Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə14/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   10   11   12   13   14   15   16   17   ...   74

 
56 
Şair müxtəsər və yığcam şəkildə az qala dastanın 
bütün  boylarının  ideya-estetik  məzmununu,  onlarda 
təsvir olunan  ulu babalarımızın  həyat tərzini,  məşğu-
liyyətini,  psixologiyasını,  fəlsəfəsini,  dünya  baxışını 
ümumiləşdirir.  O  göstərir  ki,  «Kitabi-Dədə  Qorqud» 
hekayələrində (boylarında C.A.) xalqın qəhrəmanlığı, 
onun  müdrikliyi və  ümidləri əks olunmuşdur. Xalqın 
köçəri  həyatı  burada  çox  gözəl  təsvir  olunub.  «Dədə 
Qorqud»un  qəhrəmanları  çadırlarda  yaşayırdılar.  Bu 
eposda  biz  bir  çox  xalq  qəhrəmanları  və  bahadırları-
nın obrazlarını görürük, biz burada xalqın böyük opti-
mizmini görürük. Mədəniyyət cəhalətə qalib gəlir, na-
muslu  qəhrəmanlar  namussuz  xainlərə  qələbə  çalır, 
ədalətsizliyi ədalət məğlub edir...».
1  
Böyük  şairin  müşahidələri  tamamilə  doğrudur. 
Xüsusilə onun  dastanda  qadına-anaya  münasibət  mə-
sələsinə dair söylədiyi mülahizələr, yürütdüyü mü-ha-
kimələr son dərəcə yeni və cazibədar görünür: «Qəri-
bə burasıdır ki, «Kitabi-Dədə Qorqud» hekayələrində 
çox cəsur və nəcib qadınlar təsvir olunmuşdur. Səfərə 
çıxan bahadırların qadın və nişanlılarına öz toy günlə-
rində  əbədilik  bir  səadət  vəd  edilir.  Orası  da  xarakte-
rikdir  ki,  qəhrəmanların  həyatında  çoxarvadlılıq  yox-
dur; hər bahadırın bircə arvadı vardır».
2
 
Diqqət  yetirilsə,  şairin  «Fərhad  və  Şirin»  dra-
mında böyük məhəbbətlə yaradılmış Azər baba bir ne-
çə xüsusiyyəti ilə «min bir yaşlı ozan Dədə Qorqudu» 
xatırladır. Elə bil ki, dastanda təsvir edilən ozanın hər 
                                                 
1
 S.Vurğun. Əsərləri, V с., Bakı, 1972, s.136 
2
Yenə orada.  


 
57 
boyda  ad  qoyması,  boy  boylaması,  soy  söyləməsi 
Azər  babanın  hərəkətləri  ilə  müəyyən  məqamlarda 
üst-üstə düşür. Məsələn, dramın remarkalarının birin-
də  oxuyuruq:  «Fərhad  Azər  babaya  yaxınlaşır.  Azər 
baba  sol  əli  ilə  onun  boynunu  qucaqlayıb,  sağ  əli  ilə 
qalanı göstərir».
1
 O deyir: 
 
Gözəldir, canlıdır qurduğun hasar
 Lakin diqqət yetir, bir nöqsanı var. 
 
Və o da təsadüfi deyildir ki, Azər baba Fərhada 
məhz Nizaminin sözləri ilə müraciət edir: 
 
Bir elmi öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən. 
Kamil bir palançı olsa da insan, 
Yaxşıdır yarımçıq bir papaqçıdan.
2
 
 
Yenə də son söz Azər babanındır: 
 
Qoy qırx gün uzansın kef məclisimiz
Yaşayaq, yaradaq, xoşbəxt olaq biz...
3
 
 
Doğrudur, dramda Azər babanın aşıqlığına və ya 
ozanlığına dair bir məlumat yoxdur, lakin el ağsaqqa-
lı, xalq müdriki kimi verilməsi onu Dədə Qorquda ya-
xınlaşdırır. Əsərin bir neçə şəklində ozanın səsi eşidi-
lir,  onun  sazı,  sözü  adamları  ovsunlayır.  Xüsusilə 
                                                 
1
 S.Vurğun. Əsərləri, VI с., Bakı, 1963, s.122 
2
 Yenə orada. 
3
 Yenə orada, s.123 


 
58 
Azər  babanın  ulu  Hürmüzə  müraciətləri,  o  zamanlar 
totem  sayılan,  bərəkət  simvolu  öküzə  müqəddəs  bir 
varlıq  kimi  xitabları  və  s.  düşünmək  üçün  əsas  verir. 
Azər baba ellərin gözəl günündə dərhal ozanları səslə-
yir: 
 
İgidlər oynasın, çalsın ozanlar. 
Min dastan başlasın tarix yazanlar
1

 
Bir  az  sonra  Azər  baba  yenə  də  ozana  xitabən 
deyir: 
 
İndi meydan verin bizim Ozana; 
Əli ilə saz tutub, şeir yazana. 
 
Xalq  ətrafa  çəkilir, Ozana  meydan verilir. Ozan 
dövrə vurub oxuyur: 
 
Qoy ellər bağçası laləzar olsun, 
Hər keçən günümüz bir bahar olsun. 
Hər evin dünyada bir ustadı var,  
Bizim də Fərhadın əli var olsun...
2
 
 
 
Bu misalları gətirməklə, demək istəyirik ki, Azər 
baba müdrikliyi ilə Ozanın sazı və sözü sanki bir-biri-
ni  tamamlayır  və  bizə  elə  gəlir  ki,  şair,  ehtimal  ki, 
bunları  simvolik  şəkildə  mənalandıraraq  ağlı,  idrakı, 
təcrübəni, müdrikliyi Azər babanın, mahnı, musiqi və 
                                                 
1
 S.Vurğun. Əsərləri, VI с., Bakı, 1963, s.226 
2
 Yenə orada 


 
59 
incəsənəti isə Ozanın timsalında vermişdir. Lakin hər 
halda «Azər baba üstə gəl Ozan bərabərdir Dədə Qor-
qud»  (Azər  baba  +  Ozan  =  Dədə  Qorqud)  düsturuna 
mənaca  haqq  qazandırmaq  mümkündür.  Çünki  Vur-
ğunda  bu  cür  simvolikaya  onun  ən  fəlsəfi  dramında 
—  «İnsan»da  daha  bariz  şəkildə  rast  gəlmək  müm-
kündür. 
Belə  ki,  mücərrəd  məfhum  olan  İnsanı  drama-
turq həmin əsərində Kamalın, böyük hərflərlə yazılan 
İnsanın  və  bir  sıra  tədqiqatçıların  da  göstərdiyi  kimi 
«ayrı-ayrı  canlı,  həqiqi  tip  olmayan  şəxsiyyətlər  bir 
küll  halında  dövrümüzün  qabaqcıl  adamını  təmsil 
edirlər: Şahbaz–ağlı və kamalı, Səhər — vəfanı, İslam 
— qoçaqlığı, Eldar — xalq müdrikliyini, Cəlal — şair 
qəlbini...».
1
 
Nəticə olaraq deməliyik ki, bu kiçik həcmli yazı-
da  Səməd  Vurğun  və  «Kitabi-Dədə  Qorqud»  dastanı 
kimi son dərəcə vacib və aktual problemin konturları-
nı  göstərə  bildik,  əslində  isə  bu  mövzunun  əsaslı  su-
rətdə geniş və dərin elmi tədqiqi uzun vaxt və səmərə-
li əmək tələb edir. 
1999 
 
 
 
                                                 
1
 M.Arif. S.Vurğun dramaturgiyası. Bakı, 1964, s.179 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə