Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə12/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   8   9   10   11   12   13   14   15   ...   74

 
47 
yerində  qafiyə  mövcuddur.  Yerdə  qalan  7  misranın 
qafiyəsini də onlar şərtləndirmiş olur. Fikrimizi sübut 
etmək  üçün  müasir  bədii  nümunələrə  müraciət  edək: 
R. Rzada: 
 
Tava daşlar, sütunlar  
illərdən qaralmayıb.  
Tarixin keşməkeşli,  
fırtınalı günləri  
böyük sənətkarların  
əlləri ilə yaranmış  
gözəlliklər üstünə  
bir kölgə də salmayıb.  
Sənətkar qocalmayıb,  
Sənəti qocalmayıb.  
 
S.Vurğunda: 
 
Qanımız,  
Canımız, 
Bütün həyəcanımız  
Günəşin istisi ilə doludur.  
Bizi qaranlıqdan  
işığa çıxaran  
və hər zənciri qıran.  
Son məqsədin son yoludur. 
 
  I  «qaralmayıb»  qafiyəsinə  uyğun  gələn  qafiyə 
yalnız  5  misradan  sonra  verilir:  bir  kölgə  də  «solma-
yıb». 


 
48 
  II  nümunədə  isə  IV  misrada  «doludur»  sözünə 
4  misradan  sonra  «yoludur»  qafiyəsi  verilmişdir.  Əl-
bəttə, bu cür misalları digər şairlərimizin poetik irslə-
rindən də gətirmək olardı. Lakin elə bunlar da qədim 
poetik  abidənin  şeir  parçalarının  mükəmməlliyini  sü-
but üçün kifayət edər. 
 
O.Sarıvəllidən:  
 
Misir – 
Adını tarix kitablarından  
eşitdiyim qədim bir ölkə!  
Misir, 
Mən uşaqkən sənə: 
 «Əkin əkən, biçən,  
ov ovlayan, 
Başlarına bir parça çit,  
Bellərinə 
Fitəyə bənzər bir əski bağlayan,  
Bədənləri büsbütün üryan,  
Yoxsul babaların yurdudur» 
demişdim bəlkə,  
Misir – 
Adını tarix kitablarından  
eşitdiyim qədim bir ölkə... 
 
Əli Kərimdən: 
 
Uşaq da doğuldu  
Bomba üstündə.  
Gəlinin ayağı altına atılan  
Dəmir – bomba.  


 
49 
Bomba  – uşağın beşiyi.  
Ölüm – dayəsi. 
Səadətdən qorumaq istəyib uşağı 
O, çəkir keşiyi. 
 
Bir qədər diqqətlə yanaşsaq, bu misallarda da ey-
ni mənzərənin şahidi oluruq. Belə ki, 1 misalda təkcə 
«Misir»  sözündə    –  həm  də  bu  söz  misra  əvvəlində 
gəlir, – daha çox qafiyə məzmunu, yaxud alliterasiya 
funksiyası vardır, nəinki, şeirin həqiqi qafiyəsi rolun-
da çıxış edən «ölkə», «bəlkə» sözlərində! 
Anoloji  sözləri  Ə.Kərimdən  gətirdiyimiz  iqtibas 
haqqında da demək mümkündür. 
Bütün bunlarla demək istəyirik ki, bu möhtəşəm 
dastanda  şeirin  nəsrlə  növbələşməsi  tamamilə  təbii, 
məntiqi  bir  qanunauyğunluq  kimi  dərk  edilməli  və 
onunla  həssaslıqla  davranılmalıdır.  Çünki  həmin  şeir 
nümunələrində  elə  ağıl,  idrak,  fəlsəfi  düşüncə  vardır 
ki, biz bəzən onun kamillik və professionallığı qarşı-
sında heyrətə gəlirik. Misraların önündə və ya sonun-
da verilən alliterasiyalar, poetik vurğular, təkrirlər, bə-
dii nida, sual, bənzətmə, istiarə, epitetlər, təzadlar, bə-
zən təmtəraqlı, üsyankar, marş səciyyəli, qələbə təntə-
nəli deyimlər, bəzən də ana laylasını xatırladan xəfif, 
lətif, süsləyici, məstedici, xumarlandırıcı səhər mehini 
xatırladan nəvazişkar pıçıltılar hər şeyi əvəz edir; qa-
fiyəni də, vəzni də, ölçünü də, bölgünü də, misraların 
uzunluğunu  da,  qısalığını  da!  Biz  yalnız  bütöv,  sim-
metrik, təsirli, müəyyən bir söz abidəsini seyr etməli, 
duymalı, yaşamalı oluruq. 
1999 


 
50 
 
SƏMƏD VURĞUN VƏ «KİTABİ – DƏDƏ 
QORQUD» DASTANI 
 
Xalq  şairi  Səməd  Vurğunun  estetikasında  sənət 
və ədəbiyyatın bir sıra əsas və başlıca problemləri ba-
rədə  elmi-nəzəri  yazıları,  habelə  sistemli,  orijinal 
tədqiqatları vardır. Həmin  silsilədən olan  araşdırma-
lar sırasında, həm də folklorun ideya-estetik mahiyyə-
ti, növ, janr və forma xüsusiyyətlərinə dair xeyli, kon-
septual  səciyyə  daşıyan  məqalələri  ədəbiyyatşünaslıq 
elmimizin kordinal və qlobal istiqamətlərini tədqiq et-
mək  baxımından  xeyli  material  verir.  Şairin  folklora 
dair  yazdığı  əsərlərində  nağıl,  əfsanə,  bayatı,  atalar 
sözü və məsəllər, lətifələr, aşıq şeirinin bütün şəkilləri 
ilə  yanaşı  dastan  janrının  məzmun-mündəricə  xüsu-
siyyətləri və dastan poetikasının bəzi problemləri, mə-
həbbət  və  qəhrəmanlıq  dastanlarının  əsas  sərhədləri 
və  digər  məsələlər  bu  gün  də  aktual  səslənir.  Bu  cür 
vacib məsələlərdən biri də böyük şairin ən qədim das-
tanlarımızdan olan, dünya miqyasında on üç əsrlik yu-
bileyinə  hazırlaşdığımız  «Kitabi-Dədə  Qorqud»  das-
tanıdır. Bu möcüzəli və qədim sənət abidəsi şairi öm-
rü boyu düşündürmüş və vaxtaşırı olsa da, istər bədii, 
istərsə də elmi-nəzəri əsərlərində ondan söhbət açmış, 
yaradıcılığında ondan bol-bol faydalanmışdır. 
Şair  «Gələcəyin  toy-bayramı»  adlı  şeirində  ulu 
Qorqudu xatırlayır və  onun həmişəyaşar sənətinin bi-
zim  zəmanəmizdə  də  elin  köməyinə  gəldiyini  qeyd 
edərək  yazır  ki,  aşıq-ozan  xalqın  toyunda,  bayramın-
da,  xoş günlərində,  qəhrəmanlıq  məqamlarında,  çətin 


 
51 
anlarında  qopuzunu  –  telli  sazını  dilləndirir;  xalqa 
ümid, səbr, gələcəyə inam hissi aşılayır: 
 
Alqış səbri tükənməyən ağbirçəkli analara!  
Vətən mülkü məhəbbətlə çıxacaqdır ilk bahara. 
O baharın hər məclisi qurulacaq ürəklərdən, 
Gəlin kimi tac qoyacaq öz başına çiçəklərdən. 
Alqış bizim getdiyimiz bu dediyim gələcəyə!.. 
Bizim Odlar ölkəsi də mahnısını deyə-deyə 
Oz şeirinin nəfəsi ilə yaşayacaq o zamanda
Dədə Qorqud dediyimiz min bir yaşlı bir ozan da. 
Qoca vaxtı öz sazını sinəsinə basacaqdır,  
Bütün xalqlar və tayfalar ona qulaq asacaqdır.  
O açacaq dəniz kimi tükənməyən ağılını,  
Söyləyəcək öz yurdunun qəhrəmanlıq nağılını.  
O, məclisə can verəcək ayın, günün camalı ilə,  
Azərbaycan torpağının dərya boyda kamalı ilə
1

 
Onu  da  deyək  ki,  şeir  qanlı-qadalı  müharibə 
günlərində -1943-cü ildə qələmə alınmışdır. 
Səməd  Vurğun  aşıq  şeirinin,  aşıq  sənətinin  çox 
qədim tarixə malik olduğunu qeyd edərək özünün həm 
nəzəri,  həm  də  bədii  əsərlərində  tez-tez  «ozan»  adını 
çəkir.  Dədə  Qorqudu  isə  bu  ozanların  ən  ulusu,  ən 
böyüyü hesab edirdi. 
O  da  bu  qədim  dastanın  tədqiqatçılarının  fikir  və 
mülahizələrinə  qoşularaq,  Dədə  Qorqudu  həmin 
dastanın yaradıcısı hesab edirdi. Bu xüsusiyyəti dastanın 
öz materialından da aydın şəkildə görmək mümkündür. 
                                                 
1
 S.Vurğun. Əsərləri, II с., Bakı, 1960, s.166 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə