Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   20   21   22   23   24   25   26   27   28

 
125 
Göl insanın önündə gətirmədi dözüm, tab, 
Bu da bir inqilabdır, əhsən sənə, İnqilab! 
 
Millətimin bu da bir şücaəti, əzmidir. 
Gözü olan bir insan bunları görməzmidir?! 
 
Bu əzəmət, bu qüdrət yaşayar qəlbimizdə. 
İnqilabın gücüylə qurudular dəniz də! 
 
İnqilaba deməyin hamı kimi adı var, 
İnsanları səfərbər etmək istedadı var. 
 
 
YENƏ MƏKTƏBLƏ BAĞLI 
 
İnqilabın hər işi bu xalqa doğma, əziz, 
Ürəyinin sevgisi dalğalanan bir dəniz. 
 
Yol çəkən, bənna, usta, bulduzerçi, sürücü, 
Gedib dənizə çıxır sənətinin bir ucıı. 
 
Zəkasının nuruyla Vətənimi tanıdır, 
Adi insan olsa da, əsrin qəhrəmanıdır. 
 
Bir vaxt pambıq tarlası ürəyinə yar idi, 
Hələ o vaxtlarda da adı-sanı var idi. 
 
Kəlbəcərdən gəlsə də, Bakıda neftçi oldu. 
Məhəbbəti, sevgisi bütün qəlblərə doldu. 
 
Üzləşdiyi haqsızlıq çoxdan hamıya bəlli, 
Haqqın zəfər çalması İnqilaba təsəlli. 
 
Mən nə deyim həyatın hökmünə, gərdişinə. 
Nə yaxşı ki, inamla başladı öz işinə 
 
Başını qata bilmir toylar, düyünlər sənin. 


 
126 
Qəlbini hey göynədir o acı günlər sənin. 
 
Bilmirəm bu sözümü başlayım necə, hardan?! 
Görürəm mümkün deyil ayrılmaq arzulardan. 
 
Çalışdığı rayonun qarışına bələddi. 
Həm yayına, yazına, həm qışına bələddi. 
 
Hacı Həsən kəndində bir köhnə məktəb vardı. 
Uşaq da toxunsaydı, tökülərdi, uçardı. 
 
Məktəb deyil, o, elə bir göz dağı olmuşdu. 
Əvvəlki başçılara düşmən, yağı olmuşdu. 
 
Heç kim eşitməyirdi sədasını, ününü. 
Hər ürək götürməzdi onun ağır gününü. 
 
Çatışmırdı vəsait; yaman ağır günlərdi, 
Hərənin ürəyində bir cür kaman inlərdi. 
 
Direktorun da yoxdu nə gündüz, nə gecəsi. 
Məktəb uçsa, altında qalacaqdı neçəsi. 
 
Şagirdlərin məktəbsiz üzü gülə bilərmi?! 
Məktəbi olmayan kənd heç yüksələ bilərmi?! 
 
Axı məktəb amalı, görən gözü millətin. 
Məktəb ilə ölçülər zəkası məmləkətin. 
 
Yaxşı məktəb olmasa kor qalarıq hamımız. 
Məktəbsiz heç vaxt yanmaz, sönər könül şamımız. 
 
Məktəb bizi ən uca zirvələrə çatdırar. 
Gözəl, şirin arzuya, xoş səhərə çatdırar. 
 
İnqilabın bir səhər məktəbə yolu düşdü, 


 
127 
Elə bil ki, göylərdən qar yağdı, dolu düşdü. 
 
Bu ağır mənzərədən qəlbi gəldi heyrətə... 
Heç kəs qoymurdu məhəl bu ağır fəlakətə. 
 
Qorxu, təlaş içində oxuyurdu uşaqlar. 
Deyirdilər, bu bina bu gün, ya sabah uçar. 
 
Arzu, xəyal içində məktəbdən geri döndü. 
Müqəddəs bir əməllə vuran qəlbi döyündü. 
 
Yuxusu da qaçmışdı İnqilabın qəhərdən. 
Bir möhlət istəyirdi hər açılan səhərdən. 
 
Keçmiş şagirdləri də göz önündə durdular. 
Əziz, körpə balalar qartaltək uçurdular. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hacə Həsən kəndinin yeni məktəb binası. 
Sentyabr 1997-ci il 
 
Məktəbsiz də kənd olar, zaman başqa zamandı!.. 
Gözəl məktəbin elə özü bir imtahandı. 
 
Yenə sadə adamlar adamların xasıydı. 
Çətin gündə, dar gündə ellərin arxasıydı. 
 


 
128 
İnqilabın çağrışı kükrəyən dəniz oldu, 
Burdan başlanan izlər şərəfli bir iz oldu. 
 
Kəndin ahıl, cavanı gəldilər lap yaxına, 
Xalqın coşan qüdrəti çevrildi bir axına. 
 
Külünglü əllər ilə yerlər, göylər çapıldı. 
Bu axına qoşulan xeyirxahlar tapıldı. 
 
Mən demirəm sürətlə, yoxsa yavaş qoyuldu. 
Ancaq hər gün, hər saat daş üstə daş qoyuldu. 
 
Riyazi rəqəmlərlə döşəməsi dop-dolu. 
Füqurla bəzədildi dəhlizin hamar yolu. 
 
Çoxlu otağı olan gözəl məktəb tikildi
Ağaclar basdırıldı, daş hasar da çəkildi. 
 
Yarandı İnqilabın yeni bir əfsanəsi, 
Bir səhər bu məktəbdən ucaldı nəğmə səsi. 
 
Qəlbdən vuruldu hamı çox işinə məktəbin
Alimlər də gəldilər görüşünə məktəbin. 
 
Məktəbin həyətinə ana-ata gəlmişdi. 
Dünyanm sevincinə bata-bata gəlmişdi. 
 
Yüz yaşlı Həzrət baba kəndin ağsaqqalıdı. 
Məktəbin də işindən çox yaxşıca halıdı. 
 
Camaat arasında adı həmişə uca. 
Məktəbə baxa-baxa ağlayırdı o qoca. 
 
Bəlkə müdrik qocanın sözünü əyən olub. 
Bəlkə gözəl bir gündə xətrinə dəyən olub. 
 


 
129 
Ürəyimdə fikirlər gah batır, gah doğurdu. 
Qocaya göz qoyduqca maraq məni boğurdu. 
 
Qara zülmət sovuşdu, gün çıxdı, səhər oldu. 
Qocanın cavabından qəlbim bir təhər oldu: 
 
—Nigarandım nəvəmdən, bu kədərim sovuşdu. 
İnanın, ruhum, qəlbim cənnət ilə qovuşdu. 
 
Mən neçə yol baxmışdım, bina uça bilərdi. 
Tikilən təzə məktəb unutdurdu bu dərdi... 
 
...Doğmalıq, mehribanlıq yağırdı gözlərindən. 
Qəlbim heyrətə gəldi qocanın sözlərindən. 
 
Mən həmişə keçmişəm ellərin tərəfinə - 
Gözəl sözlər deyildi adına, şərəfinə. 
 
Mən baxırdım kənardan, gözü doluydu nurla. 
Dayanmışdı İnqilab əzəmətlə, qürurla. 
 
Deyən, gülən, sevinən az deyildi, çox idi. 
Onun qədər şadlanan adam bəlkə yox idi. 
 
Kənd gözündə dönmüşdü yeni bir gülüstana
Mən də min bir sevinclə baxırdım bu dastana. 
 
Bu gözəl, nəcib işi kim çıxararsa yaddan, 
Eləsinin dünyada fərqi yox həşaratdan!.. 
 
Məktəbin üzərindən tez sovuşdu boran, qış, 
Heydər ata da deyib: "Yaradana min alqış!".. 
 
Quran, tikən, yaradan ürəyimin başında, 
Adı həkk olunacaq insanlıq yaddaşında. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə