Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə8/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   4   5   6   7   8   9   10   11   ...   74

 
31 
H.K.Sanılı  öz  dövrünün  sənətkarı  kimi  yeni 
məzmunu  köhnəlmiş,  çeynənmiş  təsvir  və  ifadə 
vasitələri  ilə  deyil,  xalq  ruhuna  və  anlayışına  uyğun 
olan yeni, maraqlı, orijinal vasitələrlə ifadə edirdi. Bu 
isə  təsadüfi  deyildi.  1920—1930-cu  illərin  şeirində 
bədii  novatorluq  yeni  insanın  təsviri,  buna  müvafiq 
olaraq  yeni  poetik  vasitələrin  axtarışları  ilə  sıx  bağlı 
idi. Sanılı da öz əsərlərində ənənə halına keçən ədəbi 
irsin  sənətkarlıq  xüsusiyyətlərinə  sadiq  qalmaqla 
bərabər, onun biçimini dəyişməyə çalışır və çox vaxt 
buna  müvəffəq  olurdu.  Məsələn,  şair  Azərbaycan 
gözəllərini  tərənnüm  edərkən  olduqca  təbii  və  gözəl 
ifadə vasitələri tapır: 
 
Kirşanı qardan alıb,  
Ənliyi nardan alıb. 
 
Yaxud: 
Təzə gəlin, yetmə qız,  
Moruxyanaq, lalə üz. 
 
Bu  misralarda  insanın  zahiri  gözəllikləri  ilə  ya-
naşı, onu əhatə edən ətraf aləmin estetik qanunları ilə 
doğmalığı,  insan  gözəlliyi  ilə  təbiət  gözəlliyinin 
ahəngdarlığı öz parlaq ifadəsini tapmışdır. 
«Aran  köçü»nün  müvəffəqiyyətindən  ruhlanan 
Sanılı  bir-birinin  ardınca  yazdığı  «Namus  davası», 
«Zülmün sonu», «Novruz və Gülara», «Turut qaçaqla-
rı»  kimi  epik  əsərlərdə  məharətlə  qurulmuş  süjetlər, 
xarakterlər, tamamlanmış lövhələr, bitkin tablolar  ya-
ratdı.  


 
32 
1927-ci ildə yazdığı «Namus davası» poe-masın-
da  müəllif  əsas  ideyanı  məhz  dramatik  vəziyyətlər, 
xarakterlər vasitəsi ilə  ifadə etməyə  müvəffəq olmuş-
dur.  Burada  bədii  surətlər,  onların  mübarizəsi,  əməl 
və  arzuları,  psixologiyası,  ziddiyyətləri  ritorik  müha-
kimələr tərzində deyil, müəyyən həyati süjet və kom-
pozisiya  əsasında  verilir.  Bu  əsər  tarixi  faktlar  əsa-
sında yazılmışdır. 
Məlumdur ki, tarixi mövzuda bədii əsər yazmaq 
istəyən sənətkar həmin konkret tarixi şəraiti, hadisəni 
və şəxsiyyəti diqqətlə öyrənməli, həmin zamanın fikir 
cərəyanlarını,  ideoloji-siyasi,  ictimai  istiqamətlərini 
tam dərinliyi ilə tədqiq etməlidir. Tarixi mövzuda əsər 
yaradan  yazıçı  həm  müasirlik,  həm  tarix,  həm  də  öz 
xalqı, öz vətəni qarşısında ikiqat məsuliyyət daşıyır. 
«Namus  davası»  poemasında  XIX  əsrin  ortala-
rından başlayaraq, feodal mülkiyyəti və imtiyazlığının 
getdikcə qüvvətlənib nüfuzlu xanlıqlar formasında tə-
sis  olunduğu  konkret  bir  dövrdən  danışılır.  Əsərin 
əsas surətlərindən biri məşhur Gəncə xanı Cavad xan-
dır.  Təəssüflə  qeyd  etmək  lazımdır  ki,  sözün  həqiqi 
mənasında əsl xalq qəhrəmanı olan Cavad xan əsərdə 
xudbin,  gününü  eyş-işrətdə  keçirən  müstəbid  bir 
hökmdar kimi təsvir edilmişdir. Şair Cavad xanın xa-
rakterini, onun mənəvi simasını bu cür göstərir: 
 
Sarayı xan bağı, işi keyf-damaq,  
Xalqın dərdlərindən büsbütün uzaq.  
Əxlaqı çox pozğun, zülmü ziyada,  
Əhali əlindən gəlmişdi dada. 
Arvadlar qorxudan paltar geyməzdi,  


 
33 
Saçın daramazdı, üzün yumazdı.  
Evindən çıxanda gözəl arvadlar,  
Geyərdi əyninə ən köhnə paltar.  
Eşitsə hər yerdə bir adlı gözəl,  
Murdar xan uzadıb namusuna əl,  
Ol gözəli xan bağına çəkərdi,  
Fəqirlərin həyasını tökərdi. 
 
Müəllif Tovuz—Şəmşəddin mahalının bəylərbə-
yisi Nəsib Sultanı Cavad xana qarşı qoyur. Gənc Nə-
sib Sultan vicdanlı, ləyaqətli, camaat arasında nüfuzu 
olan bir igiddir. Cavad xanın Nəsib bəyin gözəl arvadı 
Cavahir  xanıma  vurulması  poemada  münaqişənin  ya-
ranması üçün başlıca amilə çevrilir. 
Cavad  xan  Cavahiri  ələ  keçirmək  üçün  belə  bir 
hiyləyə  əl  atır:  Nəsib  Sultanı  vətəni  müdafiə  etmək 
adı  ilə  ləzgilərlə  müharibəyə  göndərir.  Lakin  Nəsib 
bəyin  hərbi  uğurları  bütün  Qafqaza  yayılır.  İşi  belə 
görən  Cavad  xan  incə  bir  siyasətlə  Cavahir  xanımın 
Gəncəyə gətirilməsinə nail olur. Cavahir xanım xanın 
niyyətini  duyar-  duymaz  heyrətə  gəlir,  öz  namusunu, 
şərəfini  qorumağa  çalışır  və  nəhayət,  sanki  cəngini 
açaraq onu udmaq istəyən əjdahanın ağzından qurtara 
bilir.  Bu  dramatik  kolliziyada  Azərbaycan  qadınının 
namusluluğu,  məhəbbətə  sədaqəti  sənətkarlıqla  ifadə 
edilmişdir. Müəllifin fikrincə, namus və ismət insanın 
mənəviyyatının  saflığını  səciyyələndirən  əsas  meyar-
dır.  Cavahir  xanımın  yüksəkliyi  də  məhz  gözəlliyini 
ucuz tutmamasında, ismətini yad təsirlərdən mühafizə 
etməsindədir. 


 
34 
Arvadına  xəyanət  əli  uzadıldığını  eşidən  Nəsib 
Sultanın təbiətindəki dərəbəylik hissi bütün coşğunlu-
ğu ilə baş qaldırır. Artıq onu yurdun talanması, xalqın 
dərdi zərrə qədər  düşündürmür.  Onu içindən  gəmirib 
yeyən bir hiss var: intiqam hissi. 
 
 Gözəl,  həlim,  insani  keyfiyyətlərə  malik  olan 
Nəsib  Sultan  birdən-birə  insan  ləyaqətini  itirmiş,  qu-
duzlaşmış, vəhşi bir despota çevrilir. Onun sözləri xa-
rakterində  əmələ  gələn  dərəbəylik  eqoizmini  gös-tər-
mək mənasında çox səciyyəvidir: 
 
Bu qan ilə mən davadan doymaram
Qisasımı Cavad xanda qoymaram.  
Mən razıyam bütün Gəncə dağıla,  
Qan içində arvad-uşaq boğula!  
Bütün eldən bircə tüstü qalxmaya,  
Bir diri göz o yerlərə baxmaya! 
 
Cavad xandan intiqam almaq  məqsədi ilə Nəsib 
Sultan general Sisianovun başçılıq etdiyi rus istila or-
dusuna  qoşulur  və  Gəncə  qalasına  hücum  edir.  Belə-
liklə  də,  xanlıq  məğlub  olur,  ölkə  düşmən  tərəfindən 
zəbt edilir. Sultanın xəyanəti xanın xəyanəti ilə müqa-
yisədə daha iyrənc mahiyyət alır və daha ağır faciələr-
lə nəticələnir. 
Məlum olduğu kimi, Cavad xan yadelli istilaçıla-
ra qarşı cəsarətlə mübarizə aparan, vətən uğrunda, is-
tiqlaliyyət  yolunda  qəhrəmanlıqla  döyüşən  tarixi  bir 
şəxsiyyətdir.  Lakin  H.K.Sanılı  dövrünün  tələbi  ilə, 
proletkultçuluğun  təsiri  altında  Cavad  xanı  mənfi  bir 
surət  kimi  qələmə  almağa  məcbur  olmuş,  ancaq  yeri 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə