Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

 

53 


Səyahətdən  qayıdan  Vespuççi  Portuqaliya  donanmasına 

keçmişdir. 1501-ci ildə o, yenidən portuqal gəmisində astronom 

kimi  iştirak  etmiş,  Rio  -  de  Janeyro  (Yanver  çayı)  mənsəbinə 

çatmış,  ancaq  okeana  dönərək  Afrika  istiqamətində  üzmüşdür. 

Ekspedisiya  üzvlərinə  məlum  olur  ki,  kəşf  olunmuş  quru  hissə 

Asiya deyildir. 

1503-cü  ildə  Vespuççi  daha  bir  səyahət  edir  və  kəşf 

olunmuş  torpaqların  Hindistan  olmadığını  dəqiqləşdirərək 

İtaliyadakı  dostuna  yazdığı  məktubda  bu  qurunun  «Yeni 

Dünya» adlandırılmasını məsləhət görür. 

1507-ci  ildə  Vespuççinin  «Yeni  Dünya»  haqqında  iki 

məktubu ingilis  və fransız dillərinə tərcümə olunur. Həmin ildə 

onun  «Kosmoqrafiyaya  giriş»  («Dünyanın  təsviri»)  kitabı  çap 

olunur.  Kitaba  iki  məktub  da  əlavə  olunur.  İlk  dəfə  olaraq 

«Amerika» adına bu kitabda rast gəlinir. 

1507-ci  ildə  Laxorengiyalı  coğrafiyaşünas  Martin  Valdze-

müller  kəşf  olunmuş  materikin  Amerika  adlandırılmasını  təklif 

edir. 


1538-ci  ildə  dünyanın  xəritəsində,  1641-ci  ildə  isə  holland 

kartoqrafı Herart Merkatorun qlobusunda artıq şimal materiki 

də cənubla birlikdə Amerika adlandırılır. XVI əsrin II yarısında 

bu  ad  tərtib  olunan  bütün  xəritələrdə  əksini  tapır.  Sonralar 

Kolumbun  adını  əbədiləşdirmək  üçün  Cənubi  Amerikada  bir 

dövlətə – Kolumbiyaya onun adı verildi. 

Kəşf  olunmuş  ərazilərin  gizli  saxlanılmasına  baxmayaraq 

artıq  Şərq  dövlətlərinə  «dəniz  hücumu»  başlayır.  Vasko 

Balboanın  Panama  bərzəxindən  qərbdə  «dənizin»  olması, 

Ameriko  Vespuççinin  Cənubi  Amerika  materikinin  cənub 

istiqamətində cənub – qərbə sıxılması kimi əsaslı tədqiqat işləri 

materikin  cənubundan  keçməklə  Hindistana  çatmağın 

mümkünlüyünə əsas verirdi. 

Növbəti  cəhdi  Fernando  Magellan  etdi.  1480-ci  ildə 

anadan olan Magellan Portuqaliya donanmasında xidmət etmiş, 

lakin  rütbəsindən  narazı  olduğu  üçün  ispan  donanmasına 




 

54 


keçmişdi.  Asiya  dəniz  yolunu  tapmaq  layihəsini  təqdim  edən 

Magellan  İspaniya  –  Portuqaliya  mənafeləri  toqquşan 

demarkasiya  xəttini  pozmadan  tədqiqat  işləri  aparmağı  təklif 

edir.  Layihəyə  əasən  Magellan  «Trinidad»  (Üçlük  -  Qələbə) 

gəmsisində 265 nəfər heyətlə 1519-cu ilin sentyabr ayının 20-də 

Qvadalkvikir  çayının  mənsəbindən  qərb  istiqamətində  yola 

düşür.  Magellanın  səyahətinin  detallarına  toxunmadan  bildirək 

ki, Sakit okeana daxil  olan Magellan əvvəl şimal istiqamətində 

üzür, sonra şimal – qərbə istiqamət götürür. 1521-ci il yanvarın 

24-də  ilk  dəfə  okeanda  quruya  rast  gəlirlər.  Puka  –  Puva  adla-

nan  bu  adadan  sonra  martın  əvvəllərində  hazırki  Marian 

adalarına  çatır  və  Sevu  adasında  bir  müddət  dayanmalı  olur. 

1521-ci  ilin  aprelin  27-də  yerli  əhali  ilə  toqquşmada  Motan 

adasında  həlak  olur.  Ekspedisiya  üzvləri  Magellandan  sonra 

Barbozanı komandan sneçirlər. Lakin Barboza və astronom San 

–  Martin  Sevu  adasının  hökmdarının  vida  mərasimində  27 

nəfərlə birlikdə öldürülür. Sağ qalmış 120 nəfər üç gəmini idarə 

edə 


bilmədiyindən 

«Konsepsion» 

gəmisi 

yandırılır. 



Ekspedisiyanın  başçısı  əvvəl  Karvalano,  sonra  isə  Espinosa 

seçilir. Heyət geri qayıdarkən «Trinidad» gəmisi portuqallar tə-

rəfindən  tutularaq  Hindistan  ərazisinə  sürgün  edilir  və  gəmi 

heyəti əsirlikdə məhv olur. 

Nəhayət, 1522-ci il oktyabrın 6-da «Viktoriya» gəmisi 18 nə-

fər  heyətlə  Qvadalkvikvir  çayının  mənsəbinə  daxil  olur.  Gəminin 

kapitanı Xuan Sebastian El-Kano bir sıra fəxri mükafatlara layiq 

görülür. 

Magellanın  dünya  səyahəti  nəticəsində  məlum  oldu  ki, 

Afrikanın  cənubundan  başqa  qərb  istiqamətində  də  üzməklə 

şərq ölkələrinə çatmaq mümkündür. Magellan Vasko Balboanın 

gördüyü Sakit okeanın mövcudluğunu təsdiq etdi. 

Ekspedisiya kəşf etdikləri ölkələrin təbii şəraitini, iqtisadiy-

yatını  və  iqtisadi  inkişaf  səviyyəsini,  təbii  sərvətlərini 

Portuqaliya üçün aşkar etdi. 



 

55 


Magellandan  sonra  Sakit  okeandakı  Yeni  Qvineya, 

Mərcan, Marşall, Soloman, Markiz adaları aşkar olundu. Qeyd 

edək ki, avropalılar bu yerləri kəşf edənədək  bu adalarda əhali 

məskun idi. Avropalıların gəlişi ilə adaların əhalisi məhv edildi, 

avropalılar  orada  məskunlaşdılar.  Yeni  Zelandiya  əhalisi  məhv 

edildi, Tasmaniya adasının aborigen əhalisi yer üzündən silindi. 

Məşhur Ərəb dənizçisi və coğrafiyaşünası Əhməd ibn Məci-

din yaxından köməkliyi ilə Vasko da Qama 1498-ci il mayın 20-də 

Hindistana  dəniz  yolunu  kəşf  etdi.  Bundan  az  sonra  bir-birinin 

ardınca  Hind  okeanına  göndərilən  Portuqaliya  hərbi  dəniz 

ekspedisiyaları  (Pyedru  Karbol  -1500-1501;  Vasko  da  Qama-

1502-1503; Fransisku Almeyda -1505-1509; Alfonsu d` Albukerki 

-1503-  1515  və  b.)  Şərqi  Afrika,  Hindistan,  Seylon  və  Cənub  - 

Şərqi Asiyada çox mühüm hərbi strateji və ticarət mərkəzlərini ələ 

keçirdilər.  1507-ci  ildə  Ədən  körfəzinin  girəcəyindəki  Sokotra 

adasını fəth edən və 1513-cü ildən isə Ədəni ələ keçirmək uğrunda 

müharibələrə  başlayan  portuqaliyalılar  əslində  Hind  okeanı 

hövzəsini, Qırmızı dəniz və Misir vasitəsilə Aralıq dənizi sahilləri 

ilə  əlaqələndirən  məşhur  ticarət  yolunu  bağlayırlar.  Bu  yolun 

bağlanmasından,  Şərq  ticarətinin  okean  yolu  ilə  Qərbə  doğru 

yönəlməsindən Venesiya respublikası narahat olur. 

1507-ci ilin oktyabrında Alfonsu d` Albukerkinin başçılıq 

etdiyi Portuqaliya donanması Hörmüzə hücum edir. Portuqaliya 

artilleriyasının  təpgisinə  davam  gətirməyən  şəhər  təslim  olur. 

Hörmüz hakimi təzminat olaraq Portuqaliyaya 5 min əşrəfi qızıl 

pul və hər il 15 min əşrəfi xərac verməyi öhdəsinə götürür. Artıq 

Portuqaliya  hakimiyyət  orqanlarının  icazəsi  olmadan  heç  bir 

ölkənin ticarət gəmisi İran körfəzinə daxil ola bilməzdi. Hörmüz 

alındıqdan  sonra  Portuqaliyanın  ticarət  faktoriyası  açılır  və 

qarnizon  üçün  qala  inşa  olunmasına  başlanır.  Bununla  da, 

əslində,  Hind  okeanı  ilə  (Hörmüz  –  İran  körfəzi  –  Bağdad 

vasitəsilə)  Aralıq  dənizi  sahillərini  əlaqələndirən  ikinci  mühüm 

karvan yolu da bağlanmış oldu. 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə