Microsoft Word Elmi mecmue 15. doc



Yüklə 467,92 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü467,92 Kb.
#54820


 

 



 

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 

ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН  

 

 



ELMИ

 

МЯЪМУЯСИ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

№ 15 


 APREL (NİSAN) 2011 




İslamda ailə məfhumu və onun sosial analizi 

121 


 

 

İSLAMDA AİLƏ MƏFHUMU VƏ ONUN SOSİAL 



ANALİZİ 

 

Xalidə Faiq qızı İSLAMZADƏ 

İlahiyyat üzrə fəlsəfə doktoru 

 

 

Açar sözlər: İslam, ailə, kəbin, boşanma  

Key words: Islam, family, marriage, divorce 

“İslamda ailə”-  ən çox bəhs edilən  şəri mövzulardandır. Mövzuyla 

əlaqədar maarifləndirmə  işinin az olmamasına baxmayaraq, adıçəkilən 

məfhuma dair bir çox təzadlı fikirlər mövcuddur. Elə bir çirkin vəziyyət 

yaranmışdır ki, hətta müsəlmanlar arasında da İslama uyğun ailə  barədə 

xeyli yanlış düşüncələr içində olanlar var. Ailəyə aid səhvlərə yol verən 

müsəlmanların bəziləri bunu dini yöndən savadsızlığı, digərləri isə özlərinə 

sərf etdiyi üçün əslində  İslam dinində olmayan bidətləri dinimizdə varmış 

kimi göstərərək həyatlarında tətbiq edir və bu yanlış yolu başqalarına da 

məsləhət edirlər. Unutmamalıyıq ki, cəmiyyət və dövlət ailələrdən təşkildir. 

Yazılanlarla bağlı deməliyik ki, ailələrin təməli sağlam və möhkəm 

olmadıqda bunun mənfi təsirləri bilavasitə  cəmiyyətdə  təzahür edir. O 

cəhətdən ailə mövzusu bəzilərinə çox bəsit görünsə  də bütün bəşəriyyətə 

təsir etdiyindən ən aktual məsələlərdəndir. Ailə ilə əlaqədar ən çox mübahisə 

doğuran aşağıdakı suallara izahat verərək qaranlıq qalan məqamlara aydınlıq 

gətirmək zəruridir: 



1) Nişanlılıq dövründə  kəbin kəsdirmək: Naməhrəm qadının  əlini 

tutmaq haram olduğu üçün bəzi müsəlmanlar hələ evlənmədən nişanlılıq 

dönəmində ikən nişanlısı ilə  kəbin kəsdirirlər. Bu səhv addımı atmaq 

məsləhət deyil. Belə ki, “İslam hüququ” kitablarında da bildirilir ki, 



nişanlılıq dövrü  oğlanla qızın bir-birini daha yaxşı tanımasına yardım 

edərək onların xasiyyətlərinin uyğun olub-olmamasını anlamaq və ailənin 

möhkəm təməllər üzərində qurulması  məqsədilə evlənmək niyyətində 

olanlara verilən müddətdir (1, s. 298). Bu səbəblə  də kifayət qədər 

tanımadan, nişanlanan kimi dərhal kəbin kəsdirmək müdrik insanın  əməli 



Xalidə Faiq qızı İSLAMZADƏ 

122 


deyil. Nəfsani hisslərə qapanaraq aşiq olduğu  şəxslə toydan əvvəl nikah 

bağlayıb daha sonra isə  həmin adamın özünə  qətiyyən uyğun gəlmədiyini 

anlayanların sayı az deyil. Belə ki, nişanlılıq dönəmində kəbin kəsdirdikdən 

bir müddət sonra fikrini dəyişən qızlar vardır. Bu zaman əgər oğlan da 

ayrılmağın tərəfdarıdırsa, problem yoxdur. Lakin bəzən oğlan ayrılmaq 

istəmir. Qız onunla kəbin kəsdirdiyi üçün cinsi münasibətə girməməsinə 

baxmayaraq, şəriətə görə Allah qatında bu şəxsin həyat yoldaşı sayılır. Belə 

bir vəziyyət yarananda qız oğlandan onu boşamasını  tələb etsə belə, qarşı 

tərəf boşamaqdan imtina edərsə, həmin xanım oğlanın zövcəsi hesab edilir. 

Həmçinin bu xanım  əri onu boşamadan “onsuz da nişanlımla birlikdə 

olmamışam” düşüncəsi ilə başqasıyla ailə qurarsa, həmin qadının ikinci 

izdivacı batil sayılır (2, s. 210). Deyilənlərə diqqət yetirərək evlənməyə 

hazırlaşan qızlar tələsib toydan öncə nikah bağlamamalıdırlar. Nəzərə 

almalıdırlar ki, nişanlısının əlinin-əlinə dəyməsi zina deyildir. Amma kəbin 

kəsdirdiyi oğlan onu boşamadan xanımın başqasıyla ailə qurması isə  İslam 

qaydalarına ziddir və bu əlaqəsi zina sayılır; 



2) Mütə nikahı (siğə kəbini): “Mütə” kəlməsi “təməttü” sözü ilə eyni 

kökdən gələrək faydalanmaq, istifadə etmək deməkdir. Siğənin İslam dini 

baxımından doğru və ya yanlışlığı haqqında mübahisələr  əfsus ki, 

günümüzdə də davam etməkdədir. Bəziləri mütənin dinimizdə varlığını iddia 

edərkən, digərləri onu cəfəngiyat hesab edirlər. Həqiqəti öyrənmək üçün 

İslam tarixini nəzərdən keçirək! 

Mütə nikahı  İslamdan  əvvəl Cəhalət dövründə mövcud idi. Həmçinin 

İslamın başlanğıcında da vardı. Belə ki, İslamın ilk çağlarında dinimizi 

yaymaq üçün müsəlman kişilər cihadlara getmək məqsədilə  səfərə  çıxaraq 

xeyli müddət zövcəsiz qalmaq məcburiyyətində idilər.  İslamı yeni qəbul 

etmiş kişilərin bəzilərinin imanı  hələ ki, zəif idi. Belə bir vəziyyətdə dini 

duyğuları kifayət qədər güclü olmayan müsəlman kişilərin uzun müddət 

qadınsız qaldıqlarına görə zina edə biləcəkləri qorxusu vardı. Bu səbəblə 

İslamın ilk çağlarında “ən-Nisa” surəsinin 24-cü ayəsi ilə siğəyə rüsxət 

verilmişdi. Cihadlardakı qeyd olunan problemlə bağlı elə bir gərgin vəziyyət 

yaranmışdı ki, hətta məşhur səhabələrdən olan Abdullah ibn Məsud zinadan 

qorunmaq məqsədilə peyğəmbər Həzrət Məhəmməddən (s.ə.s.) kişilərin 

özlərini axtalamağına izin verməsini xahiş etmişdi. Rəsulullah (s.ə.s.) isə  

bunu qadağan etmişdi (3, Nikah, 1404). Çünki Allahın xəlq etdiyi surəti 



İslamda ailə məfhumu və onun sosial analizi 

123 


dəyişdirmək, nəslin törəməsinin önünü kəsmək və canlıya  əziyyət etmək 

dinimizdə caiz deyil.  Dinimizin ilk vaxtlarında siğə  kəbininə icazə verilsə 

də belə müvəqqəti izdivac hamıya deyil, yalnız bəzilərinə müəyyən  şərtlər 

hasil olduqda izin verilirdi. Necəki  şəriətimizə  əsasən donuz ətini adi 

hallarda yemək haramdır, ancaq zərurət olduqda onu yemək caizdir. 

Məsələn: Meşədə azaraq günlərlə ac qalıb donuzdan başqa yeyilməli heçnə 

tapmadıqda. Eləcə  də mütə nikahını da zərurət hallarında bağlamaq olardı. 

Məsələn: yuxarıda da qeyd etdiyimiz kimi, cihadlarda uzun müddət qadınsız 

qaldıqda. Deyilənləri təsdiqləyən peyğəmbərimiz Həzrət Məhəmmədin 

(s.ə.s.) əmisi oğlu və təfsir elminin piri sayılan Abdullah ibn Abbasdan (r.a.) 

gələn rəvayət mövcuddur (4, s. 76). İslamın başlanğıcında dinimizi tələf 

edərək müsəlmanları  məhv etmək istəyən düşmənlərin qarşısını almaq 

məqsədilə baş verən savaşlar nəticəsində İslam çox gücləndi, müsəlmanların 

sayı artdı. Bu zaman dinimizin yox edilməsi təhlükəsi aradan qaldırıldıqda, 

Rəsulullah (s.ə.s.) siğə kəbinini ləğv etdi. Belə ki, Həzrət Əli ibn Əbu Talib 

(r.a.) Abdullah ibn Abbasa (r.a.) Peyğəmbərimizin (s.ə.s.) Xeybər qəzvəsi 

günü (m.628-ci il) mütə nikahı bağlamağı  və  eşşək  ətini yeməyi qadağan 

etdiyini bildirmişdi (5, Məqazi 38,Nikah 31; Nikah 29; Nikah 28; Nikah 

71). Onu da qeyd edək ki, Xatəmül-Ənbiya (s.ə.s.) bunu özbaşına qadağan 

etməmiş, bu müvəqqəti izdivac Qurani-Kərim ayəsilə Allah tərəfindən ləğv 

edilmişdir. Deyilənləri isbat edən dəlillər: 1) Mütə kəbininə izin verən “ən-

Nisa” surəsinin 24-cü ayəsinin mənsux (hökmü ortadan qaldırılmış) 

olduğunu təsdiqləyən sübutlar “talaq və miras” kimi hökmləri müsəlmanlara 

fərz qılan ayələrin nazil olmasıdır. Belə ki, mütə nikahında talaqa ehtiyac 

yoxdur. Siğənin qabaqcadan  təyin edilən müddəti bitəndə belə nikaha girmiş 

kişi və qadın arasındakı əlaqə də kəsilir. Habelə bu nikahda qadın ərinə varis 

olmaq hüququndan da məhrumdur. “Ən-Nisa” surəsinin 24-cü ayəsindən 

sonra nazil olan talaq ilə mirasa dair ayələr mütə  kəbinini nəsx

 

etmişdir 



(hökmünü ləğv etmişdir) (6, s. 207).  

3) Gizli kəbin:  Hərdən bəzi  şəxslərin öz mənfur  əməllərinə don 

geydirərək dini əllərində oyuncaq halına gətirmələri kimi üzqızardıcı hallarla 

rastlaşırıq. Hətta, cəmiyyətdə özünü namaz qılan, oruc tutan və digər  şəri 

hökmləri yerinə yetirərək Allahın  əmrlərinə uyan insan kimi təqdim 

edənlərin  əxlaqsız  əməllər işlədikləri bəs deyil, hələ buna dini qiyafə  də 

geydirmələrinin şahidi oluruq. Belə yolverilməz və neqativ hallardan biri də 




Xalidə Faiq qızı İSLAMZADƏ 

124 


gizli kəbindir. Qeyd edək ki, ailə İslamda müqəddəs müəssisədir. Lakin bəzi 

əxlaqsızlar dini qaydaları pozmadan evlənərək öz şəhvət duyğularını halal 

yolla təmin etmək  əvəzinə, molla yanında  gizli kəbin kəsdirərək belə 

rüsvayedici  əlaqələrinin zina olmadıqlarını  zənn edirlər. Onların nə  qədər 

yanıldıqlarını sübut edən dəlillərə baxaq! Bəzi mənəviyyatsızlar ciddi ailə 

qurmayaraq həm ailə  məsuliyyəti daşımaq istəmirlər, həm də öz nəfsani 

hisslərindən də uzaq durmaq niyyətində deyillər. Onlar müəyyən qadınları 

valideynlərindən xəbərsiz gizli kəbinlə alırlar. Həmin qadınlarla bir neçə 

saatlıq haram əlaqədə olduqdan sonra hər biri öz evinə qayıdır.Yəni bu 

cütlük daimi kəbinlə evlənənlər kimi eyni evdə yaşamırlar. Bunlar məşuq

 

həyatı yaşayanlar kimi öz şəhvət hisslərini təmin etdikdən sonra ər-arvadın 



bir-biri qarşısındakı cavabdehlik və ailəiçi vəzifələrini yerinə yetirmək 

istəmirlər. Belələri həyatlarını eyş-işrət içində keçirərək bu cür çirkin 

münasibətlərin Allah qatında halal sayıldığını hesab edirlər. Gizli kəbinin 

batil olduğunu təsdiqləyən ayə  və peyğəmbər Həzrət Məhəmmədin (s.ə.s.) 

hədisləri mövcuddur. Qurani-Kərimdə Rəbbimiz subay kişi və ərsiz qadınları 

evləndirməyi nida edir “ən-Nur”, 24/32 (7, s. 353). “Ən-Nur” surəsinin 32-ci 

ayəsi ilə evləndirmə haqqı  vəlilərə verilmiş  və  Rəsulullah buyurmuşdur: 

“Nikah ancaq vəli ilədir” (8, s. 393; 1, s. 305). 

Daha bir misal: 

– Peyğəmbər “Hansı qadın vəlisinin izni olmadan nikahlanarsa, onun 

nikahı batildir” – deyərək bunu üç dəfə təkrarladı (9, Nikah 20; Nikah 14). 

Yuxarıdakı  hədisdə “vəli” sözünün mənası  valideyn və digər ailə 



üzvləri deməkdir.  İslamda evliliyə yalnız zövq-səfa mənbəyi tərzində 

baxaraq bu müqəddəs müəssisəyə qeyri-ciddi yanaşmaq caiz deyildir. 

Hədisdə evlənmək istəyənlərin bir-birinə uyğun olub-olmamalarına dair ailə 

həyatı  təcrübəsinə malik valideynlərin dəyərli məsləhətlərini və xeyir-

dualarını almadan izdivaca bəsit  əyləncə  şəklində yanaşmanın dinimizdə 

haramlığına diqqət çəkilir. Zinalarını  ətrafdakılara guya halalmış kimi 

təqdim edərək özlərini şəri hökmlərə uyan kimi göstərən bir sıra riyakarlar 

növbəti üsula əl atırlar. Haqqında bəhs edilənlər nikahlarını valideynlərdən 

gizlədərək məqsədyönlü  şəkildə  gəlinin ailə üzvlərini tanımayan iki 

dırnaqarası  şahid taparaq onların önündə saxta kəbin kəsdirirlər. Axı belə 

nikah necə məqbul sayıla bilər? Yalan üzərində qurulmuş bu sayaq fırıldaq 

izdivacın Allah qatında qəbul edildiyini hesab edənlər ya dini qaydalara 




İslamda ailə məfhumu və onun sosial analizi 

125 


barmaqarası, oyuncaq kimi baxanlardır, ya da İslam dininin ehkamlarını 

yaxşı bilməyənlərdir. Müqəddəs kitabımızda bəyan edildyi kimi:  

-......Çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq düz 

yoldan azdırırlar.... “Əl-Ənam”, 6/119 (7, s. 142 ). 

Allah-Təala nəfsani hisslərinə uyanları xəbərdar edir: 

-......(Nəfsinə) uyma, yoxsa səni Allahın yolundan sapdırar. Şübhəsiz ki, 

Allahın yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli 

əzab gözləyir! “Sad”, 38/26 (7, s. 453). 



4) Evlənənlər arasındakı bərabərlik: İslam dininə görə, evlənən qızla 

oğlan arasıda bərabərlik şərtdir. Sadə dildə desək evlənənlər bir-birinin tayı 

olmalıdır. Ailə qurmağa hazırlaşanların arasında uyğunluğun, bərabərliyin 

zəruriliyi “ən-Nur” surəsinin 3, 26-cı

 

ayələrindən və peyğəmbər Həzrət 



Məhəmmədin (s.ə.s.) hədisindən məlumdur. Qurani-Kərimdə bəyan edilir: 

-Zinakar kişi ancaq zinakar, yaxud müşrik qadınla evlənə bilər. Zinakar 

qadın da yalnız zinakar, yaxud müşrik kişiyə  ərə gedə bilər. Bu (belə 

evlənmə), möminlərə haram edilmişdir. “Ən-Nur”, 24/3 (7, s. 349) 

-Pis qadınlar pis kişilərə, pis kişilər isə pis qadınlara, eləcə  də yaxşı 

qadınlar yaxşı kişilərə, yaxşı kişilər də yaxşı qadınlara layiqdirlər....... “Ən-

Nur”, 24/26 (7, s. 351). 

 Həmçinin mövzu ilə bağlı hədisdə deyilir ki, Həzrət Peyğəmbər (s.ə.s.) 

Həzrət  Əliyə (r.a.) buyurmuşdur: “Üç şeyi gecikdirmə: Vaxtı çatanda 

namazı, hazır olanda cənazəni və tayın olan qızı tapanda evlənməyi” (6, s. 

133). Nəzərdən keçirdiyimiz ayələr və  hədisdən aydın görünür ki, ailələrin 

bünövrəsinin möhkəmliyinə bilavasitə təsir etdiyi üçün ər-arvadın bir-birinə 

uyğunluğu  İslam dinində önəm daşıyır.  Şəriətimizdə  bərabərlik bu 

xüsusiyyətlərdə aranır: Evlənmək istəyən oğlan və qızın dini, əxlaqi, iqtisadi

sosial, yöndən uyğun gəlmələrini böyük İslam alimləri vacib hesab etmişlər  

(1, s. 311). Maraqlıdır ki, İslam alimləri bunu əsrlər öncə söyləmişlər. 

Sivilizasiyanın  ən üst mərtəbəsində duran ölkələrdən biri olan Amerika 

alimləri isə qeyd edilən fikrə ancaq XX əsrin sonunda gəlmişlər. Bu ştrix 

İslam dininə savadsız dırnaqarası mollaların uydurması kimi yanaşanlara 

düşündüklərinin tam tərsini sübut edir. Eyni zamanda İslamın gətirdiyi 

ehkamların bütün əsrlər və millətlər üçün universallıgını  təsdiqləyir. 

Amerika alimləri uzun müddət ailə  həyatlarını qoruya bilmiş 1000 evli 

cütlüklər üzərində araşdırma aparmışlar. Həmin cütlüklərdən həyatdakı 



Xalidə Faiq qızı İSLAMZADƏ 

126 


bitməz-tükənməz problemlərə  rəğmən ailə ocağını necə qoruyub saxlamağı 

bacardıqlarını soruşmuşlar. Araşdırmalarının nəticəsində aydın olmuşdur ki, 

həmin  şəxslər dini, iqtisadi, sosial və intellektual baxımdan eyni sinfə 

mənsubdurlar. Yəni tədqiqatlar nəticəsində  aşkar edilmişdir ki, ər-arvad 

arasında oxşar cəhətlər nə qədər çoxdursa onların izdivacları da bir o qədər 

möhkəm olur.    



5) Boşanmanın ailə fərdlərinə təsiri:  

Ailələrin bir qisminin evlilik həyatının boşanma ilə  nəticələndiyinin 

şahidiyik. Bəzi boşanmış şəxslərdən balalarının həmin vəziyyətə münasibə-

tini soruşduqda, “uşaqlarımın heç vecinə də deyil”- cavabını alırıq. Bununla 

əlaqədar sual meydana gəlir ki, həqiqətənmi bu belədir? Boşanmanın öv-

ladlara mənfi təsiri yoxdurmu? Sözügedən mövzu barədə sosiologiya və tibb 

elmi üzrə araşdırmaların nəticələri vicdan sahiblərini təşvişə salır və həyacan 

zilini çalmağa vadar edir. Belə ki, psixoanalitikanın banisi Ziqmund Freyd 

natamam ailələrdə (ancaq bir valideyndən ibarət ailədə) böyüyən övladların, 

daha dəqiq desək yalnız ana ilə yaşayan körpələrin əksəriyyətinin gələcəkdə 

homoseksualist olduqlarını söyləmişdir (10, s. 130). Çünki evdə  uşağı pis 

əməllərdən çəkindirən güclü xarakterli atanın yoxluğu övladın tərbiyəsində 

ciddi deqradasiyaya səbəb ola bilər (11, s. 19). Alimin dediklərini təsdiq 

etmək məqsədilə  çəkdiyi bir sıra misalların arasında məşhur rəssam 

Leonardo da Vinçinin (1452-1519) tərcümeyi-halı diqqəti cəlb edir. Dahi 

rəssam vələdi-zina (zinadan doğulan uşaq) idi. Bu səbəbdən 5 yaşına qədər 

yalnız anasının yanında böyümüşdür. Atasının öz qanuni həyat yoldaşından 

övladı olmadığından o, Leonardonu sonralar oğlu kimi qəbul etmişdir. 5 

yaşından etibarən oğlan atası ilə birlikdə yaşamağa başlamasına baxmayaraq, 

əfsus ki, daha gec idi. Çünki insanda artıq 3-4 yaşına qədər xarıci aləmə dair 

müəyyən təəssürat, hisslər formalaşır ki, bunu daha sonralar dəyişmək 

mümkün deyil. Uşaqların həyatlarının ilk illəri, həmin zamankı xatirələri, 

onların mənəvi inkişafına təsir edən  ən önəmli dövrdür. Ziqmund Freyd 

bununla  əlaqədar Leonardonun gələcəkdə homoseksualist həyatı keçirmə-

sinin səbəbini onun 5 yaşına qədər məhz ata qayğısından məhrum qalma-

sında görür (12, s. 376-390 ).  

Bundan əlavə boşanmış valideynlər yenidən, ikinci dəfə ailə qurduqda, 

onların övladları öz doğma ana-atalarının sevgisini yad kişi və qadınlarla, o 

cümlədən ögey bacı-qardaşlarla paylaşmaq istəmirlər. Ailə mütəxəssisi 



İslamda ailə məfhumu və onun sosial analizi 

127 


N.Y.Solovyov boşanmanın uşaqların səhhətinə  mənfi təsir bağışladığını 

qeyd edir. N.Y.Solovyov boşanmış ailələrdəki 3-6 yaşlı balaların özlərini 

günahkar hiss edərək ana-atasının ayrılmasına məhz onun səbəb olduğunu 

düşündüklərini bildirir. 7-11 yaşlı  uşaqlar isə valideynlərinə  qəzəb və 

inciklik hissini duyurlar. Natamam ailələrdəki övladların bəziləri dərslərini 

daha zəif oxumağa başlayır, nizam-intizama fikir vermir, evdən qaçırlar. 

Həmin uşaqlar qorxu, inamsızlıq, tənhalıq hissini keçirərək özlərini bədbəxt 

hesab edirlər (13, s. 248-252).  

 Bütün  yazılanları  nəzərdən keçirdikdən sonra boşanmanın övladların 

psixikalarını  zədələyərək həm özlərınə neqativ təsir bağışladığını, həm də 

cəmiyyət üçün təhlükə qurşağını təşkil etdiyini deməyə əsas verir. O zaman 

ailə qurmağa hazırlaşanlar ehtiraslarına uyaraq yalnız özlərini düşünməməli, 

həyat yoldaşı seçiminə xüsusi ciddiyyətlə yanaşmalı, boşanacaqları təqdirdə 

övladlarına psixi travma yetirəcəklərini də  nəzərə alaraq ailə ilə bağlı 

atılacaq addımın çox ciddi olduğunu dərk etməlidirlər. Habelə məqaləmizdə 

təqdim edilən şəri dəlillərdən də göründüyü kimi,  İslam dini ehkamları da 

mövzuyla əlaqədar deyilənləri təsdiqləyir.  

  

 



İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

1. Hayreddin Karaman. Mukayeseli İslam hukuku. İstanbul: Nesil 

Yayınları, 1996, c. I. 

2. Faruk Beşer. Hanımlara özel fetvalar. İstanbul: Nun Yayıncılıq, 2007  

3. Müslim. Nikah,1404 

4. İbn Hacər, Fəthul-Bari, c. XI 

5. Buxari, Məqazi 38,Nikah 31; Müslim, Nikah 29; Tirmizi, Nikah 28; 

Nəsai, Nikah 71 

6. Beyhəqi. Əs-Sünənül-Kübra 7, 207 

7. V.M.Məmmədəliyev. Qurani-Kərim məali, 2007 

8.  İbnul-Hümam. Fəthul-Qadir, c. II; Hayreddin Karaman. Mukayeseli 

İslam hukuku, c. I 

9. Əbu Davud, Nikah 20; Tirmizi, Nikah 14 

10.  Зигмунд  Фрейд.  Психология  бессознательного,  Москва:  Про-

свещение, 1989 



Xalidə Faiq qızı İSLAMZADƏ 

128 


11. Зигмунд Фрейд. Очерки по психологии сексуальности, перевод: 

М.В.Вульф, И.Д.Ермаков. Минск, 1990 

12. Зигмунд Фрейд. Психоаналитические этюды. Минск: Беларусь, 

1991 


13. Т.М.Афанасьева. Семья. Москва: Просвещение, 1988 

 

 



РЕЗЮМЕ 

 

В  статье  излагаются  основные  принципы  о  глобальном  значении 

правильно сформированной семьи в Исламской религии. Затронута акту-

альная  проблема  нашего  времени  как  развод.  Приводятся  главные  при-

чины, отрицательно влияющие на прочность семей. В том числе предос-

тавлены  сведения  о  тяжелых  последствиях  распада  семей,  точнее  влия-

ния их на личности, как по отдельности, так и на общества в целом. 

  К  тому  же  предъявляются  факты,  связанные  с  этапами  при  созда-

нии семей, обручение, а также разные формы брака: скрытый брак, вре-

менный  брак  известный  под  названием  “мута”,  равный  брак.  Сюда 

включены итоги анализа религиозных заповедей и научных фактов под-

тверждающие  взгляды  Исламского  шариата  о  возникающих  проблемах 

связанные с ошибками совершающихся со стороны членов семей.   

Также  предоставлены  аяты  Корана,  хадисы  Пророка  Мухаммеда 

(с),  а  также  комментарии  ученых  по  теологии,  психоаналитики,  и  со-

циологии на данную тему.  



 

 

SUMMARY 

 

In the article it is explained basic principles about importance of the 



family built correctly in the Islam religion. Important problem of our time is 

touched to divorce. As well negative influencing causes to the durability of 

the family are shown. Information about heavy results of the disintegration 

of the families is presented too. Influences of these are presented to the 

persons and society.  



İslamda ailə məfhumu və onun sosial analizi 

129 


Here facts are presented about stages of the building of the families: 

Engagement, secret-marriage and marriage-muta. Have been included 

dogmas of the Islam shariat and results of the analysis of the scientific facts 

here about problems occurring in the result of mistakes of the family 

members.  

Also is refered to ayahs of Quran, Prophet's dikta, commentaries of 

theologians, sociologists, and psychoanalysts.   

 

 



Çapa tövsiyə etdi: akademik V.M.Məmmədəliyev 

 

  



Yüklə 467,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə