Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

 
99 
Düşmənlərin əlinə keçəcəkdi qız, gəlin!.. 
 
Nə yaxşı ki, görmədi gözlərimiz o dərdi, 
Bircə anın içində məni iflic edərdi. 
 
Laçına çəkilən yol bir gün alındı saya. 
İlk dəfə Kəlbəcərdən yardım getdi Şuşaya!... 
 
O vaxt hardan biləydik çox gülümüz solacaq. 
Özlərini qayadan atan qızlar olacaq... 
 
Erməninin başında bir yumruqdu adları. 
Şərəf salnaməmizə yazdacaq adları. 
 
Elin atası olsa, bunları da görərdi. 
Qarşıdan gələn qışı, buzu, qarı görərdi... 
 
Papaq altda var imiş heç demə ər oğullar. 
Nə yaxşı ki, o zaman tez çəkildi bu yollar. 
 
Tanrıya çox yaxındır müşkül işi düzəldən
Tanrı özü qoruyub yol çəkəni əzəldən. 
 
Heç vaxt tükənən deyil o yolların söhbəti. 
İldən-ilə artacaq adı, sanı, şöhrəti. 
 
O yollarda Vətənin dadı, duzu qalacaq. 
İnqilabın ləpiri, doğma izi qalacaq. 
 
Kəlbəcərin ətirli gülüstanı tükənməz, 
Vərəqləsəm nə qədər bu dastanı, tükənməz. 
 
Bu nəsildən o nəslə zəmanətdir Kəlbəcər. 
Yad əllərə keçsə də, əmanətdir Kəlbəcər!.. 
 
 
BAŞSIZLAR İŞ BAŞINDA 


 
100 
 
Bunu indi demirəm, söylədiyim haçandı. 
Vəzifə insanların iç üzünü açandı. 
 
Elə vəzifə var ki, sevməyir hər meydanı. 
Vəzifə bir iksirdir, vəzifə ər meydanı. 
 
İçlər o vaxt açılır, üzlər o vaxt görünür. 
Səriştəsiz, başı boş onda bədbaxt görünür. 
 
Onca ilin ərzində çox çay axdı, duruldu. 
Yaxşıya da, pisə də dar ağacı quruldu. 
 
Hakimiyyət başına Əbdürrəhman gəilbdir. 
Ürəyində yazılı hər cür fərman, gəlibdir. 
 
Xalqımın qarşısında elə sözlər danışdı - 
"Bambılı" ləqəbi də ünvanına yapışdı. 
 
Min yol yanıb bişəcək qəlbinin odu üstdə
O ləqəb unudulmaz, qalacaq adı üstdə 
 
Heydər ata, - Vəzirov! De, o hara, bu hara?! 
Doğrudan da, Tərlanın yeri qalmışdı Sara!.. 
 
Böyük, kiçik qalmayıb, itiribdir yerini. 
Kim istəsə törədir çirkin əməllərini. 
 
Ağıllı adamların işdə biri qalmamış. 
İnsanların sabaha güman yeri qalmamış. 
 
Zəmanə çox qarışıq, mürəkkəb şəraitdi. 
Bu yandan da erməni yolumuz üstə bitdi. 
 
Sahibsiz qalan xalqın taleyi ağır, acı. 
Heydər ataya vardı millətin ehtiyacı. 


 
101 
Bakıya qayıtmağa onu qoymurdu yağı. 
Kremlin civarında olmuşdu ev dustağı. 
 
Məharətlə gizləyib uzaq, yaxın zatını, 
"Siyasət" meydanında çapır hərə atını. 
 
İnqilabsa çalışır uca dağlar başında. 
Gah mal-qara, gah tütün, gah yemin təlaşında. 
 
Tikir, qurur, yaradır o, gecə də, gündüz də. 
Əzəlki gerilikdən qalmamışdı bir iz də!.. 
 
Öz kəndinə dönmüşdü köç edənlər nə vaxtdan. 
Dərk etmişdi İnqilab bunu çox-çox qabaqdan. 
 
Fəqət, xain erməni əzəlki əməlində, 
Söyüdlü mədəninin qızılları əlində. 
 
Pulsuzsansa, zamanın dərdi, azarı sənin. 
Varın, dövlətin çoxsa, dünya bazarı sənin... 
 
O zamandan nə qədər gün doğub, səhər olub. 
Hər biri İnqilaba dərd olub, qəhər olub. 
 
Saymazyana davranış dağları da əyirdi. 
Erməni hikkəsini götürə bilməyirdi. 
 
Yaylaqlara çıxanda gələ bilmir özünə. 
Söyüdlü mədənləri görk olmuşdu gözünə. 
 
Kosıginlə Mikoyan köçsə də o dünyaya
Yeni-yeni təzyiqlər yenə gəlmirdi saya. 
 
İqlim əzəlki deyil, hökm-fərman dəyişib. 
Dəyişib loğmanbaşı, dava-dərman dəyişib. 
 


 
102 
Bəlkə dərdin davası elə Əbdürrəhmandır?! 
Yox, bu, bəlkə boş xəyal, bəlkə quru gümandır. 
 
Bu haqda danışanda bir söz deyirdi hərə. 
İnqilab belə halda sığmırdı Kəlbəcərə!.. 
 
Daha dözə bilmirdi nə vədəyə, nə vaxta. 
Qəlbində nigaranlıq gəlib çıxdı paytaxta. 
 
Kövrələn ürəyini bir zərif şüşə bildi. 
Elin "rəhbəri" ilə axır görüşə bildi... 
 
Qızıl mədənlərindən söz açıb danışanda, 
Əbdürrəhman bombatək partladı bircə anda: 
 
- Sən başçısan rayonda, yoxsa baş geoloqsan?! 
O boyda vəzifəni yoxsa bilirsən asan?! 
 
Get, işinlə məşğul ol, əlavə yoxdur sözüm... 
...İnqilab bu təhqirə güclə gətirdi dözüm. 
 
Qartalların sədası göydən, havadan gələr. 
Xoruz vaxtsız banlasa, səsi tavadan gələr. 
 
Müdrik kəlamıydı o köksündən qopan səda. 
Heç zaman qəlbi belə gəlməmişdi fəryada. 
 
Od idi, atəş idi, sanki söndü İnqilab... 
Qırılmış ümidlərlə geri döndü İnqilab. 
 
Çox söz deyə bilərdi, demədi, açıq qaldı. 
Başlanan böyük işlər elə yarımçıq qaldı. 
 
Bu görüşdə gördü o dedikləri hədərdi. 
Arxasınca Vəzirov komissiya göndərdi. 
 


 
103 
Bu mətləbin, məqsədin kökü dərindən dərin: 
Bölgələrdə qalmasın tərəfdarı Heydərin. 
 
Nə qədər gözəl işə çəkildi qara qələm. 
Deyirəm, doğrudan da, qəribəymiş bu aləm... 
 
Bu da bir iş üsulu, bu da "həyat qanunu"! 
Bu da belə "rəhbərdi", qınamıram mən onu... 
 
Adı İaqilab olan əyilməz bir insan var. 
Əyə bilmədi onu rütbəsindən qorxanlar. 
 
Heç bir dolaşıq iş yox zamanın işi kimi. 
Yardı çox-çox sədləri ər kimi, kişi kimi. 
 
İçindən necə çıxaq ilahi, bu illətin?! 
Ər oğulu sıradan bir-bir çıxır millətin! 
 
Kəlbəcər torpağına neçə "ağa" gəlibdir. 
İnqilabı raykomdan çıxarmağa gəlibdir. 
 
Vəzirov göndərmişdi, gəlmişdilər mərəzlə. 
"Bambılı"
*
nın əmriylə iş görülür qərəzlə. 
 
Özü ağır dərd idi, millətimə oldu dərd. 
Ellərimi qırğına verib qaçdı o namərd. 
 
Sığmasa da yer-göyə təşəxxüsü, ədası, 
Hara ayaq basırdı, gəlirdi bəd sədası. 
 
Düşmənimin önündə bir qul kimi əyildi, 
Xəstə idi xisləti, yox, o, bizdən deyildi!.. 
 
Bilsə də, bilməsə də, uymuşdu xəyanətə. 
                                                 
*
 "Bambılı" – Azərbaycan KP MK-nın keçmiş birinci katibi Ə.Vəzirova xaiqın verdiyi addır.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə