Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   25

 

76 


görülmüşdür. Belə ki, 2002-ci il sentyabrın 18-də Səngəçal termi-

nalında  Bakı  –  Tibilisi  –  Ceyhan  əsas  ixrac  neft  kəmərinin 

təntənəli  şəraitdə  təməli  qoyulmuşdur.  Qazaxıstan  neftinin 

Aktau  -  Bakı  –  Tibilisi  –  Ceyhan  marşurutu  ilə  nəql  edilməsi 

barədə Londonda Azərbaycan və Qazaxıstan arasında aparılmış 

danışıqların nəticəsi çox uğurlu olmuşdur. 

Ümumiyyətlə, “Böyük İpək Yolu”nun bərpası və Şərq-Qərb 

enerji dəhlizinin yaradılması XXI yüzilliyin astanasında qlobal ta-

rixi  hadisələrdəndir.  Bu  layihələrin  reallaşması  ilə  yol  boyunca 

yerləşən dövlətlər arasında iqtisadi əlaqələr möhkəmlənəcək, eyni 

zamanda  ölkəmizdə  iqtisadi  islahatların  həyata  keçirilməsi 

sürətlənəcəkdir.  

“Böyük  İpək  Yolu”nun  bərpası  Şərq  –  Qafqaz  –  Qərb 

ölkələrində  mövcud  olan  təbii,  iqtisadi  və  mənəvi  potensial 

imkanlardan səmərəli istifadə etməyə və bu əsasda sənaye, kənd 

təsərrüfatı,  tikinti,  mədəni-məişət,  ədəbiyyat  və  incəsənəti  yeni 

inkişaf  mərhələsinə  çatdırmağa  və  beləliklə,  dünyanın  müxtəlif 

dövlətləri  ilə  həmin  sahələrdə  mübadiləni  gücləndirməyə  zəmin 

yaradır. Avropa və Asiyanın mərkəzi hissəsində yerləşən və 34-

dən  artıq  dövlətin  ərazisindən  keçərək  onları  öz  varlığında 

birləşdirən  “Böyük  İpək  Yolu”nun  müasir  elmi-texniki  inkişaf 

dövründə  iqtisadi,  siyasi  və  sosial  baxımdan  əhəmiyyəti  ölçüyə 

gəlməzdir.  

«Böyük İpək Yolu» TASİS–TRASEKA proqramı çərçivə-

sində  Avropa,  Asiya  və  Qafqaz  xalqları  və  dövlətləri  arasında 

faydalı və səmərəli əməkdaşlığın inkişafında mühüm rola malik 

olacaq,  bu  bölgələrdə,  sülhün  və  əmin-amanlığın,  dinc  asayişin 

qorunub  saxlanmasında  həlledici  təsir  qüvvəsinə  çevriləcək, 

böyük tarixi xidmətləri ilə beynəlxalq əhəmiyyət kəsb edəcəkdir. 

Müstəqil Azərbaycan Respublikası ondan bəhrələnəcəkdir. 

Bakı  –  Tbilisi  –  Ceyhan  əsas  neft  ixrac  boru  kəmərinin 

texniki göstəriciləri də heyrətamizdir. Uzunluğu 1.768 km. olan 

kəmərin  443  kilometrlik  hissəsi  Azərbaycanda,  249  km-i 

Gürcüstanda,1076 km-i isə Türkiyədə yerləşir. Kəmərin 8 nasos 




 

77 


stansiyası vardır. Gündəlik neft nəqletmə gücü 1 milyon bareldir. 

Kəmərin tikintisinə 110 milyon adam - iş saatı sərf olunub. 500 

yaşayış məntəqəsinin ərazisindən keçən kəmərin tikintisi zamanı 

heç bir yaşayış məntəqəsi başqa yerə köçürülməmişdir. Kəmərlə 

ildə  50  milyon  ton  Azərbaycan  neftini  nəql  etmək  nəzərdə 

tutulub. 

«Əsrin müqaviləsi» çərçivəsində inşa edilən BTC-nin inşası 

4 milyard ABŞ dollarına başa gəlib. Bundan əlavə tikinti işlərinə, 

boru  kəmərinin  doldurulmasına  da  əlavə  xərclər  çəkilib. 

Beynəlxalq  Maliyyə  Korporasiyası  və  AYİB;  altı  ölkədən 

(Böyük  Britaniya,  ABŞ,  Almaniya,  Yaponiya,  Fransa,  İtaliya) 

ixrac kredit agentlikləri və siyasi risklər üzrə sığorta qurumları, 

ABN  Amro,  Citigroup,  Mizuho  və  Sojiete  Generale  başda 

olmaqla  15  kommersiya  bankı;  «Bp»,  «Statoil»,  «Total»  və 

«Konoko Filips» də sponsor kimi kredit veriblər. 

BTC-nin  tikintisi  həm  də  onun  tikildiyi  ərazilərdə 

məşğulluq  probleminin  həllinə  müsbət  təsir  göstərib.  Tikintinin 

qaynar dövründə təqribən 22 min adam işləyib ki, onların da 70-

80% -ni yerli əhali təşkil edib. 

 



 

78 


 

Bir  zamanlar  “Böyük  İpək  Yolu”nun  bərpasına  şübhə  ilə 

yanaşanlar,  bu  gün  onunla  bağlı  layihələrdə  iştirak  etməyə  can 

atır,  Azərbaycanla  iqtisadi  əlaqələr  yaratmaq  üçün  təşəbbüslər 

göstərirlər.  Avropa-Asiya  məkanı  mövcud  olduqca,  bu  yol 

yaşayacaq  və  hər  bir  dövlətin  iqtisadiyyatının  güclənməsinə 

xidmət edəcək, Azərbaycan xalqı da bunun bəhrəsini görəcəkdir. 

Tarix  hər  şeyi  öz  yerinə  qoyur.  90-cı  illərdə  «Əsrin 

müqaviləsi»nə  mane  olmaq  istəyənlər,  yeni  neft  ixracı 

kəmərlərinin  çəkilməsini  utopiya  hesab  edənlər  öz  fikirlərində 

yanıldıqlarını başa düşmüşlər. 2006-cı il mayın 28-də Türkiyənin 

Ceyhan  limanına  çatmış  Azərbaycan  nefti  iqtisadiyyatımızda 

artıq öz bəhrəsini verməkdədir. 

 

 



 

 



 

79 


 

 

 



 

 

 




 

80 


 

NƏTİCƏ 

 

1500  ildən  çox  bir  müddətdə  mövcud  olmuş  “Böyük  İpək 



Yolu”  Avropa  və  Asiya  xalqlarının  həyatında,  iqtisadiyyatın 

qüdrətlənməsində əvəzsiz rol oynamışdır. 

Müxtəlif  zamanlarda  mövcud  olmuş  Böyük  imperiyaların 

və  xırda  dövlətlərin  hər  birinin  “Böyük  İpək  Yolu”nda  rolu  və 

əhəmiyyəti danılmazdır. Bu yol vasitəsilə gələn mallar hesabına 

Avropa  cahangirləri  qüdrətli  ordularını  qoruyub  saxlaya 

bilmişlər. Çində vergi əvəzinə yığılan ipək Avropa bazarlarında 

bəzən  Çindəki  qiymətindən  700  dəfə  baha  satılmışdı.  Ordunun 

saxlanılmasında ipəkdən bəxşiş kimi istifadə olunmuşdu. 

Çin  imperiyası  çalışırdı  ki,  qərbə  gedən  ticarət 

karvanlarına nəzarət edə bilsin. Lakin, Çindən Qərbdə yerləşən 

torpaqlar  Hunların  nəzarətində  olduğundan  onlar  arasında 

başlanan  və  uzun  sürən  müharibə  Çin  imperiyasının  üstünlüyü 

ilə başa çatır. 

Ümumiyyətlə,  Şərqdən-Qərbə  uzanan  bu  karvan  yolları 

uğrunda  çoxlu  müharibələr  baş  vermişdi.  Ticarət  yollarının 

əhəmiyyətinin getdikcə artması Avrasiya məkanında bir-birinin 

ardınca  yaranan  böyük  dövlətlər  arasında  həm  də  dostluq  və 

əməkdaşlıq  kimi  qarşılıqlı  əlaqələrin  təşəkkülünə  də  şərait 

yaratmışdı. 

Ticarət olduqca gəlirli idi. Çinə əsl və süni Suriya daş-qaş-

ları, Qırmızı dənizdən çıxarılmış mərcan, mirvari, Suriya və Mi-

sirdən  parçalar,  Kiçik  Asiyadan  narkotik  maddələr  gətirilirdi. 

Qədim dövrdə yenə də ən mühüm ticarət malı ipək olmuşdu. 

İpək Avropaya Avqustun hakimiyyət illərindən gətirilməyə 

başlanmışdı. Bizansın ipəyə ehtiyacı hədsiz idi, sarayın və əsilza-

dələrin  ehtiyaclarından  başqa  barbarlarla  əlaqələrdən,  ən 

başlıcası  isə  muzdlu  qoşun  tutulmasında  ipəkdən  valyuta  kimi 

istifadə olunurdu. 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə