Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   25

 

73 


proqramlarından  katalizator  kimi  Beynəlxalq  Maliyyə  Təşki-

latları və özəl investorların cəlb edilməsi üçün daha çox istifadə 

etimək;  c)  TRASEKA  marşrutunu  Tras  –  Avropa  Şəbəkələri 

(Taş) ilə əlaqələndirmək;  

TRASEKA  proqramı  vasitəsilə  həyata  keçirilən  texniki 

yardım 


Beynəlxalq 

Valyuta 


Fondu 

(BVF), 


Avropa 

Yenidənqurma  və  İnkişaf  Bankı  (AYİB)  və  Dünya  bankından 

böyük investisiyalar cəlb olunmasına köməklik etmişdir. Avropa 

Yenidənqurma və İnkişaf Bankı TRASEKA marşrutu üzrə bina, 

dəmir yolu, avtomobil yollarının tikintisinə dair əsaslı layihələr 

üçün  200  milyon  dollar  məbləğində,  Dünya  bankı  isə 

Ermənistan və Gürcüstanın yollarında yeni əsaslı təmir layihələri 

üçün  40  milyon  dollar  məbləğində  vəsait  ayrılmasına  dair 

öhdəlik götürmüşlər. 

TRASEKA  Proqramının  İşçi  Qrupunun  ilk  iclası  1995-ci 

ilin  mayında  Alma-Atada  keçirildi  və  4  bölmədən  ibarət  plan 

hazırlandı.  Bölmələr  ticarətin  asanlaşdırılmasını,  yol,  dəmiryol 

və  dəniz  nəqliyyatını  əhatə  edirdi.  İlkin  olaraq  16  layihənin 

siyahısı  bəyənilmişdi  və  15  milyon  ekyü  dəyəri  olan  layihələr 

üzrə  kontraktlar  bağlandı  və  1995-  ci  ilin  payızından  həyata 

keçirilməyə başlandı. 

İşçi  qrupunun  ikinci  iclası  1995-ci  ilin  oktyabrında 

keçirildi.  İştirakçı  dövlətlər  əlavə  xəritədə  göstərilən  marşrut 

üzrə TRASEKA proqramının mərkəzləşməsi razılığına gəldilər. 

Belə bir razılıq  əldə olundu ki,  marşrutdan kənara çıxan bütün 

hərəkətlər  TASİS  milli  proqramları  və  yaxud  başqa  donorlar 

hesabına maliyyələşdirilsin. 

Üçüncü  iclas  1996-cı  ilin  mart  ayında  Venesiyada 

keçirilmişdi.  İştirakçı  dövlətlər  Ukrayna  və  Monqoliya  ilə 

əlaqlərin  inkişaf  etdirilməsi  üçün  razılığa  gəldilər.  İrəli  sürülən 

təkliflər  10  milyon  ekyü  dəyərində  5  yeni  layihədə  toplandı  və 

iştirakçı dövlətlər tərəfindən bəyənildi. 

Dördüncü  iclas  1996-cı  ilin  oktyabrında  Afinada 

toplanmışdı.  İclasda  bütün  cari  layihələr  dəyərləndirildi, 



 

74 


həmçinin 

Monqoliya 

təxirə 

salınmadan 



TRASEKA 

proqramının son benefisi olacağı bəyənildi. Komissiyada üçüncü 

İşçi  Qrupunun  təklif  etdiyi  5  layihənin  1997-ci  ildə  həyata 

keçirilməsi qərara alındı. 

1997-ci  ilin  aprel  ayında  Avropa  Birliyi  TRASEKA 

marşrutunun Qara dəniz regionu və Avropa Nəqliyyat Şəbəkəsi 

(ANŞ) ilə birləşdirilməsi imkanlarının araşdırılması üçün Tbilisi 

şəhərində  nazirlər  səviyyəsində  Nəqliyyat  konfransı  çağırılır. 

Konfransda  16  iştirakçı  dövlətin  nazirləri  iştirak  etmişlər. 

Konfrans Nazirlər Komitəsinin yaradılması ilə başa çatır və 16 

ölkənin  1997-ci  il  iyununda  Helsinkidə  çağırılan  Pan  Avropa 

Nəqliyyat  Konfransında  iştirakına  şərait  yaratdı.  Helsinki 

konfransı Qara dəniz regionunu Transavropa Şəbəkəsinin Şərqə 

inkişaf  etdirəcək  Pan  Avropa  Nəqliyyat  regionu  kimi  müəyyən 

etdi. Onu dəstəkləmək  məqsədilə Avropa Birliyi Poti şəhərində 

RO – Ro gəmi terminalının bərpasını maliyyələşdirməyə razılıq 

verdi.  15  milyon  ekyü  dəyərindəki  bu  layihələr  1998-ci  ildən 

başlayaraq  həyata  keçirilməli  və  1999-cu  ilin  əvvəlində  tamam-

lanmalı idi. 

1997-ci  ilin  sentyabrında  Azərbaycan  və  Gürcüstan  prezi-

dentləri  görüşdülər  və  1998-ci  ildə  Qafqazda  prezidentlər 

səviyyəsində konfrans çağırılması təklifini irəli sürdülər. 1998-ci 

ilin  may  ayında  Tbilisidə  İşçi  Qrupunun  5-ci  görüşündə 

TRASEKA-nın gələcək inkişaf məsələləri müzakirə olundu. 

Avropa  –  Asiya  ölkələrinin  əlaqələrinin  sıx  inkişafında 

qədim  İpək  Yolunun  bərpasını  nəzərdə  tutan  TRASEKA 

proqramının  həyata  keçirilməsi  çox  tədqirəlayiq  bir  hadisədir. 

TRASEKA  proqramı  çərçivəsində  nəzərdə  tutulan  Avropa  ilə 

Asiya  arasında  körpü,  “Böyük  İpək  Yolu”nun  bərpası  hər  bir 

ölkənin  qarşısında  daha  yeni  intensiv  inkişaf  imkanları  açır. 

Beynəlxalq Bakı konfransında imzalanmış sənədlər böyük siyasi 

və  iqtisadi  əhəmiyyət  kəsb  edəcək  Avropa  –  Qafqaz  –  Asiya 

nəqliyyat  dəhlizində  yerləşən  ölkələrin  inkişafı,  onların  təbii 

ehtiyatlarının  mənimsənilməsi,  iqtisadi  potensialından  daha 




 

75 


səmərəli  istifadə  olunması,  ticarətin  və  iqtisadi  əməkdaşlığın 

genişlənməsi üçün etibarlı zəmin yaradır.  

TRASEKA  proqramını  inkişaf  etdirərək  Qərblə  Şərq 

arasında  neft  ixracı;  bütün  malların  həm  Avropadan  Asiyaya, 

həm də Asiyadan Avropaya daşınması üçün iki nəqliyyat dəhlizi 

yaradıldı. 

 

 

 



“Böyük  İpək  Yolu”  nun  bərpası  üzrə  beynəlxalq  “Bakı 

konfransı” nın qərarlarına uyğun olaraq regional və beynəlxalq 

səviyyədə  görüşlərin  keçirilməsi  davam  etdirildi.  Özbəkistan 

hökuməti  «Böyük  İpək  Yolu»  nun  bərpasına  dair  Bakıda 

keçirilmiş  beynəlxalq  konfransın  Transqafqaz  magistralının 

inkişafında  əhəmiyyətini  xüsusi  vurğulamışdı.  Özbəkistan 

hökuməti  həmçinin  qeyd  etmişdir  ki,  “Böyük  İpək  Yolu”  və 

Transqafqaz  magistralı  Orta  Asiya,  Qafqaz,  Moldova  və 

Ukraynanın  iqtisadi  potensialından,  enerji  ehtiyatlarından 

səmərəli  istifadə  üçün  əlverişli  imkanlar  yaradır  və  region 

ölkələrini  birləşdirən  bu  iqtisadi  ittifaqın  böyük  perspektivləri 

vardır. 


“Böyük İpək Yolu”nun - TRASEKA proqramı layihəsinin 

həyata keçirilməsi istiqamətində 2002-ci ildə irimiqyaslı tədbirlər 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə