Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə22/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   18   19   20   21   22   23   24   25   ...   74

 
88 
ailə-məişət problemindəki saflıq və sədaqət motivləri-
ni  də  özünəməxsus  bir  şəkildə  inkişaf  etdirərək  ədə-
biyyatın tərbiyəedici, fəal dəyişdirici rolunu bir an da 
olsun unutmamağın vacibliyini göstərmiş oldu. 
Böyük xalq  şairi S.Vurğun 40-cı illər dramatur-
giyasında  iki  əsas  xətti  göstərir:  C.Cabbarlı  ənənə-
lərinə  sədaqətin  təntənəsi;  məişət  və  əxlaq  pozğun-
luğu, əqidəsizlik yolu ilə «mənfilər kainatı» yaratmaq. 
Şair bu ikinci xətti səmərəsiz sayırdı. 
Bu  mənada  şair  M.İbrahimovdan  C.Cabbarlı 
yolunun  layiqli  davamçısı  kimi  bəhs  edir,  o  yazır: 
«M.İbrahimov «Məhəbbət» əsərini yazdığı zaman bizi 
bir  cəhətdən  sevindirdi  ki,  o  bu  məsələyə  daxili  bir 
zərurət  nəticəsində  toxundu,  «yeni  ailəmizi,  köhnə 
ailələrimizin  yaxşı  tradisiyaları  üzərində  qurmaq 
problemini  cəsarətlə  irəli  sürdü.  O,  həyatı  birtərəfli, 
yalnız  «pozğunlar  həyatı»  kimi  göstərmədi.  Biz  o 
əsərdə  şərəfsizlərə  qarşı,  xalqımızın  namus  və  şərəf 
səsini eşidirik, axırıncının qalib gələcəyinə inanırıq».
1
 
Mirzə  İbrahimov  sonrakı  dövrlərdə  yazdığı 
«Kəndçi  qızı»,  «Yaxşı  adam»,  «Közərən  ocaqlar», 
«Don  Juan  və  ya  bəşərin  komediyası»  adlı  dramları-
nın hər  birində  də  tamamilə  yeni, aktual bir  problem 
qaldıraraq  onun  bədii  həllinə  nail  ola  bilmişdir.  Bun-
ların arasında «Kəndçi qızı» ayrıca qeyd olunmalıdır. 
Bu  lirik  komediyanın  baş  qəhrəmanı  müsbət  surət 
olan kəndçi qızı Bənövşə sanki bir günəş kimi ətrafına 
nur çiləyərək mənfiliyi, tənbəlliyi, xırdaçılığı, tüfeyli-
liyi  öz  işığında  işıqlandırır,  onlara  qarşı  mübarizənin 
                                                 
1
 S.Vurğun. Əsərləri, V cild, Bakı, 1972, s.342 


 
89 
zəruriliyini var səsi ilə bildirir. Bənövşə, ümumiyyət-
lə,  dramaturgiyamızın  60-cı  illərdə  qazandığı  orijinal 
qadın  surətlərindən  biridir.  Bənövşənin  gülüşü  qüd-
rətli projektor işığı kimidir. Həm də ədib onu elə mə-
həbbətlə  və  ustalıqla  təsvir  etmişdir  ki,  o,  başqasına 
gülərkən özünün mənəvi üstünlüyünə arxalana bilsin. 
Dramaturq  bu  əsərdə  bir  sıra  sosial-ictimai  prob-
lemləri də cəsarətlə həll etmişdir. 
Cənub həsrəti, Cənub mövzusu Mirzə İbrahimo-
vun  yaradıcılığında  da  leytmotiv  kimi  mütəmadi 
olaraq  səslənmiş  və  bu  problemlər  üzrə  ədibin  biri 
digərindən  gizli,  rəvan  və  oxunaqlı,  ədəbiyyatımızda 
«Cənub hekayələri» adı ilə məşhur olan («Azad», «12 
dekabr»), «Tonqal başında», «İztirabın sonu», «Salam 
sənə  Rusiya»,  yenə  həmin  illərdə  yazılmış  digər 
hekayələri  də  çap  olunmuşdur.  Onların  hər  birində 
Cənubi Azərbaycanda baş verən demokratik hərəkatın 
müəyyən  mərhələsi  son  dərəcə  ustalıqla  öz  bədii 
əksini tapmışdır. Bunların hamısı üçün bir əsas ideya 
səciyyəvidir:  azadlıq  əldə  etmək  istəyirsənsə,  ölümə 
hazır ol. «Azad» hekayəsinin qəhrəmanı Azad Sükuti 
ölərkən  deyir:  «Mən  yaşamaq  üçün  ölürəm.  Ölmək 
üçün  yaşayanların  dövrü  qurtardı.  Zaman  yaşamaq 
üçün  ölməyə  hazırlaşanlarındır».  Cənub  mövzusuna 
həsr  etdiyi  başqa  əsərlər:  «Nakam  məhəbbət»,  «İran 
qızı»  əsərləri,  «Güləbətin»,  «Xosrov  Ruzbeh» 
povestləri, nəhayət, məşhur «Gələcək gün» romanı bu 
ənənəyə əsaslanır. 
Mirzə  İbrahimov Vətən müharibəsi illərində  za-
bit  sifəti  ilə  İranda  olur,  «Qarı  inam  gətirdi»  poema-
sını  və  «Əjdəroğlu»  imzası  ilə  «Nakam  məhəbbət» 


 
90 
adlı povestini  yazır, ən başlıcası isə budur ki, Cənubi 
Azərbaycan, ümumiyyətlə İran həyatını yaxından öy-
rənir və adı çəkilən romanı üçün material toplayır. 
Bildiyimiz  kimi,  Cənubi  Azərbaycan  bizim 
köhnə dərdimizdir. Şair demiş: 
 
Ayırdı bir vurğu əzəldən bizi. 
Parladı şahlarından qan rəngli tacı. 
Sıxlaşan bir duman aldı Təbrizi 
Fələk baxtımıza baxdı qıyqacı. 
 
Nə  yazıqlar  ki,  sonrakı  dərdlərimiz  də  bununla 
bağlıdır.  İtirdiyimiz  bütün  torpaqlar,  nəhayət  Qara-
bağ! Ona görə bizim bütün söz sərraflarımız bu möv-
zuda  yüksək  bədii  dəyərə  malik  əsərlər  yaratmışlar: 
M.F.Axundov,  C.Məmmədquluzadə, M.Ə.Sabir və b. 
Sonralar bu həyatın ölməz bədii salnaməsini  M.S.Or-
dubadi «Dumanlı Təbriz» epopeyasında vermişdi. Mir 
Cəlalın çox sərrast ifadə etdiyi kimi «Böyük problem-
lər romanı» – «Dumanlı Təbriz»dən sonra bu mövzu-
da yazılan ilk çoxplanlı əsər M.İbrahimovun «Gələcək 
gün» romanıdır. Məhz bundan  sonra  Ceyms Oldricin 
«Diplomat», Q.Sevunsun «Tehran», Makulunun «Sət-
tarxan»  romanları  yarandı.  Bu  əsərlərin  müəllifləri 
M.S.Ordubadi ilə yanaşı M.İbrahimovdan  da çox şey 
əxz etmişlər. 
«Gələcək gün» son dərəcə aktual, vacib bir möv-
zuda  yazılmışdı.  Ümumiyyətlə,  M.İbrahimovda  müa-
sirlik duyğusu çox güclü olmuşdur. Elə həmin roman-
dakı  hadisələrin  özünü  nəzərə  alsaq,  aydın  olar  ki, 
həyatda  baş  verən  proses  bitməmiş,  əksinə  qüvvət-


 
91 
lənmiş, alovlanmış, artan, inkişaf edən bir tərzdə əsə-
rin səhifələrinə gətirilmişdi. Romanın son dərəcə kəs-
kin  siyasi-  ictimai,  fəlsəfi  ruhu,  mündəricəsi,  ədibin 
fəal,  publisistik  müdaxilələri  də  bununla  izah  oluna 
bilər. 
Roman II dünya müharibəsi ərəfəsində və ilk ay-
larında İrandakı mürəkkəb siyasi, iqtisadi həyatı bütün 
ziddiyyətləri  ilə  əks  etdirdi.  Əsərdə  yazıçının  yüksək 
romançılıq  mədəniyyəti,  intellektual-zənginliyi,  müa-
sir  siyasi-ictimai  hadisələrdən  bir  filosof  kimi  baş 
çıxarıb böyük ümumiləşdirmələr aparmaq bacarığı ay-
dın görünür. Əsərin siyasi-ictimai, kəskin aktual pafo-
su  birdən-birə  başlanmır.  Romanın  əvvəlində  guya 
siyasətdən, əl- ayaqdan uzaq sadə, yoxsul bir ailənin – 
Musa kişinin ailəsinin təsvirini görürük. Lakin bu təs-
virin  arxasında  bir  qığılcıma  bənd  olan  siyasi-ictimai 
konfliktlər, siyasi mübarizələr, azadlıq idealları durur. 
Tədqiqatçılar  qeyd  edir  ki,  Mirzə  İbrahimov  həyatın 
axınını, təkamülü, sakit-sakit  yığışıb müəyyən nöqtə-
də yeni keyfiyyətlər yaradan kəmiyyətləri göstərməyi 
bacarır. Bu da romançı üçün ustalıqdır. 
Rus yazıçısı Konstantin Fedin əsərin ruscaya tər-
cüməsi  zamanı  ədibin  necə  əzmlə,  həvəslə  işlədiyini 
təqdir  edərək  demişdi:  «İbrahimovun  işi  yazıçılıq 
əməyinə  nümunə ola bilər». Doğrudan da,  yazıçı bü-
tün  əsərləri  kimi  bu  roman  üzərində  də  çox  böyük 
səbr və səbatla işləmiş, nəhayət, onun müasir mükəm-
məl  bədii  variantını  yaratmışdır.  Ona  görə  də  əsərin 
səhifələrindən  boylanan  Firudin,  Gülnaz,  Kürd 
Əhməd,  Musa  kişi,  Sərtib  Səlimi,  Səriyyə  xala,  fars 
qızı Xavər, Südabə, Kərim xan Azadi, Rza Qəhrəmani 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə