Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   25

 

70 


candan  asıllılığını  digər  marşrutlar  hesabına  azaltmaq  istəyir. 

Təbii ki, erməni təklifi bəyannamədə əksini tapmadı. 

Konfrans  göstərdi  ki,  Avrasiya  məkanında  iqtisadiyyatın, 

ticarətin,  xalqlar  arasında  mədəni  əlaqələrin  inkişafına,  bu 

böyük  regionda  yerləşən  ölkələrin  bir-birinə  yaxınlaşmasına, 

sülh,  əmin-amanlıq  və  sabitliyin  möhkəmləndirilməsinə  təkan 

verəcək nəhəng layihənin reallaşması maraqlı ölkələrin bir araya 

gəlməsini  şərtləndirir.  Form  iştirakçıları  qədim  iqtisadi 

əməkdaşlıq  yolunun  bərpa  edilməsində  həyati  maraqlarını  bir 

daha təsdiqlədilər. Nümayəndə heyətləri başçılarının çıxışlarında 

regional  və  beynəlxalq  ticarəti  canlandırmaq  üçün  Avropa  ilə 

Asiyanı birləşdirən ən qısa yolun – avtomobil, dəmiryolu, dəniz, 

hava  nəqliyyatı  yollarının  tamamilə  yenidən  qurulmasının  və 

işlək  ticarət  yoluna  çevrilməsinin  vacibliyini  vurğuladılar.  Yeni 

nəqliyyat dəhlizinin təkcə iqtisadi yox, həm də mədəni əlaqələrin 

intensivləşməsinə,  xalqların  biri-birini  daha  da  yaxından 

tanımasına imkan verəcəyi iştirakçıların diqqətindən yayınmadı.  

Yeni nəqliyyat şəbəkəsinin yaradılması və nəticə etibarı ilə 

Yaponiya  və  Çindən  tutmuş  İspaniya,  İrlandiya  və 

İngiltərəyədək  böyük  bir  məsafəni  əhatə  edən  ticarət 

magistralının  dirçəlməsinə  səbəb  olar,  bu  məkanda  sülhün  və 

sabitliyin təminatçısı kimi çıxış edə bilər. 

Məlumdur ki, Qafqaz bu dövrdə də söndürülməmiş silahlı 

münaqişə  ocaqlarından  biri  idi.  Şübhəsiz  ki,  regional  və 

beynəlxalq  əməkdaşlıq  ilk  növbədə  siyasi  sabitlik  tələb  edirdi. 

Bu mənada İpək Yolunda körpü rolunu oynayan Qafqazda sülh 

və sabitliyin təmin edilməsi, münaqişə ocaqlarının söndürülməsi 

layihənin  reallaşması  ilə  dünya  siyasətinin  gündəliyində  ön 

mövqeyə  çıxa  bilər,  münaqişələrdə  təcavüzkar  tərəflər  30-dan 

artıq  ölkənin  timsalında  beynəlxalq  birliyin  iradəsi  ilə 

hesablaşmalı  olardılar.  Əks  təqdirdə  onlar  qarşılıqlı  faydalı 

əməkdaşlıq sistemindən kənarda qalardılar.  

Tarixi  İpək  Yolunun  bərpası  yalnız  şərti  quru  sərhədlərlə 

bir-birindən  ayrılan  Avropa  və  Asiya  qitələrini  bütövləşdirirdi. 




 

71 


İlk baxışdan bu hardasa rəmzi məna daşıya bilər. Lakin nəzərə 

alsaq  ki,  orta  əsrlərdə  Avrasiya  vahid  sivilizasiya  məkanı  kimi 

tarix səhnəsində böyük rol oynamışdı, onda bu yolun bərpasının 

əhəmiyyəti bir az da aydınlaşar. 

Nüfuzlu  beynəlxalq  konfransın  Bakıda  keçirilməsi 

müstəqil  Azərbaycan  üçün  də  böyük  əhəmiyyətə  malik  tarixi 

hadisə idi. Azərbaycan, hər şeydən əvvəl, qədimdə olduğu kimi, 

indi  də  İpək  Yolu  üzərində  mərkəzi  qovşaq  yolu  oynadığını 

təsdiq edirdi.  

Qədim İpək yolunun bərpa edilməsinə beynəlxalq təşkilatlar 

tərəfindən  böyük  həcmdə  maliyyə  vəsaitləri  ayrılmışdır.  İpək 

yolunun  bərpasına  ayrılmış  investisiyalar,  ticarət  qaydalarının 

sadələşdirilməsi,  gömrük  əməkdaşlığının  yaxşılaşdırılması, 

nəqliyyat  vasitələrinin  sərhədləri  daha  asan  keçməsi  beynəlxalq 

yük dövriyyəsinin artmasına kömək etdi və müsbət nəticələr verdi. 

Məsələn, yeni nəqliyyat yolu ilə Azərbaycandan 1996-cı ildə 345 

min, 1997-ci ildə 1 milyon 250 min, 1998-ci ildə isə artıq 4 milyon 

tondan çox yük daşınmışdı. 

Bu nəhəng nəqliyyat dəhlizinin mərkəzində yerləşən ölkə ki-

mi  Azərbaycan  Şərq  və  Qərbin  qovuşmasında  mühüm  rol 

oynayır.  Dünyanın  ən  böyük  dövlətlərindən  biri  olan  Çin  Xalq 

Respublikasından  tutmuş  Almaniya  kimi  qüdrətli  bir  dövlətin 

ərazisinə qədər uzanan bu yol xalqlar arasında ən yaxşı əlaqə və 

vasitəyə çevrilmişdi. 

“Böyük  İpək Yolu” nun dirçəldilməsi təkcə Azərbaycanın 

deyil,  bütün  Türk  dünyasının  dirçəlişində,  onun  mənəvi 

oyanışında misilsiz rol oynayacaqdır.  

Bakıda keçirilən beynəlxalq konfransın sonunda Avropa – 

Qafqaz  –  Asiya  dəhlizinin  inkişafı  üzrə  beynəlxalq  nəqliyyat 

haqqında  əsas  çoxtərəfli  saziş  və  onun  texniki  əlaqələri;  “Bakı 

Bəyannaməsi”,  “Tarixi  İpək  Yolu”nun  bərpası  üzrə  beynəlxalq 

konfransın yekun məlumatı” kimi beynəlxalq əhəmiyyət daşıyan 

üç sənəd imzalandı. Birinci sənəd 14 dövlət tərəfindən imzalandı. 

“Bakı Bəyannaməsi” ni bir çox dövlətlər imzaladı. Üçüncü sənəd 



 

72 


yekun  rəsmi  məlumatdır  ki,  bu  sənəd  29  dövlətin  və  Avropa 

Birliyinin nümayəndə heyətləri tərəfindən imzalandı.  

Tarixi  İpək  yolunun  bərpası  üzrə  beynəlxalq  konfransın 

keçirilməsi,  xüsusilə  belə  möhtəşəm  konfransın  Bakıda 

çağırılması  ölkəmiz  və  region  dövlətlərin  inkişafı  istiqamətində 

böyük  əhəmiyyət  daşımışdır.  Bu  konfrans  eyni  zamanda 

beynəlxalq  münasibətlərdə  sülhsevər  prinsiplərin  həyata 

keçirilməsində  və  tranzit  əlaqələrin  möhkəmləndirilməsində 

mühüm  rol  oynamışdır.  Ümumiyyətlə,  beynəlxalq  “Bakı 

konfransı”nın  müzakirə  etdiyi  və  həllinə  nail  olduğu  bərpa 

ediləcək  “Tarixi  İpək  Yolu”nun  Azərbaycan  respublikası 

ərazisindən keçən hissəsi il boyu fəaliyyət göstərməklə yanaşı ən 

əlverişli və qısa yoldur. Bu yol digər dəhlizlərdən 2.000 km. qısa 

olmaqla bərabər, həm də yüklərin təhlükəsiz daşınması cəhətdən 

çox  sərfəlidir.  Bu  yolun  bərpası,  həmşinin  Avropa,  Qara  dəniz, 

Qafqaz, Xəzər dənizi və Asiya regionlarında təbii ehtiyyatlardan 

istifadəyə,  ticarətin  inkişafına  və  qarşılıqlı  faydalı  əməkdaşlığa 

kömək edəcəkdir. 

 

 

3.3. «Böyük İpək Yolu » ndan TRASEKA-ya 



 

«İpək yolu 2000» layihəsinin onurğa sütununu 1993-cü ilin 

may ayında Brüsseldə 5 Orta Asiya və 3 Qafqaz ölkəsi nümayən-

dələrinin  iştirakı  ilə  keçirilmiş  konfransda  təklif  olunmuş 

TRASEKA  proqramı  təşkil  edir.  Həmin  konfransda  Avropa 

Birliyinin texniki yardım göstərməsi proqramı razılaşdırılmışdır. 

Bu texniki yardım proqramı Avropadan Qərb-Şərq oxu ilə Qara 

dəniz üzərindən, sonra Cənubi Qafqaz və Xəzər dənizindən Orta 

Asiyaya keçən nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məqsədinə 

xidmət  edir.  Layihənin  məqsədində  aşağıdakılar  nəzərdə 

tutulmuşdur:  a)  Orta  Asiya  və  Qafqaz  ölkələrinin  Avropa  və 

dünya  bazarlarına  alternativ  nəqliyyat  marşrutları  vasitəsilə 

çıxmaq  qabiliyyətlərini  artırmaqla,  onların  siyasi  və  iqtisadi 

müstəqilliyini  dəstəkləmək;  b)  TASİS  və  TRASEKA 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə