Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə10/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   6   7   8   9   10   11   12   13   ...   74

 
39 
əks  etdirilən  ideya  əsərdə  bütöv  şəkildə  birləşərək 
əməkçi  xalqın  etiraz  səsinə  qovuşur,  varlılara,  höku-
mət məmurlarına qarşı güclü intiqam  hissinə çevrilir. 
Doğrudur,  qaçaqların  üsyan  və  etirazları  bəzən  pəra-
kəndə,  başıpozuq soyğunçuluq təsiri bağışlayır, lakin 
bunun  özündə  də  ibrətamiz  bir  məna,  nifrət  və  qəzəb 
hissi mövcuddur ki, əsərdə buna açıq işarələr vardır: 
 
Bu xırda soyğunun nədir ləzzəti,  
Onunla qaçağın artmaz izzəti.  
Onların məqsədi qisas almaqdır,  
Hökumət üzvünə zərbə çalmaqdır. 
 
Poemanın finalı əsər boyu dinamik vüsətlə veri-
lən  hadisələrin  və  obrazların  inkişaf  məntiqi  ilə  düz-
gün  səslənir.  Adlı-sanlı  qəhrəmanların  bir  çoxu  bu 
yüksək  idealları  uğrunda  mərd  mübarizədə  ölümün 
dəhşətindən qorxub çəkinmir, ümid və arzularla dolu 
gənc ömürlərini fəda edirlər. 
«Turut  qaçaqları»  Sanılının  son  poetik  səsi  idi. 
Bu səs gur idi, təravətli idi, kölə psixologiyasına qarşı 
çıxan,  azadlığa,  müstəqilliyə  dərin  rəğbət  oyadan  bir 
səs  idi.  O  zamankı  ədəbi  mühitdə  bir  çoxlarının 
H.K.Sanılıya bədxah yanaşdığı, dövri mətbuatda şairə 
qarşı  ardı-arası  kəsilməyən  böhtanlar  yağdırıldığı,  şəx-
siyyətinin  hər  vasitə  ilə  ləkələndiyi  bir  vaxtda  belə  bir 
əsərin  meydana  çıxması  onun  sənətkar  mənliyi  və 
xarakterindəki, sözün əsl mənasında, mərdliklə bağlıdır. 
H.K.Sanılının  müxtəlif  mövzularda  yazılmış  bir 
çox  məqalələri  və  «Qara  Nəbi»  adlı  kiçik  pyesi  də 
vardır. Bu, onu  göstərir ki, şair səhnə  əsəri sahəsində 
də  öz  qələmini  sınamışdır.  Dramatik  əsərin  başlıca 


 
40 
tələbini  düzgün  müəyyənləşdirən  müəllif  xarakterləri 
bilavasitə səhnədə, öz fəaliyyətləri, hərəkətləri, mono-
loq  və  dialoqları  ilə  göstərməyə  nail  ola  bilmişdir. 
Əsərdə verilən Qara Nəbi, Xədicə, Aslan koxa, Molla 
Rüstəm  və  başqaları  bir-birindən  fərqlənən,  fərdi 
xüsusiyyətlərə  malik  bitkin  surətlərdir.  Lakin  pyes 
sxematizmdən  xali  deyildir.  Əsərdə  qoyulan  problem 
müvafiq  kompozisiya  və  konflikt  əsasında  istənilən 
səviyyədə öz həllini tapa bilmir. 
H.K.Sanılının  indiyədək  üç  kitabı—«Kəndimiz 
və  Aran  köçü»  (1927),  «Namus  davası»  (1927)  və 
«Turut  qaçaqları»  (1935),  (1964)  kitabları  nəşr  edil-
mişdir.  Şairin  «Zülmün  sonu»  poeması  və  külli  miq-
darda  şeirləri  isə  yalnız  dövri  mətbuat  səhifələrində–
«Şərq qadını», «Maarif və mədəniyyət», «Yeni kənd», 
«Kəndli  qəzetəsi»,  «Yeni  yol»,  «Kommunist»  və  s. 
jurnal və qəzetlərdə çap olunmuşdur. 
Ciddi axtarışlar nəticəsində arxivlərdən, müxtəlif 
dövri  mətbuat  orqanlarından  toplanan  və  oxuculara 
təqdim edilən bu əsərlər, şübhəsiz, böyük marağa sə-
bəb  olacaq,  şairin  yaradıcılığının  gələcəkdə  tədqiqi, 
təhlili  yollarında  ilk  başlanğıc,  uğurlu  təməl  rolunu 
oynayacaqdır.  Yalnız  o  zaman  həm  H.K.Sanılının 
poeziyamızdakı mövqeyi, həm də 20—30-cu illər şei-
rimizin  tam,  dolğun  mənzərəsi  yaradılmış  olacaqdır. 
Yalnız  o  zaman  poetik  çələngin  tər  ətirli  çiçəkləri 
içərisində Sanılının adı ilə bağlı kiçik bir ləçək, kiçik 
bir  yarpaq  bahar  nəsiminin  incə  nəfəsi  ilə  xəfif 
ehtizaza, zərif titrəyişə gələcəkdir. 
1993 
(şərikli) 


 
41 
 
«DƏDƏ QORQUD»DAKI 
ŞEİRLƏR BARƏDƏ... 
 
Böyük xalq dastanları  «Dədə  Qorqud»dakı şeir-
lər  tədqiqatçılardan  hər  biri  tərəfindən  öz  məzac  və 
zövqünə; öz anlamına, özünün qənaətinə müvafiq ola-
raq  müxtəlif  cür  adlandırılsa  da,  hər  halda  söhbət, 
qafiyəli və qafiyəsiz olsun, fərqi yoxdur — misradan, 
musiqi  çalarına  malik,  ritmik,  oynaq,  zümzüməyə, 
melodik  pıçıltıya  bənzəyən,  nə  isə  prozaik  misradan, 
daha doğrusu, prozaik sətirdən  yox, poetik düzümlər-
dən,  poetik  deyimlərdən  getməlidir.  Məlum  olduğu 
kimi,  alimlər  dastanın  öz  strukturasına,  mətndaxili 
mənalarına, arxitektonikasına əsaslanaraq, xüsusilə — 
Dədə  Qorqudun  hər  boyu  axırında  təxminən  eyni 
şəkildə  yekunlaşdırdığı,  əsərin  müvafiq  boyunun  son 
akkordu  kimi  səslənən  «Dədəm  Qorqud  gəlübən  boy 
boyladı,  soy  soyladı.  Bu  oğuznaməyi  düzdi-qoşdı, 
böylə dedi», – ifadəsini ayrıca vurğulayırlar: 
  
Qanı dedigim bəg ərənlər?  
Dünya mənim deyənlər?  
Əcəl aldı, yer gizlədi,  
Fani dünya kimə qaldı?  
(Gəlümlü-gedimlü) dünya,  
Axır-son ucı ölümlü dünya! 
 
Ona  görə  də  V.M.Jirmunski,  H.Araslı,  Ə.Cəfər, 
T.Hacıyev,  K.Vəliyev,  Xaliq  Koroğlu,  Ş.Cəmşidov, 
Anar, K.Abdullayev, F.Zeynalov, S.Əlizadə və onlar-


 
42 
ca başqaları dastandakı poetik parçaları «sərbəst şeir», 
bəziləri  «qafiyəsiz  şeir»,  «söyləmə  şeir»,  «pərakəndə 
şeir», hətta «tirada», «alliterasiya» üzərində qurulmuş 
şeir  adlandırmışlar.  Elə  yuxarıda dastandan  gətirdiyi-
miz iqtibasda da deyildiyi kimi «düzdi», «qoşdı» söz 
birləşməsinin  özündə  hətta  hər  bir  sözün  ayrılıqda  - 
«düzdi», «qoşdı» kəlmələrinin daxili məzmun və mə-
nasında da şeiriyyətə, musiqiyə, melodiyaya, mahnıya 
bilavasitə  aidiyyət  son  dərəcə  güclüdür.  Çünki  «düz-
mək» — sözləri mirvari kimi ipə-sapa «düzmək», ya-
xud,  «qoşmaq»,  «söz  qoşmaq»  şairin  təsirləndiyi  ob-
yektə  xoş  söz  demək,  vəsf  etmək,  onu  tərifləmək, 
tərənnüm etmək, bəzək-düzəkli,  hissi-emosional mis-
ra, beyt, bənd və s., xüsusi, fərqli, sehrli söz, yəni şeir 
yaratmaq, «poetikləşdirmə əməliyyatı» aparmaq məz-
munlarına  uyğun  gəlir.  Bəllidir  ki,  bizim  dastanları-
mızın hamısında hadisə, əhvalat, süjet nəsrlə nağıl ki-
mi danışılır və məqamında, xüsusən qəhrəmanın qəlb 
dünyasına,  daxili  aləminə  sirayət  etmək,  onun  intim, 
lirik hisslərini daha  yüksək, daha ülvi, daha  bədii de-
mək üçün şeirə qaçılmaz bir amil kimi müraciət edilir. 
Məsələn, dastanın birinci boyunda evinin yağmalandı-
ğını,  yurdunun  xarabazara  çevrildiyini  görən  «Qaza-
nın  qara  qıyma  gözləri  qanyaş  toldı.  Qan  tamarları 
qaynadı.  Qara  bağrı  sarsıldı.  Qonur  atını  ön  çölədi, 
kafər  keçəçi  yola  düşdi,  getdi.  Qazanın  öginə  bir  su 
gəldi. Qazan aydır: «Su həq didarın görmişdir. Bən bu 
suyla  xəbərləşim»,  –  dedi.  Görəlim,  xanım,  necə  xə-
bərləşdi. Qazan aydır: 
 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə