Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə11/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   7   8   9   10   11   12   13   14   ...   74

 
43 
Çığnam-çığnam qayalardan çığan su!  
Ağac gəmiləri oynadan su!  
Həsən ilə Hüseynin həsrəti su!  
Bağ və bostanın ziynəti su!  
Ayişə ilə Fatimənin nigahı su!  
Şahbaz atlar içdigi su!  
Qızıl dəvələr gəlüb keçəni su!  
Ağ qoyunlar gəlüb çevrənində yatduğı su!  
Ordumın xəbərin bilürmisin, degil mana,  
Qara başım qurban olsun, suyum, sana! – dedi.
1
  
   
 
 
  
Diqqətlə nəzər yetirsək, bu parçada məsnəvi səp-
gisində misraların qafiyələnmə nümunəsi ilə qarşılaşı-
rıq. Burada  qafiyələrlə  yanaşı həm də  bütün  misrala-
rın  sonunda  gələn  «su»  rədiflərin  ardıcıl  və  sistemli 
şəkildə  təkrarlandığını  görürük:  belə  ki, şeirin  səkkiz 
misrasının  hər  birində  «su»  sözünün  təkrarlanması 
nəticəsində  səkkiz  dəfə  aydın  rədif  nişanəsini  gördü-
yümüz  halda,  babat  qafiyə  örnəyinə  bir  neçə  beytdə 
rast  gəlirik:  qayalardan  çığan  su!,  gəmiləri  oynadan 
su!,  Həsən  ilə  Hüseynin  həsrəti  su!,  bağ  və  bostanın 
ziynəti  su!...  Onu  da  deyək  ki,  dastanda  qafiyələnən 
sözlər adətən həm fel ilə, həm də isim ilə ifadə olunur. 
Bu bizcə ondan irəli gəlir ki, «Dədə Qorqud» dastan-
larından çox-çox əvvəl türk xalqlarının yaxşı poeziya, 
şeir nümunələri olmuşdur. Onu qeyd etmək yerinə dü-
şərdi  ki,  bunların  bəziləri  çağdaş  şeirimizə  xeyli  ya-
xınlaşır. Məsələn; 
 
                                                 
1
 Kitabi-Dədə Qorqud, Bakı, 1988, s. 44 


 
44 
Oğul-oğul, ay oğul!  
Bilirsənmi, nələr oldu?  
Söyləşdilər xısın-xısın,  
Duydum işini kafirin. (səh. 145)  
 
Yaxud: 
 
Nə danlayırsan məni ağam Qazan? 
Yoxsa heç köksündə yoxmudur iman?  
 
Gətirilən  misralardakı  müqəyyəd  qafiyələr  necə 
də müasirdir. «Söyləşdilər» sözündəki qarşılıqlı anla-
mını verən məzmun nə qədər  maraqlıdır. «Söyl-əşdi-
lər», «gözləşdilər», «baxışdılar», «xısınlaşdılar» və s. 
və i.a. Uğurlu dil faktları kimi çox maraqlıdır. Burada 
dastandan müntəxabat səciyyəli bir misal gətirək: 
 
Bərü gəlgil, başum bəxti, evüm təxti! 
Evdən çıqub yüriyəndə sərvi boylum! 
Topuğunda sarmaşanda qara saçlum! 
Qurulu yaya bənzər çatma qaşlum! 
Qoşa badam sığmayan tar ağızlum! 
Güz almasına bənzər al yanaqlım! (səh. 35) 
 
Buradakı  daxili  qafiyələrin  —  «  başum  bəxti», 
«evüm təxti» varlığı onu bir daha böyük xalq şeirinin 
qədimliyinə dəlalət etməkdədir. 
Bu  mənada  biz  görkəmli  türkoloqlardan  F.Zey-
nalov və S.Əlizadənin dastanın çap etdirdikləri tənqidi 
mətnini  daha  mükəmməl  hesab  edir  və  dastandakı 


 
45 
şeirlərə  dair  söylədikləri  fikir  və  mülahizələri  çox 
düzgün, həqiqətə daha yaxın rəy hesab edirik. 
Onların kitabın müqəddiməsində söylədikləri fi-
kir və mülahizələri təsdiqləməklə yanaşı, bir qədər də 
inkişaf etdirməli olsaq demək lazımdır ki, alliterasiya 
prinsipi  ilə  qurulmuş  «Kitabi-Dədə  Qorqud»  misrala-
rında vəzn gah sərbəst, gah hecalıdır. Hecalanma sis-
temi  misradan-misraya,  şeirdən  şeirə  dəyişir,  rənga-
rəng olur. Qafiyələnmə də belədir: sərbəst (qafiyəsiz), 
gah müqəyyəd, gah da klassik yazılı və şifahi şeirimi-
zin tarixi təcrübəsinə  uyğun olaraq  müxtəlif çeşidləri 
ilə görünür; göz və qulaq qafiyələri misranın müxtəlif 
mövqelərində  məqam  tutub.  Bir  sözlə,  bu  cəhətdən 
ulu  ozanlarla  yarışmaq  əbəsdir,  saz  ilə  sözün  mü-
kəmməl vəhdətindən yaranmış Dədə Qorqud şeirlərini 
necə  var  eləcə  də  qəbul  etmək  lazımdır;  çünki  onlar 
öz  ilkin  qiyafəsində,  bakir,  toxunulmaz  formasında 
daha gözəl, daha təbii görünür. İndi biz dastanın şeir-
lərinə bu günün tələbləri baxımından yanaşsaq və on-
ları  müasir  meyarlarla  dəyərləndirsək,  əlbəttə,  səhv 
edərdik, çünki hər şeyə konkret tarixi şərait daxilində 
qiymət vermək gərəkdir. Əks təqdirdə obyektiv tarixi-
lik prinsiplərindən uzaqlaşmış olardıq və bu, bizi daha 
sxematik, daha qeyri-təbii yollarla aparardı. 
Dastanın  boylarının  birində  Qanturalı  öz  qırx 
yoldaşına xitabən belə bir şeir söyləyir:  
 
 
Hey qırq eşim, qırq yoldaşım?  
 
Yükrək olsa, yarışsam.  
 
Güclü olsa, kürəşsəm.  
   
Həq-təala inayət eyləsə,  


 
46 
Üç canvəri öldürsəm. 
Gözəllər sərvəri Sarı tonlı Selcan 
   
 
 
 xatunı alsam,  
Atam-anam evinə dönsəm. 
Hey qırq eşim, qırq yoldaşım! 
Qırqunuza qurban olsun mənim başım! (səh. 87) 
 
Heç bir çətinlik çəkmədən biz bu parçadakı mis-
raları  çağdaş  şeirimizin  sərbəst  nümunələri  ilə  müqa-
yisələndirsək,  onlarla  paralellər  aparsaq,  onlarda  bir-
biri  ilə  həm  məna,  məzmun,  həm  də  forma  baxımın-
dan  yaxından  səsləşməni,  hətta  varislik  ruhunu,  inki-
şaf dinamikasını aydınca sezə bilərik. Bunun ən canlı 
timsalını S.Rüstəmdə, R.Rzada, S.Vurğunda, F.Qoca-
da, O.Sarıvəllidə, F.Sadıqda, Ə.Kərimdə və neçə-neçə 
başqalarının sənət nümunəsində konkret misallarla sü-
buta  yetirə  bilərik.  Dastandan  gətirdiyimiz  misraların 
bəziləri bütün şeirin nəqərat xətti kimi səslənir. 
I misradakı «Ey qırq eşim, qırq yoldaşım!» xita-
bı şeirin finalında artıq bir beyt formasında bütövlük-
də təkrar olunur. «Ey qırq eşim, qırq yoldaşım!» «Qır-
qunuza qurban olsun mənim başım!» Deməli, I misra 
ilə  son  beyt  arasındakı  misraların  hər  biri  bədii  sual-
larla  yüklənmiş  ritorik  suallar  şəklində,  həm  də  şərt 
forması  kimi  elə  növbələşir  ki,  oxucu  və  ya  dinləyici 
misraların  poetik  və  ahəngdar  axarına  uyaraq  qafiyə 
və  rədifin  fərqinə  varmır.  «Yügrəg  olsa»,  «güclü  ol-
sa»,  «inayət  eyləsə»,  «öldürsəm»,  «yarışsam»,  «al-
sam»  kimi  şərt  forması  poetik  təsiri  və  assosiativliyi 
tamamilə  təmin  eləmiş  olur.  Deməli,  9  misralıq  (2 
misra  isə  həcmcə  4  misraya  bərabərdir)  şeirin  ikicə 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə