Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə13/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   9   10   11   12   13   14   15   16   ...   74

 
52 
Çünki  dastanın  əvvəldən  axıra  qədər  onun  dilindən 
verilməsi, ya da onun adı ilə tez-tez bağlanılması — hər 
boyun  əvvəlində  və  ya  sonunda  Dədə  Qorqudun  gəlib 
boy boylayıb, soy söyləməsi — onu göstərir ki, böyük 
ozan  Dədə  Qorqud  sanki  ayrı-ayrı  boyları  bir-  birinə 
bağlayan  başlıca  vasitə,  nağılçı,  təhkiyəçi  və  boyların 
nəğməkarı,  onların  müşayiətçisi  kimi  çıxış  edir.  Aşıq 
poeziyasına  xas  olan  hər  şeirin,  yaxud  qoşmanın 
sonunda  müəllifin  hökmən  öz  təxəllüsünü  söyləməsi 
xüsusiyyəti  də,  Səməd  Vurğunun  zənnincə,  «Dədə 
Qorqud»  dastanlarından  gəlir.  Bu  isə  müasir  aşıq 
şeirimizin qədim izlərinin dastanlarımızda da mühafizə 
edildiyinə  dair  şairin  bəzən,  hətta  ötəri  şəkildə  dediyi 
fikirlərini bir daha təsdiqləyir: 
 
Belədir, oxucum, aqil babalar,  
Bir dastan yaradır ikicə sözlə. 
 
Böyük şair qoca ozanı çağdaş dövrün «sinədəftər-
ləri, gözlərində feyzi-ədəbin yuva saldığı, dillərində qə-
rinələrin dastan olduğu, ürəklərində hikmətamiz, arifanə 
söhbətlərin  ilhamı  çağlayan  xalq  müdrikləri»  ilə  mü-
qayisə edir: 
 
bir kitab görmüş onlar, nə də məktəb
Hər birisi yaranmışdır sinədəftər.  
Gözlərində yuva salmış feyzi-ədəb  
Dillərində dastan olmuş qərinələr.  
Hikmətamiz, arifanə söhbətlərin 
 İlhamı var bu ağtüklü sinələrdə
1

                                                 
1
 S.Vurğun. Əsərləri, II с., Bakı, 1961, s.306 


 
53 
Səməd  Vurğun  «Kitabi-Dədə  Qorqud»,  «Kor-
oğlu», «Qaçaq Nəbi», «Şah İsmayıl», «Novruz» və s. 
xalq dastanlarındakı mübarizə motivlərindən, xüsusilə 
vətənpərvərlik  məsələlərindən  tez-tez  danışar  və 
onlara yeri gəldikcə istinad edərdi. «Bizim xalqımızın 
təfəkküründə  yaşayan  bədii  söz,  məfhum,  insanlığın 
böyük  idealları,  humanizm  və  idrakın  təntənəsi 
uğrunda  aparılan  mübarizədə  hər  zaman  mübariz  bir 
vasitə  olmuşdur.  Heç  də  təəccüblü  deyildir  ki, 
Azərbaycanın  bir  çox  məşhur  dövlət  xadimləri  və  el 
qəhrəmanları  eyni  zamanda  öz  dövrünün  qabaqcıl 
şairi  olmuşdur.  Bizim  xalqımızın  tarixində  qılıncla 
qələmin çox qədim bir qardaşlığı var».
1
 
Burada  bizim  folklorumuzun  spesifikliyi  ifadə 
edilmişdir.  Doğrudan  da,  bizim,  istisnasız  olaraq, 
bütün  qəhrəmanlıq  dastanlarının  baş  surətləri  həm 
lirik, incə qəlbli bir şair, həm də bahadır gücünə malik 
yenilməz  iradəli,  əzəmətli  qəhrəmanlardır.  Onların 
düşmənlərlə savaş səhnələri, epik-qəhrəmanlıq lövhə-
ləri verilməklə, əksər halda həm də bir şair kimi təq-
dim olunurlar. Bu qəhrəmanların bəzən hala münasib 
olaraq dillərindən də şeirlər, mahnılar eşidirik ki, on-
lara ən istedadlı şairlər belə həsəd apara bilərlər. Hətta 
həmin əhval-ruhiyyə və ovqat da şairanə bir dillə təs-
vir edilir ki, mənsur şeir təsiri bağışlayır. 
Təsadüfi deyildir ki, Səməd Vurğun «Dədə Qor-
qud»  dastanında  verilmiş  ana  obrazından  bəhs  edər-
kən, onun ülviyyəti barədə əsərin ən şairanə və emo-
                                                 
1
 S.Vurğun. Azərbaycan ədəbiyyatı haqqında, «Ədəbiyyat qəzeti», 21 
oktyabr 1943 


 
54 
sional  epizodunu  misal  gətirir.  Bu,  dastanın  «Dirsə 
xan oğlu Buğacın boyunu bəyan edər» boyuna aiddir. 
Burada  şair  ananın  müqəddəsliyini  xatırlatmaqla  ana 
qüdsiyyəti, ana müqəddəsliyi, ana məhəbbəti, onun öz 
övladının  xilası  naminə  özünü  qurban  verməsi  kimi 
fədakarlığı gənclərimizə örnək kimi göstərmişdir. Hə-
min epizodda deyilir ki, ana öz sevimli oğlu Buğacın 
qayıtmadığını  görüb  qırx  incəbelli  gözəllə  onu  axtar-
mağa  çıxır.  Onlar  Buğacı  ölümcül  yaralanmış  halda 
tapırlar. 
Əfsanədə  deyilir  ki,  Xızır  nazil  olaraq  Buğacın 
yarasını üç dəfə sığamış, bu cür yaraların yalnız «ana 
südü» və «dağ çiçəyi» ilə sağalacağını, yalnız onunla 
məlhəm  tapacağını  deyərək  yenə  də  qeyb  olmuşdu. 
Ana oğlu üçün ağladığı zaman Uruz Xızırın dedikləri-
ni ona yetirir. Bu vaxt «qırx incə qız yayıldı. Oğlanın 
anası əmcəyini bir sığadı, süd gəlmədi, iki sığadı, süd 
gəlmədi,  üçüncüdə  kəndiyə  zərb  elədi,  qanı  doldu, 
sıxdı südü ilə qanqarışıq gəldi».
1
 
S.Vurğun  öz  sövqi-təbi  ilə  hamıdan  qabaq  hiss 
etmişdi  ki,  Nizami  kimi  cahanşümul  bir  sənətkar 
yetirmiş Azərbaycan xalqı ondan qabaq böyük dahilər 
yetirməli idi ki, Şərq intibahının bu cür bənzərsiz ədə-
bi məktəbi bina tuta idi. Onun kimi yaradıcı fikir nə-
həngi meydana gələ idi. 
Vaxtı ilə rus tənqidçilərindən Skosıryov adlı biri-
sini  kəskin  tənqid  edən  şair  göstərir  ki,  Nizami  hansı 
bir zəmin üzərində öz böyük əsərlərini yarada bilmiş-
dir?..  Başdan-başa  savadsız  və  dilənçi  bir  xalq  necə 
                                                 
1
 Kitabi-Dədə Qorqud. Bakı, 1939, s.27 


 
55 
oldu  ki,  Nizamini  yaratdı?  Şair  göstərir  ki,  Nizamini 
yetirən  çox  zəngin  ədəbi  mühit  olmuşdur.  Bunlardan 
biri  klassik  yazılı  ədəbiyyatımız  və  digəri  kökü  çox 
qədimlərə gedən folklorumuz idi. «Nizami yaradıcılı-
ğında Azərbaycan xalqının olduqca zəngin folklorun-
dan geniş istifadə edilmişdir. Nizaminin çox əsərlərin-
də  təsiri  görünən  məşhur  xalq  eposu  «Kitabi-Dədə 
Qorqud» hələ 11 -ci əsrdən (digər yazılarında bu rəqə-
mi bir az da qədimə apararaq 9-cu əsr kimi göstərir — 
C.A.) bəri şöhrət qazanmışdır».
1
 
S.Vurğunun 1939-cu ildə Nizamiyə dair  yazdığı 
məqalələrdə bu məsələ təkrar-təkrar vurğulanır. Bəlkə 
də elə bu səbəbə görə M.Ələkbərov adlı bir tədqiqatçı 
şairin  bu  sözlərindən  ruhlanaraq,  öz  namizədlik  dis-
sertasiyasını həmin məsələnin araşdırılmasına həsr et-
miş,  «Dədə  Qorqud»un  Nizami  yaradıcılığı  ilə  səslə-
şən əsas nöqtələri haqqında müəyyən məlumatlar ve-
rir.
2
 
S.Vurğun ədəbiyyatımızı ən qədim zamanlardan 
tarixə yoldaşlıq edən ictimai şüur forması kimi olaraq, 
hətta  tarixin  müəyyən  qaranlıq  nöqtələrinə  işıq  salan 
bir təsisat kimi  qiymətləndirir.  «Çoxəsrlik tarixi olan 
Azərbaycan ədəbiyyatı, qüdrətli qəhrəmanlıq və rəşa-
dət  tarixidir.  Azərbaycan  ədəbiyyatının  ən  qədim 
abidəsi  IX  əsrdə  yaradılmış  olan  məşhur  xalq  eposu 
«Kitabi-Dədə Qorquddur».
3  
                                                 
1
 S.Vurğun. Əsərləri, V с., Bakı, 1972, s.108 
2
 M.Ələkbərov ―Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı‖ 
namizədlik dissertasiyası, 1947, ADU kitabxanası 
3
 S.Vurğun. Əsərləri, V с., Bakı, 1972, s.136 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə