Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə23/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   19   20   21   22   23   24   25   26   ...   74

 
92 
və  s. kimi  müsbət planda  verilmiş surətlər  qalereyası 
bizi  heyrətləndirir.  Mirzə  İbrahimov  istər  müsbət, 
istərsə  də  mənfi  obrazların  siyasi-ictimai,  sosial 
fəaliyyətlərinin  miqyaslı,  epik  təsviri  zamanı  öz 
simpatiya  və  antipatiyasını  gizlətmir,  əksinə  ədibin 
tendensiyası aydın görünür. 
İndi  bu  monumental  bədii  əsər,  demək  olar  ki, 
bütün  planeti  oymaq-  oymaq  dolaşaraq  həm  öz 
müəllifinə,  həm  də  bizim  müasir  romançılığımıza 
böyük şöhrət gətirmişdir. 
Görkəmli  yazıçımız  1957-ci  ildə  qələmə  aldığı 
«Böyük  dayaq»  adlı  müasir  mövzuya  həsr  olunmuş 
romanında  böyük  arxa,  böyük  dayaq  olan  xalqdan, 
kütlələrdən  aralı  düşməyin  faciəsini  qələmə  almışdır. 
Bizcə Rüstəm kişi ədəbiyyatımız üçün tamamilə təzə, 
orijinal bir xarakter oldu. Belə ki, hadisələrə, zamana 
ayıq  gözlə  baxan  ədib  Rüstəm  kişini  bəzi  əsərlərdə 
olduğu  kimi  hazır,  ideal,  necə  deyərlər,  aydan-arı, 
sudan  duru  verməmiş,  onun  öz  qüvvəsinə  həddindən 
çox  güvənərək,  xalqdan  aralanmasını,  istinad  nöqtə-
sini  itirməsini  və  beləliklə  onun  tragizmini  qələmə 
almışdır.  Rüstəm  kişi  çox  keşməkeşlərdən  keçərək 
həqiqəti  dərk  edir.  Cəsarətlə  demək  lazımdır  ki,  bu 
romanda Mirzə İbrahimov bədii sənətkarlığın yeni bir 
zirvəsinə  qalxmış,  insanların  ruhi,  daxili  aləmlərinə, 
psixologiyasına  daha  dərindən  nüfuz  edərək  alt 
qatları,  dərin  layları  göstərə  bilmişdir.  Bu  baxımdan 
Rüstəm  kişinin,  Səkinə  arvadın,  Qaraşın,  Mayanın, 
Pərşanın və s. mənəvi, məxfi dünyasının təsvirləri çox 
xarakterikdir.  Mirzə  müəllim  bu  əsərində  də  antipod-
lara,  el  malına  xor  baxanlara,  simasızlara,  yaltaqlara 


 
93 
qarşı  öz  kəskin  tendensiyalı  münasibətini  bildirərək 
Yastı  Salman,  Yarməmməd,  Lal  Hüseyn,  Naznaz  və 
başqa  mənfi  xarakterlər  yaratmağa  müvəffəq  olmuş-
dur. 
Ədib  «Pərvanə» epopeyasında isə inqilabi-tarixi 
mövzunu  işləmiş,  Azərbaycanın  tam  ikiəsrlik  həya-
tının geniş panoramını yaratmağa müvəffəq olmuşdur. 
Bu  roman  bizi  hər  şeydən  əvvəl  hadisələrin  miqyası, 
zamanın,  dövrün  vüsətli  əksi,  genişlik,  üfüqlərdən-
üfüqlərə  uzanan  böyük  sənətkar  xəyalının  monu-
mentallığı, XIX  və  XX əsr  Azərbaycanının  bir vahid 
kimi  təsəvvür  edilərək  bütöv,  dolğun  təsviri,  insan 
xarakterlərinin,  tarixi  hadisələrin  zənginliyi  baxımın-
dan mütəəssir edir. Əsəri oxuyarkən tarixə ədibin ge-
niş, əhatəli,  həm  də  müasir baxışı bizi heyrətləndirir. 
Onu  da  qeyd  edək  ki,  trilogiya  şəklində  düşünülmüş 
əsərin  hələlik  yalnız  birinci  kitabı  çap  olunmuşdur. 
Əfsuslar ki, onu tamamlamağa ömür vəfa etmədi. 
Mirzə  İbrahimov  ədəbi  fəaliyyətilə  yanaşı,  həm 
də elmi-nəzəri işlə elə yaradıcılığının ilk dövrlərindən 
məşğul olmuş və hər iki sahəni paralel şəkildə davam 
etdirmişdir. O, 1935-37-ci illərdə SSRİ EA Leninqrad 
Şərqşünaslıq İnstitutunun aspiranturasında oxumuş və 
C.Məmmədquluzadəyə  həsr  olunmuş  namizədlik 
dissertasiyası  müdafiə  edərək  onu  1939-cu  ildə  «Bö-
yük  demokrat»  adı  ilə  monoqrafiya  şəklində  çapdan 
buraxmış  və  böyük  ədibin  zəngin  irsinin  öyrənilmə-
sində ilk uğurlu elmi addım atmışdır. Onun «Həyat və 
ədəbiyyat»,  «Xəlqilik  və  realizm  cəbhəsindən», 
«Gözəlliyin  qanunları  ilə»,  «Aşıq  poeziyasında  rea-
lizm», «Ədəbi qeydlər» və s. monoqrafiyaları, tənqid 


 
94 
və ədəbiyyatşünaslıq elmimizi zənginləşdirən əsərlər-
dir. 
Mirzə  İbrahimov  elmi-nəzəri  fəaliyyətində  heç 
bir  məhdudiyyət,  çərçivə  tanımır.  O,  Azərbaycan 
ədəbiyyatının  ən  qədim  dövrlərindən  tutmuş  müasir 
klassiklərinə  qədər  hər  biri  haqqında,  hətta  ilk  əsəri, 
yaxud şeirlər, hekayələr kitabı, təzəcə çıxanlar barədə 
də  ürək  sözlərini  deyir,  elmi  ümumiləşdirmələrə 
əsaslanaraq  fıkir  yürüdür.  Sonuncu  elmi  əsərlərində 
də  alovlu,  hərarətli  bir  nəfəs,  emosiya,  hiss-həyəcan 
doğuran ifadə tərzi hakimdir. O nədən yazırsa-yazsın, 
ürəkdən,  könüldən,  duyğularından  keçirərək  qələmə 
alır.  Onun  publisistikası  obrazlı,  yaxşı  mənada 
patetika, sairanə bir publisistikadır. 
Mirzə İbrahimov ədəbi gəncliyin dostu, xeyirxa-
hı və ustadıdır. Zəngin mütaliəyə malik olan ədib əli-
nə yeni qələm alan gənclərin sənət uğurlarına sevinir, 
onlara  qayğı  göstərir,  yaradıcılıqlarını  düzgün  istiqa-
mətləndirir. İftixarla demək lazımdır ki, 30-cu illərdən 
bəri  bədii  ədəbiyyat,  yaxud  ədəbiyyatşünaslıq,  ədəbi 
tənqid  sahəsinə  qədəm  qoyan  bütün  nəsillərin  hamı-
sında  Mirzə  müəllimin  haqq-sayı,  mənəvi,  ədəbi  ata-
lıq qayğısı vardır. 
Mirzə İbrahimov Azərbaycan ədəbiyyatının kəh-
kəşanında  işıq  saçan  ulduzlardan  biridir.  Ədib  yaşa-
saydı, indi 90 illiyini özünün iştirakı ilə qeyd edərdik. 
Lakin  yaş  hər  şey  üçün  ölçü  vahidi  ola  bilməz. 
Ulduzlar yaşıyla yox, işığıyla tanınar. 
 
2003 


 
95 
 
HEYDƏR ƏLİYEV  
VƏ  ƏDƏBİYYAT MƏSƏLƏLƏRİ 
 
Son dərəcə fenomenal bir şəxsiyyət olan Heydər 
Əliyev insan zəkasının elə bir sahəsi yoxdur ki, orada 
hökmən bir səlahiyyətli, professional, həmin, nisbətən 
dar  ixtisasın  gözəl  bir  mütəxəssisi,  bilicisi,  sərrafı 
kimi  fəaliyyət  göstərməsin;  istər  siyasət,  istər  iqtisa-
diyyat,  istər  fəlsəfə,  tarix,  dil,  ədəbiyyat,  memarlıq, 
sənət  və  incəsənət,  mədəniyyət və  s.  Ona  görə  də  H. 
Əliyevdən  danışmaq  bu  sahələrin  hər  birinin  canlı 
klassikindən 
danışmaq 
deməkdir. 
Biz 
bu 
məruzəmizdə,  əsasən,  H.  Əliyevin  bu  əsərinə  istinad 
edəcəyik.
1
  
Biz  onun  keçdiyi  həyat  yolunu  ötəri  də  olsa 
nəzərimizdə  canlandırsaq,  bir  neçə  komponent  üzrə 
tam  bütöv,  ecazkar  portretini  canlı  və  müəzzəm 
şəkildə  gözlərimiz  önünə  gətirə  bilərik.  Bu  nadir 
şəxsiyyətin  işi,  əməli,  dünyagörüşü  heç  vaxt 
konyukturaya  sığışmamış,  heç  vaxt  ötəri,  keçəri 
olmamışdır.  H.Əliyev  zamanın  hakim  sosial-siyasi 
axarı,  çeşidli  ideya  stereotipləri,  lokal,  yaxud  qlobal 
vəzifə  səlahiyyəti  çərçivələri  daxilində  də  bir  sabit 
məsləkə  –  mahiyyətə,  alt  qatla  həmişə  əbədi  milli-
mənəvi  ideala,  Azərbaycanın  dövlətçilik  tarixində 
suverenliyi,  müstəqilliyi  təmin  edən  dəyərlərə  sadiq 
qalmağa  yollar  tapa  bilir.  Ona  görə  də  alimlər 
                                                 
1
 H. Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı, Bakı, 1999 (Qeyd: 
bundan sonra gətirilən sitatların yalnız səhifəsi göstəriləcəkdir). 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə