Microsoft Word \223Bank isi\224 Kafedras? ?m?kdaslar?n?n professor- mu?llim v? laborant hey?ti docx



Yüklə 21,23 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü21,23 Kb.
#27838
növüQaydalar


AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  

AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

 

“Bank işi” Kafedrası əməkdaşlarının (professor-müəllim  və laborant heyəti) 

 

ETIK DAVRANIŞ QAYDALARI 

 

Azərbaycan Dövlət  qtisad Universitetinin “Bank işi” kafedrasının  31. 10. 2013–cü 

il tarixli iclasında (protokol 2) təsdiq olunmuşdur. 

 

 

1.  Bu  Qaydalar  Azərbaycan  Dövlət  qtisad  Universitetinin  “Bank  işi” 

kafedrasının  əməkdaşlarının  xidmət  etikası  və  xidmətdən  kənar  davranışının 

normalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən 

edir. 

2.  Bu  Qaydalar  Kafedranın  bütün  əməkdaşlarına  (bundan  sonra  –  əməkdaş) 



ş

amil edilir. 

3. Əməkdaş öz fəaliyyətində qanunçuluq, humanizm və demokratik prinsipləri, 

yüksək  etik  davranış  normalarını  rəhbər  tutaraq  bu  Qaydalara  əməl  etməyə 

borcludur. 

4.  Əməkdaş  xidməti  fəaliyyətini  həyata  keçirdikdə  insanların  hüquq  və 

azadlıqlarına,  qanuni  maraqlarına,  şərəf  və  ləyaqətinə  və  işgüzar  nüfuzuna 

hörmətin təmin olunmasını (qorunmasını və müdafiəsini) rəhbər tutmalıdır. 

6.  Əməkdaş  insan,  cəmiyyət  və  dövlətin  maraqları  naminə  öz  xidməti 

vəzifələrini  səmərəli  şəkildə  yerinə  yetirməyə  borcludur.  Öz  xidməti  vəzifələrini 

yerinə  yetirərkən  əməkdaş  səmimi,  çalışqan,  intizamlı  və  təşəbbüskar  olmalıdır. 

Ə

məkdaş bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. 



7.  Əməkdaşın    xidməti  vəzifəsinə  aid  olmayan  məsələrdə    tənqidi  ictimai 

mülahizələrdən,  çıxışlardan  və  kafedranın    fəaliyyətinə  ictimai  qiymət 

verilməsindən çəkinməlidir. 

8.  Əməkdaş  ünsiyyətdə  olduğu  bütün  şəxslərlə,  o  cümlədən  birbaşa  və  yuxarı 

rəhbəri, həmkarları və ya tabeliyində olan şəxslərlə davranışında nəzakətli, diqqətli 

və təmkinli olmalıdır. 




9.  Əməkdaş  peşə  fəaliyyəti  ilə  əlaqədar  rəhbərliyin    iradlarını,  tənqidi  fikirləri 

qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. 

10. Əməkdaş xidməti vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı . 

11.  Öz  vəzifələrindən  kənar,  o  cümlədən  başqa  əməkdaşların  səlahiyyətlərinə 

aid məsələlərə müdaxilə etməməli, onların icraatında olan sənədlərin icrasına təsir 

etməyə cəhd etməməli, maraq göstərməməlidir. 

11.  Əməkdaş  “Bank  işi”  Kafedrasının  xidmətinin  və  vəzifəsinin  nüfuzunu 

möhkəmləndirməyə, əməkdaş adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. 

12.  Əməkdaş  öz  fəaliyyətini  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyən  olunmuş  səlahiyyətlər  çərçivəsində  və  peşəkarlıqla  yerinə  yetirməyə 

borcludur. 

13.  Əməkdaş  etik  davranışı  və  öz  peşəkar  fəaliyyəti  ilə  kafedra  ilə  bağlı  olan 

şə

xslərin kafedraya  inamını artırmalı və möhkəmləndirməlidir. 



14.  Əməkdaş  xidməti  fəaliyyəti  ilə  bağlı  öz  peşəkarlığının  daimi  olaraq  və 

planlaşdırılmış şəkildə artırılması üçün tədbirlər görməlidir. 

15.  Əməkdaş  icra  və  əmək  intizamına  əməl  etməli,  iş  vaxtını  xidməti 

vəzifəsindən kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır. 

16.  Əməkdaş  birbaşa  və  ya  yuxarı  rəhbərinin  qanuna  uyğun  olan  və 

səlahiyyətləri  daxilində  qəbul  etdiyi  yazılı  əmri,  sərəncamı  və  ya  verdiyi  şifahi 

tapşırıqları yerinə yetirməyə borcludur. 

17. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. 

18.  Əməkdaş  subordinasiya  məsələlərinə  diqqət  yetirməli,  yuxarı  rəhbərinə 

yalnız birbaşa rəhbəri vasitəsilə müraciət etməlidir. 

19. Əməkdaş kafedranın istifadəsində olan dövlət əmlakından, rabitə, kompyüter 

və  digər  kommunikasiya  sistemlərindən  və  digər  maddi-texniki  təchizat 

avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir. 

20.  Əməkdaşa  dövlət  əmlakından  rabitə,  kompyüter  və  digər  kommunikasiya 

sistemlərindən  və  digər  maddi-texniki  təchizat  avadanlıqlarından  şəxsi  maraqları 

naminə,  habelə  xidməti  vəzifələrinin  icrası  ilə  əlaqədar  olmayan  digər  məqsədlər 

üçün istifadə etməsi qadağandır.  



21.  Əməkdaş  işə  qəbul  edilərkən  və  bundan  sonrakı  müddətdə  etik  davranış 

qaydaları,  korrupsiyaya  qarşı  mübarizə  və  maraqların  toqquşmasının  qarşısının 

alınması  ilə  əlaqədar  normativ  hüquqi  və  normativ  xarakterli  aktlarla  tanış 

olmalıdır.  Bu  aktlara  əməl  edilməsi  ilə  bağlı  hər  hansı  suallar  yarandıqda,  bu 

barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir. 

22.  Əməkdaş  inzibati  binada,  o  cümlədən  iş  otaqlarında  digər  əməkdaşların 

işləmələrinə  mane  olan  hərəkətlərə  (telefonla  və  ya  digər  əməkdaşlarla  yüksək 

səslə danışmaq,  mobil telefon  zənglərini yüksək səs  rejimində  saxlamaq  və  digər 

bu kimi hərəkətlərə) yol verməməlidir. 

23.  Əməkdaş  hər  zaman  səliqəli  olmalı  və  iş  vaxtı  işgüzar  (rəsmi)  üslubda 

geyinməyə üstünlük verməlidir. 

24. Əməkdaşlar bu Qaydaların müddəalarına müvafiq şəkildə hərəkət etməlidir. 

25.  Əməkdaş  tərəfindən  bu  Qaydalara  əməl  olunması  üçün  davranışının 

uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir 

və bu əsasda müvafiq tədbirlər görülür. 

26.  Əməkdaşlar  tərəfindən  bu  Qaydalara  əməl  olunmasına  ümumi  nəzarət 

kafedranın müdiri  vasitəsilə həyata keçirilir. 

27.  Bu  Qaydaların  tələblərinə  əməl  etməklə  bağlı  əməkdaşın  üzərinə  düşən 

öhdəliklər bunlardır: 

27.1. Hər bir əməkdaş bu Qaydaların bütün müddəaları ilə tanış olmalı, onların 

konkret halda necə tətbiq olunduğunu bilməlidir; 

28.  Bu  Qaydaların  tələblərinin  pozulmasına  görə  vəzifəsindən  asılı  olmayaraq 



ə

məkdaşlar qanunvericilikdə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.



 

 

Kafedra müdiri                                                 i.e.d.,  prof.Z.F. Məmmədov  

Yüklə 21,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə