Baş redaktordan insan çalışdığı, üzərində zəhmət çəkdiyi ilk işin



Yüklə 424 Kb.
Pdf görüntüsü
səhifə3/23
tarix21.06.2018
ölçüsü424 Kb.
#50876
1   2   3   4   5   6   7   8   9   ...   23



TƏKRAR QEYDİYYATIN ANASIDIR!
   Bu gün bir çox sürücülər təkrar qeydiyyatla bağlı sorğular ünvanlayır və hər 
birinin özünəməxsus, unikal sualları olur. Bəri başdan bildiririk ki, situasiyalar 
fərqli olsa da, təkrar qeydiyyat eyni prosesdir. Beləliklə...
Nəqliyyat vasitələrinin qeydiyyatı «Yol 
Hərəkəti Haqqında» qanun və «Nəqliyyat 
vasitələrinin qeydiyyatı» haqqında Nazirlər 
Kabinetinin qərarı ilə nizamlanır. Və indi 
situasiya olaraq sizə təkrar qeydiyyatın 
xüsusiyyətlərini izah edəcəyik.
1-ci situasiya:
Siz avtomobili etibarnamə ilə idarə edirsiniz 
və bu nəqliyyat vasitəsini öz adınıza keçirməyi 
arzulayırsınız. Həmin avtomobil isə qeydiyyatda 
olduğunuz ərazi üzrə qeydiyyatdadır.
Bu zaman sizin iki çıxış yolunuz var. Ya siz 
avtomobili satan şəxslə alqı-satqı müqaviləsi 
bağlamalı, ya da etibar etdiyiniz bir insana bu 
avtomobili bağışlamalı və ya satmalısınız.
Məsləhət görürük ki, avtomobili alqı-
satqı müqaviləsi ilə elə ilk vaxtdan adınıza 
keçirəsiniz. Əgər satan şəxsin sizə alqı-satqı 
müqaviləsi verməyə vaxtı yoxdursa, onda bir 
müddət etibarnamə ilə avtomobili idarə edə 
bilərsiniz. Amma unutmayın, sonradan problem 
yaşamamaqdan ötrü maşını adınıza keçirməyi 
yubatmamalısınız.
Bunun üçün ilk növbədə satan şəxslə avtomobilin 
qeydiyyatda olduğu DYP İmtahan-Qeydiyyat 
şöbəsinə müraciət etməniz lazımdır. Orada 
kassada rəsmi olaraq:
-17 man. – Qeydiyyat şəhadətnaməsi üçün
-22man. – Qeydiyyat nişanı üçün
-20 man. – Texniki baxış rüsumu (avtomobil 
texniki baxışdan keçməyibsə)
-20 man. - Uçot-qeydiyyat əməliyyatına görə 
ödəməlisiniz.
Hər bir ödəniş üçün ayrıca qəbziniz olmalıdır. Daha 
sonra alqı-satqı müqaviləsi bağlamalısınız.
Bunun üçün sizə lazımdır:
- Avtomobilin qeydiyyatdan çıxarılması ilə bağlı 
ərizə (satan şəxs verir)
- Avtomobilin qeydiyyata alınması ilə bağlı ərizə 
(alan şəxs verir)
- Alqı-satqı müqaviləsi
- Şəxsiyyəti təsdiq edən sənəd
- Ödənişləri təsdiqləyən qəbzlər
Əgər avtomobilin sahibi dövlət qeydiyyat nişanına 
sahiblik iddiası etmirsə, bu zaman dövlət qeydiyyat 
nişanı dəyişdirilməyə də bilər.
YHQ – 29-cu maddə, 3-cü bənd.
Azərbaycan Respublikası ərazisində dövlət 
qeydiyyatına alınmış nəqliyyat vasitəsi 
özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi 
uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin 
dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat 
vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat 
vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat 
vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini 
satan şəxsin digər nəqliyyat vasitəsinə bu 
maddənin II hissəsində nəzərdə tutulmuş qaydada 
verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs 
nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını 
saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat 
nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin 
nəqliyyat vasitəsinə bu maddənin II hissəsində 
nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat 
nişanı verilir. Beləliklə, 
45 dəqiqə
 ərzində 
avtomobil hüquqi cəhətdən sizə məxsus olacaq.
2-ci situasiya:
Avtomobil ayrı bir ərazidə, siz isə digər ərazidə 
Avto
Stop
12


qeydiyyatda olduğunuz (məsələn, avtomobil Bakıda, siz isə Beyləqanda qeydiyyatdasınız) zaman qeydiyyat 
necə aparılır? 
Siz avtomobilin qeydiyyatı üzrə DYP QİM-nə getmirsiniz. Satan şəxslə alqı-satqı müqaviləsi bağlayırsınız. 
Qeydiyyatda olduğunuz ərazi üzrə qeydiyyat əməliyyatı aparıldıqda avtomobil köhnə qeydiyyat ərazisindən 
avtomatik şəkildə çıxmış hesab olunur. Bu zaman yuxarıda sadalanan rüsumları da ödəməlisiniz.
3-cü situasiya:
Siz satan şəxsi tanımırsınız və ya onunla əlaqəniz kəsilib. Bu zaman siz avtomobili satan şəxs qismində 
iştirak edirsiniz (əgər baş etibarnamə sizə bu hüququ verirsə). Alqı-satqı müqaviləsini (bağışlanma 
müqaviləsi də ola bilər) yaxın bir adamınızla bağlayırsınız. 
Bu situasiyada da sadalanan rüsumlar ödənilir və həmin avtomobil o şəxsin adına keçir. 
Daha sonra eyni qaydada, bu dəfə qeydiyyat şəhadətnaməsini alan şəxs sizə alqı-satqı müqaviləsi 
(bağışlanma müqaviləsi də ola bilər) verməklə maşın adınıza keçir. Burada qeydiyyat rüsumları təkrarən 
ödənilməlidir.
4-cü situasiya:
Avtomobili satan şəxs həyatdan köçüb. İlk olaraq bunu bilməlisiniz ki, etibarnamə verən fiziki şəxsin 
ölməsi həmin etibarnamənin hüquqi qüvvəsinə xitam verir. Bu zaman sizə həmin şəxsin avtomobilə aid 
olan vərəsəsini tapmaq lazımdır. Vərəsəlik arayışı olan şəxslə yenə eyni qaydada müqavilə imzalayaraq 
avtomobili adınıza keçirə bilərsiniz. 
Rüsumlar yenə dəyişməz olaraq qalır.
Sizə belə “həngamə” lazım deyilsə, məsləhət gördüyümüz kimi, elə öncədən alqı-satqı müqaviləsi 
bağlayın ki, işiniz rahat olsun.
Avto
Stop
13
        Müəllif:
Tural Yusifov


     
“BMW”
 şirkəti tam elektrik krossover 
üzərində işləyir. Yayılan məlumatlara 
əsasən konsern hələ yekun qərar 
verməyib.Əgər şirkət rəhbərləri bu 
avtomobilin istehsalı üçün “yaşıl işıq” 
yandırsalar o zaman bazara “Tesla Model 
X” avtomobilinə rəqib daxil olacaq. Yeni 
avtomobili ABŞ-da yerləşən Spartanbuq 
şəhərindəki zavodda yığmaq istəyirlər. 
Halhazırda bu müəssisədə 
X3,X4,X5 
və 
X6
 yığılır. Və çox güman ki, bu avtomobil 
2018-ci
 ildən tez işıq üzü görməyəcək.
Xatırladaq ki, almanlar bütün 
modellərini tam elektrikləşdirmək 
istəyirdilər. Avtomobillər ya hibrid 
ya da tam elektrik mühərriklə təmin 
olunacaqlar. Şirkətin əsas məqsədi 
istehsal etdikləri avtomobillərində 
2020-
ci
 ilə qədər dəm qazını 
95 qr-a
 qədər 
azaltmaqdır. Məhz bunun üçün 
“BMW 
Group”
 və 
“Daimler”
 elektrokarlar və 
hibrid avtomobillər üçün simsiz enerji 
yığma qurğuları hazırlayırlar. Və simsiz 
qurğular elektrik yığımına görə kabelli 
“qardaşlarından” geri qalmayacaq .
Təkərli 
xəbər
Avto
Stop
14


Yüklə 424 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə