Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   20   21   22   23   24   25   26   27   28

 
104 
Mənim yazmağım artıq, bu, məlumdur millətə! 
 
Salon batıb kədərə, salon sakit, salon lal. 
İnqilabın üzündən oxunurdu min sual. 
 
Bir çaşqınlıq içində çarəsiz qalmış hamı. 
Əslində rədd etdilər oxunan "ittihamı". 
 
Şər üstündə gedirdi zəmanənin təkəri. 
Vicdanını satmışdı imperiya nökəri. 
 
İzaha ehtiyac уох, bəlli idi hikkəsi, 
İnqilabın yerinə keçməliydi özgəsi. 
 
Fəhləydi çıxış edən, onun adı İsaydı. 
İndi qonaqların da dili daha qısaydı. 
 
Təklifi rədd etməksə çox çətin, müşkül işdi. 
Oxucum yaxşı bilir gərdiş necə gərdişdi. 
 
Saya salan yox idi xalqın iradəsini. 
Boğurdular qundaqda ədalətin səsini. 
 
Guya "yenidənqurma" ləng gedir Kəlbəcərdə. 
"Bu qara iftiradır" - qışqırdı bir nəfər də!.. 
 
Gen salona yenidən çökdü ağır bir sükut. 
Haqsızlığa qışqıran gözəl sübutdu, sübut. 
 
Məhəbbətlə baxırdı söz atana İnqilab. 
O idi nadürüstə yerindən verən cavab. 
 
Həmin şəxs təşəbbüsü tez keçirdi əlinə. 
Qoymadı hücum olsun, sözünü dedi yenə. 
 
Geniş bir pəncərənin önünə gedib уахın. 


 
105 
Dedi, gələn yoldaşlar, buyurub siz də baxın!.. . 
 
Bu Kəlbəcər təzəcə tikilib, qurulubdur. 
Əzabkeş insanların əhvalı durulubdur. 
 
Abadlaşıb min dəfə ən uzaq dağ kəndi də. 
Yeniləşib mahalın bərəsi də, bəndi də... 
 
İçindən təzə çıxıb ehtiyacın, zillətin. 
Yazıqdır, inamını qırmayın bu miilətin!.. 
 
Şaşırmışdı qonaqlar, mənzərə çox ağırdı. 
Natiqin hər sözündən bir od, alov yağırdı. 
 
...Təzə şəhərə doğru uzanmışdı bir əli. 
İnam ilə deyirdi: - Gəlin, gəlin irəli!!! 
 
"Yenidənqurma" deyil məgər bunların özü?! 
Bəllidir, bu məclisdə keçməz idi haqq sözü. 
 
Etiraz etmək üçün ayağa qalxdı hamı, 
Çarəsizdin, yatırtdın özün o izdihamı. 
 
EIə zənn edəcəkdi yelbeyinlər, nadanlar, 
Burada bəlkə elə İnqilabın əli var. 
 
Bu, o zaman səninçün ağır olardı daha. 
Müqəvva rəhbərləri sən tapşırdın allaha!.. 
 
Qanunsuz plenumun mənası acı, dərin. 
Faciəsi başlandı o gündən Kəlbəcərin. 
 
Məşəqqətli zamanı yetişdi bu diyarın – 
Heydər ata bəyənib, seçdiyi kadrların!.. 
 
Ən böyük faciəsi bu idi cəmiyyətin. 


 
106 
Yamaq vurmaqla onu düzəltmək müşkül, çətin. 
 
Nə gözlənilməz bəla, nə çəkilməz ağır dərd. 
Yaratmağa, qurmağa səni qoymadı namərd. 
 
Həyatımda görmüşəm çox belə nakişini, 
Qoymadılar axıra çatdırasan işini. 
 
İnqilabdan yadigar Kəlbəcərdə qaldı nə?! 
Gətirdiyim dəlillər elə bəsdir Vətənə!.. 
 
Çörək dərdi çəkənin əli çörəyə çatdı, 
Quran, tikən insanlar bir möcüzə yaratdı. 
 
Bir müdrik kəlama da inanıbdır insanlar. 
Onların öz əliylə düzəldilər nöqsanlar. 
 
Oxucum, yaxşı dərk et bu sözün mənasını. 
Ən ucqar kəndlər belə dəyişdi simasını. 
 
Nə zaman ki, bilindi Kəlbəcərin "darlığı". 
O illərdə duyuldu xəyanətin varlığı. 
 
Heydər ata puç etdi erməni nəqşəsini. 
Elə qundağındaca boğdu onun səsini. 
 
İnqilab da çox şeydən hələ xəbərsiz idi. 
Ancaq ona verilən göstəriş əziz idi. 
 
İnsanlar baxa bildi bir-birinin üzünə. 
İtirilmiş inamlar qaytarıldı özünə. 
 
İndi bunların üstdən qara bir xət çəkilir. 
Açıq olsa dərd yarı, axı xəlvət çəldlir. 
 
Bu nə bir əfsanədi, nə də acı nağıldı, 


 
107 
Çox qüdrətli bir dövlət öz içindən dağıldı. 
 
Qan üstdə ucalan ev heç bir zaman var olmaz. 
Haqsızlıq üzərində dünya bərqərar olmaz. 
 
Kəlbəcər barəsində çox gözəl söz deyildi. 
Bircə kəlmə deyildi, ancaq ki, düz deyildi. 
 
Necə şahid göstərim mən bütün camaatı. 
Elə kifayət edər pəncərə əhvalatı. 
 
Haqsızlığa dözməyin özü ən ağır işdi, 
Bu yolda da İnqilab tamam bərkidi, bişdi! 
 
 
"ƏLVİDA"  DEMƏDİN 
 
Unuda bilməyirsən sən özün də o ili
Еl dövrəyə almışdı yaşadığın mənzili. 
 
Heyranlıqla baxırdın həyatın bu işinə, 
Camaat axın-axın gəlirdi görüşünə. 
 
Yuxusuzluq, yorğunluq tökülsə də gözündən, 
Ancaq keçə bilmirdin gələnlərin üzündən 
 
Göz yaşını siləni süzürdün altdan-altdan
Təskinlik vermək üçün misal çəkdin həyatdan. 
 
Əzəldən bu da bir cür sınağıdır dünyanın, 
Su gələn arxa bir də su gələcək, inanın... 
 
Heyrətindən yer, göy də bu işə qalmışdı mat. 
Görüşməmiş getmirdi kənddən gələn camaat. 
 
Bunun sirrini açmaq vallah necə çətindi
Elləri sənə çəkən sənin məhəbbətindi. 


 
108 
Bu gedişin çoxuna kədər oldu, yas oldu. 
Sən ayrılıb getsən də, Kəlbəcər xilas oldu. 
 
Min yol özün də bunu  demişdin ki, iş işdi, 
İşindən qovulan da səndən inciməmişdi. 
 
Halallıq istəyirdi ağsaqqal da, cavan da. 
Eli yaxşı tanıdın sən o çətin zamanda. 
 
O səhər bam-başqaydı üfüqlərin rəngi də, 
Elə bil dəyişmişdi çayların ahəngi də... 
 
Səni yola salmağa gəldi maşın karvanı, 
Söyüş hədəfi oldu Vəzirovun ünvanı. 
 
"Bambılı" — daş üstünə daş qoymayan müqvva, 
— Namərd etmək istədi comərdi qova-qova. 
 
Deməyin İnqilabın əlləri üzülmüşdü, 
Bütün kənd adamları yollara düzülmüşdü. 
 
Möcüzə zənn edərsən göz qoysan sağa, sola. 
Vəzifədən çıxanlar belə salınmır yola. 
 
Məktəblilər həmin gün dərsləri atmışdılar, 
İnsan bədənlərindən zəncir yaratmışdılar. 
 
Maşınların ardınca el-oba atırdı su, 
Axı başa çatmışdı onların çox arzusu. 
 
Kəkliklər qayalardan döşlərə enmişdilər. 
Əzəl gündən çəmənlər əlvan geyinmişdilər. 
 
Əlik boynu bükülü qayaların qaşında, 
Gen süfrələr açılmış bulaqların başında. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə