Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə27/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   23   24   25   26   27   28   29   30   ...   74

 
108 
konseptual  məsələlər,  həm  də  şairin  öz  fərdi 
yaradıcılığına verilən qiymət baxımından çox ibrətlidir. 
Məsələn,  «fitri  istedad  necə  olur»  sualına  hörmətli 
müəllif  belə  cavab  verir:  «Ziyalı  kütləvi  ola  bilməz. 
Alimdir, şairdir, bəstəkardır, rəssamdır, artistdir - bunlar 
fitri  istedada  malik  olan  nadir  adamlardır  və  öz  mədə-
niyyəti, yaradıcılığı, fəaliyyəti ilə bizim cəmiyyətin mə-
dəni səviyyəsini qaldırırlar... onlar hörmətli olmalıdırlar 
həmişə...  biz  öz  hərəkətlərimizlə  gərək  ziyalıların 
cəmiyyətdə hörmətini artıraq»
1
.  
Məmməd Arazın şeirləri, şübhəsiz ki, çoxdur. Am-
ma  «Dünya  sənin,  dünya  mənim...»  kimisi  yoxdur. 
Etiraf  etməliyik  ki,  bu  da  H.Əliyevin  həssaslığı,  şeiri-
sənəti  duymaq  hissiyyatı  ilə  bağlıdır.  Özü  bu  barədə 
böyük  səmimiyyətlə  deyir  ki,  Sizə  səmimi  deyirəm, 
mən həyəcansız otura bilmirdim. Hər adam belə şeylərə 
bir  cürə  reaksiya  verir.  Mən  şeirə  də,  mahnıya  da  çox 
hissiyyatlı  adamam.  O  misraları,  o  sözləri,  o  musiqini 
həyəcansız  dinləyə  bilmirdim...  Bizim  mədəniyyətimi-
zin nə qədər dərinliyi var, yüksəkliyi var! Biz nə qədər 
zənginik! Biz özümüz özümüzü çox vaxt qiymətləndirə 
bilmirik
2
.  
Burada Aşıq Alının sözlərini xatırlatmamaq olmur: 
 
Özgələrdən bizə xətər yetişməz, 
Eləməsək özümüzə özümüz. 
 
                                                 
1
 Yenə orada, s.254 
2
 Yenə orada, s.250 


 
109 
Nəticə  etibarilə  demək  istəyirik  ki,  Heydər 
Əliyevin  əsərlərini  «Qutadqu  bilik»lə  müqayisə  etmək 
olar.  Yaşar  Qarayev  yazır:  H.Əliyevin  kitabları  məhz 
«Xoşbəxtlik  haqqında  elm»  –  dünyaya  ilk  dəfə  türk 
dövlətçiliyi  haqqında  informasiya  yayan  bu  kitabla 
müqayisədə  qiymətləndirilə  bilər.  Onun  kitablarını 
«Müstəqillik  haqqında  elm»  kitabı  adlandırmaq  olar. 
Biz  isə  deyirik,  onun  ədəbiyyata  dair  kitablarını  isə 
Aristotelin  «Poetika»sı  ilə  müqayisə  etmək  olar.  Son 
olaraq  onu  da  deyək  ki,  bütün  bunlarla  yanaşı, 
H.Əliyevin ən böyük kitabı kimi «Əsrin kontraktı»nı da 
saymaq  mümkündür.  Burada  onun  əfsanəni  həqiqətə 
çevirmək istedadı bütün dünyanı lərzəyə gətirmişdir. Bu 
hipotezanın həyata keçirilməsi Günəşə, Aya, Ulduzlara 
və  digər  planetlərə  adam  göndərmək,  qalaktikanın 
sirlərini öyrənməkdən də çətin məsələ idi. Ona görə də 
dünyanın  bütün  alimləri,  iqtisadçıları,  siyasətçiləri, 
dövlət  adamları  H.Əliyevin  bu  prinsipial,  uzaqgörən 
siyasətini  əsl  qəhrəmanlıq,  fövqəladə  dahilik, 
peyğəmbərlik adlandırırlar. Onun bu əfsanəvi, şah əsəri 
«Bakı  -  Tbilisi  -  Ceyhan»  (BTC)  adlanır.  Amma  bizə 
qəribə 
gələn 
budur 
ki, 
bizim 
şairlərimiz, 
bəstəkarlarımız,  rəssamlarımız,  yazıçılarımız  indiyədək 
bu  titanik  və  ecazkar  qəhrəmanlıq  haqqında  yüksək 
səviyyəli  himnlər,  mahnılar,  dastanlar,  poemalar 
yaratmamışlar. Axı, hələ böyük M.F.Axundov demişdir 
ki, hünər sahibi haqqında qəsidə də, poema da, oda da 
yazmaq olar və lazımdır: 
 


 
110 
Şair, nə durmusan, coşsun ilhamın,  
Şırıl-şırıl axan bulaqlar kimi. 
 Hafizən, yaddaşın çatsın imdada,  
Qəlbə işıq saçan çıraqlar kimi. 
 
Könlümün telləri bülbül tək ötsün,  
Valehi olduğum simli tar kimi.  
O böyük insanın iş hünərindən, 
Şeirdən inci düz sənətkar kimi. 
 
2003 


 
111 
 
BƏDİİ ƏDƏBİYYATIN 
TƏRBİYƏVİ ROLU 
 
Ədəbiyyat, söz sənəti insanların əmək prosesində 
yaranmış və həmişə adamların ağır zəhmətini bir növ 
yüngülləşdirmək,  şüurlarda,  zəka  və  düşüncələrdə 
yeni  həyati  duyğular,  nikbin  əhvali-ruhiyyələr  oyat-
maq  vasitəsi  olmuşdur.  Lakin  zaman  keçdikcə  bədii 
söz, əmək poeziyası adamların məişətinə daha çox da-
xil olaraq öz təsir gücünün vasitəsinə çevrilir. Bundan 
sonra  bədii  söz  həyatı  dərk  etməkdə  əsas  üsullardan 
biri olub, insanların xarici aləm haqqındakı fikirlərini 
zənginləşdirir, onlara qabaqcıl ideyalar aşılayır. 
Azərbaycan ədəbiyyatı özünün tarixi inkişafı bo-
yu dünya mədəniyyəti xəzinəsinə əbədi yaşayacaq sə-
nət inciləri bəxş etmişdir. Ən qədim əfsanə  və nağıl-
larımızdan tutmuş ilk  yazılı ədəbiyyat  nümunələrinə-
dək hamısı insanların taleyi, işi, həyatı və tərbiyəsinə 
müsbət təsir göstərmişdir. 
Qədim  yunan  tarixçisi  Heredot  vasitəsi  ilə  zə-
manəmizə gəlib çatan Midiya əfsanələrində («Astiyaq 
əfsanəsi»  və  «Tomris  əfsanəsi»)  vətənpərvərlik, 
qəhrəmanlıq hissləri çox güclüdür. Xüsusilə, «Tomris 
əfsanəsi» ulu babalarımızda düşmənlərə nifrət, vətənə 
dərin  və  sonsuz  məhəbbət  hissləri  tərbiyə  edərək 
onları  yadelli  qəsbkarlara  qarşı  mübarizəyə  sövq 
etmişdir.  Əfsanədə  deyilir  ki,  Midiya  hökmdarı 
Tomris  İran  padşahı  Kirin  başını  kəsdirib  qan 
torbasına  salaraq  acı  istehzalarla  deyir:  «Mən  sənə 
döyüş  meydanında qalib gəlsəm də,  yenə  sən mənim 


 
112 
sinəmə  dağ  çəkmisən.  Sən  mənim  oğlumu  xəyanətlə 
məhv  etdin,  mən  də  sənə  and  içdim  ki,  səni  qanla 
doyuracağam.  Sağlığında  qandan  doymadın,  indi 
doyunca iç!». 
İran  mürtəcelərini  ifşa  edən  xalq  şairi  Səməd 
Vurğun  məşhur  «Yandırılan  kitablar»  şeirində  bu 
əfsanəni xatırlayaraq yazır:  
 
Bir varaqla tarixləri, utan mənim qarşımda, 
Anam Tomris kəsmədimi Keyxosrovun başını? 
 
Hələ  VII  əsrdə  yaşamış  nəğməkar  Dəvdəkin 
əsərlərindən  bizə  gəlib  çatan  ayrı-ayrı  fraqmentlər  o 
zamankı  ədəbiyyatımızın  nə  qədər  təsir  qüvvəsinə, 
tərbiyəvi  əhəmiyyətə  malik  olduğunu  göstərir. 
Dəvdəkin böyük hökmdar və sərkərdə Cavanşirin ölü-
münə yazdığı şeirlərdə xalqın öz başçısına olan dərin 
məhəbbəti  ifadə  edilməklə  bərabər,  həm  də  düş-
məndən intiqam almağa çağırış hissi hakimdir: 
 
Sənə dağ və dəniz heyrandı gerçək, 
Əmrinə tabedi ən azğın külək. 
 
XI əsrin folklor abidəsi olan «Kitabi Dədə Qor-
qud»  dastanında  azadlıq,  vətənpərvərlik,  fədakarlıq, 
dostluq, qonşuluq kimi gözəl insani münasibətlər əks 
etdirilmişdir.  Əsərdə  qadınların  da  kişilər  kimi  qoçaq 
və cəsur göstərilməsi, onların yenilməz iradə və səda-
qətə malik təsvir edilməsinin böyük tərbiyəvi əhəmiy-
yəti vardır. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə