Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

 

60 


Orta  əsrlər  dövründə  Şamaxı,  Quba,  Bakı,  Gəncə, 

Naxçıvan,  Təbriz,  Nuxa  və  s.  şəhərlər  böyümüş,  əsas  ticarət 

mərkəzlərinə  çevrilmişdilər.  Avropadan  Asiyaya  mal  aparan 

tacirlər  əksər  vaxtlar  bu  şəhərlərdə  öz  mallarını  satır,  xammal, 

yaxud  digər  məhsullarla  dəyişirdilər.  Azərbaycan  ərazisindəki 

ticarət  mərkəzləri  Avropa-Asiya  ticarət  əlaqələrinin  həyata 

keçirilməsində  də  mühüm  rol  oynayırdı.  Ağqoyunlu  dövləti 

zamanında xəzinənin əsas gəlir  mənbəyi ölkə  ərazisindən keçən 

karvanlardan  alınan  gömrük  haqqı  idi.  Uzun  Həsən  Avropa 

ticarət  əlaqələrinə  çox  böyük  əhəmiyyət  verirdi.  Səfəvilər 

dövlətinin yaradıcısı Şah İsmayıl da babası kimi Qərb ölkələri ilə 

Qaraman, Suriya, Rados, Kipr vasitəsilə əlaqələr saxlayırdı. Sə-

fəvilərin  Venesiya,  Portuqaliya,  Osmanlı  dövlətləri  ilə  əlaqələri 

bu  dövlətin  Qərb  və  Şərq  arasındakı  ticarətlə  bağlılığını  sübut 

edir. 

Yuxarıda  qeyd  edildiyi  kimi,  Hind  okeanı  hövzəsindəki 



ölkələrlə  ticarət  əlaqələrinin  məhdudluğundan  Volqa  -  Xəzər 

yolunun,  yəni  Rusiya  ilə  ticarətin  əhəmiyyəti  artmağa  başladı. 

Bu yol Azərbaycan - Rusiya əlaqələrinin inkişafını sürətləndirdi . 

XVIII  əsrin  40-cı  illərində  xam  ipək  mənbələrini  ələ  keçirmək, 

hazır mallar üçün əlverişli bazar tapmaq, Şərq ilə Qərb ölkələri 

arasında  ən  rahat  yol  sayılan  Volqa-Xəzər  ticarət  yolunda 

hakim  mövqe  tutmaq  uğrunda  İngiltərə  və  Rusiya  arasındakı 

rəqabət  gücləndi.  Çünki  bəhs  olunan  dövrdə  bütün  Cənubi 

Qafqaz  və  İranda  3  əsas  xam  ipək  mənbəyi  mövcud  idi. 

Bunlardan  biri  paytaxt  Rəşt  olmaqla  Gilanda,  ikincisi  paytaxt 

Şamaxı  olmaqla  Şirvanda,  digəri  isə  paytaxt  Gəncə  olmaqla 

Ərəş  mahalında  yerləşirdi.  Hazır  mallar  üçün  əlverişli  bazarlar 

isə Azərbaycan şəhərləri idi. Azərbaycanın Təbriz, Şamaxı, Gən-

cə, Ərdəbil və digər şəhərləri Şərq ilə Qərb arasında coğrafi nöq-

teyi-nəzərdən  əlverişli  mövqe  tutur,  tranzit  ticarətində  mühüm 

rol oynayırlar. 

Volqa  -  Xəzər  ticarət  yolunda  Azərbaycanın  liman 

şəhərləri  olan  Dərbənd,  Niyazabad,  Bakı,  Lənkəran  böyük 




 

61 


iqtisadi  əhəmiyyət  kəsb  edirdi.  Elə  bu  səbəbdən  də,  bu  yol 

uğrunda  İngiltərə  və  Rusiya  mübarizə  aparırdılar.  İngiltərə 

Xəzər ticarət yolundan əldə olunacaq gəliri heç vəchlə Rusiyaya 

güzəştə  getmək  istəmirdi.  İngilislər  üçün  Xəzər  ticarətinin  diğər 

əhəmiyyəti  də  vardı.  İspaniya  və  Fransa  ilə  münasibətlərin 

pozulması  İngiltərənin  toxuculuq  sənayesini  xammalsız  qoya 

bilərdi. Məhz buna görə də, İngilislər belə bir vəziyyətin qarşısını 

almağın  yeganə  yolunu  Volqa-Xəzər  ticarəti  yolundan  istifadə 

etməkdə görürdü. 

XVIII  əsrin  40-cı  illərində  Xəzər  dənizi  ticarətində  hakim 

mövqe  tutmaq  uğrunda  İngiltərənin  apardığı  birtərəfli  siyasət 

ingilislərin  tam  məğlubiyyəti  ilə  nəticələndi.  Təbii  ki,  Rusiya-

İngiltərə  arasında  Xəzərdə  ticarət  uğrunda  aparılan  rəqabətin 

başlıca təsirini Azərbaycan hiss etdi. 




 

62 


 

III FƏSİL  

 

“BÖYÜK İPƏK YOLU”NUN BƏRPASI  

 

 



3.1. “Böyük İpək Yolu”nun bərpası  

Heydər Əliyev zəkasının təntənəsi kimi 

 

Müstəqil Azərbaycan dövlətinin iqtisadiyyatının möhkəm-



ləndirilməsi  və  yeni  istiqamətdə  inkişaf  etdirilməsində 

“TRASEKA”  proqramı  üzrə  Avropa-Qafqaz-Asiya  nəqliyyat 

dəhlizinin  –  “Böyük  İpək  Yolu”nun  bərpa  edilməsi  mühüm 

əhəmiyyət kəsb edən zəruri məsələlərdən olmuşdur.  

  

 III FƏSİL. «BÖYÜK İPƏK YOLU»NUN BƏRPASI 



İpək Yolunun yenidən  bərpa edilməsinə dair ilk addımlar 

1991-ci  ildə  atılmışdı.  Belə  ki,  həmin  ildə  Avropa  Şurası 

tərəfindən  TASİS  –  yardım  proqramı  qəbul  edilmiş  və  bu 

proqramda  yeni  müstəqil  dövlətlərdə  demoktatik  islahatların 

keçirilməsini 

sürətləndirmək, 

milli 

dövlətlərdə 



bazar 

iqtisadiyyatı  sistemini  formalaşdırmaq,  xüsusilə  iqtisadi 

əlaqələrin  genişlənməsinə  xidmət  edən  yeni  nəqliyyat  dəhlizi 

layihələrinin  yaradılması  və  həyata  keçirilməsinə  kömək 

göstərmək nəzərdə tutulmuşdur. 

TRASEKA proqramı 1993-cü ilin may ayında Brüsseldə 8 

dövlətin  (5-i  Mərkəzi  Asiya,  3-ü  isə  Qafqaz  respublikaları 

olmaqla)  nəqliyyat  və  ticarət  nazirlərinin  iştirak  etdiyi 

konfransda  təsis  edilmişdir.  Bu  proqram  Avropadan  qərb-şərq 

istiqamətində  -  Qara  dəniz,  Qafqaz,  Xəzər  dənizindən  Mərkəzi 

Asiyaya  qədər  nəqliyyat  dəhlizinin  inkişafına  görə  Avropa 

Birliyinin  sadalanmış  dövlətlər  üçün  nəzərdə  tutduğu 

strategiyasının bir hissəsidir.  

 III FƏSİL. «BÖYÜK İPƏK YOLU»NUN BƏRPASI 

Bu proqramda yuxarıda qeyd edilən yol Mərkəzi Asiyadan 

bütün  dünya  bazarları  ilə  əlaqələri  olan  limanlar  arasında  ən 

qısa, başlıcası isə ən sürətli və ucuz yol kimi qəbul edilir. Avropa 

Birliyi  komissiyasının  təklifi  ilə  Azərbaycan,  Gürcüstan, 




 

63 


Qazaxıstan,  Qırğızıstan,  Ermənistan,  Tacikistan,  Türkmənistan 

və  Özbəkistan  nümayəndələrinin  Brüsseldə  görüşü  olmuş,  bu 

görüşdə  regionun  nəqliyyat  infrostrukturunun  inkişafı  ilə  bağlı 

məsələlər  müzakirə  edilmiş,  Brüssel  Bəyannaməsi”  adlı  sənəd 

qəbul  edilmişdir.  “Brüssel  Bəyannaməsi”  Avropa  –  Qafqaz  – 

Asiya nəqliyyat dəhlizinin əhəmiyyətini, onun inkişaf etdirilməsi 

sahəsində  əməkdaşlığın  konkret  istiqamətlərini,  forma  və 

mexanizmlərini  müəyyənləşdirmiş  ilk  beynəlxalq  sənəd 

olmuşdur.  Layihənin  əsas  cəhəti  mövcud  şimal  yolunun 

nəzarətindən  uzaqlaşmaqla  ticarət  və  nəqliyyat  yollarının  yeni-

dən  qurulması  və  Qərbə  yeni  yolların  açılmasıdır.  “Brüssel 

Bəyannaməsi” qəbul olunandan sonra region dövlətləri arasında 

iqtisadi  əməkdaşlıq  çərçivəsində  əlaqələr  dinamik  xarakter 

almışdır. 

1996-cı  ilin  dekabr  ayında  Odessada  Azərbaycan, 

Gürcüstan  və  Ukrayna  respublikaları  başçılarının  Avrasiya 

nəqliyyat  dəhlizi  yaradılması  haqqında  saziş  imzalaması  bu  işə 

qüvvətli  təkan  vermişdir.  Ümummilli  lider,  prezident  Heydər 

Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi olan bu saziş və 

müqavilələrin  imzalanması  müstəqil  Azərbaycan  dövlətinin 

nəqliyyat  blokadasına  alınması  təhlükəsini  aradan  qaldırdı. 

1997-ci  ilin  martında  Rusiya  Federasiyası  Azərbaycanla 

sərhəddəki məhdudiyyətləri götürdü, şosse, dəmir və su yollarını 

açdı.  Üçillik  fasilədən  sonra  1997-ci  ilin  may  ayında  Bakı-

Moskva, Bakı-Kiyev, Bakı-Mahaçqala, Bakı-Həştərxan qatarla-

rı  yenidən  işləməyə  başladı.  Bakı-Poti  limanı  arasında  etibarlı 

dəmiryol əlaqəsi yaradıldı.  

Uzun 


müddət 

aparılan 

danışıqların 

nəticəsində 

Azərbaycan  hökuməti  1998-ci  ilin  yanvar  ayında  Bakı 

yaxınlığında  Orta  Asiya  neftinin  Xəzər  dənizi,  Azərbaycan  və 

Gürcüstandan  keçməklə  Qara  dənizin  Batumi  limanına 

çatdırılması  üçün  nefti  tankerlərdən  dəmiryolu  sisterninə 

yükləməyə  imkan  verən  Dübəndi  terminalının  istifadəyə 

verilməsinə  nail  oldu.  Bu  vaxta  qədər  Qazaxıstanın  Tengiz  ya-




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə