilə  müşayiət  olunurdu.  Mə-
sələn:  «Sənət»,  «Ədəbiyyat  və  bədii  tənqid»,  «Lirik 
qəhrəman  və  zəmanə»,  «Nikbinlik»,  «İnam  yönü», 
«Dairələr»  və  digər  əsərləri  özlərinin  konseptuallığı, 
orijinallığı, elmi-nəzəri konsepsiyası, əhatə dairəsi ilə 
seçilir.  Ona  görə  də  onun  hər  məqaləsi,  hər  kitabı 
Azərbaycanın  ən  görkəmli  tənqidçi  və  filosoflarının 
diqqətini  çəkmişdi.  Onun  monoqrafiyaları,  məqalə 
topluları  da  belədir:  «Müdriklik  səlahiyyəti»  (Bakı, 
1976),  «İnam  və  şübhə»  (Bakı,  1988).  Bunların  da 
haqqında məqalə və resenziyalar yazılmışdır. Düzdür, 
bunlardan  bəziləri  qərəzli,  iftira  mövqeyində  duran 
yazılardır. Lakin az-çox ədəbi səriştəsi , ədəbiyyatdan 
baş çıxara bilmək bacarığı olan hər kəs onun tənqidçi-
lik, filosofluq məharətini inkar edə bilməz. 
Onun  bu  və  ya  digər  məqalə,  resenziya  və  mo-
noqrafik tədqiqatlarından müstəqil yazılarla çıxış edən 
tənqidçi,  ədib  və  şairlərdən  Yaşar  Qarayev,  Cabir 
Novruz,  İslam  Ağayev,  İsrail  Mustafayev,  Vəli  Os-
manlı,  Nazif  Ələkbərli,  Zəmanət  Bəkirov,  Ş.Hüsey-
nov  və  başqalarının  əsərlərində  bu  tənqidçi-filosofun 
yaradıcılığının əsas və aparıcı, orijinal və aktual prob-
lem və  məqamlarından ətraflı danışılmışdır.  Bunların 
bəzilərində tənqidçinin istedadını, təhlil üsulunu, qal-
dırdığı  problemlərin  müasirliyini  təqdir  etməklə,  yeri 
gəldikcə,  onunla  polemikaya,  mübahisəyə  də  yer  ve-
rilmişdir.  Məsələn:  tənqidçi  Yaşar  Qarayev  tənqidçi-
nin əsas spesifikasını dəyərləndirərək, onun «Müdrik-


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə