Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   20   21   22   23   24   25   26   27   28

 
119 
 
Akademik Məmiyev  olmuşdu çox narahat
Gücü çatsa başçını qovdurardı bu saat. 
 
Adamların içində sözlər gəzirdi hərdən: 
Səriştəsiz bir nəfər gəlibdir Kəlbəcərdən. 
 
Ona qulaq asmayın, dağdan gəlibdir, əşşi!.. 
Ömründə heç bilmir ki nə olandır göl işi. 
 
İnqilabı bir dəfə hələ hədələyibdir
Elə sözlər deyib ki, ürəyinə dəyibdir. 
 
Axı alimlər onu saxlar gözünün üstdə. 
Bir söz deyən olmayıb hələ sözünün üstdə. 
 
İnqilab Məmiyevə xəbərdarlıq göndərdi: 
"Bu qədər canfəşanlıq etməyiniz hədərdi. 
 
Tək deyilsiniz, vardır siz kimi neçələri. 
Sağlıq olsun, payızda sayarıq cücələri!..." 
 
Əsl bir pəzəvəng də göndərmişdi sifariş: 
"Nadirlidən soruşun görməyə tapmayır iş?!..." 
 
Ağıldan kasadlara inanan da çox idi. 
O cür istehzalara məhəl qoyan yox idi. 
 
Cürbəcür yozum vardı, inam vardı hərədə, 
Böhtan yazan da oldu qəzetdə bu barədə. 
 
İnamsızlar həmişə arada gəzən olur, 
Mübarizlər hər yerdə çətinə dözən olur. 
 
Fərhad kimi oğullar külüngünə əl atdı, 
Kim necə düşünsə də, axı həyat həyatdı. 


 
120 
Tanrı da həyan oldu bu müqəddəs çağrışa. 
Buldozerlər, maşınlar başladılar yarışa. 
 
O, qara qüvvələrin uymadı güruhuna. 
Axı yaxşı bələddir millətinin ruhuna. 
 
Dağlar əyər başını el məğrur olan yerdə 
Sözünü bərkdən dedi adam gur olan yerdə. 
 
İsgəndər adlı cavan keçib gəldi irəli. 
Yol tərəfdə bir əli, göl tərəfdə bir əli. 
 
İçindən od yağırdı - görsəydin gözlərini. 
Söyləməyə başladı gur səslə sözlərini: 
 
—Ay camaat, ardımca tayfalı, elli gəlin! 
Maşınınız olmasa, əlləri belli gəlin. 
 
Dünyada hər nə varsa insanın əlindədir. 
Yeri, göyü yıxmaq da inamın əlindədir. 
 
Qardaş, bu nağıl deyil, gördüyünüz həyatdı!.. 
Cavanın hər kəlməsi bir təlatüm qopartdı. 
 
Dağlardan qopub gələn böyük axın yarandı. 
Quru sözlər demirəm, baxın, baxın, yarandı!!! 
 
Daha beş, on nəfər yox, millət qalxdı ayağa, 
Gətirilən torpağın bənzəri vardı dağa. 
 
"Şor göl" əzəlki deyil, baxarı dəyişildi. 
Fabrik, zavod suyunun axarı dəyişildi. 
 
İnqilab İsgəndərə yeni, təzə ad qoydu. 
Dillərdə dastan olan külünglü Fərhad qoydu. 
 


 
121 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Böyük Şor gölünün öncə vəziyyəti 
1994-cü il 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qurudulmuş Böyük Şor gölünün bir hissəsi 
1997-ci il 
 


 
122 
Qollara qüvvət gəldi motorların səsindən, 
Göy də yerə boylandı insan nəriltisindən. 
 
İnsanların inamı qayıdanda özünə, 
İnqilabın sönməyən həvəsini eşitdim. 
 
Hər gün ucadan gələn gur səsini eşitdim. 
Dənizi qurutmaq da görünməyir gözünə. 
 
O zaman ki, enməyə başladı gölün suyu
Bütün Binəqədidə möcüzəyə döndü bu!.. 
 
Su altından qiymətli sərvətlər üzə çıxdı, 
Həşarat gölməçəsi qupquru düzə çıxdı! 
 
İnamının gücündən insan heyrətə gəldi, 
Qeyrəti olmayan da, vallah, qeyrətə gəldi. 
 
İllər tufanlı keçib, keçib bahar, keçib qış, 
Heç demə suyun altda neçə mədən qalıbmış!.. 
 
Neftayıran məntəqə qalıbmış suyun altda, 
Bizim bilmədiyimiz nələr varmış həyatda... 
 
Çoxları unudubmuş belə dərdi-səri də... 
"Böyük şor" qərq edibmiş bir hərbi şəhəri də!.. 
 
Şor suların altında daha nələr qalıbmış?! 
Ağaclıqlar, güllüklər, əfsanələr qalıbmış!.. 
 
Başqa söz çox olsa da, bu kəlmələr əsildi. 
Aşıb-daşan şor sular mənbəyindən kəsildi. 
 
Bu xəbər Məmiyevin qanını bərk qaraltdı. 
İnqilabsa ən gözəl, şirin arzuya çatdı. 
 


 
123 
Bahar ilə bahardı, qışla qışdı, İnqilab! 
Alimlərdən ucada dayanmışdı İnqilab. 
 
Neçə böyük alimin düşündüyü hədərmiş, 
Heç xəyala gəlməyən səbəblər nə qədərmiş. 
 
Vətən üçün İnqilab gör bir nələr eyləyib!.. 
Qaranlıq gecələri nurlu səhər eyləyib. 
 
Demirəm o, bu yolda şair, ozan olubdur. 
Ünvanına nə qədər şeir yazan olubdur. 
 
O, həmişə özünü adi insan sayıbdır. 
Onun qədər heç kimə şeir yazılmayıbdır. 
 
Bu yerlər cəng görməmiş belə ağır cəng kimi, 
Pəzəvəng elə yenə qaldı pəzəvəng kimi. 
 
İki ilin ərzində "Böyük şor" ram edildi. 
Qurularaq məclislər, gözəl bayram edildi. 
 
Xəstəliklər mənbəyi ömrünü verdi bada. 
Biz köçsək də, bu əməl qalacaqdır dünyada. 
 
Əgər tapılmasaydı İnqilabtək bir kişi, 
Necə olacaqdı bəs Abşeronun gərdişi?! 
 
Yox, yox, aldada bilməz şirin xəyallar onu, 
Yaşadıb, gümrah edib elə bu hallar onu. 
 
Xəyalsız bircə gün də olmayıb həyatında, 
Elə bu minvalla da yerin, göyün qatında. 
 
İçində az olmayıb sevincin də, qəmin də... 
Özünü də unudub xəyallar aləmində. 
 


 
124 
Heç ağlına gəlməyən bir məkana düşübdür
Bilmir ki, hardan gəlib, hansı yana düşübdür. 
 
Yeni bağlar, meydanlar "Böyük şor"un yerində... 
Bütün hüsnü dəyişib səmanın da, yerin də!.. 
 
Güllərin min ətri var bu yerin havasında, 
Yaz nəğməsi oxuyur quşlar öz yuvasında. 
 
Yelləncəklər alıbdır uşaqları qoynuna, 
Analar da qoşulur onların oyununa. 
 
Təbiətin qoynunda keflər qalxır, durulur. 
Çəmənlərin üstündə May məclisi qurulur. 
 
О, sabaha baxmayıb heç zaman şübhə kimi. 
Elə məclis vardı ki, çəkibdi sübhə kimi. 
 
Yurdsuz qalan dovşanlar yurduna qayıtmalı. 
İnsan əsl insansa, məramına çatmalı. 
 
İş ki belə sürətli, bu maşınlar əllimi... 
Kimsə çəkir xəyaldan İnqilab müəllimi!.. 
 
Arzum budur mətləbi açıq, aydın göstərəm. 
Nadan bilməz, cavabı aqillərdən istərəm... 
 
Bu, bir söz sənətindir, qoy danışsın sənətkar. 
Yaratmağa, yazmağa gör nə qədər mövzu var. 
 
Bunu yazıb bitirmək nə qədər müşkül, çətin. 
Çatdı BMT-yə də sorağı bu qüdrətin... 
 
Dahi akademiklər ona biət etdilər, 
Beynəlxalq bir məclisə bir gün dəvət etdilər. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə