Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

 
94 
Yadına nə düşdüsə, qəlbi kükrədi, qızdı. 
Bu barədə nə qədər qərarlar icrasızdı. 
 
Yumruğunu qəzəblə stola vurdu, bəli: 
- Dediyim dağ yolları tezliklə çəkilməli! 
 
Çətin, məsul vəzifə qarşısında dayandı. 
Gecələr gec uyudu, səhər tezdən oyandı. 
 
Bu işləri görməyə izin lazımdı, izin. 
Görən, fikri, məramı nə olacaq mərkəzin?! 
 
...Gözlənən fəlakətə qəlbi gətirmədi tab!.. 
Səhər tezdən nazirə zəng elədi İnqilab... 
 
Dəlidağdan, Murovdan о, nazirə çox dedi. 
"Elə vəsait hanı?!" Son cavabı "yox" - dedi. 
 
Dəstəyi əlləriylə bərk-bərk sıxdı bir anlıq, 
Kabinet də gözünə görünürdü qaranlıq. 
 
Bu nazirin, görəsən, ağlı, huşu hardadır?! 
Axı Vətən dardadır! Axı Vətən dardadır! 
 
Öz sözündə həmişə təkdi, birdi İnqilab. 
O cavabı nazirdən gözləmirdi İnqilab!.. 
 
- Onda öz gücümüzlə görə bilərikmi iş?! 
- Görün, ancaq vermirəm mən xüsusi göstəriş... 
 
Aralığa nədənsə çökdü ağır bir sükut. 
İdrakın yoxluğuna o cavab da bir sübut... 
 
Ürəyində gizlicə saldığı yolu seçdi. 
Çarəsizdir İnqilab, başqa mətləbə keçdi: 
 


 
95 
- Hörmətli nazir, bircə xahişim də var sizdən. 
Bilirəm bu heç zaman qaçmaz nəzərinizdən. 
 
Ermənistandan gələn nə qədər ki, qaçqın var. 
Düz olar Qarabağda yerləşdirilsə onlar. 
 
Ermənilər də köçsə qaçqınların yerinə. 
Beləliklə, ziyan da dəyə bilməz birinə. 
 
İndi həyat öyrədir bizə bu qanunları. 
Əzəlki tək yüz yerə dağıtmayaq onları... 
 
Müəmmalı şəkildə birdən kəsildi ara. 
Bəlkə elə maneə olan vardır onlara. 
 
Arzular gül açarmı insan dönük olanda?! 
Göz günəşi seçməyir idrak sönük olanda. 
 
Eşitdiyi sözlərdən peşman oldu İnqilab. 
Kövrək bir uşaq kimi min yol doldu İnqilab. 
 
Böyüklərin önündə o, bəlkə alçalıbdır?! 
Yox, İnqilab dərk etdi: Kəlbəcər tək qalıbdır. 
 
Tənhalıqdan ürəyi min dərdə bürünürdü. 
Heydər atanın yeri bax burda görünürdü!... 
 
Azərbaycandan ancaq Kəlbəcərə bir yol var. 
Axı "Sümüklü dərə" oluna bilər təkrar. 
 
Elə günü sabahdan çırmaladı qolunu: 
"Mən sizə göstərərəm yol çəkməyin yolunu!" 
 
...Bu da qəribədir, bir vəzifəli pəzəvəng, 
Gecə yarıdan keçmiş İnqilaba etdi zəng... 
 
Nə özü salam verdi, nə də ki, aldı salam. 


 
96 
Qəribə kinayəylə sözə keçdi, vəssalam: 
 
- Sənə kim tapşırıbdır qaçqınların işini?! 
Deyirsən qanun sayaq sənin göstərişini?! 
 
...Necə deyim onları - söz dedi "dürlü-dürlü", 
İnsana yaraşmayan ədalı, təkəbbürlü... 
 
- Ölçüb-biçən də bizik qaçqınların yerini... 
...Dinləməyin özü də çətin, bu sərsərini. 
 
İstədi cavab versin, cavab vermədi amma. 
Bu da bir cür xəyanət, bu da bir cür müəmma. 
 
Cavab vermədiyindən ürəyi oda düşdü. 
"A qarğa, məndə qoz var" - məsəli yada düşdü. 
 
Axı mən ki, nazirə demişdim öz sözümü. 
Nə qədər çalışsa da, çətin oldu çözümü... 
 
Taleyimiz beləcə qalıbdır aralıqda. 
İnqilab bəs nə etsin, necə dursun qıraqda?! 
 
Namus, qeyrət dediyin ürəkdə, qanda olar, 
Belə çətin zamanda oğul meydanda olar!.. 
 
 
DAĞLARDAN YOL ÇƏKİLDİ 
 
Kimlər gəlib dünyaya, kimlər gedib dünyadan
Olmayıbdır dağları yuxusundan oyadan. 
 
Deyirəm insan ömrü keçib necə çətində, 
Əl açıbdır göylərə bir yolun həsrətində. 
 
Yolsuz insan övladı necə yaşaya bilər? 
Bir ovuc ruzusunu nə cür daşıya bilər?! 


 
97 
 
Kəlbəcərdən Laçına getmək neçə mahaldı, 
Bu haqda düşünməyin özü bir qeylü-qaldı. 
 
Keçilməz, dəli dağlar aralığı kəsirdi, 
Zirvələrin başında ölüm yeli əsirdi. 
 
Keçilməz keçidləri necə keçmək olardı, 
Əl atılsa, məmləkət əfsanəylə dolardı. 
 
Kəndlərdə yurd salmışdı min illərin əzabı, 
Demə, sabahkı yol da gözləyir İnqilabı 
 
Sıldırımlı daşların fikri belə deyildi, 
Еl gücünün önündə o dağlar da əyildi. 
 
Yağış, dolu, qar, boran yollarını kəssə də, 
İşini gördü, tufan başı üstdə əssə də! 
 
Kəlbəcərdən Laçına, Gəncəyə gedən yolu, 
Çəkdiribdir el üçün İnqilabtək el oğlu. 
 
Mənim yazmağım azdı, görənlər bilir nədi... 
Dəlidağdan çəkilən yollar da əfsanədi. 
 
Zirvələr hay verdikcə igidlərin səsinə
Murovdağ da qoşuldu onların cərgəsinə. 
 
Qabaqda baş icraçı, müqəddəs and içdilər, 
Keçilməyən yolları ər oğullar keçdilər. 
 
Yenə dağlara düşdü motorların gur səsi, 
Yox, yox, sona yetişməz Kəlbəcər əfsanəsi. 
 
Qoy ellərdən danışaq, ellər bizə yar olmuş, 
Ellərinə güvənən hər vaxt bəxtiyar olmuş. 


 
98 
 
Möcüzələr yaradar əllərin birləşməsi, 
Min səadət gətirər ellərin birləşməsi 
 
Min illərin arzusu gerçək oldu, çin oldu. 
Bu xəbəri yayan da bir ağ göyərçin oldu. 
 
İnsanın qarşısında diz çökübdür qayalar. 
İnsan gücü, qüdrəti, zəhmətilə sayılar. 
 
Daha çapa bilməyir ildırımlar atını, 
Təbiət təslim olub, dəyişib həyatını. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Murov dağlarından çəkilən Kəlbəcər-Gəncə yolunun açılışı. 
18 sentyabr 1988-ci il 
O yollarda bir zaman boran oldu, qar oldu, 
Bəxt üz döndərən zaman yollar xilaskar oldu. 
 
Pənah gətirdi ona min-min soydaşım mənim, 
Unutmaz o günləri bu yol "yoldaşım" mənim. 
 
Oxucuya aydındır mənası bu əməlin, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə